PORTUQALİYA BİZNES VİZASI - AVROPANIN QƏRB NÖQTƏSİNƏ SƏYAHƏT

Yeniləndi: 13 fevral 2025 1765 baxış 6 dəq. oxu

Avropanın ən qərbində, Atlantik okeanı sahillərində yerləşən, əyləncə və enerji dolu gündəlik həyatı, heyranlıqla gəzəcəyiniz şəhərləri, rəngarəng və müxtəlif üslublardakı tikililəri, təbiəti və coğrafiyasının ideal şəraiti ilə Portuqaliya hər il 25 milyondan artıq turistə ev sahibliyi edir. Turizmdən əlavə isə bu ölkəyə il ərzində dəfələrlə biznes səfərlər də reallaşdırılır. Siz Portuqaliyaya səyahət edib həm işinizi görmək, həm də gəzib füsunkar ölkəni kəşf etmək istəyirsinizsə, Portuqaliya biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Portuqaliya Viza Növləri

portuguese flag

Portuqaliya Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Portuqaliya Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Portuqaliyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Portuqaliya milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Portuqaliya Şengen vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Portuqaliyada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Portuqaliya Şengen Vizası

schengen visa of portugal

Digər Şengen vizaları kimi Portuqaliya Şengen vizası da təkgirişli və çoxgirişli ola bilər. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Portuqaliya Şengen vizasını almaq sizə səyahətiniz boyu bütün Şengen ölkələrinin qapısını açacaq. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Portuqaliyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Portuqaliya vizası ilə Şengen ərazisinə başqa bir giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Portuqaliya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı olaraq ən çox Portuqaliyada qalacağınızı göstərməlisiniz.

Portuqaliya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

Portuqaliya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Qeyd edək ki, təcrübəmizdə görünmüşdür ki, Portuqaliya vizası üçün müraciət edilən Fransa səfirliyi ilk viza müraciətini edən şəxslərdən əksər hallarda iş yerindən arayışdan əlavə e.gov.az hökumət portalından çıxarış da tələb edib. Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Fransa səfirlyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

ministry of taxes

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

euro banknotes

Portuqaliya Şengen vizası üçün müraciət Fransa Səfirliyinin Capago adlı viza müraciət mərkəzində olunur. Portuqaliyanın ölkəmizdə konsulluğu fəaliyət göstərməməsi səbəbilə viza haqda qərar Fransa səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə əldə edilir. Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 3 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Portuqaliyada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Portuqaliyada mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Şengen viza proseduru müraciət tarixindən etibarən 3-5 iş günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, Fransa Səfirliyi viza prosedurunun müddətini səyahətin başlama tarixinə uyğun planlaşdırır. Səyahət tarixləri daha yaxın olan müraciətçilərin viza nəticəsi də daha tez bəlli olur. Lakin, viza prosedurunun müddəti yalnız bu faktordan asılı olmur, keysin mürəkkəbliyi də burada rol oynaya bilir.

Viza rüsumu 35 avro təşkil edir. Bu məbləğ milli valyutada, yəni manatla nağd şəkildə və ya kartla istənilən valyutada ödənilə bilər. Sənədləri təhvil verərkən viza rüsumundan əlavə 26 avro viza mərkəzinin xidmət haqqı kimi ödənilir. Bu ödənişi də nəğd şəkildə yalnız manatla və ya kartla istənilən valyutada etmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

Portuqaliya Şengen Vizası Alma Ehtimalı

embassy of portugal

Hər bir ölkənin viza müraciətində olduğu kimi Portuqaliyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin Portuqaliya Şengen vizası alma şansınızı artıran faktorlardır. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Portuqaliyaya Viza Dəstəyi

portugal

Biz Vizam.az şirkəti olaraq sizə Portuqaliya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Portuqaliya Şengen biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Avropanın həm qərb, həm də əyləncə nöqtəsində bol əyləncələr! Xoş səyahətlər!

Yeniləndi: 23.01.2025

Oxşar yazılar:

Krit Adasına Səyahət Üçün Yunanıstan Vizası Necə Alınır?

Krit Adasına Səyahət Üçün Yunanıstan Vizası Necə Alınır?

Yunanıstanın ən böyük və ən məşhur adası olan Krit, hər il milyonlarla turistin istirahət üçün seçdiyi Aralıq dənizi istiqamətlərindən biridir. Mavi bayraqlı çimərlikləri, qədim tarixə malik şəhərləri, zəngin mətbəxi və isti iqlimi ilə Krit adası həm ailəvi istirahət, həm də romantik və ya macəra dolu səyahətlər üçün ideal seçim hesab olunur. Son illərdə Azərbaycandan bu […]

Vizam.az 03 iyun 2026
Viza Müraciətində Sponsorluq Arayışı Nədir və Necə Hazırlanır?

Viza Müraciətində Sponsorluq Arayışı Nədir və Necə Hazırlanır?

