ESTONİYA BİZNES VİZASINI HARADAN ALMAQ OLAR?

Yeniləndi: 13 fevral 2025 2220 baxış 6 dəq. oxu

Baltikyanı ölkələri arasında ən çox turist cəlb edən, paytaxtı Tallin şəhərinin qədim üslubda memarlığı, təbiətinin gözəlliyi, turistik bölgələri, Baltik dənizindəki adaları ilə Avropanın cazibə mərkəzinə çevrilmiş ölkə - Estoniya! Siz Estoniyaya səyahət edib həm işinizi görmək, həm də gəzib bu füsunkar ölkəni kəşf etmək istəyirsinizsə, Estoniya biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Estoniya Viza Növləri

 flag of estonia

Şengen ölkələrindən biri olan Estoniyaya qısamüddətli səyahət etmək üçün Estoniya Şengen vizasına müraciət edirsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Estoniyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Estoniyada yerləşən bir qurumda daimi işləmək istədiyiniz halda isə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Estoniya milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Estoniya Şengen vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Estoniyada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Estoniya Şengen Vizası

schengen visa of estonia

Bütün Şengen vizalarında olduğu kimi Estoniya Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Estoniya Şengen vizasını əldə etdikdən sonra səyahətiniz ərzində istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Estoniyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Estoniya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Estoniya Şengen vizasına müraciət etdiyiniz təqdirdə səyahət müddətiniz ərzində ən çox qalacağınız ölkə kimi Estoniyanı göstərməlisiniz.

Estoniya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

Estoniya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün aldığınız aviabiletlərin ödəniş vauçerləri
  10. Səyahətiniz üçün bron etdiyiniz və ya aldığınız otellərin vauçerləri
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
  14. Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.
travel insurance

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.000-4.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Otel və Aviabilet

passport and boarding pass

Estoniya vizasına müraciət zamanı siz ümumi səyahətinizi əhatə edən uçuş biletləriniz və otel rezervasiyalarınız üçün etdiyiniz ödənişlərin vauçerlərini (qəbzlərini) səfirliyə təqdim etməlisiniz. Yəni, biletlərin və otellərin ödənişsiz halda bronları və rezervasiyaları səfirlik tərəfindən sənəd qəbulu zamanı qəbul olunmur. Əgər vauçerləri müraciət zamanı səfirliyə təqdim etməsəniz, sənədləriniz səfirlik tərəfindən geri qaytarılacaqdır. Əgər siz yalnız Estoniyada deyil, digər Şengen ölkələrində də qalacağınızı göstərirsinizsə, bu halda bütün göstərdiyiniz ölkələrdəki qalacağınız otellərə rezervasiyanız üçün etdiyiniz ödənişlərin vauçerlərini də səfirliyə təqdim etməlisiniz. Siz qalacağınız yeri Airbnb üzərindən rezervasiya etdiyiniz təqdirdə isə Airbnb tərəfindən sizə göndərilən rezervasiyanızı təsdiq edən sənədi, Airbnb tərəfindən sizə göndərilən ödəniş çeki və Airbnb rezervasiyası üçün ödəniş etdiyiniz bank kartından çıxarışı səfirliyə təqdim etməlisiniz.

Viza Proseduru

clock glass in calendar

Estoniya Şengen vizası üçün müraciət Latviya Səfirliyinin VFS Global adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Latviya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi 14:00-dan 18:00-dək Latviya VFS Global viza müraciət mərkəzinin +994 12 436 67 78 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür.

Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Lakin, əlavə 144 AZN ödəniş etməklə “Premium Lounge” xidmətindən istifadə edib görüş təyin etmədən növbədənkənar sənədləri təqdim etmək mümkündür.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri halda şəxsən iştirakları mütləq deyil.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 5 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Belçikada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Estoniya mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Estoniya Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 5-15 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.

Sənədləri təqdim edərkən 35 avro viza rüsumu və viza mərkəzinin xidmət haqqısı olan 26 avro ödənilir. Rüsumlar yalnız nəğd şəkildə qəbul olunur. Viza rüsumu avro, viza mərkəzinin xidmət haqqı isə manatla qəbul edilir.

