ÇEXİYA BİZNES VİZASINI NECƏ ALMAQ OLAR?

Yeniləndi: 13 fevral 2025 2489 baxış 7 dəq. oxu

Dörd bir yanı dağlarla əhatə olunmuş, dünyanın sayca ən çox və ən böyük qalalarının yerləşdiyi, “nağıllar ölkəsini” xatırladan coğrafiyaya sahib Çexiya Avropaya giriş qapısı olaraq görünə bilər. Bu ölkəyə il ərzində turistik məqsədlərdən əlavə, biznes məqsədlərilə də minlərlə insan üz tutur. Siz də Çexiyaya səyahət edib həm işinizi görmək, həm də gəzib bu ölkəni kəşf etmək istəyirsinizsə, Çexiya biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Çexiya Viza Növləri

Çexiya Respublikası Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Çexiya Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Çexiyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Çexiyada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Çexiya milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Çexiya Şengen vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Çexiyada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Çexiya Şengen Vizası

Çexiya Şengen vizası təkgirişli və çoxgirişli ola bilər. Qeyd etmək lazımdır ki, təcrübəmizdə Şengen ölkələri arasında ən az çoxgirişli vizanın verilmə halı məhz Çexiya səfirliyində yaşanıb. Çexiya səfirliyi əksər hallarda müraciətçilərə məhz ilk göstərdiyi səyahət tarixlərini tam şəkildə və əlavə olaraq sadəcə müəyyən “koridor” müddətini əhatə edən təkgirişli Şengen vizası verir. Ancaq təcrübəmizdə nadir hallarda da olsa, çoxgirişli, altı aylıq, bir illik və ya iki illik Şengen vizalarının verildiyinə də rast gəlinib. Siz Çexiya Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Çexiyadan edəsiniz. Əks halda siz viza müraicətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Çexiya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bir çox hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Çexiya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı olaraq ən çox Çexiya Respublikasında qalacağınızı göstərməlisiniz.

Çexiya Viza Müraciəti üçün Sənədlər Toplusu

Çexiya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan karta bağlı bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Bank kartınızın əsas üzünün surəti
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları barədə həmin otellərdən alınmış imza və möhürlü təsdiq məktubları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində və yalnız böyük hərflərlə doldurulmuş ərizə forması
  14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  15. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 1.500-3.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Otel və Aviabilet

Çexiya səfirliyinə viza müraciəti zamanı siz uçuş biletlərinizi bron olaraq göstərə bilərsiniz. Yəni uçuş biletlərinizi öncədən almağınıza, ödəniş etməyinizə ehtiyac yoxdur, sadəcə rezervasiya etməyiniz yetərlidir. Əgər siz Çexiyadan əlavə başqa Şengen ölkələrində qalacağınızı göstərirsinizsə, bu halda Çexiyaya giriş və çıxış biletindən əlavə həmin ölkələr arasındakı nəqliyyatı təsdiqləyəcək sənədləri (uçuş bileti, avtobus bileti, qatar bileti və ya bronları və s.) təqdim etməlisiniz.

Otellərlə bağlı məsələyə gəldikdə isə siz Çexiya səfirliyinə viza müraciəti edərkən səyahət ərzində qalacağınızı göstərdiyiniz otellərdən rezervasiyanızı doğrulayan təsdiq məktubu əldə etməlisiniz. Yəni, rəsmi qaydada otelin ödənişini öncədən etməyinizə və ya qalacağınız yeri mütləq şəkildə öncədən almağınıza ehtiyac yoxdur, sadəcə rezervasiyanızı təsdiqləyən, otel tərəfindən üzərində imza və möhür olan təsdiq məktubunu sənədlərinizin arasına qoymağınız yetərlidir. Ancaq əksər hallarda siz otellə əlaqəyə keçib bu təsdiq məktubunu onlardan istəyərkən otel işçisi sizə yalnız ödənişi həyata keçirdikdən sonra bu məktubu göndərə biləcəyini bildirə bilər. Əksər hallarda siz rezervasiyanızı təsdiqləyəcək bu məktubu oteldən rəsmi şəkildə əldə edə bilməyiniz üçün sonda otelin ödənişini öncədən həyata keçirməyə məcbur olursunuz. Əgər siz yalnız Çexiyada deyil, digər Şengen ölkələrində də qalacağınızı göstərirsinizsə, bu halda bütün göstərdiyiniz ölkələrdəki qalacağınız otellərdən rezervasiyanızı təsdiqləyən imza və möhürlü təsdiq məktubları almalı və bu sənədləri səfirliyə təqdim etməlisiniz. Siz qalacağınız yeri Airbnb üzərindən rezervasiya etdiyiniz təqdirdə isə Airbnb tərəfindən sizə göndərilən rezervasiyanızı təsdiq edən sənədi, Airbnb tərəfindən sizə göndərilən ödəniş çeki və Airbnb rezervasiyası üçün ödəniş etdiyiniz bank kartından çıxarışı səfirliyə təqdim etməlisiniz.

