LATVİYA BİZNES VİZASI NECƏ ALINIR?

Yeniləndi: 12 fevral 2025 4461 baxış 6 dəq. oxu

Avropanın ən böyük və ən sevilən metropolislərindən birinə - paytaxt Riqaya ev sahibliyi edən, modern tarixi üslubu və təbiəti ilə seçilən Latviya il ərzində milyonlarla turisti ölkəsində qonaq edir. Turistik səfərlərlə yanaşı, ölkəyə təşkil olunan biznes səfərlərin də sayı ildən-ilə artmağa davam edir. Əgər siz də Latviyaya səyahət edib həm işinizi görmək, həm də bu ölkəni kəşf etmək istəyirsinizsə, Latviya biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Latviya Viza Növləri

Latviya Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Latviya Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Latviyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Latviyada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Latviya milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Latviya Şengen vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Latviyada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Latviya Şengen Vizası

Latviya Şengen vizası digər Şengen vizaları kimi təkgirişli və çoxgirişli ola bilir. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Latviya Şengen vizasını əldə etdikdən sonra səyahətiniz ərzində istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Latviyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Latviya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Latviya Şengen vizasına müraciət etdiyiniz təqdirdə səyahət müddətiniz ərzində ən çox qalacağınız ölkə kimi Latviyanı göstərməlisiniz.

Latviya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Latviya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün aldığınız aviabiletlərin ödəniş vauçerləri
  10. Səyahətiniz üçün bron etdiyiniz və ya aldığınız otellərin vauçerləri
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
  14. Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Latviya səfirliyinə təqdim olunan rəsmi dəvət məktublarının iki növü mövcuddur. Birinci növ dəvət məktubunda sizə dəvəti göndərən şəxs və ya qurum Latviyada yerləşən Miqrasiya qurumuna rəsmi şəkildə müraciət edir və sizin adınıza dəvət məktubu alır. Həmin dəvət məktubunun üzərində müəyyən kod qeyd olunur və siz həmin kodu Latviya səfirliyinə viza müraciəti zamanı bildirirsiniz. İkinci növ dəvət məktubunda yazılı formada və adi qaydada sizə şəxs və ya qurum tərəfindən dəvət məktubu göndərilir. Səfirlik bu halda yalnız dəvət məktubunun orijinalını qəbul edir. Məktubun skan versiyası səfirlik tərəfindən qəbul olunmur. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.000-4.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Otel və Aviabilet

Latviya səfirliyinə viza müraciəti zamanı siz ümumi səyahətinizi əhatə edən uçuş biletləriniz və otel rezervasiyalarınız üçün etdiyiniz ödənişlərin vauçerlərini (qəbzlərini) səfirliyə təqdim etməlisiniz. Yəni, biletlərin və otellərin ödənişsiz halda bronları və rezervasiyaları səfirlik tərəfindən sənəd qəbulu zamanı qəbul olunmur. Əgər vauçerləri müraciət zamanı səfirliyə təqdim etməsəniz, sənədləriniz səfirlik tərəfindən geri qaytarılacaqdır. Əgər siz yalnız Latviyada deyil, digər Şengen ölkələrində də qalacağınızı göstərirsinizsə, bu halda bütün göstərdiyiniz ölkələrdəki qalacağınız otellərə rezervasiyanız üçün etdiyiniz ödənişlərin vauçerlərini də səfirliyə təqdim etməlisiniz. Siz qalacağınız yeri Airbnb üzərindən rezervasiya etdiyiniz təqdirdə isə Airbnb tərəfindən sizə göndərilən rezervasiyanızı təsdiq edən sənədi, Airbnb tərəfindən sizə göndərilən ödəniş çeki və Airbnb rezervasiyası üçün ödəniş etdiyiniz bank kartından çıxarışı səfirliyə təqdim etməlisiniz.

Viza Proseduru

Latviya Şengen vizası üçün müraciət Latviya Səfirliyinin VFS Global adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Latviya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi 14:00-dan 18:00-dək Latviya VFS Global viza müraciət mərkəzinin +994 12 436 67 78 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür.

Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Lakin, əlavə 144 AZN ödəniş etməklə “Premium Lounge” xidmətindən istifadə edib görüş təyin etmədən növbədənkənar sənədləri təqdim etmək mümkündür.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri halda şəxsən iştirakları mütləq deyil.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 5 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Belçikada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Latviya mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Latviya Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 10-15 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.

Sənədləri təqdim edərkən 35 avro viza rüsumu və viza mərkəzinin xidmət haqqısı olan  24 avro ödənilir. Rüsumlar yalnız nəğd şəkildə qəbul olunur. Viza rüsumu avro, viza mərkəzinin xidmət haqqı isə manatla qəbul edilir.

Latviya Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Latviyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Latviya Şengen vizası alma şansınızı artıran faktorlardır. Təcrübəmiz göstərir ki, Latviya səfirliyi daha öncə Şengen vizası olmayan insanlara dəfələrlə ilk Şengen vizasını vermiş səfirliklərdən biridir. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Latviyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Latviya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Latviya Şengen biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Riqa ilin hər anında möhtəşəmdir! Xoş səyahətlər!

Yeniləndi: 21.01.2025

Oxşar yazılar:

Polşa Şengen Vizası Necə Ala Bilərəm?

Polşa Şengen Vizası Necə Ala Bilərəm?

Polşa Şengen vizası, Azərbaycan vətəndaşlarının Polşaya və ümumiyyətlə Şengen zonasına (Almaniya, Fransa, İtaliya, İspaniya və digər Avropa ölkələri daxil olmaqla) səfər etməsinə imkan verən qısa müddətli (C kateqoriyalı) vizadır. Bu viza ilə Polşada qalma müddəti hər 180 gün ərzində maksimum 90 gündür. Viza həm turizm, həm işgüzar səfərlər, həm də qohum ziyarəti üçün istifadə oluna […]

Vizam.az 01 iyul 2025
İsveçrəyə Necə Getmək Olar ?

İsveçrəyə Necə Getmək Olar ?

İsveçrə Avropanın ən inkişaf etmiş və təhlükəsiz ölkələrindən biridir. Təmiz havası, yüksək həyat keyfiyyəti, möhtəşəm təbiəti və tarixi şəhərləri ilə turistlərin diqqətini cəlb edir. Alpların möhtəşəm dağ mənzərələri, göllər, yaşıl vadilər və təmiz şəhər mühiti İsveçrənin əsas üstünlüklərindəndir. İsveçrə xizək və dağ idmanı həvəskarları üçün dünya miqyasında məşhur bir məkandır. Qış mövsümündə Davos, Zermatt və […]

Vizam.az 30 iyun 2025
Seyşel Adalarına Səyahət

Seyşel Adalarına Səyahət

Əgər dəniz, günəş və təbii gözəllik axtarışındasınızsa, Seyşel adaları sizin üçün unudulmaz bir tətil istiqaməti ola bilər. Xoşbəxtlikdən, Azərbaycan vətəndaşları üçün Seyşel vizasız ölkələr siyahısına daxildir və bu tropik cənnətə getmək üçün əvvəlcədən viza almağa ehtiyac yoxdur. Bu səbəbdən də Seyşel, vizasız ölkələr 2025 axtarışında olan səyahətçilər üçün son dərəcə cəlbedici bir yerdir. Seyşel adaları […]

Vizam.az 26 iyun 2025
Amerikaya Nece Getmek Olar?

Amerikaya Nece Getmek Olar?

Amerikaya getmək istəyən şəxslər üçün bir neçə fərqli yol mövcuddur. Səfərin məqsədindən asılı olaraq, uyğun viza növü seçilməlidir. Ən çox rast gəlinən seçimlər aşağıdakılardır: Amerikaya turistik məqsədlə getmək istəyənlər B1/B2 vizasına müraciət etməlidirlər. Bu viza, qısa müddətli səfərlər üçün nəzərdə tutulub və əsasən turizm, qohum ziyarəti və ya işgüzar görüşlər üçün istifadə olunur. Müraciət edən […]

Vizam.az 25 iyun 2025
Filippinə Səyahət Hazırlığı

Filippinə Səyahət Hazırlığı

Filippinə səyahət etmək üçün plan qurarkən təkcə uçuş bileti almaq kifayət etmir. Bu Cənub-Şərqi Asiya ölkəsi Azərbaycan vətəndaşları üçün viza rejimi tələb etdiyindən, ilk mərhələdə Filippin vizası üçün müraciət prosesi nəzərə alınmalıdır. Viza üçün müraciət Ankaradakı Filippin səfirliyi vasitəsilə edilir və müraciət zamanı sənədlərin düzgün hazırlanması, maliyyə vəziyyətinin sübutu və səyahət planının aydın şəkildə təqdim […]

Vizam.az 24 iyun 2025
Filippinlərə Viza Necə Ala bilərəm?