Estoniya Şengen Vizası Alma Ehtimalı

embassy of the republic of estonia

Hər bir ölkənin viza müraciətində olduğu kimi Estoniyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Estoniya Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə Şengen vizasına sahib olmayan şəxslərin Estoniya Şengen vizasını ilk müraciətdən əldə etdiyi hallar dəfələrlə təcrübəmizdə yaşanıb. Yəni, əgər sizin daha öncə Şengen vizanız olmayıbsa belə, Estoniya vizasını əldə etmək sırf bu səbəbdən sizin üçün o qədər çətin və ya problemli məsələ olmayacaq. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Estoniyaya Viza Dəstəyi

tallinn town hall

Biz Vizam.az şirkəti olaraq sizə Estoniya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Estoniya Şengen biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Avropanın və Baltikin incisi Estoniya sizi gözləyir! Xoş səyahətlər!

Yeniləndi: 23.01.2025

Oxşar yazılar:

Monteneqro Səyahəti üçün Viza Lazımdır?

Monteneqro Səyahəti üçün Viza Lazımdır?

Yay gəlib, istirahət planları qurulmağa başlanıb. Amma bir çox insanın qarşılaşdığı ortaq problem yenə eynidir: viza. Formlar, sənədlər, görüş tapmaq, təsdiq gözləmək… Hər kəs bu proseduralara vaxt sərf etmək istəmir Xüsusilə də, son anda səyahət planlayanlar üçün. Elə bu məqamda vizasız gedə biləcəyiniz ölkələr daha da cazibədar görünür. Monteneqro isə bu siyahının tam ortasında yer […]

Vizam.az 12 iyun 2025
Yunanıstan Şengen Vizası: Türkiyədən Yunan adalarına Keçid

Yunanıstan Şengen Vizası: Türkiyədən Yunan adalarına Keçid

Yunan adaları, dünyanın ən məşhur və arzulanan istirahət məkanlarından biridir. Hər il minlərlə turist, xüsusilə də Azərbaycan və Türkiyədən olan səyahətçilər, bu adaların mavi dənizi, tarixi abidələri və sakit atmosferi üçün Yunanıstana üz tutur. Lakin Türkiyədən Yunan adalarına keçmək üçün viza tələbləri ilə bağlı çoxsaylı suallar meydana çıxır. Azərbaycan vətəndaşları Yunanıstan adalarına Türkiyədən gedərkən vizasız […]

Vizam.az 12 iyun 2025
Gürcüstana Vizasız Səyahət

Gürcüstana Vizasız Səyahət

Gürcüstan Azərbaycan ilə qonşu, tarixi, mədəniyyəti və təbii gözəllikləri ilə zəngin ölkədir. Şəxsi avtomobillə qısa səfərlərdən tutmuş, uzunmüddətli turizm və iş səfərlərinə qədər, Azərbaycan vətəndaşları üçün Gürcüstana vizasız səyahət çox asandır. Bu bələdçi vasitəsilə Gürcüstana necə getmək, nələri görmək və səyahət zamanı nələrə diqqət etmək barədə məlumat əldə edəcəksiniz. Tbilisi və Batumi kimi şəhərlər, yaxın […]

Vizam.az 04 iyun 2025
Kuba Vizası Necə Ala Bilərəm?

Kuba Vizası Necə Ala Bilərəm?

Kuba sanki “Netflixdə gördüyün Karib tətili”ni canlı yaşamaq kimidir, sadəcə daha nostalji, daha orijinal və daha “instagramlıq”. Kuba səyahəti, xüsusilə tətilini həm əyləncə, həm də unudulmaz təcrübə ilə doldurmaq istəyənlər üçün ideal seçimdir. Bu ada ölkəsi isti dənizi, rəngarəng küçə həyatı, canlı musiqisi və unikallığı ilə turistləri özünə cəlb edir. Kubaya gedənlər əsasən onun orijinal […]

Vizam.az 04 iyun 2025
Cənubi Kipr Vizası necə Ala bilərəm?

Cənubi Kipr Vizası necə Ala bilərəm?

