KENQURULARIN DÜNYASINA SƏYAHƏT - AVSTRALİYA VİZASI

Yeniləndi: 30 iyul 2026 1945 baxış 5 dəq. oxu

Cənubi Avstraliyanın incisi sayılan Kenquru adası, macəra axtarışında olanlar üçün ideal seçimdir. Bu ada, öz unikal mənzərəsi, vəhşi təbiəti və zəngin flora-faunası ilə məşhurdur. Əgər təbiətlə iç-içə olmaq və yalnız Avstraliyada tapa tapa biləcəyiniz kenquruları görmək arzunuz varsa, bu bloqu diqqətlə oxumağınızı tövsiyə edirik.

Kenquru adasının ən məşhur məkanlarından biri Flinders Chase Milli Parkıdır. Bu parkda "Remarkable Rocks" (Möhtəşəm Qayalar) və "Admirals Arch" (Admiral Tağı) kimi təbiət möcüzələrini görə bilərsiniz. Remarkable Rocks, milyon illər ərzində küləklərin və dalğaların formalaşdırdığı qəribə qaya formaları ilə məşhurdur. Admira Arch isə dəniz pişiklərinin məskəni kimi tanınır.

Kenquru adası, kenqurularla məşhur olsa da, burada koalalar, müxtəlif quş növləri və hətta balaca pinvqinlər də yaşayır. Seal Bay (Suiti Körfəzi) kimi məkanlarda dəniz pişiklərinin təbii mühitdə necə yaşadığını müşahidə edə bilərsiniz. Bu, xüsusilə, uşaqların marağını çəkə bilər.

Kenquru adası yalnız təbiət gözəllikləri ilə deyil, həm də ləzzətli təamları ilə məşhurdur. Adanın yerli məhsulları, xüsusilə bal, pendir və şərab, ziyarətçilər arasında böyük rəğbət qazanıb. Əgər şərab sevirsinizsə, adanın şərab zavodlarını ziyarət edərək yerli şərabları dadmaq şansı əldə edə bilərsiniz.

Kenquru adasına çatmaq üKanguru Adasına səyahət etmək üçün, Adelaide-dən Cape Jervis limanına avtomobillə gedib, oradan feribotla adaya keçmək lazımdır. Bu ada il boyu ziyarət edilə bilər, lakin ən ideal vaxt yaz (sentyabr-noyabr) və yay (dekabr-fevral) aylarıdır. Bu dövrdə hava mülayim olur və təbiət daha canlı görünür.

Avstraliyanın ən maraqlı yerlərindən biri olan Kenquru adasına səyahət etmək üçün ilk addım uyğun viza növünü seçməkdir. Azərbaycan vətəndaşları üçün “Subclass 600 Visitor Visa” adlanan qısamüddətli turizm vizası tələb olunur. Bu viza ilə siz Kenquru adası və qitənin digər görməli yerlərini rahatlıqla gəzə bilərsiniz. Viza müraciəti prosesi haqqında öyrənmək üçün yazının davamını oxuya bilərsiniz.

Avstraliya Viza Növləri

Avstraliyaya etmək istədiyiniz səyahəti, Avstraliya turizm vizası vasitəsilə həyata keçirə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri arasında turizm, ailə və ya dostlarla görüş, işgüzar səfərlər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və digər müvəqqəti hallar daxildir. Əslində, Avstraliya vizasının müxtəlif növləri mövcuddur, lakin Azərbaycan vətəndaşları əsasən qısamüddətli turistik vizaya müraciət edirlər. Əgər Avstraliyada uzunmüddətli təhsil almaq (bakalavr, magistr, doktorantura və s. kimi) və ya burada yerləşən bir təşkilatda daimi işləmək istəyirsinizsə, müvafiq təhsil və iş orqanlarından rəsmi dəvət və ya qəbul məktublarınız varsa, Avstraliya milli vizasına müraciət edə bilərsiniz.

Avstraliya Turizm Vizası

Avstraliya vizası həm təkgirişli, həm də çoxgirişli variantlarda təqdim olunur. Bundan əlavə, yalnız ilk səfərinizi əhatə edən qısamüddətli vizaya və ya çoxgirişli, uzunmüddətli vizalara müraciət etmək imkanı vardır. Bu seçim, səyahət məqsədiniz və səyahət müddətinizdən asılı olaraq dəyişir.

Qeyd etmək lazımdır ki, Avstraliya turist vizası müraciətçilərə əsasən 3 ay və bəzi hallarda bir il müddətində 3 ay qalmaq imkanı yaradan formada verilir. Lakin bu müddət müxtəlif şəraitə görə dəyişə bilər.

