Kanadaya Necə Getmək Olar?

Yeniləndi: 01 sentyabr 2025 2199 baxış 7 dəq. oxu
Kanadaya Necə Getmək Olar?
Kanadaya Necə Getmək Olar?

Kanada dünyanın ən çox seçilən ölkələrindən biridir həm yüksək həyat səviyyəsi, həm də təhsil və iş imkanları ilə azərbaycanlıların da diqqətini cəlb edir. Çoxları Kanadaya turist kimi səyahət etməyi planlaşdırır, bəziləri isə təhsil, iş və ya daimi yaşayış (immigrasiya) məqsədi ilə müraciət edir. Amma ilk sual hər zaman eyni olur: Azərbaycan vətəndaşları Kanadaya necə gedə bilər?

Kanadaya getmək üçün müxtəlif yollar var və hər bir yolun öz şərtləri, sənədləri və müraciət prosesi mövcuddur. Turist vizası ilə qısa müddətli səfər etmək mümkündür, təhsil vizası ilə universitet və kolleclərdə oxumaq olar, iş vizası üçün isə Kanadada iş dəvəti tələb olunur. Daha uzunmüddətli planlar üçün isə immiqrasiya proqramları – məsələn Express Entry, Provincial Nominee Program və ya ailə sponsorluğu real seçimlər arasında yer alır.

Əgər sən də belə sualları özünə verirsənsə:

  • Kanadaya turist kimi getmək üçün hansı sənədlər lazımdır?
  • Kanadada oxumaq istəyən tələbələr üçün hansı viza daha uyğundur?
  • İş vizası almaq üçün iş dəvəti necə tapılır?
  • Kanadada daimi yaşayış (PR) necə əldə olunur?
  • Viza müraciəti neçə günə cavablanır və uğur şansı nədən asılıdır?

O zaman bu blog sənin üçün tam bələdçi olacaq. Burada Azərbaycan vətəndaşlarının Kanadaya getməsi üçün bütün yolları, mərhələləri, tələb olunan sənədləri və ən vacib məsləhətləri ətraflı izah edəcəyik. Yazını sona qədər oxuduqda artıq “Kanadaya necə getmək olar?” sualına tam cavab tapacaq, öz planına uyğun ən doğru yolu seçə biləcəksən.

Azərbaycan vətəndaşları üçün Kanadaya getməyin əsas yolları

Azərbaycan vətəndaşları üçün Kanadaya getməyin bir neçə əsas yolu var və hər bir yolun öz qaydaları, sənəd tələbləri və müraciət prosedurları mövcuddur. İstər qısamüddətli səyahət, istərsə də uzunmüddətli yaşam planları olsun, kanada vizası üçün düzgün kateqoriyanı seçmək vacibdir.

Aşağıda ən çox istifadə olunan viza növlərini və onların şərtlərini ümumi şəkildə təqdim edirik. Daha sonra hər biri haqqında ətraflı məlumat veriləcək.

Turizm (qısamüddətli səfərlər)

Azərbaycan vətəndaşları Kanadaya qısa müddətli səyahət üçün kanada turist vizasına müraciət etməlidirlər. Bu viza adətən 6 aya qədər qalmaq imkanı verir. Turizm məqsədilə müraciət edənlərdən gediş-dönüş bileti, otel rezervasiyası və bank çıxarışı tələb olunur.
Müraciət prosesi Kanada viza müraciət mərkəzi vasitəsilə online aparılır.

Təhsil (Study Permit)

Kanadada universitet, kollec və ya dil kurslarında oxumaq istəyənlər üçün təhsil vizası tələb olunur. Təhsil icazəsi almaq üçün əvvəlcə Kanadada rəsmi tanınmış təhsil müəssisəsindən qəbul məktubu əldə edilməlidir. Bundan əlavə, hesabda maliyyə təminatı göstərilməlidir. Təhsil vizası ilə oxuyan tələbələr qismən işləyə də bilirlər.
Kanada viza müraciət mərkəzi vasitəsilə təhsil vizası ərizəsi təqdim olunur və azerbaycan viza qiymetleri müraciət olunan viza növündən asılı olaraq dəyişir.

