NORVEÇƏ BİZNES SƏFƏR VİZASI

Yeniləndi: 12 fevral 2025 1675 baxış 6 dəq. oxu

Bütün səyahətçilərin xəyallarını bəzəyən, şəkillərdə qarlı, şaxtalı, sakit təbiətinin və coğrafiyasının gözəlliyi ilə hər kəsi özünə aşiq edən Norveç. Milyonlarla insanı özünə cəlb edən bu füsunkarlıqların gətirdiyi turizmdən əlavə isə Norveçə daim bir çox şəxs tərəfindən biznes səfərlər də reallaşdırılır. Əgər siz də Norveçə səyahət edib həm işinizi görmək, həm də gəzib bu füsunkar ölkəni kəşf etmək istəyirsinizsə, Norveç biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Norveç Viza Növləri 

norwegian schengen work visa

Norveç Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Norveç Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Norveçdə müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Norveç milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Norveç Şengen vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Norveçdə daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Norveç Şengen Vizası

norwegian schengen visa

Norveç Şengen vizası digər Şengen vizaları kimi təkgirişli və çoxgirişli ola bilir. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Norveç Şengen vizasını əldə etdikdən sonra səyahətiniz ərzində istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Norveçdən edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Norveç vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Norveç Şengen vizasına müraciət etdiyiniz təqdirdə səyahət müddətiniz ərzində ən çox qalacağınız ölkə kimi Norveçi göstərməlisiniz.

Norveç Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

flag of norway

Norveç Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Onlayn ödəniş çekinizin çap versiyası
  14. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
  15. Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

booking hotel travel

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz. 

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz. 

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru 

calendar page

Norveç Şengen vizası üçün müraciət Ankarada yerləşən Norveç Səfirliyinin Azərbaycandakı VFS Global adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Ankaradakı Norveç səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir. 

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi iş saatları ərzində Norveç VFS Global viza müraciət mərkəzinin +994 12 310 57 03 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür. Lakin siz öncədən görüş təyin etmədən VFS Global şirkətinə yaxınlaşaraq sənədlərinizi təqdim edə bilərsiniz. 

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri halda şəxsən iştirakları mütləq deyil.

Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 4 həftə (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir. Bu müddətə sənədlərin Azərbaycandakı viza mərkəzindən Ankaradakı səfirliyə çatdırılması və geri qaytarılması və eyni zamanda müraciət Ankaradakı səfirlik tərəfindən qəbul edildikdən sonra qərarın verilməsi üçün tələb olunan 20-25 günü əhatə edir.

Viza rüsumu 35 avro ərizə formasını doldurduqdan və təsdiqlədikdən sonra onlayn şəkildə ödənilir. Sənədləri təqdim edərkən isə viza mərkəzinin xidmət haqqı olan 55 AZN, ikitərəfli kuryer xidmət haqqı 74 AZN və viza prosedurunun başa çatdığı və pasportun hazır olduğu barədə məlumat verməsi üçün SMS xidmət haqqı 3 AZN ödənilir. Bu ödənişlər nəğd şəkildə və yalnız manatla qəbul olunur.

Qeyd edək ki, əgər müraciətçi viza nəticəsinin 4 həftədən daha tez bəlli olmasını istəyirsə, sənədlərinin Ankaraya daha tez gedib-qayıtması üçün Premium Təcili çatdırılma xidmətindən istifadə edə bilər. Bu zaman kuryer xidmət haqqını 74 AZN deyil, 208 AZN ödəməlidir. Premium Təcili çatdırılma prosesini tezləşdirmək olar. Bu halda, sənədlərin Ankaraya çatdırılması və geri qaytarılması 2 həftə deyil, 5 iş günü çəkir. Bu xidmətin səfirlikdə olan viza prosedurunun müddətinə heç bir təsiri yoxdur. Lakin, təcrübəmiz göstərir ki, təcili biznes səfərlərində və ya konfrans iştiraklarında dəvət edən qurum Ankaradakı səfirliklə əlaqə saxlayıb, qəararın 15 gündən daha tez, hətta bir iş gününə verilməsini təmin edə bilər.