Avstraliya Vizası Müraciəti üçün Sənədlər Toplusu

Avstraliya vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun əsli və birinci səhifəsinin fotokopiyası
  2. Əgər mövcuddursa, əvvəlki vizalarınızın və səyahət möhürlərinin fotokopiyaları
  3. Şəxsiyyət vəsiqənizin fotokopiyası
  4. İş yerindən verilmiş arayış* və varsa, maaş kartınızdan çıxarış (təhsil alanlar üçün müvafiq təhsil müəssisəsindən alınan arayış*)
  5. Adınıza açılmış bank hesabından alınmış arayış* və çıxarış (Məbləğ barədə aşağıda ətraflı məlumat qeyd olunub)
  6. Əgər mövcuddursa, adınıza qeydiyyatdan keçirilmiş mülklərin çıxarışlarının* və maşınınızın texpasport nüsxəsi
  7. Mülki vəziyyətinizi təsdiq edən sənəd* (əgər ailəlisinizsə, nikah şəhadətnaməniz; 18 yaşdan aşağı uşaqlarınız varsa, onların doğum şəhadətnamələri və ya nikahınızın ləğvi barədə sənədin fotokopiyası)
  8. 3.5x4.5 ölçülü, ağ fonda çəkilmiş şəkliniz
  9. Səyahət üçün bron etdiyiniz aviabilet təsdiqləri
  10. Səyahət müddətində qalacağınız otellərin rezervasiya təsdiqləri
  11. İngilis dilində doldurulmuş ərizə forması
  12. Əgər müraciət turistik məqsəd daşımırsa, işgüzar səfərlə bağlı olan, həmin iş, tədbir və ya görüşlə əlaqədar rəsmi dəvət məktubu

Yuxarıda “*” işarəsi ilə qeyd olunan sənədlər səfirliyə ingilis dilində təqdim edilməlidir. Əgər sənədin orijinal dili ingilis deyilsə və siz onu azərbaycanca əldə etmisinizsə, o zaman həmin sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunaraq təqdim edilməlidir.

Sənədləriniz qəbul edildikdən sonra, viza prosedurunuz zamanı səfirlik əlavə sənədlərin təqdim edilməsini tələb edə bilər. Bəzi hallarda Avstraliya səfirliyinin viza proseduru çərçivəsində əlavə sənədlərin təqdim edilməsi tələb olunmuşdur.

Bank hesabınızdakı məbləğ, təqdim etdiyiniz səyahət tarixlərindən – yəni Avstraliyada qalacağınız müddətdən, bron etdiyiniz uçuş biletləri, otellərin qiymətləri və digər amillərdən asılı olaraq dəyişir. Ümumilikdə, məsləhət görülür ki, bir həftəlik səyahət üçün bank hesabınızda ən azı 5.000–7.000 AZN (eyni zamanda avro və ya ABŞ dolları ekvivalenti) miqdarı göstərəsiniz. Bu məbləğ səyahət planınızı tam şəkildə əhatə etməlidir. Hesablamanı edərkən, bilet və otel bronlarınızın dəyərini və ölkə daxilində keçirdiyiniz hər gün üçün ortalama 70–80 dollar gündəlik xərcləri də nəzərə alaraq, əldə etdiyiniz rəqəmdən bir qədər yüksək məbləğ göstərməyiniz tövsiyə olunur.

Əgər siz sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən alınan arayışı əvəz edən sənədləri (VÖEN-in fotokopiyası, Vergilər Nazirliyindən dövriyyəniz barədə verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) təqdim edə bilərsiniz. Əgər işləmirsinizsə, təhsil alırsınızsa və ya səyahət xərclərinizi ödəmək üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin fotokopiyası, iş yerindən alınan arayış (əgər sponsor sahibkardırsa, yuxarıda qeyd olunan sənədlər), bank hesabından alınan arayış və çıxarış (bu hesab həm sizin, həm də sponsorun adına ola bilər), əgər ailəvi əlaqəniz varsa, bunu təsdiq edən sənəd (məsələn, əgər valideynsinizsə, öz doğum şəhadətnaməniz; əgər qardaş və ya bacısınız varsa, hər iki doğum şəhadətnaməsi) və sponsorluq barədə sənəd də təqdim edilməlidir. Həmçinin, müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, tək səyahət edirsə, hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət edirsə, digər valideynindən ölkədən çıxış icazəsi sənədinin fotokopiyası da təqdim edilməlidir.

Qeyd etmək vacibdir ki, VÖEN, Vergilər Nazirliyindən alınan dövriyyəniz barədə arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq sənədi, icazə kağızı kimi təqdim etdiyiniz bütün sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə olunub təsdiq edilməlidir.

Viza Proseduru

Avstraliyaya viza müraciəti onlayn rejimdə həyata keçirilir və müsbət nəticə əldə edildikdə, viza elektron formatda verilir, yəni pasporta viza stikeri yapışdırılmır. Viza ilə bağlı qərar isə Avstraliyanın Ankaradakı Səfirliyində verilir. Çox hallarda səfirliyə şəxsən getmək tələb olunmur; lakin nadir hallarda müraciətin mürəkkəbliyinə görə konsul müraciətçini şəxsən müsahibə üçün Ankaradakı səfirliyə dəvət edə bilər.

Əvvəlcə onlayn viza platformasında hesab yaradılır, sonra hesabınıza daxil olaraq müvafiq viza növü seçilir, onlayn ərizə forması doldurulur və təqdim etdiyiniz cavablara əsaslanaraq tələb olunan sənədlərin siyahısı yaranır. Bu tələb olunan sənədlərin skan nüsxələri sistemə yüklənməlidir.