İş (Work Permit)

Kanadada işləmək istəyənlər üçün kanadaya iş vizası almaq əsas şərtdir. Bu viza adətən Kanadada fəaliyyət göstərən bir şirkətdən iş dəvəti (job offer) tələb edir. Əksər hallarda işəgötürən LMIA (Labour Market Impact Assessment) sənədini də təqdim etməlidir.
Kanadaya iş vizası almaq üçün müraciət edənlərin təcrübəsi və ixtisası böyük rol oynayır. İş vizası qazanmaq eyni zamanda gələcəkdə daimi yaşayış (PR) almaq üçün də bir fürsət hesab olunur.

Daimi yaşayış və immiqrasiya proqramları

Kanadaya köçmək istəyənlər üçün bir sıra immiqrasiya proqramları mövcuddur. Ən məşhurları arasında Express Entry, Provincial Nominee Program (PNP)ailə sponsorluğu proqramları var. Bu proqramlarda təhsil, iş təcrübəsi, dil biliyi və yaş kimi meyarlar nəzərə alınır.
Kanada vizası bu mərhələdə artıq müvəqqəti deyil, daimi yaşayış icazəsinə çevrilir.

Tranzit vizası

Əgər Azərbaycan vətəndaşları Kanada üzərindən başqa ölkəyə uçuş edirsə və hava limanından çıxış planlaşdırılırsa, tranzit vizası tələb olunur. Əgər sərnişin yalnız hava limanında gözləyəcəksə və Kanadanın daxili sərhədinə daxil olmayacaqsa, bəzi hallarda tranzit vizası tələb olunmur. Bu səbəbdən müraciətdən əvvəl Kanada viza müraciət mərkəzi vasitəsilə dəqiq şərtləri öyrənmək vacibdir.

Kanada Vizasına Necə Müraciət Edim?

Azərbaycan vətəndaşları üçün Kanada vizası müraciəti tamamilə onlayn sistem üzərindən aparılır və bir neçə əsas mərhələdən ibarətdir. Müraciət prosesi düzgün izlənildikdə uğur şansı yüksəlir.

1. IRCC platformasında onlayn hesab yaradın

Kanada vizasına müraciət üçün ilk addım IRCC (Immigration, Refugees and Citizenship Canada) portalında (www.canada.ca) hesab yaratmaqdır. GCKey hesabı vasitəsilə:

  • Anket formaları doldurulur,
  • Sənədlər yüklənir,
  • Ödənişlər həyata keçirilir.

2. Anket forması (IMM5257) doldurun

Əsas ərizə forması IMM5257 – Temporary Resident Visa (TRV) sənədidir. Burada şəxsi məlumatlar, səyahət məqsədi, qalacağınız ünvan, təhsil və iş təcrübəsi barədə məlumatlar qeyd olunur. Dürüst və dəqiq məlumat vermək vacibdir, çünki Canada embassy in Baku bu formaları ciddi şəkildə yoxlayır.

3. Sənədləri hazırlayın və sistemə yükləyin

Kanada viza ərizəsi üçün tələb olunan əsas sənədlər:

  • Xarici pasportun surəti (ən azı 6 ay etibarlı),
  • Şəxsiyyət vəsiqəsi,
  • 2 ədəd biometrik foto,
  • Bank çıxarışları (maddi təminat sübutu),
  • İş yeri arayışı, təhsil haqqında məlumat,
  • Otel və aviabilet rezervasiyaları,
  • Niyyət məktubu,
  • Dəvət məktubu (əgər kimsə sizi Kanadaya dəvət edirsə).

4. Viza rüsumlarını ödəyin

Ödənişlər onlayn şəkildə aparılır və azerbaycan viza qiymetleri müraciət növünə görə dəyişə bilər. Hazırda əsas tariflər belədir:

  • Viza rüsumu: 100 CAD
  • Biometrika (barmaq izi və foto): 85 CAD
  • Ümumi: 185 CAD

5. Biometrik məlumatları təqdim edin

Ödənişdən sonra sizə biometrik təyinat məktubu göndərilir. Bu məktubla VFS Global Kanada Bakı ofisinə yaxınlaşaraq barmaq izi və rəqəmsal şəkil təqdim edirsiniz. Biometrik məlumat 10 il müddətinə etibarlı olur (əgər əvvəllər təqdim edilməyibsə).