Norveç Şengen Vizası Alma Ehtimalı

royal norwegian embassy

Hər bir ölkənin viza müraciətində olduğu kimi Norveçdə də sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından biraz yüksək olması (təcrübədə 450-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Norveç Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə heç bir Şengen vizası olmayan şəxslər üçün Norveç səfirliyi ilk viza müraciəti seçimi olaraq nisbətən riskli görülə bilər. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Norveçə Viza Dəstəyi

norway natural landscape

Biz Vizam.az şirkəti olaraq sizə Norveç Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Norveç Şengen biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Nağıllar aləmi Norveçə xoş gəlmisiniz! Xoş səyahətlər!

Yenilənib: 17.01.2025

Oxşar yazılar:

Amerikada Yaxın Qohum Yanına Getmək Üçün Hansı Viza Uyğundur?

Amerikada Yaxın Qohum Yanına Getmək Üçün Hansı Viza Uyğundur?

Əgər siz Amerikada yaşayan yaxın qohumunuzun yanına getmək barədə düşünürsünüzsə, ilk öncə hansı məqsədlə və nə qədər müddətə səfər etmək istədiyinizi müəyyənləşdirməyiniz vacibdir. ABŞ-a səfərlər zamanı viza rejimi və prosedurlar səfərin məqsədindən istər müvəqqəti ziyarət, istərsə də daimi yaşamaq asılı olaraq dəyişir. Ona görə də düzgün viza növünü seçmək və ona uyğun sənədlərlə müraciət etmək […]

Vizam.az 30 may 2025
Gecikmiş və Ləğv Olunmuş Uçuşlar üçün Kompensasiya Şirkətləri

Gecikmiş və Ləğv Olunmuş Uçuşlar üçün Kompensasiya Şirkətləri

Neçə dəfə uçuş qaçırmısınız? Yoxsa uçuşunuz ləğv olunub və saatlarla hava limanında gözləməli olmusunuz? Bəlkə də indi bu yazını oxuyarkən elə həmin situasiyadasınız: təyyarəniz gecikir, nə vaxt qalxacağı bəlli deyil, personal isə konkret heç nə demir. Ən pisi isə odur ki, bu vəziyyətə görə nə edəcəyinizi bilmirsiniz. Əslində, çox az insan uçuş gecikmələrinin və ləğvlərinin […]

Vizam.az 30 may 2025
Work and Travel Proqramı üçün Viza Necə Ala Bilərəm?

Work and Travel Proqramı üçün Viza Necə Ala Bilərəm?

Work and Travel proqramı, əsasən universitet tələbələri üçün nəzərdə tutulmuş beynəlxalq bir mübadilə proqramıdır. Bu proqram vasitəsilə tələbələr yay tətili dövründə ABŞ-a səyahət edir, orada işləyir və eyni zamanda Amerika mədəniyyətini yaxından tanımaq imkanı qazanırlar. Sadə dillə desək, bu proqram sizə həm tətil edib dünyagörüşünüzü genişləndirmək, həm də işləyib qazanc əldə etmək fürsəti yaradır. Əsas […]

Vizam.az 29 may 2025
Belçika Şengen Vizası Necə Ala Bilərəm?

Belçika Şengen Vizası Necə Ala Bilərəm?

Belçika Avropanın mərkəzində yerləşən kiçik amma çox maraqlı ölkədir. Əgər siz həm tarixi, həm də müasir həyat tərzini bir yerdə görmək istəyirsinizsə, Belçika yaxşı seçimdir. Burada orta əsrlərdən qalma şəhərlər, gözəl arxitektura, incəsənət muzeyləri və əlbəttə, dünyanın ən məşhur şokoladları, pivələri ilə tanış ola bilərsiniz. Brüssel, Antverpen, Gent kimi şəhərlər səyahət üçün əla məkanlardır. Belçikada […]