Viza Proseduru

Çexiya Şengen vizası üçün müraciət Çexiya səfirliyinin “VFS Global” adlı viza müraciət mərkəzində olunur. Viza haqqında qərar isə Çexiya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir. Sənədləri təqdim etmək üçün siz öncədən onlayn sistemdə “VFS Global” şirkətində görüş götürməlisiniz. Öncədən görüş təyin etmək mütləq olsa da, siz əlavə 144 AZN ödəyərək “Premium Lounge” xidmətindən istifadə edib görüş təyin etmədən, növbədənkənar şəkildə sənədləri təqdim edə bilərsiniz. Viza müraciəti səfər tarixindən ən tez şəkildə 6 ay öncə edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri təqdirdə şəxsən iştirakları mütləq deyil.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 5 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Çexiyada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Çexiya mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 5-15 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir. Siz viza cavabınız çıxdıqdan sonra pasportunuzu yenidən “VFS Global” şirkətindən götürə bilərsiniz.

Sənədləri təqdim edərkən viza rüsumu olan 35 avro, viza mərkəzinin xidmət haqqı olan 40 AZN və viza prosedurunun başa çatdığı və pasportun hazır olduğu barədə məlumat verməsi üçün SMS xidmət haqqı 3 AZN ödənilir. Bu ödənişi həm nəğd, həm kartla avro və ya manat şəklində ödəmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

Çexiya Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Çexiyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 200-400 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu sizin Çexiya Şengen vizası alma şansınızı artıran faktorlardır. Qeyd edək ki, Çexiya vizası üçün səyahət tarixçənizin yaxşı olmasına, yəni daha öncə Şengen vizalarınızın olmasına bir o qədər də ehtiyac duyulmur. Təcrübədə görsənir ki, daha öncə vizası olmayan, Avropada olmamış şəxslərin ilk Şengen vizası müraciətlərində ən rahat şəkildə viza əldə etdiyi səfirliklərdən biri məhz Çexiya səfirliyidir. Bu hal əlbəttə ki, sizin digər sənədlərinizin tam qaydasında olduğu vəziyyətdə keçərlidir. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Çexiyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Çexiya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin bronu, otellərdən isə təsdiq məktublarının alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Çexiya Şengen biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Gəlin Avropaya qapınız Çexiyadan açılsın! Xoş səyahətlər!

Yeniləndi: 27.01.2025

Oxşar yazılar:

Kanada Turist Vizası üçün Tələb Olunan Sənədlər

Kanada Turist Vizası üçün Tələb Olunan Sənədlər

Kanada Turist Vizası üçün tələb olunan sənədlər mövzusu, xüsusilə kanada vizasi ilə bağlı müraciət etməyi planlaşdıran şəxslərin ən çox axtardığı suallardandır. Hər il minlərlə vətəndaşımız kanada vizasi azerbaycan üzrə müraciət edir və ən çox verilən sual budur: Kanada turist vizası almaq üçün hansı sənədlər lazımdır və proses necə işləyir? Bu bloqda siz kanada turist vizasi […]

Vizam.az 17 fevral 2026
Macarıstan Səfirliyi Viza Xidməti

Macarıstan Səfirliyi Viza Xidməti

Avropaya səyahət planlaşdıran Azərbaycan vətəndaşları üçün Macarıstan Səfirliyi viza xidməti ən çox araşdırılan mövzulardan biridir. Xüsusilə Şengen zonasına daxil olan Macarıstana turizm, biznes, təhsil və ya ailə ziyarəti məqsədilə getmək istəyən şəxslər üçün düzgün və rəsmi proseduru bilmək vacibdir. Çünki Macarıstan vizası müraciəti zamanı sənədlərin tam və düzgün hazırlanması nəticəyə birbaşa təsir göstərir. Macarıstan Şengen […]

Vizam.az 16 fevral 2026
Amerikaya Viza Almaq İstəyirsiniz?

Amerikaya Viza Almaq İstəyirsiniz?

ABŞ dünyanın ən çox səyahət edilən, təhsil alınan və işləmək üçün seçilən ölkələrindən biridir. Hər il minlərlə insan amerika vizası almaq üçün müraciət edir və “amerika vizasi nece almaq olar?”, “amerikaya viza almaq çətindir?”, “amerika viza qiymeti nə qədərdir?” kimi suallara cavab axtarır. Əslində isə amerika vizası almaq prosesi düzgün məlumat və planlama ilə düşündüyünüzdən […]

Vizam.az 16 fevral 2026
Serbiyaya Viza Lazimdir?

Serbiyaya Viza Lazimdir?

