POLŞA BİZNES VİZASI

Yeniləndi: 12 fevral 2025 3212 baxış 6 dəq. oxu

Avropanın istənilən ölkəsi turizm üçün əla məkan hesab oluna bilər. Ancaq bu ölkələrin siyahısında Polşanı həm bizim səyahətçilərimiz, həm də dünya turizmi üçün ön plana çəkən amillər boldur. Paytaxt Varşavadan əlavə Krakov, Poznan, Qdansk və bir çox şəhərlərdə rast gələ biləcəyiniz Polşanın özünəməxsus, spesifik arxitekturası, təbiətinin gözəlliyi, mədəniyyəti və incəsənəti turistləri özünə cəlb etməkdə olduqca uğurludur. Bundan əlavə isə Polşaya tez-tez dünyanın müxtəlif ölkələrindən biznes səfərlər təşkil olunur. Siz Polşaya səyahət edib həm işinizi görmək, həm də gəzib bu ölkəni kəşf etmək istəyirsinizsə, Polşa biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Polşa Viza Növləri

polish visa in passport

Polşa Şengen ölkələri arasında yer aldığına görə siz bu ölkəyə planladığınız qısamüddətli səyahətinizi Polşa Şengen vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Polşada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Polşada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə Polşa milli vizasına da müraciət edə bilərlər.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Polşa Şengen vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Polşada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Polşa Şengen Vizası

shengen visa

Bütün Şengen ölkələrində olduğu kimi Polşa Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Polşa vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Polşadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Polşa vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Polşa Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox Polşada qalacağınızı göstərməlisiniz.

Polşa Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

flag of poland

Polşa Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  15. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

airline boarding pass

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda Polşa səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.000-4.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz. Təqdim edəcəyiniz VÖEN-in isə kopyası yetərlidir.

Viza Proseduru

calendars

Polşa vizasına müraciət Polşanın Azərbaycandakı Səfirliyinə edilir. Viza haqda qərar səfirliyin konsulluq şöbəsində, konsul tərəfindən verilir.

Polşa vizası üçün görüş təyini digər Şengen ölkələrindən fərqlidir. Belə ki, viza müraciətinə görüş təyin etmək üçün ilk öncə konsulluğun sistemində uyğun görüş tarixi seçilir və bu tarix seçildikdən sonra onlayn ərizə forması açılır. Həmin ərizə forması 60 dəqiqə ərzində doldurulmalıdır, əks halda təyin olunmuş görüş vaxtı itəcəkdir. Buna görə də görüş vaxtı təyin edilməzdən əvvəl bütün lazımi informasiyalar əlçatan olmalıdır ki, ərizə formasını doldurmaq uzun çəkməsin. Ərizə formasını tamamlayıb təsdiqlədikdən sonra son səhifədə təyin edilmiş tarix və onun qarşısında avtomatik təyin edilmiş görüş saatı çıxır. Yəni, müraciətçi viza görüşü üçün mümkün tarixlər arasından özünə uyğun günü seçə bilər, lakin saat avtomatik olaraq sistem tərəfindən veriləcəkdir. Bəzi hallarda sistemdə görüş vaxtı üçün tarix seçmək mümkün olmur. Bu o deməkdir ki, hal-hazırda boş görüş vaxtı yoxdur. Belə olan halda sistemdə yer açılmasını gözləmək lazımdır. Bu yerlər hər ayın 10,20,30-u olmaqla (bu tarixlər qeyri-iş günlərinə təsadüf etdikdə, bir gün əvvəl və ya bir gün sonra da açıla bilər, əvvəlcədən səfirlikdən dəqiqləşdirmək məsləhətdir) ayda 3 dəfə sistematik bir şəkildə açılır.

Əvvəlcədən görüş təyini mütləqdir, əks təqdirdə sənədlər qəbul edilməyəcəkdir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Sənədləri təqdim edərkən şəxsi iştirak mütləqdir, lakin 12 yaşdan aşağı uşaqların viza görüşünə gəlməyinə ehtiyac yoxdur.

Qeyd: Bəzi hallarda, xüsusilə də, işgüzar səfərlər zamanı sistemdə göstərilən vaxtdan daha tez tarixə görüş təyin etmək mümkün ola bilər. Bunun üçün Polşadakı şirkət Bakıdakı Polşa səfirliyinə email yazmalı və ya əlaqə saxlamalıdır.

