PORTUQALİYA ŞENGEN VİZASI

Yeniləndi: 03 iyul 2025 6616 baxış 6 dəq. oxu

Avropanın ən qərbində, Atlantik okeanı sahillərində yerləşən, əyləncə və enerji dolu gündəlik həyatı, heyranlıqla gəzəcəyiniz şəhərləri, rəngarəng və müxtəlif üslublardakı tikililəri, təbiəti və coğrafiyasının ideal şəraiti ilə Portuqaliya hər il 25 milyondan artıq turistə ev sahibliyi edir. Siz də bu məqalədən əldə edəcəyiniz məlumatlar əsasında alacağınız bir Portuqaliya Şengen vizası ilə bu milyonların cərgəsinə qoşula bilərsiniz.

Portuqaliya Viza Növləri

Portuqaliya Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Portuqaliya Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Portuqaliyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Portuqaliya milli vizasına da müraciət edə bilərsiniz. Hazırda isə biz sizə Portuqaliya Şengen vizası haqqında ümumi məlumat verəcəyik.

Portuqaliya Şengen Vizası

Digər Şengen vizaları kimi Portuqaliya Şengen vizası da təkgirişli və çoxgirişli ola bilər. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Portuqaliya Şengen vizasını almaq sizə səyahətiniz boyu bütün Şengen ölkələrinin qapısını açacaq. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Portuqaliyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Portuqaliya vizası ilə Şengen ərazisinə başqa bir giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Portuqaliya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı olaraq ən çox Portuqaliyada qalacağınızı göstərməlisiniz. Bir çox müraciətçilər öz səyahət tur planlarına Portuqaliyadan əlavə Fransa, İspaniya, Hollandiya və digər Avropa ölkələrini də əlavə edirlər. Bu kimi ölkələrin də əlavə olaraq sizin tur planınızda yer alması sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüansdır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Portuqaliya olaraq göstərməyiniz Portuqaliya Şengen vizasına müraciətiniz üçün yetərli olacaqdır.

Portuqaliya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Portuqaliya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Qeyd edək ki, təcrübəmizdə görünmüşdür ki, Portuqaliya vizası üçün müraciət edilən Fransa səfirliyi ilk viza müraciətini edən şəxslərdən əksər hallarda iş yerindən arayışdan əlavə e.gov.az hökumət portalından çıxarış da tələb edib. Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Fransa səfirlyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Portuqaliya Şengen vizası üçün müraciət Fransa Səfirliyinin Capago adlı viza müraciət mərkəzində olunur. Portuqaliyanın ölkəmizdə konsulluğu fəaliyət göstərməməsi səbəbilə viza haqda qərar Fransa səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə əldə edilir. Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 3 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Portuqaliyada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Portuqaliyada mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Şengen viza proseduru müraciət tarixindən etibarən 3-5 iş günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, Fransa Səfirliyi viza prosedurunun müddətini səyahətin başlama tarixinə uyğun planlaşdırır. Səyahət tarixləri daha yaxın olan müraciətçilərin viza nəticəsi də daha tez bəlli olur. Lakin, viza prosedurunun müddəti yalnız bu faktordan asılı olmur, keysin mürəkkəbliyi də burada rol oynaya bilir.

Viza rüsumu 35 avro təşkil edir. Bu məbləğ milli valyutada, yəni manatla nağd şəkildə və ya kartla istənilən valyutada ödənilə bilər. Sənədləri təhvil verərkən viza rüsumundan əlavə 26 avro viza mərkəzinin xidmət haqqı kimi ödənilir. Bu ödənişi də nəğd şəkildə yalnız manatla və ya kartla istənilən valyutada etmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

Portuqaliya Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Portuqaliyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin Portuqaliya Şengen vizası alma şansınızı artıran faktorlardır. Təcrübəmizdə ilk Şengen vizasını Fransa səfirliyindən əldə etmiş şəxslərin kifayət qədər olmasına baxmayaraq, biz profili yüksək səviyyədə (yuxarıda sadalanan nüansların kifayət qədər yaxşı olduğu halda) olduğu hallar xaricində bir şəxs üçün ilk viza müraciəti zamanı Fransa səfirliyinin bir qədər riskli olduğunu qeyd edirik. Daha öncə bir və ya bir neçə Şengen vizanızın olması sizin Fransa səfirliyindən Portuqaliya vizası alma ehtimalınızı əhəmiyyətli dərəcədə yüksəldə bilir. Yenə də digər Qərbi Avropa və yüksək inkişaf etmiş Avropa ölkələrinə (Almaniya, İtaliya, Skandinaviya ölkələri və s.) nəzərən Fransa səfirliyi bəzi nüansların mövcudluğu halında ilk viza müraciəti üçün nisbətən daha yaxşı seçim ola bilər.

Portuqaliyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Portuqaliya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Portuqaliya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Avropanın həm qərb, həm də əyləncə nöqtəsində bol əyləncələr! Xoş səyahətlər!

Oxşar yazılar:

Viza üçün Sponsor Məktubu Necə Yazılır?

Viza üçün Sponsor Məktubu Necə Yazılır?

Viza müraciəti zamanı təqdim edilən sənədlər arasında sponsor məktubu xüsusi əhəmiyyət daşıyır. Bu məktub, səfirliyə səyahət edən şəxsin xərclərini kimin qarşılayacağını və həmin şəxsin maliyyə təminatının necə ödənəcəyini izah edən rəsmi bəyanatdır. Əgər müraciət edən şəxs tələbədirsə, işsizdirsə, yeni məzundur və ya sadəcə olaraq öz adına kifayət qədər gəlir və ya bank çıxarışı təqdim edə […]

Vizam.az 23 oktyabr 2025
İngiltərə Səyahəti üçün Viza Necə Ala Bilərəm?

İngiltərə Səyahəti üçün Viza Necə Ala Bilərəm?

İngiltərə zəngin tarixi, müasir memarlığı, krallıq ənənələri və mədəni müxtəlifliyi ilə Avropanın ən çox ziyarət olunan ölkələrindən biridir. Xüsusilə London, özündə həm qədim, həm də müasir dünyanın ruhunu birləşdirən unikal şəhərdir. Big Ben, Tower Bridge, Buckingham Sarayı, London Eye və British Museum kimi görməli yerlər hər il milyonlarla turisti cəlb edir. Payız və qış aylarında […]

Vizam.az 21 oktyabr 2025
Yeni ili Laplandiyada Qarşılamağa Nə Deyirsiniz?

Yeni ili Laplandiyada Qarşılamağa Nə Deyirsiniz?

Laplandiya uşaq nağıllarından çıxmış kimi görünən, qış mövsümündə sehrli bir dünyaya çevrilən unikal bir diyardır. Bu yer təkcə Finlandiyanın şimalında yerləşən coğrafi bir bölgə deyil, həm də Yeni ilin və Miladın simvolu sayılan Santa Klausun (Şaxta Babanın) rəsmi evi kimi tanınır. Dünyanın hər yerindən minlərlə turist hər il Laplandiyaya səfər edir ki, ulduzlarla dolu səmada […]

Vizam.az 20 oktyabr 2025
Taylanda  Elektron Vizanı Necə Ala Bilərəm?

Taylanda Elektron Vizanı Necə Ala Bilərəm?

Cənub-Şərqi Asiyanın incisi sayılan Tayland həm tropik adaları, həm də zəngin mədəni irsi ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Bangkokun rəngarəng küçə bazarları, Phuket və Pattaya kimi sahil şəhərlərinin sakitliyi, qədim məbədlərin sirli atmosferi hər il milyonlarla turisti buraya cəlb edir. Azərbaycan vətəndaşları üçün Taylanda səyahət etmək mümkündür, lakin Tayland vizası əldə etmək […]

Vizam.az 16 oktyabr 2025
Yeni İl Səyahəti Üçün Vizasız 10 Ölkə

Yeni İl Səyahəti Üçün Vizasız 10 Ölkə

Yeni ilin yaxınlaşması ilə birlikdə bir çox insan səyahət planları qurmağa başlayır. Soyuq havadan uzaqlaşmaq, yeni il gecəsini fərqli bir ölkədə qarşılamaq və yeni təcrübələr qazanmaq istəyənlər üçün bu dövr ilin ən maraqlı vaxtıdır. Lakin səyahət planı qurarkən əsas məsələ hara getmək deyil, necə getmək sualı olur. Viza müraciətləri, sənəd hazırlığı və uzun gözləmə müddətləri […]

Vizam.az 14 oktyabr 2025
Ən Çox İmtina Cavabı Gələn Ölkələr Hansılardır?

