YENİ ZELANDİYA BİZNES VİZASINA MÜRACİƏT - HARADAN VƏ NECƏ?

Yeniləndi: 13 fevral 2025 2827 baxış 5 dəq. oxu

Bu ada ölkəsi dünyanın ən məşhur və səyahət üçün ən ideal məkanlarından biri olaraq hesab olunur. Yeni Zelandiya – Okeaniyanın əsrarəngiz adası bütün dünyada coğrafiyası və təbiəti, okean sahilləri və çimərlikləri, qarlı dağlarındakı turizm obyektləri, Vellinqton, Oklend, Kuinston kimi turistik şəhərləri ilə məşhurlaşıb. Turizmdən əlavə olaraq, ölkəyə tez-tez dünyanın müxtəlif nöqtələrindən biznes səfərlər də həyata keçirilir. Siz də bu məqsədlə Yeni Zelandiyaya səyahət edib həm işinizi görmək, həm də gəzib bu unikal ölkəni kəşf etmək istəyirsinizsə, Yeni Zelandiya biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Yeni Zelandiya Viza Növləri

new zealand flag

Yeni Zelandiyaya planladığınız səyahətinizi Yeni Zelandiya turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Yeni Zelandiyada uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Yeni Zelandiyanın uzunmüddətli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Yeni Zelandiya vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Yeni Zelandiya daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Yeni Zelandiya Turizm Vizası

passport stamp visa for travel

Yeni Zelandiya vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Yeni Zelandiya turist vizası müraciətçilərə, əsasən, 3 aylıq və ya əksər hallarda ərizə formasında bildirilən səyahət tarixlərinə tam uyğun şəkildə verilir. Ancaq hər bir halda bu müddət dəyişə bilər.

Yeni Zelandiya Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

Yeni Zelandiya vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 3x4 ölçüdə, ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. İngilis dilində doldurulmuş ərizə forması
  12. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
booking hotel

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Yeni Zelandiyada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 5.000-7.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

calendar

Yeni Zelandiyaya viza müraciəti onlayn şəkildə olur və nəticə müsbət olduğu təqdirdə viza elektron şəkildə verilir, yəni pasporta viza stikeri yapışdırılmır. Viza qərarı isə Yeni Zelandiyanın Moskvadakı Səfirliyində verilir. Bir çox hallarda viza müraciəti nəzərdən keçirildikdən sonra pasportun əsli yoxlanış üçün tələb olunur. Bu halda müraciətçi pasportu ya kuryer ilə, ya da şəxsən Yeni Zelandiyanın Moskvadakı səfirliyinin viza mərkəzi olan VFS Globala göndərilir.

İlk olaraq onlayn viza portalında hesab yaradılır, hesaba daxil olduqdan sonra müvafiq viza növü seçilir, onlayn şəkildə ərizə forması doldurulur və ərizə formasında verilən cavablara əsasən sonda tələb olunan sənədlərin siyahısı çıxır. Həmin tələb olunan sənədlərin skan versiyası sistemə yüklənməlidir.

Azərbaycan vətəndaşları qısamüddətli turizm, işgüzar səfər, hər hansı tədbirdə iştirak, ailə və ya dost ziyarəti  üçün “Visitor visa”ya müraciət etməlidirlər.

Viza rüsumu 286 NZD-dur (təqribən, 163 USD).  Əlavə olaraq, pasportun əsli tələb olunduğu halda VFS Global viza müraciət mərkəzinin əlavə rüsumu 1765 RUB-dur (təqribən, 18 USD). Viza rüsumu onlayn şəkildə, ərizə forması bitdikdən sonra ödənilir. Viza mərkəzinin rüsumu isə müraciətçi şəxsən getdiyi halda nağd və ya kartla, pasportu kuryerlə göndərdiyi təqdirdə bank transferi vasitəsilə ödənilə bilər.

Qeyd edək ki, öncədən razılaşaraq, istəyinizə uyğun şəkildə Moskvadakı deyil, Ankaradakı Yeni Zelandiya səfirliyinə müraciət etmək də mümkündür.

Viza proseduru, adətən, 15-40 iş günü davam edir.

