Fransa Səfirliyi Viza Müraciəti

Yeniləndi: 30 iyul 2026 503 baxış 8 dəq. oxu

Fransaya səyahət etmək bir çox insanın arzusudur. İstər turistik məqsədlə, istərsə də iş və ya təhsil üçün olsun, Fransaya getmək üçün ilk addım Fransa səfirliyi viza müraciəti prosesini düzgün şəkildə başa düşməkdir. Əgər siz də Fransaya viza almaq, Fransa vizası, Fransa Şengen vizası və ya Fransa turist vizası ilə maraqlanırsınızsa, bu məqalə sizin üçün tam bələdçi rolunu oynayacaq.

Fransa Şengen zonasına daxil olduğu üçün, Fransaya getmək üçün viza müraciəti edərkən əslində siz Fransa Şengen vizası üçün müraciət etmiş olursunuz. Bu viza sizə yalnız Fransaya deyil, eyni zamanda digər Şengen ölkələrinə də səyahət imkanı yaradır. Buna görə də Fransaya necə getmək olar, Fransaya getmək üçün viza, və ya Fransa viza almaq üçün sənədlər kimi suallar Azərbaycanda ən çox axtarılan mövzular arasındadır.

Bir çox müraciətçi üçün əsas sual budur: Fransa vizası almaq çətindir? Əslində bu, sizin təqdim etdiyiniz sənədlərdən, maliyyə vəziyyətinizdən və səfər məqsədinizdən asılıdır. Düzgün hazırlanmış müraciət isə Fransa vizası almaq şansınızı əhəmiyyətli dərəcədə artırır. Xüsusilə Fransa səfirliyi turist vizası üçün müraciət edərkən bütün sənədlərin qaydalara uyğun hazırlanması çox vacibdir.

Əgər siz Fransaya viza almaq, Fransa turist vizası və ya Fransa Şengen vizası üçün müraciət etməyi planlaşdırırsınızsa, bu bloqda sizə addım-addım olaraq müraciət prosesi, tələb olunan sənədlər və diqqət etməli olduğunuz bütün məqamlar izah olunacaq. Bu məlumatlar sayəsində siz Fransa səfirliyi vasitəsilə viza müraciətinizi daha rahat və uğurla həyata keçirə biləcəksiniz.

Fransa Vizası Növləri

Fransaya səyahət planlayarkən ilk bilməli olduğunuz mövzulardan biri Fransa vizası növləridir. Fransa Şengen zonasına daxil olduğu üçün qısamüddətli səfərlər üçün müraciətlər əsasən Fransa Şengen vizası üzərindən həyata keçirilir. Bu viza ilə siz yalnız Fransaya deyil, digər Şengen ölkələrinə də səyahət edə bilərsiniz.

Fransa Şengen vizası əsasən qısamüddətli (90 günədək) səfərlər üçün nəzərdə tutulub. Bu vizaya müraciət səbəbləri müxtəlif ola bilər. Ən çox rast gəlinən səbəblər arasında turistik səfərlər, ailə və ya dost ziyarətləri, işgüzar görüşlər, tibbi müayinə və müalicə, qısamüddətli kurslar və mübadilə proqramları yer alır. Yəni əgər məqsədiniz müvəqqəti olaraq Fransaya getməkdirsə, sizin üçün uyğun seçim məhz Fransa turist vizası və ya digər qısamüddətli Şengen vizası növləridir.

Digər tərəfdən, əgər siz Fransada daha uzun müddət qalmağı planlaşdırırsınızsa, məsələn, ali təhsil almaq (bakalavr, magistratura, doktorantura) və ya Fransada fəaliyyət göstərən bir şirkətdə işləmək istəyirsinizsə, bu zaman Fransa milli vizası (uzunmüddətli viza) üçün müraciət etməlisiniz. Bu viza növü üçün isə mütləq şəkildə Fransadakı təhsil müəssisəsindən qəbul məktubu və ya iş yerindən rəsmi dəvət sənədi təqdim olunmalıdır.

Fransa Şengen Vizası Nədir və Necə İşləyir?

Fransa Şengen vizası Fransaya və ümumilikdə Şengen zonasına qısamüddətli səyahət etmək istəyən şəxslər üçün təqdim olunan əsas viza növüdür. Bu viza həm təkgirişli (single entry), həm də çoxgirişli (multiple entry) formada verilə bilər. Eyni zamanda müraciətçilər səyahət tarixlərinə və profilinə uyğun olaraq 3 ay, 6 ay, 1 il, 2 il və hətta 5 illik etibarlılıq müddəti olan vizalara müraciət edə bilərlər.

