AVSTRİYA QONAQ VİZASINA MÜRACİƏT 

Yeniləndi: 13 fevral 2025 2801 baxış 5 dəq. oxu

Avropa ölkələri arasında qədim tarixi və mədəniyyəti ilə ön plana çıxan, arxaik və rəngarəng üslüba sahib paytaxt Vyana şəhəri ilə dünyada tanınan Avstriya hər il milyonlarla turistin diqqətini özünə çəkərək onlara ev sahibliyi edir. Əgər sizin Avstriyada yaşayan ailə üzvünüz və ya dostunuz varsa və siz onu ziyarət etmək istəyirsinizsə, Avstriya Şengen vizasına müraciət edə bilərsiniz. Qonaq vizasına müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Avstriya Viza Növləri

visa passport stamp

Şengen ölkələri siyahısında yer alan Avstriyaya səyahətinizi Avstriya Şengen vizası vasitəsilə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Avstriyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Avstriyada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə Avstriya milli vizasına da müraciət edə bilərlər.

Qısamüddətli ziyarətinizi reallaşdırmaq üçün siz Avstriya Şengen vizasının “qonaq vizası” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli qonaq vizası sizə Avstriyada daimi yaşamaq hüququ vermir, viza sizə qısamüddətli ziyarətinizi reallaşdırmağınız üçün verilir.

Avstriya Şengen Vizası

schengen visa to europe

Digər Şengen ölkələrinə oxşar olaraq Avstriya Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Avstriya Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Avstriyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Avstriya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Avstriya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox Avstriyada qalacağınızı göstərməlisiniz.

Avstriya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

flag of austria

Avstriya Şengen qonaq vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
  8. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  9. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  10. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  11. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  12. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  13. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  14. İngilis dilində doldurulmuş ərizə forması
  15. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  16. Ziyarət edəcəyiniz şəxs tərəfindən sizə göndərilmiş dəvət məktubu (Ətraflı şəkildə aşağıda qeyd olunub)
  17. Sizi dəvət edən şəxsin Avstriyada yaşama hüququnu bildirən sənəd (oturum izni, milli vizası və s.)
  18. Əgər sizi dəvət edən şəxslə ailəvi bağınız varsa, bunu təsdiq edən sənəd (məsələn, övladınızdırsa, doğum haqqında şəhadətnaməsi, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.)

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

flag of austria on the buttons

Sizə göndərilən dəvət məktubunda mütləq dəvət edən şəxsin adı, soyadı, yaşadığı ünvan, əlaqə vasitələri, dəvət olunan şəxsin detalları, qalacağı müddət, harada qalacağı və s. ətraflı şəkildə bildirilməlidir. Həmçinin, dəvət məktubunda dəvət edən şəxsin imzası da yer almalıdır. Əgər siz dəvət edən şəxsin evində qalacağınızı göstərirsinizsə, bu halda səfirlik sizdən evlə bağlı əlavə sənədlər (evin icarə kontraktı, kommunal ödənişlərin sənədləri) də tələb edə bilər.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda Avstriya səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən şəxs tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda həmin şəxsin maddi vəziyyətini təsdiq edən sənədlər (iş yerindən arayış, bank hesabından son 3-6 aylıq çıxarış və s.) təqdim olunmalıdır.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

 austrian embassy building

Avstriya Şengen vizasını almaq üçün Avstriyanın Azərbaycandakı Səfirliyinə müraciət olunur. Viza haqda qərar səfirliyin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün görümütləq şəkildə öncədən səfirlikdə görüş təyin edilməlidir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl, ən gec isə 15 gün əvvəl edilə bilər. Müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Bu, hər yaşda olan uşaqlar və səyahət qruplarına da aiddir.

Şengen viza proseduru müraciət tarixindən etibarən 7 iş günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, təcili biznes səfərləri olduqda email vasitəsilə sistemdə göstərilən vaxtdan daha tez vaxta görüş təyini mümkündür. Əlavə olaraq, bu kimi təcili hallarda viza cavabı 10-14 iş günündən daha tez (hətta 3 iş günü) çıxa bilər. Lakin, bu məsələ üzrə qərar tamamilə konsuldan asılıdır.