Serbiya, zəngin tarixi, gözəl təbiəti və mədəni irsi ilə turistlərin diqqətini çəkən ölkələrdən biridir. Əgər siz də Serbiyaya səfər etməyi planlaşdırırsınızsa, ilk bilməli olduğunuz məsələ Serbiyaya viza tələb olunub-olunmamasıdır. Azərbaycan vətəndaşları üçün Serbiya viza qaydaları, müraciət proseduru və lazımi sənədlər haqqında məlumat önəmlidir. Serbiya vizası ilə bağlı əsas mövzulara baxdıqda, insanlar tez-tez soruşur: “Serbiyaya vizasız […]

Vizam.az 13 fevral 2026
Misir vizası ilə Misirə səyahət

Misir vizası ilə Misirə səyahət

Misir vizası ilə Misirə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün 2026-cı ildə tətbiq olunan qaydaları əvvəlcədən bilmək vacibdir. “Misirə viza lazımdırmı?”, “Azərbaycandan Misirə viza necə alınır?”, “Misir vizası almaq prosesi necədir?” kimi suallar ən çox axtarılan mövzular arasındadır. Bu yazıda Misir vizası haqqında bütün əsas məlumatları müraciət üsulları, tələb olunan sənədlər, qiymətlər və səyahət zamanı […]

Vizam.az 13 fevral 2026
İtaliya Vizası Almaq üçün Lazım Sənədlər Hansılardır?

İtaliya Vizası Almaq üçün Lazım Sənədlər Hansılardır?

İtaliya səfəri planlaşdırırsınızsa, İtaliya vizası almaq üçün hansı sənədlərin tələb olunduğunu bilmək vacibdir. İtaliya səfirliyi viza görüşü üçün hazırlıqlı olmaq, müraciət prosesini daha sürətli və rahat edir. Azərbaycandan İtaliya vizası almaq istəyən şəxslər üçün əsas sənədlər, prosedurlar və İtaliya səfirliyi Baku ilə əlaqə məlumatları haqqında ətraflı məlumat təqdim edirik. İtaliya vizası sənədləri turizm, təhsil və […]

Vizam.az 12 fevral 2026
2026-cı İldə Azərbaycan Vətəndaşlarının ən çox getdiyi  Vizasız Ölkələr

2026-cı İldə Azərbaycan Vətəndaşlarının ən çox getdiyi Vizasız Ölkələr

2026-cı ildə Azərbaycan vətəndaşlarının ən çox üstünlük verdiyi vizasız ölkələr səyahət planlayanlar üçün ən aktual mövzulardan biridir. Xarici pasportla vizasız gedilə bilən ölkələr həm əlavə sənəd yükünü azaldır, həm də daha sərfəli və rahat səyahət imkanı yaradır. Xüsusilə qısa müddətli istirahət, turistik səfər və ya spontan səyahət planlaşdıranlar üçün vizasız ölkələr 2026-cı ildə də ən […]

Vizam.az 12 fevral 2026
Şengen Vizası Dəstəyi üçün Sponsorluq Məktubu nədir?

Şengen Vizası Dəstəyi üçün Sponsorluq Məktubu nədir?

Şengen vizası üçün sponsorluq məktubu, viza müraciəti edən şəxsin Avropa Şengen ölkələrinə planlaşdırdığı səfər zamanı bütün və ya qismən maliyyə xərclərinin başqa bir şəxs (sponsor) tərəfindən qarşılanacağını rəsmi şəkildə təsdiq edən sənəddir. Bu məktub səfirlik və ya viza mərkəzi üçün müraciətçinin maddi baxımdan təmin olunduğunu göstərən əsas sübutlardan biridir. Sponsorluq məktubu xüsusilə Şengen turist vizası, […]

Vizam.az 10 fevral 2026
Sponsorluq məktubu nədir?

Sponsorluq məktubu nədir?

Sponsorluq məktubu viza müraciəti zamanı müraciətçinin səyahət xərclərinin tam və ya qismən başqa bir şəxs tərəfindən qarşılanacağını rəsmi şəkildə təsdiq edən sənəddir. Ən çox Şengen vizası, Böyük Britaniya vizası, ABŞ vizası və digər ölkələrə səfər zamanı tələb olunur. Sponsor adətən ailə üzvü, yaxın qohum və ya işəgötürən olur. Bu məktub səfirlik və ya viza mərkəzinə […]

Vizam.az 09 fevral 2026
2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

Amerika vizası 2026-cı ildə də minlərlə insan üçün sadəcə bir sənəd deyil, “Amerika xəyalı”na açılan əsas qapıdır. ABŞ – Nyu-York, Vaşinqton, Los-Anceles, Mayami, San-Fransisko kimi şəhərləri, Azadlıq Heykəli, Central Park, Ağ Ev, Golden Gate körpüsü, Las Veqas, Böyük Kanyon və saysız-hesabsız görməli yerləri ilə dünyanın ən çox səyahət edilən ölkələrindən biridir. Məhz buna görə Amerika […]

Vizam.az 04 fevral 2026