Vizam.az 26 may 2025
İspaniyaya Səyahət Hazırlığı

İspaniyaya Səyahət Hazırlığı

Əgər ilk dəfə Avropaya gedirsinizsə, İspaniya çox uyğun seçimdir: insanlar mehribandır, turistlərə qarşı açıq münasibət göstərirlər və mədəni cəhətdən çox maraqlı bir ölkədir. Həm şəhərləri gəzmək, həm də istirahət etmək üçün əlverişlidir. Səyahətdən əvvəl gündəlik büdcənizi təyin edin, çünki bəzi şəhərlərdə qiymətlər yüksək ola bilər. Amma supermarketlər və yerli yemək yerlərində münasib qiymətlərlə qidalanmaq mümkündür. […]

Vizam.az 26 may 2025
Nomad Vizası ilə İspaniyada Yaşamaq

Nomad Vizası ilə İspaniyada Yaşamaq

Əgər siz də deyirsinizsə ki, həm Avropada yaşamaq istəyirəm, həm də uzaqdan işləmə fürsətimi itirmək istəmirəm – İspaniyanın digital nomad vizası (ya da “teletrabajo de carácter internacional”) bu istəklərinizi reallaşdıra bilər. Bu viza xüsusilə xarici ölkələr üçün işləyən və lokasiya baxımından müstəqil çalışan şəxslər üçün nəzərdə tutulub. Gəlin, bu viza ilə İspaniyada necə yaşamaq və […]

Vizam.az 23 may 2025
Tayland Vizası Necə Ala Bilərəm?

Tayland Vizası Necə Ala Bilərəm?

Deyirsiz həm ucuz olsun, həm dəniz olsun, həm yeni yerlər görüm, həm yeməkləri maraqlı olsun, amma çox da xərcim çıxmasın? Bax, o dediyinizin adı Tayland. Bir dəfə gedəndən sonra “niyə bu vaxta qədər getməmişdim?” deyəcəksiz. Tayland istirahət anlayışını bir az dəyişdirir. Yəni təkcə günəşin altında uzanmaqdan getmir söhbət. Burda həm şəhərin səsi var, həm dənizin […]

Vizam.az 23 may 2025
Şengen vizası nədir və necə almaq olar?

Şengen vizası nədir və necə almaq olar?

Madriddə günorta saatlarında bir parkda oturub isti nata yeyirsən, insanlar günəşlənir və həyat çox yavaş gedir. Romada köhnə bir küçədə pizza alırsan, ayaqüstü yeyirsən. Parisdə səhər tezdən bir kafedə oturursan, baget, yağ, bir də kafe au lait hamısı sadə şeylərdi, amma yerində başqa cür gəlir. Hansısı olursa-olsun, bunları reallaşdırmaq ücün ilk addım Şengen vizasını almaqdır. […]

Vizam.az 22 may 2025
Amerikada Dil Kursları üçün F1 Vizası

Amerikada Dil Kursları üçün F1 Vizası

ABŞ-da dil öyrənmək xəyalı quranlar üçün F1 tələbə vizası bu arzuya çatan yolda ilk addımdır. Bu viza sayəsində siz Birləşmiş ŞT-nin tanınmış dil məktəblərində qanuni şəkildə təhsil ala bilər, eyni zamanda mədəniyyətini yaxından tanıya bilərsiniz. Bu bloqda sizə F1 vizası almaq üçün nələr etməliyiniz, hansı sənədlərə ehtiyac olduğu, viza müsahibəsində sizi nələrin gözlədiyi haqqında dolğun […]

Vizam.az 20 may 2025
Londona Səyahət Hazırlığı

Londona Səyahət Hazırlığı

Londona ilk dəfə səyahət edənlər üçün planlaşdırma mərhələsi bir qədər qarışıq görünə bilər. Sənədlərin düzgün hazırlanması, yaşayış və nəqliyyat məsələlərinin əvvəlcədən planlaşdırılması, büdcə təxmini və yerli qaydalara bələd olmaq uğurlu və stresssiz bir səyahətin əsas şərtləridir. Bu blog yazısında, Londona getməzdən əvvəl bilməli olduğunuz bütün vacib detalları bir araya topladıq. Londona Səfər Üçün Hansı Sənədlər […]

Vizam.az 19 may 2025