Viza müraciət prosesində ən çox sual doğuran sənədlərdən biri sponsorluq arayışıdır. Xüsusilə maliyyə vəziyyəti yetərli olmayan və ya səyahət xərclərini başqa bir şəxs qarşılayan müraciətçilər üçün bu sənəd vacib rol oynayır. Sponsorluq arayışı səfirliyə müraciətçinin bütün xərclərinin üçüncü şəxs tərəfindən qarşılanacağını sübut edən rəsmi sənəddir. Bu yazıda sponsorluq arayışının nə olduğu, kimlər tərəfindən verildiyi və […]

Vizam.az 02 iyun 2026
Kanada Vizası Necə Alınır? 2026-cı İl Üçün Tam Bələdçi

Kanada Vizası Necə Alınır? 2026-cı İl Üçün Tam Bələdçi

Kanada hər il milyonlarla turist, tələbə və işgüzar səyyah qəbul edən ölkələrdən biridir. Təbii gözəllikləri, yüksək həyat səviyyəsi və inkişaf etmiş şəhərləri ilə Kanada azərbaycanlı səyahətçilərin də maraq göstərdiyi istiqamətlər arasındadır. Lakin bu ölkəyə səfər etmək üçün Azərbaycan vətəndaşlarının əvvəlcədən Kanada vizası əldə etməsi tələb olunur. Bu yazıda Kanada turist vizası üçün tələb olunan sənədlər, […]

Vizam.az 02 iyun 2026
Roma Səyahəti üçün İtaliya Vizası Necə Alınır?

Roma Səyahəti üçün İtaliya Vizası Necə Alınır?

Roma Avropanın ən çox ziyarət edilən şəhərlərindən biri olaraq hər il milyonlarla turisti özünə cəlb edir. Kolizey, Vatikan, Trevi Fəvvarəsi və tarixi küçələri ilə məşhur olan bu şəhərə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əsas tələblərdən biri İtaliya Şengen vizasının alınmasıdır. Xüsusilə ilk dəfə Avropaya səyahət etməyi planlaşdıran şəxslər üçün İtaliya vizası prosesi sənədlər, maliyyə […]

Vizam.az 25 may 2026
Almaniya Səfirliyi Viza Görüşü Necə Almaq Olar?

Almaniya Səfirliyi Viza Görüşü Necə Almaq Olar?

Almaniyaya səyahət etmək istəyən şəxslərin ilk qarşılaşdığı mərhələlərdən biri viza görüşünün alınması prosesidir. Son dövrlərdə Azərbaycanda Almaniya vizası üçün müraciət sistemi dəyişdirilib və artıq müraciətlər birbaşa səfirlik üzərindən deyil, rəsmi viza müraciət mərkəzi olan TLS Contact vasitəsilə həyata keçirilir. Bu səbəbdən bir çox insan “Almaniya səfirliyi viza görüşü necə alınır?”, “TLS Contact-da appointment necə götürülür?” […]

Vizam.az 21 may 2026
Niderland üçün vizanız hazırdır?

Niderland üçün vizanız hazırdır?

Niderland Avropanın ən çox ziyarət edilən Şengen ölkələrindən biridir və həm turizm, həm də işgüzar səfərlər üçün böyük maraq doğurur. Amsterdamın kanalları, tarixi şəhərləri və inkişaf etmiş infrastrukturu bu ölkəni səyahət planlarında xüsusi yerə çevirir. Lakin Niderlanda səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əsas şərt Şengen vizasının alınmasıdır. Viza prosesi bəzən mürəkkəb və suallar yaradan […]

Vizam.az 18 may 2026
Litva Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Litva Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Litva Şengen zonasında yerləşən Avropa İttifaqı ölkələrindən biridir və bu ölkəyə səyahət etmək üçün əsasən qısa müddətli C tipi Şengen vizası tələb olunur. Litva vizası turizm, işgüzar səfər, ailə ziyarəti və ya tranzit məqsədləri üçün istifadə edilir və sahibinə təkcə Litvaya deyil, bütün Şengen ölkələrinə sərbəst səyahət imkanı verir. Son illərdə Litva həm biznes imkanları, […]

Vizam.az 18 may 2026
Litvaya Necə Getmək Olar?

Litvaya Necə Getmək Olar?

Son illərdə azərbaycanlı turistlər, tələbələr və iş axtaran şəxslər üçün maraq göstərilən Avropa ölkələrindən birinə çevrilib. Baltik regionunda yerləşən Litva həm münasib yaşayış xərcləri, həm təhlükəsiz şəhər həyatı, həm də Şengen zonasına daxil olması ilə diqqət çəkir. Xüsusilə paytaxt Vilnius tarixi memarlığı, sakit atmosferi və Avropa şəhər həyatını daha rahat büdcə ilə yaşamaq imkanı təqdim […]

Vizam.az 14 may 2026
Avstriya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstriya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstriya vizası üçün viza müraciəti edən şəxslər ən çox sənədlər, prosedur və qəbul şərtləri ilə bağlı suallar verir. Avstriya Şengen zonasında yerləşdiyi üçün bu ölkəyə səyahət üçün əsasən qısa müddətli C tipi Şengen vizası tələb olunur. Turizm, işgüzar səfər və ya ailə ziyarəti kimi məqsədlərlə müraciət etmək mümkündür. Viza prosesi düzgün sənəd hazırlığı və real […]

Vizam.az 14 may 2026
Oktoberfest Festivalı üçün Almaniya Vizası

Oktoberfest Festivalı üçün Almaniya Vizası

Dünyanın ən məşhur festivallarından biri hesab olunur və hər il milyonlarla turist bu tədbirdə iştirak etmək üçün Almaniyanın Munich şəhərinə səyahət edir. Bavariya mədəniyyəti, ənənəvi musiqilər, məşhur pivə çadırları və festival atmosferi Oktoberfesti Avropanın ən böyük tədbirlərindən birinə çevirib. Xüsusilə sentyabr ayının sonu və oktyabr ayının əvvəlində keçirilən festival dövründə Almaniyaya turist axını ciddi şəkildə […]

Vizam.az 14 may 2026