Ən Çox İmtina Cavabı Gələn Ölkələr Hansılardır?

Azərbaycan vətəndaşlarının xaricə səyahət etmək üçün viza alma prosesi, müraciət edilən ölkənin viza siyasətindən asılı olaraq fərqlənir. Əksər hallarda, Şengen ölkələri (məsələn, Almaniya, Fransa, İtaliya, Çexiya və s.) üçün müraciətlərdə ciddi problem yaşanmır. Əgər müraciətçinin gəlir səviyyəsi, səyahət məqsədi və sənədləri düzgün təqdim olunubsa, bu ölkələrdə viza alma ehtimalı çox yüksək olur. Lakin bəzi ölkələr […]

Vizam.az 13 oktyabr 2025
Uşaqlı Ailələr Üçün Ən Rahat Viza Rejiminə Malik Ölkələr

Uşaqlı Ailələr Üçün Ən Rahat Viza Rejiminə Malik Ölkələr

Uşaqlı ailələr üçün səyahət planlaşdırmaq bəzən düşündüyünüzdən daha çətin ola bilər. Xüsusilə də viza prosedurları, sənəd toplamaq və gözləmə müddətləri valideynlər üçün əlavə stress yaradır. Buna görə də, Azərbaycan vətəndaşları üçün uşaqlı ailələrə ən rahat viza rejiminə malik ölkələr barədə düzgün məlumat toplamaq vacibdir. Bu yazıda sizə viza tələb etməyən və ya asan viza ilə […]

Vizam.az 10 oktyabr 2025
Şengen Vizası Üçün Ən Düzgün Müraciət Vaxtı Hansıdır?

Şengen Vizası Üçün Ən Düzgün Müraciət Vaxtı Hansıdır?

Şengen vizası Avropaya səyahət etmək istəyən Azərbaycan vətəndaşlarının ən çox müraciət etdiyi viza növlərindən biridir. Lakin bu viza növünə müraciət zamanı ən vacib məsələlərdən biri doğru vaxtda müraciət etməkdir. Çünki səfirliklər və viza mərkəzləri, xüsusilə də yay mövsümündə və bayram ərəfələrində çox sayda müraciət qəbul edir və nəticədə görüş tapmaq çətinləşir. Doğru müraciət vaxtını seçmək, […]

Vizam.az 09 oktyabr 2025
Macarıstan Vizası Necə Ala Bilərəm?

Macarıstan Vizası Necə Ala Bilərəm?

Macarıstana səfər planlaşdırırsınızsa, ilk addım Macarıstan vizası almaqdır. Azərbaycan vətəndaşları üçün Macarıstan Şengen zonasına daxil olan ölkə olduğundan, səyahət üçün Şengen vizası tələb olunur. Viza müraciəti prosesində diqqət etməli olduğunuz əsas mərhələlərdən biri Macarıstan səfirliyi görüşü (Hungary visa appointment Baku) və BLS Hungary Azerbaijan vasitəsi ilə randevu almaqdır. Macarıstan turist vizası üçün müraciət edənlər əvvəlcə […]

Vizam.az 08 oktyabr 2025
Viza Üçün Dəvət Məktubu Necə Yazılır?

Viza Üçün Dəvət Məktubu Necə Yazılır?

Viza müraciəti zamanı ən çox diqqət edilən sənədlərdən biri də dəvət məktubudur. Bu sənəd həm səfirlik, həm də konsulluq əməkdaşları üçün müraciətçinin səfərinin məqsədini aydın şəkildə göstərən sübut hesab olunur. Dəvət məktubu, sadəcə bir yazı deyil o, sizin kim tərəfindən, nə məqsədlə və hansı şəraitdə dəvət olunduğunuzu təsdiq edən rəsmi sənəddir. Bir çox hallarda düzgün […]

Vizam.az 08 oktyabr 2025