Viza rüsumu 35 avro olmaqla milli valyutada, yəni manatla nağd şəkildə ödənilməlidir. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

Avstriya Şengen Vizası Alma Ehtimalı

visa to austria

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Avstriyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 400-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Avstriya Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə ilk Şengen vizasını Avstriya səfirliyindən almış şəxslər təcrübəmizdə kifayət qədər mövcuddur. Ancaq hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin Avstriya səfirliyindən viza alma ehtimalınızı yüksəldən faktordur.

Qonaq vizası zamanı sizi dəvət edən şəxslə yaxın qohumluğunuzun olması və bunu təsdiq edən sənədləri səfirliyə təqdim etməyiniz, həmçinin özünüz və sizi dəvət edən şəxslə bağlı verdiyiniz sənədlərin düzgünlüyü və dolğunluğu sizin viza alma şansınıza müsbət təsir göstərir.

Avstriyaya Viza Dəstəyi

melk austria

Biz Vizam.az şirkəti olaraq sizə Avstriya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Avstriya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Yeniləndi: 21.01.2025

Oxşar yazılar:

Viza Imtina Riskini Azaltmaq Üçün Nələr Etmək Lazımdır?

Viza Imtina Riskini Azaltmaq Üçün Nələr Etmək Lazımdır?

Viza müraciəti, xüsusilə ilk dəfə müraciət edənlər üçün həm həyəcanlı, həm də bir qədər gərgin bir prosesdir. Səfirliklərin qərar vermə meyarları müraciətçinin məqsədini, maliyyə imkanlarını, səyahət planını və geri dönmə niyyətini əhatə edir. Buna görə də, hər bir kiçik detal imtina riskinə təsir edə bilər. Viza rədd cavabı yalnız səfərinizi təxirə salmaqla kifayətlənmir, həm də […]

Vizam.az 29 oktyabr 2025
Viza Üçün Bilet və Otel Rezervasiyasını Necə Etməli?

Viza Üçün Bilet və Otel Rezervasiyasını Necə Etməli?

Viza müraciəti prosesində ən çox qarışıqlıq yaradan məqamlardan biri bilet və otel rezervasiyasıdır. Bir çox insan bu mərhələdə tərəddüd edir: “Əvvəlcə vizanı alım, sonra bilet alım?”, “Rezervasiyasız müraciət mümkündürmü?”, “Əgər vizam rədd olunsa, aldığım biletlər yanar?” bu kimi suallar hər gün səslənir. Əslində, konsulluqların və səfirliklərin məqsədi müraciətçinin səyahət planının real olub-olmadığını görməkdir. Buna görə […]

Vizam.az 29 oktyabr 2025
Polşa Haqqında Maraqlı Məlumatlar

Polşa Haqqında Maraqlı Məlumatlar

Polşa, Avropanın mərkəzində yerləşən və həm tarixi, həm də mədəni zənginlikləri ilə seçilən bir ölkədir. Orta əsrlərdən bu günə qədər Avropa sivilizasiyasının formalaşmasında mühüm rol oynamış Polşa həm qədim şəhərləri, həm də müasir şəhər həyatı ilə turistlərin sevimli istiqamətlərindən biridir. Bu ölkə təkcə məşhur Krakov və Varşava şəhərləri ilə deyil, həm də təbiətinin gözəlliyi, dadlı […]

Vizam.az 28 oktyabr 2025
Viza üçün Sponsor Məktubu Necə Yazılır?

Viza üçün Sponsor Məktubu Necə Yazılır?

Viza müraciəti zamanı təqdim edilən sənədlər arasında sponsor məktubu xüsusi əhəmiyyət daşıyır. Bu məktub, səfirliyə səyahət edən şəxsin xərclərini kimin qarşılayacağını və həmin şəxsin maliyyə təminatının necə ödənəcəyini izah edən rəsmi bəyanatdır. Əgər müraciət edən şəxs tələbədirsə, işsizdirsə, yeni məzundur və ya sadəcə olaraq öz adına kifayət qədər gəlir və ya bank çıxarışı təqdim edə […]

Vizam.az 23 oktyabr 2025
İngiltərə Səyahəti üçün Viza Necə Ala Bilərəm?

İngiltərə Səyahəti üçün Viza Necə Ala Bilərəm?