6. Sənədlərin yoxlanılması və qərarın gözlənilməsi

Biometrik prosedurdan sonra ərizəniz Canada embassy in Baku tərəfindən qiymətləndirilir. Adətən nəticə 15–45 iş günü ərzində elan olunur. Müraciət sayından və sənədlərin keyfiyyətindən asılı olaraq proses 2–6 həftə çəkə bilər. Bəzi hallarda əlavə sənəd və ya qısa müsahibə tələb oluna bilər.

7. Pasportun təqdim olunması və viza etiketinin yapışdırılması

Müraciətiniz təsdiq olunarsa, sizə Passport Request (PPR) məktubu göndərilir. Bu məktubla pasportunuzu VFS Global vasitəsilə təqdim edirsiniz. Nəticədə kanada vizası pasportunuza yapışdırılaraq sizə qaytarılır.

Kanada Vizası üçün Tələb Olunan Sənədlər

Kanada vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  • Avia bileti bronları
  • Otel rezervasiyaları
  • İngilis dilində doldurulmuş ərizə formaları
  • Viza rüsumunun ödənildiyini təsdiq edən sənəd
  • İşgüzar səfər üçün vizaya müraciət edilirsə, rəsmi dəvət məktubu
  • Mədəniyyət bürosunun məktubu (sponsorluq edilsə)

Əvvəlcə nəzərə almaq lazımdır ki, üzərində “*” işarəsi ilə qeyd olunan sənədlər Kanada səfirliyi tərəfindən yalnız ingilis dilində qəbul edilir.

Kanadaya səyahət etmək istəyən şəxslər üçün viza prosesi kifayət qədər detallı və diqqət tələb edən bir prosesdir. Bu proses istər Kanada iş vizası, istər Kanada təhsil vizası, istərsə də Kanada turist vizası üçün müraciət edən hər kəs üçün eyni dərəcədə önəmlidir. Əgər bu sənədlər ingiliscə deyilsə, onları notarial qaydada tərcümə və təsdiq etdirmək məcburidir. Bu qayda Canada embassy in Baku tərəfindən də təsdiq olunmuş rəsmi yanaşmadır və kanada vizası almaq istəyən hər bir şəxs üçün keçərlidir.

Viza üçün tələb olunan əsas sənədlər sırasında bank çıxarışları xüsusi yer tutur. Viza qiymətləri təyin olunarkən və ya müraciət qiymətləndirilərkən sizin maddi vəziyyətiniz əsas meyar olaraq nəzərə alınır. Bank hesabınızdakı məbləğ sizin Kanadada qalacağınız günlərin sayına, otel və bilet xərclərinə görə dəyişir. Bir həftəlik səyahət üçün minimum 5.000–7.000 AZN (və ya avro/dollar ekvivalenti) hesabda olmalıdır. Bu rəqəmlər Azerbaycandan Kanadaya necə getmək olar sualına cavab axtaranlar üçün əsas göstəricilərdəndir. Gündəlik ortalama 70-80 dollar xərclə hesablanaraq əlavə maliyyə ehtiyatı göstərmək tövsiyə olunur.

Əgər siz sahibkarsınızsa və iş vizası üçün müraciət edirsinizsə, iş yerindən arayış əvəzinə VÖEN, dövriyyə arayışı və şirkət çıxarışı təqdim etməlisiniz. Əgər işləmirsinizsə, tələbə və ya səfərinizi başqasının maliyyələşdirdiyi şəxsdirsinizsə, sponsor şəxs haqqında sənədlər – bank çıxarışı, iş yeri arayışı və şəxsiyyət vəsiqəsinin surəti – də təqdim edilməlidir. Bu sənədlərin də hamısı Kanada səfirliyi və Canada embassy in Baku tərəfindən qəbul oluna bilməsi üçün ingilis dilinə tərcümə və notarial təsdiq ilə təqdim edilməlidir.

Əgər sponsorunuz qohumunuzdursa – məsələn valideyn, bacı və ya qardaş – bu zaman ailə bağlarını sübut edən sənəd (doğum haqqında şəhadətnamə) və rəsmi sponsorluq məktubu da tələb olunur. Bütün bu sənədlər istər Kanada təhsil vizası, istər Kanada turist vizası, istərsə də Kanada iş vizası üçün əsas sənədlər sırasında yer alır. Yenə də qeyd edək ki, onların hamısı notarial qaydada ingiliscəyə tərcümə olunmalıdır.