Filippinlərə Viza Necə Ala bilərəm?

Filippin son illərdə azərbaycanlı turistlər üçün yeni-yeni kəşf olunmağa başlayan, amma əslində Cənub-Şərqi Asiyanın ən maraqlı və fərqli ölkələrindən biridir. Əgər həm sərfəli qiymətlərlə dəniz istirahəti, həm də fərqli mədəniyyətlə tanışlıq istəyirsinizsə, Filippin sizin üçün maraqlı bir seçim ola bilər. Bura həm çimərlik, həm təbiət, həm də macəra üçün uyğun ölkədir və eyni zamanda sakit, […]

Vizam.az 24 iyun 2025
Kanadaya Səyahət Hazırlığı

Kanadaya Səyahət Hazırlığı

Kanada son illərdə azərbaycanlılar arasında həm təhsil almaq, həm də uzunmüddətli yaşamaq üçün ən çox seçilən ölkələrdən birinə çevrilib. Bu yazıda Kanadaya getmək istəyən hər kəs üçün detallı şəkildə bu sualın cavabını verəcəyik: Kanadaya niyə getməliyəm? Yazıda Kanadada yaşamaq, işləmək, təhsil almaq və turistik səyahət üçün əsas üstünlüklərdən danışacağıq. Əgər siz də “Kanadaya necə gedə […]

Vizam.az 24 iyun 2025
Estoniyaya Viza Necə Ala Bilərəm?

Estoniyaya Viza Necə Ala Bilərəm?

Estoniyaya səyahət çox maraqlı və faydalı bir təcrübə ola bilər. Baltik ölkələri arasında öz müasir texnologiyası, sakit təbiəti və tarixi ilə seçilən Estoniya, həm istirahət, həm də mədəniyyət baxımından zəngin seçimlər təqdim edir. Paytaxt Tallin Orta Əsrlər dövrünə aid qala divarları, daş döşənmiş küçələri və köhnə şəhər atmosferi ilə tanınır. Estoniya həm də Avropanın ən […]

Vizam.az 21 iyun 2025
Sinqapur Vizasını Necə Ala Bilərəm?

Sinqapur Vizasını Necə Ala Bilərəm?

Sinqapur Cənub-Şərqi Asiyanın ürəyində yerləşən, həm müasir, həm də təbii gözəllikləri ilə seçilən kiçik, lakin çox təsirli bir şəhər-dövlət. Turistlər üçün çox cəlbedici olan bu məkan, dünyanın ən təmiz və təhlükəsiz şəhərlərindən biri kimi tanınır. Burada səyahət edənlər rahatlıq, təhlükəsizlik və yüksək xidmət standartları ilə qarşılaşır. Sinqapurun ən böyük üstünlüklərindən biri də onun multikultural cəmiyyətidir. […]

Vizam.az 20 iyun 2025
Maldiv Səyahəti üçün Viza Lazımdır?

Maldiv Səyahəti üçün Viza Lazımdır?

Əgər dənizin ortasında sakitlik, lüks, günəş və ağ qumlu sahillərlə dolu bir istirahət axtarırsınızsa, Maldiv tam sizə görədir. Bu ölkə bir çox səyahətçinin xəyal etdiyi, lakin mürəkkəb viza prosedurları səbəbindən təxirə saldığı tətil planları üçün ideal seçimdir. Xoşbəxtlikdən, Maldiv Azərbaycan vətəndaşları üçün vizasız ölkələr sırasındadır. Başqa sözlə desək, Maldiv 2025-ci ildə vizasız səyahət edilə bilən […]

Vizam.az 19 iyun 2025