Şengen viza proseduru müraciət tarixindən etibarən 10-20 iş günü çəkə bilər.

Viza rüsumu 35 avrodur və sənədləri təqdim edən zaman yalnız nəğd şəkildə və avro ilə ödəniş etmək mümkündür.

Polşa Şengen Vizası Alma Ehtimalı

embassy of poland

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Polşada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Polşa Şengen vizası alma şansınızı artıran faktorlardır. Təcrübəmiz göstərir ki, Polşa səfirliyi daha öncə Şengen vizası olmayan insanlara dəfələrlə ilk Şengen vizasını vermiş səfirliklərdən biridir. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Polşaya Viza Dəstəyi

town hall in poznan

Biz Vizam.az şirkəti olaraq sizə Polşa Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Polşa Şengen biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Polşada keçirdiyiniz günlər həyatınızın ən gözəl günlərinə çevrilə bilər! Xoş səyahətlər!

Yenilənib: 17.01.2025

Oxşar yazılar:

Azərbaycan Vətəndaşları üçün Yunanıstan Səfirliyi Viza Müraciəti

Azərbaycan Vətəndaşları üçün Yunanıstan Səfirliyi Viza Müraciəti

Yunanıstan Avropanın ən çox ziyarət edilən ölkələrindən biri olaraq zəngin tarixi, qədim abidələri, Aralıq dənizi sahilləri və yüzlərlə adası ilə hər il milyonlarla turistin diqqətini cəlb edir. Afina, Santorini və Mikonos kimi məşhur istiqamətlər həm istirahət, həm də mədəni səyahət sevənlər üçün unikal təcrübə təqdim edir. Bundan əlavə, Yunanıstanın Şengen zonasına daxil olması bu ölkəni […]

Vizam.az 16 iyun 2026
Azərbaycan Vətəndaşları üçün Yaponiya Vizası

Azərbaycan Vətəndaşları üçün Yaponiya Vizası

Yaponiya dünyanın ən inkişaf etmiş və texnoloji cəhətdən qabaqcıl ölkələrindən biri hesab olunur. Zəngin tarixi, unikal mədəniyyəti, müasir şəhərləri və təbiət gözəllikləri ilə hər il milyonlarla turistin diqqətini cəlb edir. Tokio, Kyoto və Osaka kimi şəhərlər qədim ənənələri müasir həyat tərzi ilə birləşdirərək ziyarətçilərə fərqli təcrübə təqdim edir. Sakura mövsümü, Yapon mətbəxi, sürətli qatarları və […]

Vizam.az 16 iyun 2026
Niderland Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Niderland Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Niderland Avropanın ən çox ziyarət edilən ölkələrindən biridir. Amsterdamın tarixi kanalları, rəngarəng lalə bağları, müasir şəhərləri və yüksək həyat standartları hər il milyonlarla turistin diqqətini cəlb edir. Azərbaycan vətəndaşları da turizm, biznes, təhsil və ailə ziyarəti məqsədilə Niderlanda səyahət etməyi planlaşdırarkən ilk növbədə viza prosedurları ilə maraqlanırlar. Niderland Şengen zonasına daxil olduğu üçün bu ölkəyə […]

Vizam.az 12 iyun 2026
Estoniya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Estoniya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Son illərdə Estoniya həm turizm, həm biznes, həm də təhsil məqsədli səfərlər üçün azərbaycanlıların maraq göstərdiyi Avropa ölkələrindən birinə çevrilib. Baltik regionunun ən inkişaf etmiş ölkələrindən biri hesab olunan Estoniya müasir texnologiyaları, rəqəmsal dövlət xidmətləri, tarixi şəhərləri və yüksək həyat keyfiyyəti ilə tanınır. Xüsusilə paytaxt Tallinn öz orta əsr memarlığı, rahat şəhər atmosferi və müasir […]

Vizam.az 05 iyun 2026
Xorvatiya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Xorvatiya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Son illərdə Aralıq dənizi sahillərində istirahət etmək istəyən azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi istiqamətlərdən biri Xorvatiyadır. Təmiz çimərlikləri, tarixi şəhərləri, füsunkar adaları və Avropa standartlarına uyğun turizm infrastrukturu ilə tanınan bu ölkə hər il milyonlarla ziyarətçi qəbul edir. Xüsusilə Dubrovnik, Split və Zaqreb kimi şəhərlər həm yay tətili, həm də mədəni səyahətlər üçün ideal […]

Vizam.az 04 iyun 2026
Krit Adasına Səyahət Üçün Yunanıstan Vizası Necə Alınır?