Əgər 18 yaşından kiçik şəxs tək səyahət edirsə, hər iki valideyndən icazə məktubu tələb olunur. Yalnız bir valideynlə gedirsə, digəri tərəfindən yazılmış razılıq məktubu təqdim edilməlidir. Bu tələblər xüsusilə VFS Global Kanada Bakı ofisində sənədlər qəbul edilərkən diqqətlə yoxlanılır. VFS Global Kanada vasitəsilə sənədlər səfirliyə çatdırıldıqdan sonra viza məmurları tərəfindən araşdırılır.

Bəzi şəxslər isə Kanada vizası almaqda məqsədlərinin gələcəkdə Kanada vətəndaşlığı olduğunu açıq şəkildə bildirirlər. Bunun üçün əvvəlcə daimi yaşayış statusu alınmalı, sonra isə vətəndaşlıq üçün müraciət edilməlidir. Bu isə daha uzunmüddətli və fərqli prosedurlar tələb edir.

Əlavə olaraq, kanada viza almaq istəyən şəxslər çox vaxt mürəkkəb proseslə qarşılaşdığından viza eksperti dəstəyi alırlar. Bu həm vaxt, həm də nəticə baxımından effektivdir. Eyni zamanda peşəkar viza şirkətləri vasitəsilə sənədlərin hazırlanması və düzgün təqdim edilməsi daha etibarlı nəticə əldə etməyə imkan verir. Viza şirkətləri sənədlərin formatını, düzgünlüyünü və təqdimat qaydasını yaxşı bildiyinə görə, istər turist, istər təhsil, istərsə də iş vizası üçün əhəmiyyətli dəstək rolunu oynayır. Həmçinin, təcrübəli viza eksperti sənədlərinizin risklərini öncədən analiz edib sizə fərdi yanaşma təqdim edə bilər.

Tez-tez verilən suallar (FAQ)

1. Azərbaycan vətəndaşları Kanadaya vizasız gedə bilərmi?

Xeyr, Azərbaycan vətəndaşları üçün Kanadaya vizasız giriş mümkün deyil. Hər bir səfər məqsədi üçün müvafiq viza tələb olunur: kanada turist vizası, təhsil vizası və ya iş vizası.

2. Kanada vizası neçə günə çıxır?

Kanada vizası müraciət müddəti müraciət növündən və sənədlərin tamlığından asılıdır. Adətən prosesi 15–45 iş günü ərzində tamamlanır. Biometrik prosedur və əlavə sənəd tələbləri olarsa, müddət bir qədər uzana bilər.

3. Turist vizası ilə işləmək olarmı?

Xeyr, kanada turist vizası yalnız qısa müddətli səfərlər üçün nəzərdə tutulub. İş fəaliyyəti üçün müvafiq kanadaya iş vizası almaq lazımdır.

4. Təhsil vizası ilə ailəmi özümlə apara bilərəmmi?

Tələbələr üçün nəzərdə tutulan study permit ilə bəzi hallarda həyat yoldaşı və uşaqları üçün də məhdud iş icazəsi və təhsil icazəsi alınması mümkündür. Ətraflı şərtlər üçün Kanada viza müraciət mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

5. İş vizası almaq üçün necə iş dəvəti tapmaq olar?

Kanadaya iş vizası almaq üçün əvvəlcə Kanada şirkətindən iş dəvəti (job offer) əldə edilməlidir. İş dəvəti üçün rəsmi iş elan saytları, iş agentlikləri və Kanada viza müraciət mərkəzi vasitəsilə müraciət imkanları araşdırıla bilər.

6. Kanada vizasının qiyməti nə qədərdir?

Azerbaycan viza qiymetleri müraciət növündən asılı olaraq dəyişir:

  • Turist və ya təhsil vizası: 100 CAD
  • Biometrik prosedur: 85 CAD
  • Ümumi ödəniş: 185 CAD

7. Vizam rədd edilərsə, yenidən müraciət etmək olar?

Bəli, əgər müraciət rədd olunarsa, sənədləri təkmilləşdirərək və ya çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət edə bilərsiniz. Bu halda əvvəlki müraciət rəsmən qeydə alınır və yeni müraciət ayrıca qiymətləndirilir.