Fransa Şengen vizası əldə etdikdən sonra siz yalnız Fransaya deyil, bütün Şengen ölkələrinə sərbəst şəkildə səyahət edə bilərsiniz. Lakin praktiki və tövsiyə olunan yanaşmaya görə, Şengen ərazisinə ilk girişinizi vizanı aldığınız ölkədən yəni Fransadan etməyiniz daha məqsədəuyğundur. Əks halda, əgər müraciət zamanı bunu qeyd etməmisinizsə və başqa bir ölkədən giriş etməyə çalışarsınızsa, nadir hallarda sərhəd nəzarəti tərəfindən əlavə suallarla qarşılaşa və hətta ölkəyə girişinizdə çətinlik yaşaya bilərsiniz.

Viza müraciəti zamanı ən vacib məqamlardan biri də səyahət planının düzgün qurulmasıdır. Əgər siz Fransa Şengen vizası üçün müraciət edirsinizsə, təqdim etdiyiniz plan üzrə ümumi səfər müddətində ən çox qalacağınız ölkə kimi Fransanı göstərməlisiniz. Bu, Şengen qaydalarına uyğun olaraq əsas tələb hesab olunur. Şengen vizası haqqında ətaflı məlumat əldə etmək istəyirsinizsə buraya klikləyərək bloga keçid edə bilərsiniz.

Bir çox səyahətçi Fransaya planlaşdırdığı səfəri digər Avropa ölkələri ilə birləşdirir. Məsələn, marşruta İspaniya, İtaliya, Almaniya və ya Portuqaliya kimi ölkələrin əlavə edilməsi tam normal haldır və viza baxımından problem yaratmır. Sadəcə olaraq, ümumi səyahət günlərinin böyük hissəsinin Fransada keçirilməsi göstərilməlidir.

Düzgün planlaşdırılmış marşrut və real səyahət məqsədi ilə etdiyiniz Fransa vizası müraciəti həm təsdiq ehtimalınızı artırır, həm də sərhəddə əlavə risklərin qarşısını alır.

Fransa Şengen Vizası üçün Tələb Olunan Sənədlər

Fransa Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Fransa Vizası Üçün Maliyyə Tələbləri

Fransa vizası müraciəti zamanı düzgün və tam sənəd paketi təqdim etmək viza alma şansınıza birbaşa təsir edir. Təcrübəyə əsasən, Fransa səfirliyi bəzi hallarda standart sənədlərlə yanaşı əlavə məlumat və ya təsdiqlər də tələb edə bilər. Məsələn, ilk dəfə müraciət edən şəxslərdən iş yerindən arayışla birlikdə e-gov portalından çıxarış təqdim etmələri istənilə bilər.

Sənədlər təqdim edildikdən sonra isə viza prosesi bitmiş hesab olunmur. Fransa səfirliyi viza müraciəti zamanı əlavə yoxlamalar apararaq sizinlə əlaqə saxlaya bilər. Bu zaman sizdən əlavə sənədlər istənilməsi normal haldır. Bəzi nadir hallarda isə təqdim etdiyiniz otel bronlarının təsdiqlənməsi üçün onların tam şəkildə ödənilməsi və bunu sübut edən sənədlərin təqdim olunması tələb oluna bilər.

Maliyyə təminatı da Fransa Şengen vizası üçün əsas kriteriyalardan biridir. Bank hesabınızda göstərilən məbləğ sizin səyahət müddətinizə, bron etdiyiniz uçuş və otel xərclərinə uyğun olmalıdır. Ümumi tövsiyə olaraq, 1 həftəlik səfər üçün hesabınızda minimum 3000–5000 AZN (və ya avro/dollar ekvivalenti) məbləğin olması məqsədəuyğundur. Hesablama zamanı uçuş bileti, otel xərcləri və hər gün üçün ortalama 70–80 avro gündəlik xərc nəzərə alınmalıdır.