Yeni Zelandiya Vizası Alma Ehtimalı

embassy of new zealand

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Yeni Zelandiyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından yüksək olması (təcrübədə 700-800 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı da dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və yaxşı səyahət tarixçənizin olması sizin Yeni Zelandiya vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen, Birləşmiş Krallıq, ABŞ və ya digər viza sahibi olmayan şəxslər üçün Yeni Zelandiya vizasına müraciət, nisbətən riskli hesab olunur. Profilinizdəki digər nüanslar (yuxarıda sadalananlar) çox yüksək və yaxşı vəziyyətdə olduğu halda, səyahət tarixçəniz olmasa belə Yeni Zelandiya vizasını alma şansınız ola bilər. Hər bir halda səyahət tarixçənizin yaxşı olması sizin Yeni Zelandiya vizasını əldə etməyinizə birbaşa təsir göstərən amildir.

 Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Yeni Zelandiyaya Viza Dəstəyi

auckland city

Biz Vizam.az şirkəti olaraq sizə Yeni Zelandiya vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, izahat məktubunun yazılması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Əlavə olaraq, biz sizə səfirliyin tələb etdiyi təqdirdə pasportunuzu Moskvadakı viza mərkəzinə çatdırılması və geri qaytarılması ilə bağlı xidmət təklif edə bilərik. Kuryer daşınmasının əlavə rüsumu 215 AZN təşkil edəcək. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Yeni Zelandiya biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 250 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Yeniləndi: 24.01.2025

Oxşar yazılar:

Slovakiyaya Səyahət: Slovakiya Viza Müraciəti

Slovakiyaya Səyahət: Slovakiya Viza Müraciəti

Slovakiya səyahətçilər üçün Avropanın gözəl və unikal ölkələrindən biridir. Tarixi şəhərləri, dağ mənzərələri, mədəni irsi və müasir turizm imkanları ilə Slovakiya həm istirahət, həm də işgüzar səfərlər üçün cəlbedici seçimdir. Bratislava, Košitse, və Tatralar kimi məşhur yerlər ölkəyə səfəri planlaşdıran hər kəsin diqqətini çəkir. Slovakiyaya səyahət etməzdən əvvəl ən vacib addımlardan biri vizanın düzgün və […]

Vizam.az 13 mart 2026
Səyahətdə Airbnb və Otel Qalmasının Fərqləri

Səyahətdə Airbnb və Otel Qalmasının Fərqləri

Səyahət planlaşdırarkən ən vacib qərarlardan biri qalacaq yerin seçilməsidir. Bu seçim həm səyahətin rahatlığına, həm də büdcəyə birbaşa təsir edir. Son illərdə səyahətçilər arasında iki əsas qalma seçimi daha çox istifadə olunur: Airbnb və otellər. Hər iki variant fərqli üstünlüklər təqdim edir və səyahətin məqsədinə görə daha uyğun ola bilər. Airbnb platforması daha çox ev […]

Vizam.az 13 mart 2026
Polşa Səfirliyi Viza Üçün Lazım Olan Sənədlər

Polşa Səfirliyi Viza Üçün Lazım Olan Sənədlər

Polşaya səyahət etmək, işləmək və ya təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün Polşa səfirliyi viza müraciət prosesi müəyyən sənədlərin hazırlanmasını tələb edir. Polşa səfirliyi viza üçün sənədlər düzgün və tam təqdim olunmadıqda müraciət gecikə və ya imtina ilə nəticələnə bilər. Buna görə də Polşa səfirliyi viza müraciəti zamanı tələb olunan sənədləri əvvəlcədən bilmək və hazırlamaq […]

Vizam.az 12 mart 2026
İspaniya Viza Müraciəti Prosesi Necə Gedir?

İspaniya Viza Müraciəti Prosesi Necə Gedir?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün ilk addımlardan biri İspaniya vizası üçün düzgün və tam şəkildə müraciət etməkdir. Turizm, iş və ya təhsil məqsədilə İspaniyaya viza almaq istəyən şəxslər müəyyən sənədləri hazırlamalı və rəsmi İspaniya viza müraciəti proseduruna uyğun şəkildə müraciət etməlidirlər. Azərbaycan vətəndaşları üçün Spain visa Azerbaijan müraciətləri adətən İspaniya viza mərkəzi vasitəsilə […]