Azərbaycan vətəndaşları, qısamüddətli turizm, işgüzar səfər, hər hansı tədbirdə iştirak, ailə və ya dost ziyarəti üçün "Subclass 600 Visitor visa"ya müraciət etməlidirlər.

Viza rüsumu 180 AUD təşkil edir (təqribən 110 USD), və cavab adətən 8-24 həftə ərzində bəlli olur.

Avstraliya Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliklərinə viza müraciəti edildiyi kimi, Avstraliyada da viza alma şansınız şəxsi profilinizin vəziyyətindən asılıdır. İş yerinizin sabitliyi və vəzifənizin keyfiyyəti, aylıq gəlirinizin standart maaş aralığından yuxarı olması (təcrübədə 700–800 AZN aralığında aylıq gəlir əldə edən şəxslərə viza verilməsi müşahidə olunub), bank hesabınızda səyahətinizin bütün xərclərini ödəməyə yetəcək miqdarda məbləğin göstərilməsi, sizi ölkəyə bağlayan faktorların (məsələn, adınıza qeydə alınmış əmlak, ailənizin və uşaqlarınızın mövcudluğu) olması və zəngin səyahət tarixçənizin mövcudluğu, Avstraliya vizası alma şansınızı artıran əsas amillərdən biridir. Daha əvvəl səyahət tarixçəsi olmayan, yəni Şengen, Birləşmiş Krallıq, ABŞ və ya digər vizaya sahib olmayan şəxslər üçün Avstraliya vizasına müraciət nisbətən riskli sayılır. Lakin, profilinizin digər nüansları yüksək səviyyədədirsə, səyahət tarixçəniz olmasa belə Avstraliya vizası alma ehtimalınız arta bilər. Hər halda, zəngin səyahət tarixçəsi Avstraliya vizasının verilməsində birbaşa təsir göstərən mühüm faktordur.

Avstraliyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Avstraliya vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, izahat məktubunun yazılması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Avstraliya səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 250 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Kenquruların dünyasını kəşf etmək fürsətini qaçırmayın! Xoş səyahətlər!

Oxşar yazılar:

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistan rəngarəng mədəniyyəti, qədim məbədləri, möhtəşəm sarayları və fərqli mətbəxi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tac Mahaldan Mumbayın canlı küçələrinə, Himalay dağlarından Qoa çimərliklərinə qədər ölkə hər səyahətçiyə fərqli təcrübələr təqdim edir. Hindistana səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Hindistanda 22 rəsmi dil tanınır Hindistan dil […]

Vizam.az 06 noyabr 2026
Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konqa səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza almaq tələb olunur. Asiyanın ən məşhur turizm və biznes mərkəzlərindən biri olan Honq Konq müasir memarlığı, möhtəşəm şəhər mənzərələri, alış-veriş imkanları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini cəlb edir. Honq Konq səyahətinizi planlaşdırırsınızsa, viza müraciətinizi son ana saxlamayın. Vizam.az vasitəsilə müraciət prosesində peşəkar dəstək əldə […]

Vizam.az 05 noyabr 2026
Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan qədim tarixi, rəngarəng mədəniyyəti, möhtəşəm məbədləri və fərqli təbiəti ilə turistlərin maraq göstərdiyi ölkələrdən biridir. Hindistana səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları səfərdən əvvəl viza almalıdırlar. Hindistan vizası ilə bağlı ən çox verilən 10 sualın cavabını aşağıda tapa bilərsiniz. Azərbaycan vətəndaşları Hindistan vizasını onlayn ala bilərmi? Bəli. Azərbaycan vətəndaşları Hindistanın elektron viza (e-Visa) müraciəti üçün […]

Vizam.az 05 noyabr 2026
Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşa zəngin tarixi, möhtəşəm memarlığı, qədim şəhərləri və özünəməxsus mədəniyyəti ilə Avropanın maraqlı səyahət istiqamətlərindən biridir. Varşavanın müasir küçələrindən Krakovun tarixi meydanlarına qədər ölkənin hər bölgəsində kəşf etməyə dəyər fərqli məkanlar var. Polşaya səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Polşanın paytaxtı Varşavadır, lakin Krakov da turistlərin sevimli şəhərlərindən […]

Vizam.az 05 noyabr 2026
İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviya Baltikyanı ölkələr arasında yerləşən, tarixi şəhərləri, sakit təbiəti, geniş meşələri və Baltik dənizinin gözəl sahilləri ilə seçilən Avropa ölkəsidir. Xüsusilə paytaxt Riqa özünəməxsus memarlığı, rəngarəng küçələri və tarixi İçərişəhəri ilə turistlərin diqqətini çəkir. Latviyaya səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəniyyəti, gündəlik həyat tərzi və turistlər üçün maraqlı xüsusiyyətləri haqqında əvvəlcədən məlumat əldə etmək faydalıdır. Səfərdən […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026