Əgər siz rəsmi iş yerində çalışmırsınızsa və ya sahibkarsınızsa, alternativ sənədlər təqdim etməlisiniz. Sahibkarlar üçün VÖEN sənədi, vergi orqanlarından dövriyyə haqqında arayış və şirkətin reyestr çıxarışı vacib hesab olunur. Əgər səfərinizi sponsor vasitəsilə həyata keçirirsinizsə, həmin şəxsin maliyyə və iş sənədləri, bank çıxarışları və sizinlə olan qohumluq əlaqəsini təsdiqləyən sənədlər təqdim edilməlidir.

18 yaşdan aşağı müraciətçilər üçün isə əlavə olaraq valideyn razılığı tələb olunur. Əgər azyaşlı tək səyahət edirsə, hər iki valideyndən, valideynlərdən biri ilə gedirsə digər valideyndən notarial təsdiqli icazə sənədi təqdim olunmalıdır.

Unutmayın ki, bəzi sənədlər xüsusilə sahibkarlıq, sponsorluq və icazə ilə bağlı olanlar notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunmalıdır. Bu, Fransa vizası almaq prosesində sənədlərinizin qəbul olunması üçün vacib şərtlərdən biridir.

Düzgün hazırlanmış sənədlər və real maliyyə göstəriciləri ilə etdiyiniz müraciət Fransaya viza almaq şansınızı əhəmiyyətli dərəcədə artırır.

Fransa Viza Müraciət Prosesi və Ödəniş Şərtləri

Fransa Şengen vizası üçün müraciət prosesi Azərbaycanda Fransa Səfirliyinin Capago viza mərkəzi vasitəsilə həyata keçirilir. Capago viza mərkəzi haqqında, viza rüsumları, hansı ölkələr müraciət olunur bilmək üçün buraya klik edə bilərsiniz. Viza ilə bağlı yekun qərarı Fransa səfirliyinin konsulluq şöbəsi konsul verir, yəni viza almaq üçün sənədlərinizi təqdim etdikdən sonra nəticəni yalnız səfirlikdən öyrənə bilərsiniz.

Viza görüşü və sənəd təqdimatı öncədən onlayn olaraq təyin edilir. Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyin olunması mütləqdir. Müraciət səfər tarixindən ən erkən 6 ay əvvəl edilə bilər. Barmaq izi təqdim etməyə ehtiyacı olmayan şəxslər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsən iştirakı tələb olunur.

Barmaq izindən azad olan şəxslər aşağıdakılardır:

  • Son 3 ildə Şengen vizası almış və barmaq izi sistemdə olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan aşağı uşaqlar
  • Fiziki səbəblərlə barmaq izi verə bilməyən şəxslər
  • Diplomatik və xüsusi pasport sahibləri, Fransada diplomatik və ya konsulluq vəzifəsində akkreditə olunmuş şəxslər
  • Fransada beynəlxalq təşkilatlarda səlahiyyət alacaq diplomatik və konsulluq personalı və onların ailə üzvləri

Viza proseduru müddəti adətən müraciət tarixindən sonra 3–5 iş günü ərzində tamamlanır. Lakin təcrübə göstərir ki, səyahət tarixlərinə yaxın müraciət edənlərin vizası daha tez hazır olur. Bu müddətə müraciətin mürəkkəbliyi və təqdim edilən sənədlərin keyfiyyəti də təsir edir.

Fransa vizası ödənişləri iki hissədən ibarətdir:

  • Viza rüsumu: 35 avro (manatla nağd, kartla və ya istənilən valyutada ödənilə bilər)
  • Viza mərkəzi xidmət haqqı: 26 avro (təqdim edilən ödəniş yalnız manatla və ya kartla mümkündür)

Qeyd etmək lazımdır ki, viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə əsasən hesablanır. Bu ödənişlər viza müraciət prosesinin vacib hissəsidir və düzgün ödəmə edilmədikdə müraciət qəbul olunmaya bilər.

Bu məlumatlarla siz Fransa səfirliyi viza müraciəti prosesini düzgün planlayaraq, səyahət tarixinizə uyğun vaxtında viza ala bilərsiniz.

Fransa Şengen Vizası Alma Şansı

Fransa Şengen vizası üçün müraciət edərkən, viza nəticəsi əsasən sizin profilinizə bağlıdır. Yəni iş yeriniz, vəzifəniz, aylıq gəliriniz, maliyyə vəziyyətiniz və ölkəyə bağlayıcı amillər (mülk, ailə və uşaqlar) viza ehtimalınızı birbaşa təsir edir. Təcrübə göstərir ki, hətta aylıq 400–500 AZN gəliri olan şəxslər üçün də Fransa vizası alınması mümkündür, lakin profiliniz nə qədər güclüdürsə, viza şansı bir o qədər artır.