8. Viza müraciətində ən vacib məqamlar hansılardır?

  • Sənədlərin düzgün və tam olması,
  • Dürüst məlumat vermək,
  • Maliyyə təminatının sübutunu göstərmək,
  • Əgər mümkündürsə, Kanada viza müraciət mərkəzi və ya peşəkar viza eksperti dəstəyi almaq.

9. Kanadada qalma müddətini uzatmaq mümkündürmü?

Bəli, turist və ya təhsil vizasının müddəti bitdikdə extension (uzatma) üçün yenidən müraciət etmək olar. Müraciət IRCC platforması vasitəsilə aparılır və əlavə sənəd tələb oluna bilər.

10. Kanadaya necə getmək olar?

Azərbaycan vətəndaşları Kanadaya turist vizası, təhsil vizası, iş vizası və ya daimi yaşayış icazəsi (PR) vasitəsilə gedə bilərlər. Turist vizası qısa müddətli səfərlər üçün nəzərdə tutulub, təhsil vizası universitet və ya kollec təhsili üçün tələb olunur. İş vizası Kanada şirkətində işləmək istəyənlər üçün vacibdir. Daimi yaşayış isə immiqrasiya proqramları ilə uzunmüddətli qalmağa imkan verir. Bütün müraciətlər Kanada viza müraciət mərkəzi vasitəsilə onlayn şəkildə həyata keçirilir.

Kanadaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Kanada vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formalarınızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması və sistemə yüklənilməsi, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Kanada səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 525 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Kanada sizə uzaq görsənsə də, əslində düzgün addımlarla sizə çox yaxındır!

Xoş səyahətlər!

Oxşar yazılar:

Estoniya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Estoniya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Son illərdə Estoniya həm turizm, həm biznes, həm də təhsil məqsədli səfərlər üçün azərbaycanlıların maraq göstərdiyi Avropa ölkələrindən birinə çevrilib. Baltik regionunun ən inkişaf etmiş ölkələrindən biri hesab olunan Estoniya müasir texnologiyaları, rəqəmsal dövlət xidmətləri, tarixi şəhərləri və yüksək həyat keyfiyyəti ilə tanınır. Xüsusilə paytaxt Tallinn öz orta əsr memarlığı, rahat şəhər atmosferi və müasir […]

Vizam.az 05 iyun 2026
Xorvatiya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Xorvatiya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Son illərdə Aralıq dənizi sahillərində istirahət etmək istəyən azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi istiqamətlərdən biri Xorvatiyadır. Təmiz çimərlikləri, tarixi şəhərləri, füsunkar adaları və Avropa standartlarına uyğun turizm infrastrukturu ilə tanınan bu ölkə hər il milyonlarla ziyarətçi qəbul edir. Xüsusilə Dubrovnik, Split və Zaqreb kimi şəhərlər həm yay tətili, həm də mədəni səyahətlər üçün ideal […]

Vizam.az 04 iyun 2026
Krit Adasına Səyahət Üçün Yunanıstan Vizası Necə Alınır?

Krit Adasına Səyahət Üçün Yunanıstan Vizası Necə Alınır?

Yunanıstanın ən böyük və ən məşhur adası olan Krit, hər il milyonlarla turistin istirahət üçün seçdiyi Aralıq dənizi istiqamətlərindən biridir. Mavi bayraqlı çimərlikləri, qədim tarixə malik şəhərləri, zəngin mətbəxi və isti iqlimi ilə Krit adası həm ailəvi istirahət, həm də romantik və ya macəra dolu səyahətlər üçün ideal seçim hesab olunur. Son illərdə Azərbaycandan bu […]

Vizam.az 03 iyun 2026
Viza Müraciətində Sponsorluq Arayışı Nədir və Necə Hazırlanır?

Viza Müraciətində Sponsorluq Arayışı Nədir və Necə Hazırlanır?