Vizam.az 11 mart 2026
TLS Contact Baku Viza Müraciət Prosesi

TLS Contact Baku Viza Müraciət Prosesi

TLScontact viza müraciət prosesində bir çox ölkənin səfirlikləri ilə əməkdaşlıq edən rəsmi viza müraciət mərkəzlərindən biridir. Azərbaycanda da fəaliyyət göstərən TLSContact Baku mərkəzi vasitəsilə xüsusilə Şengen ölkələrinə viza müraciətləri qəbul edilir və müraciət edən şəxslərə görüş təyini, sənədlərin təqdim edilməsi və biometrik məlumatların toplanması kimi xidmətlər göstərilir. Bu səbəbdən internetdə istifadəçilər tez-tez tlscontact baku, tls […]

Vizam.az 10 mart 2026
Yeni Zelandiya Viza Müraciəti Prosesi

Yeni Zelandiya Viza Müraciəti Prosesi

Yeni Zelandiya Viza Müraciəti Prosesi xaricə səyahət planlaşdıran şəxslər üçün vacib mərhələlərdən biridir. Turizm, təhsil və ya iş məqsədilə Yeni Zelandiyaya getmək istəyən şəxslər əvvəlcədən uyğun viza növünü seçərək müraciət etməlidirlər. Viza müraciəti zamanı sənədlərin düzgün hazırlanması, müraciət formunun tam doldurulması və bütün tələblərin yerinə yetirilməsi müsbət nəticə almaq üçün böyük əhəmiyyət daşıyır. Yeni Zelandiya […]

Vizam.az 06 mart 2026
Almaniya Vizası Almaq: Almaniya Şengen Vizası

Almaniya Vizası Almaq: Almaniya Şengen Vizası

Almaniya Avropada ən çox ziyarət edilən və işləmək, təhsil almaq və yaşamaq üçün seçilən ölkələrdən biridir. Hər il minlərlə Azərbaycan vətəndaşı almaniyaya getmək üçün almaniya vizası müraciəti edir. Səyahət, ailə ziyarəti, təhsil və ya karyera məqsədilə plan qurursunuzsa, ilk addım doğru almaniya viza almaq prosesini bilməkdir. Qısamüddətli səfərlər üçün ən çox müraciət edilən növ almaniya […]

Vizam.az 05 mart 2026
Sinqapur Vizası üçün Müraciət Prosesi

Sinqapur Vizası üçün Müraciət Prosesi

Sinqapur vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün müraciət prosesi olduqca sistemli və aydın qaydalarla tənzimlənir. Sinqapur Cənub-Şərqi Asiyada yerləşən, yüksək həyat səviyyəsi, güclü iqtisadiyyatı və müasir infrastrukturu ilə seçilən bir dövlətdir. Sinqapura viza almaq üçün tələb olunan sənədlər, sinqapur viza rüsumu, müraciət forması və baxılma müddəti səfərin məqsədindən (turistik, işgüzar, təhsil və s.) asılı olaraq […]

Vizam.az 02 mart 2026
Hollandiya Viza Almaq Prosesi Necə Gedir?

Hollandiya Viza Almaq Prosesi Necə Gedir?

Avropada həm təhsil, həm karyera, həm də yüksək həyat standartları ilə seçilən ölkələrdən biri olan Niderland son illər azərbaycanlıların ən çox maraq göstərdiyi istiqamətlər sırasındadır. İstər hollandiyada tehsil, istər hollandiyada islemek, istərsə də hollandiyada yasamaq planınız olsun, ilk addım düzgün və rəsmi şəkildə hollandiya viza almaq prosesini başa düşməkdir. Bir çox insan “hollandiyaya nece getmek […]

Vizam.az 25 fevral 2026
Sponsorluq Haqqında Arayış Nədir və Necə Hazırlanır?

Sponsorluq Haqqında Arayış Nədir və Necə Hazırlanır?

Sponsorluq haqqında arayış bir şəxsin və ya qurumun digər şəxsin xərclərini könüllü şəkildə üzərinə götürdüyünü rəsmi şəkildə təsdiq edən sənəddir. Bu sənəd ən çox viza müraciətlərində, təhsil prosesində, tədbir və layihələrdə, eləcə də müxtəlif rəsmi prosedurlarda tələb olunur. Sadə dildə desək, “sponsor nədir?” sualına cavab olaraq sponsor maliyyə və ya maddi dəstək göstərən tərəfdir, sponsorluq […]

Vizam.az 24 fevral 2026