Bank hesabınızda səyahətinizi tam əhatə edəcək məbləğin göstərilməsi və əvvəlki səyahət tarixçənizin müsbət olması da sizin üçün əlavə üstünlük yaradır. Əgər artıq bir və ya bir neçə Şengen vizası almışsınızsa, Fransa səfirliyindən viza alma ehtimalınız xeyli yüksəlir.

Bununla belə, ilk dəfə Fransa Şengen vizası üçün müraciət edən şəxslər üçün səfirlik bəzən daha diqqətli yanaşa bilər. Digər Qərbi Avropa ölkələri ilə müqayisədə (Almaniya, İtaliya, Skandinaviya ölkələri və s.), Fransa səfirliyi bəzi hallarda ilk viza müraciəti üçün daha münasib seçim ola bilər, xüsusilə profiliniz güclü olduqda.

Yekun olaraq, viza ehtimalınızı artırmaq üçün:

  • İş yerinizi və vəzifənizi göstərən sənədləri təqdim edin
  • Bank hesabınızda kifayət qədər məbləğ göstərin
  • Ölkəyə bağlayıcı amilləri (mülk, ailə) sənədlərlə sübut edin
  • Əvvəlki səyahət və vizalarınızı qeyd edin

Tez-Tez Verilən Suallar (FAQ)

1. Fransa Şengen vizasına necə müraciət edə bilərəm?
Fransa Şengen vizası üçün müraciət Capago viza mərkəzi vasitəsilə edilir. Sənədləri təqdim etmək üçün öncədən onlayn görüş təyin olunmalıdır.

2. Viza üçün hansı sənədlər tələb olunur?
Əsas sənədlərə pasport, ərizə forması, bank çıxarışı, iş yerindən arayış və səyahət planı daxildir. Sahibkarlar üçün əlavə sənədlər (VÖEN, dövriyyə arayışı, şirkət reyestr çıxarışı) tələb oluna bilər. Əgər sponsor vasitəsilə gedirsinizsə, onun sənədləri də təqdim edilməlidir.

3. Viza üçün barmaq izi vermək mütləqdir?
Bəli, barmaq izi təqdim etmək əksər müraciətçilər üçün vacibdir. Lakin son 3 ildə Şengen vizası almış şəxslər, 12 yaşdan aşağı uşaqlar, diplomatik pasport sahibləri və bəzi xüsusi hallar istisna təşkil edir.

4. Viza proseduru nə qədər çəkir?
Adətən 3–5 iş günü ərzində tamamlanır. Lakin müraciətin mürəkkəbliyi və səyahət tarixləri müddətə təsir göstərə bilər.

5. Viza rüsumu nə qədərdir?
Viza rüsumu 35 avro təşkil edir. Bundan əlavə, viza mərkəzinin xidmət haqqı 26 avrodur. Ödənişlər manatla və ya kartla istənilən valyutada həyata keçirilə bilər.

6. Bank hesabında hansı məbləğ göstərilməlidir?
Bank hesabınızda səyahətinizi tam əhatə edəcək məbləğ göstərilməlidir. Təxminən 1 həftəlik səfər üçün 3.000–5.000 AZN (və ya avro/dollar ekvivalenti) məsləhət görülür.

7. Fransa vizası ilə digər Şengen ölkələrinə daxil ola bilərəm?
Bəli, Fransa Şengen vizası ilə bütün Şengen ölkələrinə səyahət etmək mümkündür. Lakin ilk girişinizi Fransa ərazisindən etməyiniz tövsiyə olunur.

8. Vizam.az hansı dəstəyi göstərir?
Biz sizin adınıza görüş təyin edir, ərizə formalarını doldurur, sənədlərin hazırlanmasında kömək edir, uçuş və otel rezervasiyasını təmin edir, səyahət sığortası hazırlayır, konsultasiya və viza prosedurunun izlənməsini həyata keçiririk. Hər bir sənədin notarial tərcüməsi üçün əlavə rüsum 16 AZN-dir. Ümumilikdə xidmət haqqı bir nəfər üçün 79 AZN təşkil edir.

