Litva Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Yeniləndi: 28 iyul 2026 418 baxış 4 dəq. oxu

Litva Şengen zonasında yerləşən Avropa İttifaqı ölkələrindən biridir və bu ölkəyə səyahət etmək üçün əsasən qısa müddətli C tipi Şengen vizası tələb olunur. Litva vizası turizm, işgüzar səfər, ailə ziyarəti və ya tranzit məqsədləri üçün istifadə edilir və sahibinə təkcə Litvaya deyil, bütün Şengen ölkələrinə sərbəst səyahət imkanı verir. Son illərdə Litva həm biznes imkanları, həm də turistik baxımdan daha çox diqqət çəkdiyi üçün viza müraciətlərinin sayı da artmaqdadır. Müraciət prosesində əsas diqqət yetirilən məqamlar düzgün sənədləşmə, maliyyə vəziyyətinin sübutu və səfər məqsədinin aydın şəkildə göstərilməsidir. Bu səbəbdən Litva vizası alma prosesi sadə görünsə də, hər bir detalın düzgün hazırlanması nəticəyə birbaşa təsir edir. Litva vizası haqqında ətraflı məlumat üçün buraya klik edərək keçid edə bilərsiniz.

Litva vizası almaq üçün hansı sənədlər lazımdır?

Litva Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alanlar üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Litva Şengen vizası neçə günə çıxır?

Litva Şengen vizasının nəticələnmə müddəti adətən müraciət tarixindən etibarən təxminən 7–15 iş günü arasında dəyişir. Lakin bu müddət mövsümə, konsulluğun iş yükünə və təqdim etdiyiniz sənədlərin tam olub-olmamasına görə daha uzun çəkə bilər. Yay ayları, bayram öncələri və turizm mövsümündə müraciət sayı artdığı üçün cavab müddəti də uzana bilir.

Bəzi hallarda konsulluq əlavə sənəd və ya əlavə yoxlama tələb etdikdə proses 30 günə qədər davam edə bilər. Bu səbəbdən Litva vizasına səyahət tarixindən ən azı 1 ay əvvəl müraciət etmək tövsiyə olunur. Təcili səfərlər üçün isə erkən müraciət etmək viza riskini azaltmağa kömək edir.

Litva vizası üçün bankda nə qədər pul olmalıdır?

Litva Şengen vizası üçün bank hesabında olmalı məbləğ səfərin müddətindən, otel və uçuş xərclərinin ödənilib-ödənilməməsindən və ümumi profilinizdən asılı olaraq dəyişir. Məsələn, 10 günlük səfər planlaşdırırsınızsa, hesabınızda təxminən 2000 avro aralığında vəsait göstərilməsi daha təhlükəsiz hesab olunur.

Ancaq vacib olan yalnız balans deyil. Bank hesabındakı pulun stabil görünməsi, son aylardakı hərəkətlər və gəlir mənbəyiniz də qiymətləndirilir. Sadəcə son gün böyük məbləğ əlavə etmək bəzən risk yarada bilər. Buna görə hesabda son 3–6 ay ərzində normal maliyyə hərəkətlərinin olması viza alma şansını artırır.

Əgər otel və biletlər əvvəlcədən ödənilibsə, tələb olunan məbləğ nisbətən daha aşağı görünə bilər. İş yeri, maaş və digər aktivlər də maliyyə vəziyyətinizi gücləndirən amillər sayılır.

Litva vizası almaq çətindirmi?

Litva vizası almağın çətin olub-olmaması əsasən sizin profilinizdən və təqdim etdiyiniz sənədlərdən asılıdır. Əgər rəsmi iş yeriniz, stabil gəliriniz, normal bank hərəkətləriniz və səfər məqsədinizi təsdiqləyən düzgün sənədləriniz varsa, Litva Şengen vizası almaq adətən mümkündür. Xüsusilə əvvəlki Şengen və ya digər ölkə vizalarının olması müraciətinizi daha güclü göstərə bilər.

Konsulluq əsasən sizin səfərdən sonra ölkəyə geri qayıdacağınıza və maliyyə baxımından səfəri qarşılaya bildiyinizə əmin olmaq istəyir. Buna görə iş yeri arayışı, bank hesabı, əmlak sənədləri və ailə bağları kimi faktorlar mühüm rol oynayır. Ən çox rədd səbəbləri isə zəif maliyyə vəziyyəti, qeyri-aydın səyahət planı, natamam sənədlər və bank hesabında qeyri-real hərəkətlər olur.

Ümumilikdə Litva vizası “ən çətin Şengen vizaları” sırasında sayılmasa da, sənədlərin düzgün hazırlanması və profilin uyğun təqdim edilməsi nəticəyə birbaşa təsir edir.

Litva vizası üçün dəvət məktubu (invitation letter) vacibdirmi?

Litva vizası üçün dəvət məktubu (invitation letter) hər müraciətdə məcburi deyil. Əgər turistik məqsədlə gedirsinizsə və otel rezervasiyası təqdim edirsinizsə, adətən ayrıca dəvət məktubu tələb olunmur. Lakin ailə ziyarəti, dost görüşü və ya biznes səfəri kimi hallarda dəvət məktubu müraciəti daha güclü göstərə bilər.