Krit Adasına Səyahət Üçün Yunanıstan Vizası Necə Alınır?

Yunanıstanın ən böyük və ən məşhur adası olan Krit, hər il milyonlarla turistin istirahət üçün seçdiyi Aralıq dənizi istiqamətlərindən biridir. Mavi bayraqlı çimərlikləri, qədim tarixə malik şəhərləri, zəngin mətbəxi və isti iqlimi ilə Krit adası həm ailəvi istirahət, həm də romantik və ya macəra dolu səyahətlər üçün ideal seçim hesab olunur. Son illərdə Azərbaycandan bu […]

Vizam.az 03 iyun 2026
Viza Müraciətində Sponsorluq Arayışı Nədir və Necə Hazırlanır?

Viza Müraciətində Sponsorluq Arayışı Nədir və Necə Hazırlanır?

Viza müraciət prosesində ən çox sual doğuran sənədlərdən biri sponsorluq arayışıdır. Xüsusilə maliyyə vəziyyəti yetərli olmayan və ya səyahət xərclərini başqa bir şəxs qarşılayan müraciətçilər üçün bu sənəd vacib rol oynayır. Sponsorluq arayışı səfirliyə müraciətçinin bütün xərclərinin üçüncü şəxs tərəfindən qarşılanacağını sübut edən rəsmi sənəddir. Bu yazıda sponsorluq arayışının nə olduğu, kimlər tərəfindən verildiyi və […]

Vizam.az 02 iyun 2026
Kanada Vizası Necə Alınır? 2026-cı İl Üçün Tam Bələdçi

Kanada Vizası Necə Alınır? 2026-cı İl Üçün Tam Bələdçi

Kanada hər il milyonlarla turist, tələbə və işgüzar səyyah qəbul edən ölkələrdən biridir. Təbii gözəllikləri, yüksək həyat səviyyəsi və inkişaf etmiş şəhərləri ilə Kanada azərbaycanlı səyahətçilərin də maraq göstərdiyi istiqamətlər arasındadır. Lakin bu ölkəyə səfər etmək üçün Azərbaycan vətəndaşlarının əvvəlcədən Kanada vizası əldə etməsi tələb olunur. Bu yazıda Kanada turist vizası üçün tələb olunan sənədlər, […]

Vizam.az 02 iyun 2026
Roma Səyahəti üçün İtaliya Vizası Necə Alınır?

Roma Səyahəti üçün İtaliya Vizası Necə Alınır?

Roma Avropanın ən çox ziyarət edilən şəhərlərindən biri olaraq hər il milyonlarla turisti özünə cəlb edir. Kolizey, Vatikan, Trevi Fəvvarəsi və tarixi küçələri ilə məşhur olan bu şəhərə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əsas tələblərdən biri İtaliya Şengen vizasının alınmasıdır. Xüsusilə ilk dəfə Avropaya səyahət etməyi planlaşdıran şəxslər üçün İtaliya vizası prosesi sənədlər, maliyyə […]

Vizam.az 25 may 2026
Almaniya Səfirliyi Viza Görüşü Necə Almaq Olar?

Almaniya Səfirliyi Viza Görüşü Necə Almaq Olar?

Almaniyaya səyahət etmək istəyən şəxslərin ilk qarşılaşdığı mərhələlərdən biri viza görüşünün alınması prosesidir. Son dövrlərdə Azərbaycanda Almaniya vizası üçün müraciət sistemi dəyişdirilib və artıq müraciətlər birbaşa səfirlik üzərindən deyil, rəsmi viza müraciət mərkəzi olan TLS Contact vasitəsilə həyata keçirilir. Bu səbəbdən bir çox insan “Almaniya səfirliyi viza görüşü necə alınır?”, “TLS Contact-da appointment necə götürülür?” […]

Vizam.az 21 may 2026