9. 18 yaşdan aşağı şəxslər üçün nə tələb olunur?
Tək səyahət edən azyaşlılardan hər iki valideynin, valideynlərdən biri ilə gedirsə digər valideynin icazəsi tələb olunur. Bu icazə notarial təsdiqlənməlidir.

10. Səyahət sığortasını özüm də etdirə bilərəmmi?
Bəli, sığortanı istəsəniz özünüz də hazırlaya bilərsiniz. Bizim xidmətimiz vasitəsilə isə 1 həftəlik səyahət üçün rüsum adətən 16–18 AZN təşkil edir.

Fransaya Viza Dəstəyi

Vizam.az olaraq sizə Fransa Şengen vizası müraciətində tam dəstək göstəririk. Bizim xidmət müraciətinizin hər mərhələsində rahatlıq və zaman qənaəti təmin edir. Xidmət çərçivəsində viza mərkəzində sizin adınıza görüş təyin olunur, ərizə formalarınız peşəkar qaydada doldurulur və sənədləriniz Fransa səfirliyinin tələblərinə uyğun hazırlanır. Fransaya səyahət etməzdən əvvəl fransaya səyahət, sərhəddə nələr tələb olunur və başqa sualların cavablarını öyrənə bilmək üçün buraya klikləyə bilərsiniz.

Eyni zamanda, səyahətinizi əhatə edəcək uçuş biletləri və otellərin bronu təmin olunur, istəsəniz, səyahət sığortanız da bizim vasitəmizlə hazırlanır. Sığortanın rüsumu xidmət haqqına daxil deyil və adətən 1 həftə üçün 16–18 AZN təşkil edir. Siz istəsəniz, sığortanı özünüz də etdirə bilərsiniz.

Bundan əlavə, sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə bağlı da yardım göstəririk. Hər bir sənəd üçün bu xidmətin əlavə rüsumu 16 AZN-dir. Ümumilikdə isə Fransa Şengen vizasına dəstək xidməti bir nəfər üçün 79 AZN təşkil edir.

Sifariş vermək üçün buraya klikləyə və ya əlavə məlumat üçün 010 50 55 300 / 0135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Fransada unudulmaz və xoş səyahət günləri sizi gözləyir!

Oxşar yazılar:

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card lotereyası ABŞ-da daimi yaşamaq imkanı əldə etmək istəyən şəxslərin ən çox maraq göstərdiyi proqramlardan biridir. Qeydiyyat prosesi onlayn həyata keçirilir və müraciət edən şəxslər müəyyən uyğunluq şərtlərinə cavab verməlidirlər. Aşağıda DV-2028 Green Card qeydiyyatı ilə bağlı istifadəçilərin ən çox axtardığı 10 əsas sualın cavabını təqdim edirik. DV-2028 Green Card qeydiyyatı nə vaxt […]

Vizam.az 09 sentyabr 2026
Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti, e-viza üçün bütün məlumatlar düzgün təqdim edildikdə və ödəniş tamamlandıqda, rəsmi olaraq 3 iş günü ərzində emal olunur. Vyetnam İmmiqrasiya Departamentinin məlumatına əsasən, e-viza müraciətinin nəticəsi onlayn sistem üzərindən yoxlanıla bilər. Azərbaycan vətəndaşları da Vyetnam e-vizası üçün müraciət edə bilərlər. Vyetnamın rəsmi e-viza portalında Azərbaycan e-viza almaq hüququ olan ölkələr siyahısında göstərilir. […]

Vizam.az 08 sentyabr 2026
Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro vizası müraciətdən sonra adətən 15 iş günü ərzində hazır olur. Lakin sənədlərin tamlığı, müraciətin düzgün təqdim edilməsi və əlavə yoxlamaların aparılması kimi amillər viza baxılma müddətinə təsir göstərə bilər. Buna görə Monteneqroya səyahət planlaşdıran Azərbaycan vətəndaşlarının viza müraciətini səfər tarixindən əvvəl etməsi tövsiyə olunur. Monteneqro Viza Nə Qədər Müddətə Hazır Olur? Monteneqro viza müraciətlərinə […]

Vizam.az 07 sentyabr 2026
Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Taylanda səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün yeni giriş qaydaları tətbiq olunur. 15 sentyabr 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları Taylanda 15 günədək səfərlər üçün hava limanında Visa on Arrival (gəlişdə viza) imkanından yararlana biləcəklər. Bu dəyişiklik qısa müddətli turistik səfərlər üçün Taylanda getmək istəyən Azərbaycan vətəndaşlarının viza prosesini daha asanlaşdırır. Bəs yeni qayda necə […]

Vizam.az 03 sentyabr 2026
DV-2028 Green Card Qeydiyyatı Necə Edilir?