İngiltərə zəngin tarixi, müasir memarlığı, krallıq ənənələri və mədəni müxtəlifliyi ilə Avropanın ən çox ziyarət olunan ölkələrindən biridir. Xüsusilə London, özündə həm qədim, həm də müasir dünyanın ruhunu birləşdirən unikal şəhərdir. Big Ben, Tower Bridge, Buckingham Sarayı, London Eye və British Museum kimi görməli yerlər hər il milyonlarla turisti cəlb edir. Payız və qış aylarında […]

Vizam.az 21 oktyabr 2025
Yeni ili Laplandiyada Qarşılamağa Nə Deyirsiniz?

Yeni ili Laplandiyada Qarşılamağa Nə Deyirsiniz?

Laplandiya uşaq nağıllarından çıxmış kimi görünən, qış mövsümündə sehrli bir dünyaya çevrilən unikal bir diyardır. Bu yer təkcə Finlandiyanın şimalında yerləşən coğrafi bir bölgə deyil, həm də Yeni ilin və Miladın simvolu sayılan Santa Klausun (Şaxta Babanın) rəsmi evi kimi tanınır. Dünyanın hər yerindən minlərlə turist hər il Laplandiyaya səfər edir ki, ulduzlarla dolu səmada […]

Vizam.az 20 oktyabr 2025
Taylanda  Elektron Vizanı Necə Ala Bilərəm?

Taylanda Elektron Vizanı Necə Ala Bilərəm?

Cənub-Şərqi Asiyanın incisi sayılan Tayland həm tropik adaları, həm də zəngin mədəni irsi ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Bangkokun rəngarəng küçə bazarları, Phuket və Pattaya kimi sahil şəhərlərinin sakitliyi, qədim məbədlərin sirli atmosferi hər il milyonlarla turisti buraya cəlb edir. Azərbaycan vətəndaşları üçün Taylanda səyahət etmək mümkündür, lakin Tayland vizası əldə etmək […]

Vizam.az 16 oktyabr 2025
Yeni İl Səyahəti Üçün Vizasız 10 Ölkə

Yeni İl Səyahəti Üçün Vizasız 10 Ölkə

Yeni ilin yaxınlaşması ilə birlikdə bir çox insan səyahət planları qurmağa başlayır. Soyuq havadan uzaqlaşmaq, yeni il gecəsini fərqli bir ölkədə qarşılamaq və yeni təcrübələr qazanmaq istəyənlər üçün bu dövr ilin ən maraqlı vaxtıdır. Lakin səyahət planı qurarkən əsas məsələ hara getmək deyil, necə getmək sualı olur. Viza müraciətləri, sənəd hazırlığı və uzun gözləmə müddətləri […]

Vizam.az 14 oktyabr 2025
Ən Çox İmtina Cavabı Gələn Ölkələr Hansılardır?

Ən Çox İmtina Cavabı Gələn Ölkələr Hansılardır?

Azərbaycan vətəndaşlarının xaricə səyahət etmək üçün viza alma prosesi, müraciət edilən ölkənin viza siyasətindən asılı olaraq fərqlənir. Əksər hallarda, Şengen ölkələri (məsələn, Almaniya, Fransa, İtaliya, Çexiya və s.) üçün müraciətlərdə ciddi problem yaşanmır. Əgər müraciətçinin gəlir səviyyəsi, səyahət məqsədi və sənədləri düzgün təqdim olunubsa, bu ölkələrdə viza alma ehtimalı çox yüksək olur. Lakin bəzi ölkələr […]

Vizam.az 13 oktyabr 2025
Uşaqlı Ailələr Üçün Ən Rahat Viza Rejiminə Malik Ölkələr

Uşaqlı Ailələr Üçün Ən Rahat Viza Rejiminə Malik Ölkələr

Uşaqlı ailələr üçün səyahət planlaşdırmaq bəzən düşündüyünüzdən daha çətin ola bilər. Xüsusilə də viza prosedurları, sənəd toplamaq və gözləmə müddətləri valideynlər üçün əlavə stress yaradır. Buna görə də, Azərbaycan vətəndaşları üçün uşaqlı ailələrə ən rahat viza rejiminə malik ölkələr barədə düzgün məlumat toplamaq vacibdir. Bu yazıda sizə viza tələb etməyən və ya asan viza ilə […]

Vizam.az 10 oktyabr 2025