Dəvət məktubu xüsusilə Litvada yaşayan qohum, dost və ya şirkət tərəfindən göndərildikdə konsulluğa səfərin məqsədini daha aydın izah edir. Məktubda sizi dəvət edən şəxsin məlumatları, səfərin məqsədi, qalacağınız ünvan və tarixlər qeyd olunur. Bəzi hallarda dəvət edən şəxsin yaşayış icazəsi və ya pasport surəti də əlavə edilir.

Praktikada dəvət məktubu viza almağa zəmanət verməsə də, düzgün hazırlanmış olduqda müraciətin etibarlılığını artıran sənədlərdən biri hesab olunur.

Litva vizası üçün sığorta vacibdirmi?

Bəli, Litva Şengen vizası üçün səyahət sığortası mütləq tələb olunur və viza müraciətinin əsas sənədlərindən hesab edilir. Litva Şengen zonasına daxil olduğu üçün təqdim edilən sığorta bütün Şengen ölkələrində keçərli olmalıdır. Konsulluq əsasən fövqəladə tibbi xərclər, xəstəxana müalicəsi və təcili geri dönüş hallarını əhatə edən sığorta tələb edir.

Sığortanın minimum əhatə məbləği ən azı 30,000 avro olmalıdır və səyahətin bütün müddətini əhatə etməlidir. Əgər çoxgirişli (multi-entry) viza üçün müraciət edilirsə, ilk səfər müddətini əhatə edən sığorta təqdim olunur, lakin sonrakı səfərlərdə də aktiv sığortanın olması vacib sayılır.

Təcrübədə sığortanın düzgün tarixlərlə hazırlanması da önəmlidir. Uçuş tarixləri ilə uyğun olmayan və ya natamam sığorta sənədləri əlavə yoxlama və ya gecikmə yarada bilər.

Litva vizasına necə müraciət edilir?

Litva vizası üçün müraciət Litva Səfirliyinin konsulluq şöbəsində və ya Litva VFS Global adlı viza müraciət mərkəzində olunur. Bu, sizin seçiminizdən asılı olaraq dəyişir. Viza haqda qərar isə Bakıdakı Litva səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir. VFS Global haqqında ətraflı məlumat üçün klik edə blərsiniz.

Sənədləri viza mərkəzinə təqdim etmək üçün öncədən zəng edərək viza mərkəzində və ya səfirliyin özündə görüş təyin etmək lazımdır. Viza mərkəzi sənəd qəbulunu bazar ertəsindən cümə gününədək hər gün saat 09:00-dan 17:00-dək həyata keçirir.

Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə viza müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026
Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni ili Avropada keçirmək istəyirsinizsə, Şengen vizası üçün müraciətə səyahət tarixindən ən azı 1–2 ay əvvəl başlamaq məqsədəuyğundur. Yeni il dövründə viza mərkəzlərində sıxlıq yarana bildiyi üçün sənədlərin hazırlanması və görüş tarixinin alınmasını son həftələrə saxlamaq məsləhət görülmür. Yeni il üçün Vyana, Paris, Roma, Amsterdam və ya digər Şengen ölkələrinə səyahət planlaşdırırsınızsa, viza müraciətinin vaxtını […]

Vizam.az 28 sentyabr 2026
Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Bəli, Sinqapur vizası üçün bank çıxarışı maliyyə vəziyyətinizi göstərən dəstəkləyici sənəd kimi tələb oluna bilər. Lakin bank çıxarışı bütün müraciətlər üçün rəsmi şəkildə məcburi əsas sənəd kimi göstərilmir. Sinqapurun İmmiqrasiya və Nəzarət Məntəqələri İdarəsi (ICA) müraciət zamanı əlavə sənədlər tələb edə bilər və Sinqapura səfər edən şəxsin qalma müddəti ərzində özünü təmin etmək üçün kifayət […]

Vizam.az 24 sentyabr 2026
Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

İlk dəfə Şengen sərhədindən keçirsinizsə, pasportunuz, Şengen vizanız, uçuş və yaşayış məlumatlarınız, səfər planınız və lazım olduqda maliyyə imkanınızı göstərən sənədlər hazır olmalıdır. Sərhəd nəzarətində əməkdaş səfərin məqsədi, qalacağınız yer və geri dönüş planınız barədə qısa suallar verə bilər. Etibarlı Şengen vizasının olması girişə avtomatik zəmanət vermir. Xarici sərhəddə səyahətçinin giriş şərtlərinə uyğunluğu ayrıca yoxlanılır. […]

Vizam.az 24 sentyabr 2026
Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcunun olması təkbaşına viza almağa avtomatik maneə deyil. Viza müraciətində əsas məsələ kredit borcunun mövcudluğu deyil, müraciət edən şəxsin ümumi maliyyə vəziyyəti, sabit gəliri, bank hesabındakı vəsaitin mənbəyi və səfərin xərclərini qarşılamaq imkanının inandırıcı şəkildə göstərilməsidir. Məsələn, şəxsin aktiv istehlak krediti və ya ipoteka ödənişi ola bilər. Əgər onun sabit gəliri, normal bank hesabı […]

Vizam.az 23 sentyabr 2026
Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026