DV-2028 Green Card Qeydiyyatı Necə Edilir?

Bəli, bu mövzuda SEO-friendly bloq hazırlamaq olar. Amma əvvəlcə vacib bir düzəliş edim: 2025-ci ildə Green Card lotereyası ümumiyyətlə keçirilmədi demək düzgün deyil. DV-2025 proqramı keçirilib və 30 sentyabr 2025-də başa çatıb. Həmçinin hazırda rəsmi ABŞ Dövlət Departamentinin səhifəsində DV-2028 qeydiyyatının 15 noyabr 2026-dək davam etdiyini təsdiqləyən elan görsənmir. Rəsmi məlumatda DV-2027 qeydiyyat tarixlərinin ayrıca […]

Vizam.az 02 sentyabr 2026
Slovakiyaya Viza Almaq Prosesi Necə Gedir?

Slovakiyaya Viza Almaq Prosesi Necə Gedir?

Avropanın mərkəzində yerləşən Slovakiya təbiəti, tarixi şəhərləri, qalaları və özünəməxsus memarlığı ilə səyahət üçün maraqlı ölkələrdən biridir. Slovakiyaya turistik, işgüzar və ya digər qısamüddətli məqsədlərlə səfər etməyi planlaşdırırsınızsa, bunun üçün Slovakiya Şengen vizası əldə etməlisiniz. Bəs Slovakiyaya viza almaq üçün hansı sənədlər tələb olunur, müraciət prosesi necə həyata keçirilir və viza almaq üçün nələrə diqqət […]

Vizam.az 31 avqust 2026
Kanada vizası üçün bank hesabında nə qədər pul olmalıdır?

Kanada vizası üçün bank hesabında nə qədər pul olmalıdır?

Kanada vizasına müraciət edən Azərbaycan vətəndaşlarının ən çox maraqlandığı məsələlərdən biri bank hesabında nə qədər vəsaitin olmasıdır. Xüsusilə turist vizası üçün müraciət edən şəxslər tez-tez “Kanada vizası üçün minimum nə qədər pul lazımdır?” sualını verirlər. Əslində, Kanada vizası üçün bank hesabında olması tələb olunan konkret minimum məbləğ yoxdur. Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi (IRCC) […]

Vizam.az 27 avqust 2026
Monteneqro vizası üçün hansı sənədlər lazımdır?

Monteneqro vizası üçün hansı sənədlər lazımdır?

Monteneqroya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının turist səfəri üçün viza müraciəti zamanı müəyyən sənədləri təqdim etməsi tələb olunur. Sənədlərin düzgün və tam hazırlanması müraciət prosesinin daha rahat həyata keçirilməsinə kömək edir. Bu yazıda Monteneqro turist vizası üçün tələb olunan əsas sənədləri, maliyyə təminatı ilə bağlı tələbləri və müraciət zamanı diqqət edilməli məqamları izah edirik. Monteneqro […]

Vizam.az 19 avqust 2026
Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan pasportu ilə səyahət edənlər üçün viza tələb etməyən ölkələrin sayı son illərdə dəyişib. Bəzi istiqamətlərdə vizasız qalma müddəti 90 gün olduğu halda, bəzi ölkələrdə daha qısa müddət tətbiq edilir. Əgər səyahətinizi viza müraciəti olmadan planlaşdırırsınızsa, Azərbaycan pasportu ilə vizasız gedilən ölkələri əvvəlcədən bilmək səfər planınızı daha rahat qurmağa kömək edə bilər. Bu siyahını Azərbaycan […]

Vizam.az 14 avqust 2026
2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün viza müraciətində sənədlərin düzgün hazırlanması ən vacib mərhələlərdən biridir. İspaniya vizası üçün hansı sənədlər lazımdır? sualının cavabı səfərin məqsədindən asılı olaraq dəyişə bilər. Turistik səfər üçün müraciət edən şəxslər əsasən qısamüddətli Şengen vizasına müraciət edirlər. İspaniyanın Şengen vizası turizm, biznes, ailə ziyarəti və digər qısamüddətli səfərlər üçün istifadə […]

Vizam.az 14 avqust 2026