Viza müraciət prosesində ən çox sual doğuran sənədlərdən biri sponsorluq arayışıdır. Xüsusilə maliyyə vəziyyəti yetərli olmayan və ya səyahət xərclərini başqa bir şəxs qarşılayan müraciətçilər üçün bu sənəd vacib rol oynayır. Sponsorluq arayışı səfirliyə müraciətçinin bütün xərclərinin üçüncü şəxs tərəfindən qarşılanacağını sübut edən rəsmi sənəddir. Bu yazıda sponsorluq arayışının nə olduğu, kimlər tərəfindən verildiyi və […]

Vizam.az 02 iyun 2026
Kanada Vizası Necə Alınır? 2026-cı İl Üçün Tam Bələdçi

Kanada Vizası Necə Alınır? 2026-cı İl Üçün Tam Bələdçi

Kanada hər il milyonlarla turist, tələbə və işgüzar səyyah qəbul edən ölkələrdən biridir. Təbii gözəllikləri, yüksək həyat səviyyəsi və inkişaf etmiş şəhərləri ilə Kanada azərbaycanlı səyahətçilərin də maraq göstərdiyi istiqamətlər arasındadır. Lakin bu ölkəyə səfər etmək üçün Azərbaycan vətəndaşlarının əvvəlcədən Kanada vizası əldə etməsi tələb olunur. Bu yazıda Kanada turist vizası üçün tələb olunan sənədlər, […]

Vizam.az 02 iyun 2026
Roma Səyahəti üçün İtaliya Vizası Necə Alınır?

Roma Səyahəti üçün İtaliya Vizası Necə Alınır?

Roma Avropanın ən çox ziyarət edilən şəhərlərindən biri olaraq hər il milyonlarla turisti özünə cəlb edir. Kolizey, Vatikan, Trevi Fəvvarəsi və tarixi küçələri ilə məşhur olan bu şəhərə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əsas tələblərdən biri İtaliya Şengen vizasının alınmasıdır. Xüsusilə ilk dəfə Avropaya səyahət etməyi planlaşdıran şəxslər üçün İtaliya vizası prosesi sənədlər, maliyyə […]

Vizam.az 25 may 2026
Almaniya Səfirliyi Viza Görüşü Necə Almaq Olar?

Almaniya Səfirliyi Viza Görüşü Necə Almaq Olar?

Almaniyaya səyahət etmək istəyən şəxslərin ilk qarşılaşdığı mərhələlərdən biri viza görüşünün alınması prosesidir. Son dövrlərdə Azərbaycanda Almaniya vizası üçün müraciət sistemi dəyişdirilib və artıq müraciətlər birbaşa səfirlik üzərindən deyil, rəsmi viza müraciət mərkəzi olan TLS Contact vasitəsilə həyata keçirilir. Bu səbəbdən bir çox insan “Almaniya səfirliyi viza görüşü necə alınır?”, “TLS Contact-da appointment necə götürülür?” […]

Vizam.az 21 may 2026
Niderland üçün vizanız hazırdır?

Niderland üçün vizanız hazırdır?

Niderland Avropanın ən çox ziyarət edilən Şengen ölkələrindən biridir və həm turizm, həm də işgüzar səfərlər üçün böyük maraq doğurur. Amsterdamın kanalları, tarixi şəhərləri və inkişaf etmiş infrastrukturu bu ölkəni səyahət planlarında xüsusi yerə çevirir. Lakin Niderlanda səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əsas şərt Şengen vizasının alınmasıdır. Viza prosesi bəzən mürəkkəb və suallar yaradan […]

Vizam.az 18 may 2026
Litva Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Litva Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Litva Şengen zonasında yerləşən Avropa İttifaqı ölkələrindən biridir və bu ölkəyə səyahət etmək üçün əsasən qısa müddətli C tipi Şengen vizası tələb olunur. Litva vizası turizm, işgüzar səfər, ailə ziyarəti və ya tranzit məqsədləri üçün istifadə edilir və sahibinə təkcə Litvaya deyil, bütün Şengen ölkələrinə sərbəst səyahət imkanı verir. Son illərdə Litva həm biznes imkanları, […]

Vizam.az 18 may 2026
Litvaya Necə Getmək Olar?

Litvaya Necə Getmək Olar?

Son illərdə azərbaycanlı turistlər, tələbələr və iş axtaran şəxslər üçün maraq göstərilən Avropa ölkələrindən birinə çevrilib. Baltik regionunda yerləşən Litva həm münasib yaşayış xərcləri, həm təhlükəsiz şəhər həyatı, həm də Şengen zonasına daxil olması ilə diqqət çəkir. Xüsusilə paytaxt Vilnius tarixi memarlığı, sakit atmosferi və Avropa şəhər həyatını daha rahat büdcə ilə yaşamaq imkanı təqdim […]

Vizam.az 14 may 2026