XORVATİYA BİZNES VİZASINI NECƏ ƏLDƏ EDƏ BİLƏRİK?

Yeniləndi: 13 fevral 2025 2191 baxış 5 dəq. oxu

Avropada yerləşən, Avropa Birliyinə üzv olan, ancaq Şengen ölkəsi olmayan Xorvatiya il ərzində milyonlarla turistin üz tutduğu bir ölkədir. Turistlərin məhz bu ölkəni seçməsi üçün isə yetəri qədər səbəblər mövcuddur. Paytaxt Zaqreb şəhəri, Dubrovnik, Trogir, Rovinc kimi kurort və turistik zonalarına, Aralıq dənizi boyunca uzanan günəşli çimərlik sahillərinə və saymaqla bitməyəcək özəlliklərə sahib olan bu ölkənin bütün dünyanın marağını cəlb etməyi çox normaldır. Turistik səfərlərdən əlavə isə iş adamları da bu ölkəyə tez-tez biznes səfərlər həyata keçirirlər. Siz də Xorvatiyaya səyahət edib həm işinizi görmək, həm də bu ölkəni gəzmək istəyirsinizsə, Xorvatiya biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Xorvatiya Viza Növləri

croatia flag

Xorvatiyaya planladığınız səyahətinizi Xorvatiya turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Xorvatiyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Xorvatiya milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Xorvatiya vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Xorvatiyada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Xorvatiya Turizm Vizası

croatian travel visa

Xorvatiya vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Xorvatiya vizası əksər hallarda müraciətçinin viza müraciəti əsnasında ərizə formasında və digər sənədlərində göstərdiyi səyahət müddətinə tam uyğun şəkildə verilir.

Xorvatiya 1 iyul 2013-cü ildən etibarən Avropa Birliyinin üzvüdür, lakin Şengenə daxil deyildir. Əlbəttə ki, Xorvatiya Avropa Birliyinə daxil olduğu üçün aktiv Şengen vizası olan şəxslərə Xorvatiyaya səyahət edə bilmək üçün asanlaşdırılmış bir rejim hazırlamışdır. Belə ki, 2014-ci ilin yanvar ayının 22-dən etibarən Xorvatiya Respublikası Şengen vizası ilə ölkəsində tranzit və ya qısa-müddətli səfər edən şəxslər üçün azad viza rejiminin tətbiqi haqda qərar qəbul etdi. Bu qərarə əsasən, həmiçin Azərbaycan vətəndaşları aktiv çoxgirişli Şengen vizasına sahib olduqları təqdirdə bu viza ilə Xorvatiya ərazisinə daxil ola və vizanın qüvvədə qaldığı tarix müddətində bu ölkədə maksimum 90 gün qala bilərlər. Ancaq mütləq şəkildə çoxgirişli Şengen vizasına sahib olunmalıdır.

Xorvatiya Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

Xorvatiya biznes vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  7. 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  8. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. Səfərinizi tam əhatə edəcək və minimum 30.000 EUR dəyəri əhatə edən səyahət sığortası
  11. İngilis dilində doldurulmuş ərizə forması
  12. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Xorvatiyada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.500-4.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

euro

Əgər şəxsin aktiv çoxgirişli Şengen vizası yoxdursa, bu halda Xorvatiya vizası almalıdır. Bunun üçün həm Xorvatiyanın Bakıdakı viza mərkəzi olan VFS Globala, həm də Xorvatiyanın Bakıdakı səfirliyinə müraciət etmək olar. Qərar səfirliyin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Viza müraciətiniz zamanı səfirlikdə şəxsən iştirak etməyiniz tələb olunur.

Qeyd edək ki, Xorvatiya vizası üçün səfirliyə müraciət etmiş şəxslərin viza nəticəsi, adətən, 5-15 iş günü ərzində bəlli olur.

Viza rüsumu isə bir nəfər üçün 35 avro olaraq nəzərdə tutulub. Əgər siz, uzunmüddətli vizaya müraciət etmək istəyirsinizsə, bu halda səfirliyə ödəyəcəyiniz rüsum 100 avro olaraq təyin edilib. Rüsum sənədləri təqdim edərkən nağd şəkildə, avro ilə ödənilir.

Xorvatiya Vizası Alma Ehtimalı

croatian embassy

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Xorvatiyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Xorvatiya vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Xorvatiya səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Xorvatiyaya Viza Dəstəyi

plitvice national park

Biz Vizam.az şirkəti olaraq sizə Xorvatiya vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə və ya viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Xorvatiya biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

Estoniya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Estoniya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Son illərdə Estoniya həm turizm, həm biznes, həm də təhsil məqsədli səfərlər üçün azərbaycanlıların maraq göstərdiyi Avropa ölkələrindən birinə çevrilib. Baltik regionunun ən inkişaf etmiş ölkələrindən biri hesab olunan Estoniya müasir texnologiyaları, rəqəmsal dövlət xidmətləri, tarixi şəhərləri və yüksək həyat keyfiyyəti ilə tanınır. Xüsusilə paytaxt Tallinn öz orta əsr memarlığı, rahat şəhər atmosferi və müasir […]

Vizam.az 05 iyun 2026
Xorvatiya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Xorvatiya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Son illərdə Aralıq dənizi sahillərində istirahət etmək istəyən azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi istiqamətlərdən biri Xorvatiyadır. Təmiz çimərlikləri, tarixi şəhərləri, füsunkar adaları və Avropa standartlarına uyğun turizm infrastrukturu ilə tanınan bu ölkə hər il milyonlarla ziyarətçi qəbul edir. Xüsusilə Dubrovnik, Split və Zaqreb kimi şəhərlər həm yay tətili, həm də mədəni səyahətlər üçün ideal […]

Vizam.az 04 iyun 2026
Krit Adasına Səyahət Üçün Yunanıstan Vizası Necə Alınır?