Çoxları Cənubi Kipri və Şimali Kipri qarışdırır, buna görə də vacib bir məqamı qeyd etmək istəyirik: Cənubi Kipr üçün vizaya ehtiyac var, çünki o, Avropa İttifaqına üzv olan Kipr Respublikasıdır və Schengen zonasına daxil deyil, lakin Schengen qaydalarına bənzər viza rejimi tətbiq olunur. Buna görə, Cənubi Kipr səfəri üçün əvvəlcədən viza almaq tələb olunur. Digər […]

Vizam.az 03 iyun 2025
Çexiya Səyahət Hazırlığı

Çexiya Səyahət Hazırlığı

Çexiyaya səyahət etməzdən əvvəl bir neçə vacib hazırlıq mərhələsi var. Əgər Azərbaycan vətəndaşısınızsa, bu ölkəyə getmək üçün Şengen vizası almalısınız. Səyahətinizi planlaşdırmağa başlamazdan öncə ilk olaraq xarici pasportunuzun etibarlılıq müddətinə baxmalısınız. Pasportunuz ən azı 6 ay etibarlı olmalıdır. Bundan sonra sizdən müəyyən sənədlər tələb olunur. Məsələn, iki ədəd biometrik şəkil, bank arayışı, iş yerindən arayış, […]

Vizam.az 03 iyun 2025
Nomad Vizası ilə Estoniyada Yaşamaq

Nomad Vizası ilə Estoniyada Yaşamaq

Estoniya digital nomad visa təqdim edən ilk Avropa ölkələrindən biridir və bu viza ilə Estoniyada yaşamaq istəyənlər üçün çox əlverişli şərait yaradılıb. Əgər sən də freelancer, uzaqdan çalışan işçi və ya sahibkarsansa**, bu viza sənə Avropa İttifaqı ərazisində qanuni yaşamaq imkanı verir. Estoniyada həyat səviyyəsi kifayət qədər yüksəkdir. Şəhərlər təmiz, təhlükəsiz və yaşamaq üçün əlverişlidir. […]

Vizam.az 02 iyun 2025
Amerikada Yaxın Qohum Yanına Getmək Üçün Hansı Viza Uyğundur?

Amerikada Yaxın Qohum Yanına Getmək Üçün Hansı Viza Uyğundur?

Əgər siz Amerikada yaşayan yaxın qohumunuzun yanına getmək barədə düşünürsünüzsə, ilk öncə hansı məqsədlə və nə qədər müddətə səfər etmək istədiyinizi müəyyənləşdirməyiniz vacibdir. ABŞ-a səfərlər zamanı viza rejimi və prosedurlar səfərin məqsədindən istər müvəqqəti ziyarət, istərsə də daimi yaşamaq asılı olaraq dəyişir. Ona görə də düzgün viza növünü seçmək və ona uyğun sənədlərlə müraciət etmək […]

Vizam.az 30 may 2025
Gecikmiş və Ləğv Olunmuş Uçuşlar üçün Kompensasiya Şirkətləri

Gecikmiş və Ləğv Olunmuş Uçuşlar üçün Kompensasiya Şirkətləri

Neçə dəfə uçuş qaçırmısınız? Yoxsa uçuşunuz ləğv olunub və saatlarla hava limanında gözləməli olmusunuz? Bəlkə də indi bu yazını oxuyarkən elə həmin situasiyadasınız: təyyarəniz gecikir, nə vaxt qalxacağı bəlli deyil, personal isə konkret heç nə demir. Ən pisi isə odur ki, bu vəziyyətə görə nə edəcəyinizi bilmirsiniz. Əslində, çox az insan uçuş gecikmələrinin və ləğvlərinin […]

Vizam.az 30 may 2025
Work and Travel Proqramı üçün Viza Necə Ala Bilərəm?

Work and Travel Proqramı üçün Viza Necə Ala Bilərəm?

Work and Travel proqramı, əsasən universitet tələbələri üçün nəzərdə tutulmuş beynəlxalq bir mübadilə proqramıdır. Bu proqram vasitəsilə tələbələr yay tətili dövründə ABŞ-a səyahət edir, orada işləyir və eyni zamanda Amerika mədəniyyətini yaxından tanımaq imkanı qazanırlar. Sadə dillə desək, bu proqram sizə həm tətil edib dünyagörüşünüzü genişləndirmək, həm də işləyib qazanc əldə etmək fürsəti yaradır. Əsas […]

Vizam.az 29 may 2025