Krit Adasına Səyahət Üçün Yunanıstan Vizası Necə Alınır?

Yunanıstanın ən böyük və ən məşhur adası olan Krit, hər il milyonlarla turistin istirahət üçün seçdiyi Aralıq dənizi istiqamətlərindən biridir. Mavi bayraqlı çimərlikləri, qədim tarixə malik şəhərləri, zəngin mətbəxi və isti iqlimi ilə Krit adası həm ailəvi istirahət, həm də romantik və ya macəra dolu səyahətlər üçün ideal seçim hesab olunur. Son illərdə Azərbaycandan bu […]

Vizam.az 03 iyun 2026
Viza Müraciətində Sponsorluq Arayışı Nədir və Necə Hazırlanır?

Viza Müraciətində Sponsorluq Arayışı Nədir və Necə Hazırlanır?

Viza müraciət prosesində ən çox sual doğuran sənədlərdən biri sponsorluq arayışıdır. Xüsusilə maliyyə vəziyyəti yetərli olmayan və ya səyahət xərclərini başqa bir şəxs qarşılayan müraciətçilər üçün bu sənəd vacib rol oynayır. Sponsorluq arayışı səfirliyə müraciətçinin bütün xərclərinin üçüncü şəxs tərəfindən qarşılanacağını sübut edən rəsmi sənəddir. Bu yazıda sponsorluq arayışının nə olduğu, kimlər tərəfindən verildiyi və […]

Vizam.az 02 iyun 2026
Kanada Vizası Necə Alınır? 2026-cı İl Üçün Tam Bələdçi

Kanada Vizası Necə Alınır? 2026-cı İl Üçün Tam Bələdçi

Kanada hər il milyonlarla turist, tələbə və işgüzar səyyah qəbul edən ölkələrdən biridir. Təbii gözəllikləri, yüksək həyat səviyyəsi və inkişaf etmiş şəhərləri ilə Kanada azərbaycanlı səyahətçilərin də maraq göstərdiyi istiqamətlər arasındadır. Lakin bu ölkəyə səfər etmək üçün Azərbaycan vətəndaşlarının əvvəlcədən Kanada vizası əldə etməsi tələb olunur. Bu yazıda Kanada turist vizası üçün tələb olunan sənədlər, […]

Vizam.az 02 iyun 2026
Roma Səyahəti üçün İtaliya Vizası Necə Alınır?

Roma Səyahəti üçün İtaliya Vizası Necə Alınır?

Roma Avropanın ən çox ziyarət edilən şəhərlərindən biri olaraq hər il milyonlarla turisti özünə cəlb edir. Kolizey, Vatikan, Trevi Fəvvarəsi və tarixi küçələri ilə məşhur olan bu şəhərə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əsas tələblərdən biri İtaliya Şengen vizasının alınmasıdır. Xüsusilə ilk dəfə Avropaya səyahət etməyi planlaşdıran şəxslər üçün İtaliya vizası prosesi sənədlər, maliyyə […]

Vizam.az 25 may 2026
Almaniya Səfirliyi Viza Görüşü Necə Almaq Olar?

Almaniya Səfirliyi Viza Görüşü Necə Almaq Olar?

Almaniyaya səyahət etmək istəyən şəxslərin ilk qarşılaşdığı mərhələlərdən biri viza görüşünün alınması prosesidir. Son dövrlərdə Azərbaycanda Almaniya vizası üçün müraciət sistemi dəyişdirilib və artıq müraciətlər birbaşa səfirlik üzərindən deyil, rəsmi viza müraciət mərkəzi olan TLS Contact vasitəsilə həyata keçirilir. Bu səbəbdən bir çox insan “Almaniya səfirliyi viza görüşü necə alınır?”, “TLS Contact-da appointment necə götürülür?” […]

Vizam.az 21 may 2026
Niderland üçün vizanız hazırdır?

Niderland üçün vizanız hazırdır?

Niderland Avropanın ən çox ziyarət edilən Şengen ölkələrindən biridir və həm turizm, həm də işgüzar səfərlər üçün böyük maraq doğurur. Amsterdamın kanalları, tarixi şəhərləri və inkişaf etmiş infrastrukturu bu ölkəni səyahət planlarında xüsusi yerə çevirir. Lakin Niderlanda səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əsas şərt Şengen vizasının alınmasıdır. Viza prosesi bəzən mürəkkəb və suallar yaradan […]

Vizam.az 18 may 2026
Litva Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Litva Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Litva Şengen zonasında yerləşən Avropa İttifaqı ölkələrindən biridir və bu ölkəyə səyahət etmək üçün əsasən qısa müddətli C tipi Şengen vizası tələb olunur. Litva vizası turizm, işgüzar səfər, ailə ziyarəti və ya tranzit məqsədləri üçün istifadə edilir və sahibinə təkcə Litvaya deyil, bütün Şengen ölkələrinə sərbəst səyahət imkanı verir. Son illərdə Litva həm biznes imkanları, […]

Vizam.az 18 may 2026
Litvaya Necə Getmək Olar?

Litvaya Necə Getmək Olar?

Son illərdə azərbaycanlı turistlər, tələbələr və iş axtaran şəxslər üçün maraq göstərilən Avropa ölkələrindən birinə çevrilib. Baltik regionunda yerləşən Litva həm münasib yaşayış xərcləri, həm təhlükəsiz şəhər həyatı, həm də Şengen zonasına daxil olması ilə diqqət çəkir. Xüsusilə paytaxt Vilnius tarixi memarlığı, sakit atmosferi və Avropa şəhər həyatını daha rahat büdcə ilə yaşamaq imkanı təqdim […]

Vizam.az 14 may 2026