CƏNUBİ KİPR BİZNES VİZASINA NECƏ SAHİB OLA BİLƏRİK?

Yeniləndi: 13 fevral 2025 917 baxış 5 dəq. oxu

Hər il milyonlarla turistin üz tutduğu, Aralıq dənizində yerləşən Cənubi Kipr öz coğrafiyası və təbiəti, turistik bölgələri və əyləncə həyatı ilə bütün dünyanın marağını özünə cəlb etməyi bacarmış bir ölkədir. Biznes həyatı ilə də məşhur olan adaya tez-tez işgüzar səfərlər də həyata keçirilir. Siz də Kiprə səyahət edib həm işinizi görmək, həm də gəzib bu füsunkar adanı kəşf etmək istəyirsinizsə, Kipr biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Cənubi Kipr Viza Növləri

flag of cyprus

Cənubi Kipr ölkəsinə planladığınız səyahətinizi Cənubi Kipr səyahət vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Kiprdə müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Kipr milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Cənubi Kipr vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Kiprdə daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Cənubi Kipr Turizm Vizası

border stamp

Cənubi Kipr vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Cənubi Kipr vizası əksər hallarda müraciətçinin viza müraciəti əsnasında ərizə formasında və digər sənədlərində göstərdiyi səyahət müddətinə tam uyğun şəkildə verilir.

Cənubi Kipr Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

Cənubi Kipr biznes vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Əgər ailə üzvünüzlə birlikdə müraciət edirsinizsə, mülki vəziyyətinizin sübutu* (Yoldaşınızla edirsinizsə, nikah haqqında şəhadətnamənizin, Övladınızla edirsinizsə, doğum haqqında şəhadətnaməsinin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək və minimum 30.000 EUR dəyəri əhatə edən səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

bank statements

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Cənubi Kiprdə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.000-3.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

calendar

Azərbaycan vətəndaşları viza üçün müraciəti Kiprin Moskvadakı Səfirliyinə edirlər.

Viza müraciəti üçün sənədləri təqdim etməyin 3 yolu vardır:

  1. Müraciətçi şəxsən viza müraciətini edir və sənədləri təqdim edir;
  2. Müraciətçi sənədləri kuryer vasitəsilə göndərir;

Kipr Səfirliyi ödənişi bank transferi və ya onlayn şəkildə deyil, yalnız nəğd şəkildə qəbul edir. Kuryer vasitəsilə pul daşınması qadağan olunduğuna görə isə rüsumu nəğd şəkildə sənədlərlə birlikdə göndərmək mümkün deyil. Belə olan halda, viza rüsumunu Moskvada yaşayan hər hansı bir şəxsə bank transferi ilə göndərmək və həmin şəxsin pulu bankdan çıxarıb nəğd şəkildə səfirliyə təqdim etməsi lazımdır.

Müraciətçi ilə birlikdə Kiprə səyahət edən və viza müraciəti edən şəxs öz sənədləri ilə birlikdə müraciətçinin sənədlərini də təqdim edir.

Məsələn, 3 nəfər birlikdə Kiprə səyahət edirlərsə və vizaya müraciət etmələri tələb olunursa, bu üç nəfərdən biri digərlərinin sənədlərini təqdim edə bilər, lakin onlarla viza müraciəti etməyən hər hansı 4-cü bir adam onların sənədlərini təqdim edə bilməz.

Qeyd edək ki, Kipr vizası üçün müraciət etmiş şəxslərin viza nəticəsi, adətən, 30-40 iş günü ərzində bəlli olur. Yalnız bu müddətə sənədlərin kuryerlə daşınması kimi detallar aid deyil.

Viza rüsumu isə bir nəfər üçün 90 avro olaraq nəzərdə tutulub.

Cənubi Kipr Vizası Alma Ehtimalı

embassy of cyprus

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Cənubi Kiprdə də sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Cənubi Kipr vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Cənubi Kipr səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Cənubi Kiprə Viza Dəstəyi

paralimni

Biz Vizam.az şirkəti olaraq sizə Cənubi Kipr vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Bunlardan əlavə, biz sizə sənədlərinizin Moskvadakı səfirliyə kuryerlə çatdırılması və pasportunuzun geri qaytarılması, həmçinin viza ödənişinin edilməsi ilə bağlı da yardımçı ola bilərik. Bu əlavə xidmətin dəyəri 295 AZN təşkil edir. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Cənubi Kipr biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 285 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Yeniləndi: 27.01.2025

Oxşar yazılar:

İstirahət üçün Ən Ucuz 10 Ölkə Hansılardır?

İstirahət üçün Ən Ucuz 10 Ölkə Hansılardır?

2025-ci ildə səyahət planı qurarkən “istirahət mütləq baha başa gəlməlidir” düşüncəsini bir kənara qoymağın vaxtıdır. Dünyada elə ölkələr var ki, orada həm macəra dolu günlər keçirmək, həm yeni mədəniyyətlər kəşf etmək, həm də xərclərinizi minimuma endirmək mümkündür. Ucuz istirahət artıq yalnız “az büdcəli çətin şərait” demək deyil əksinə, düzgün istiqamət seçməklə siz həm rahat otellərdə […]

Vizam.az 13 avqust 2025
Səudiyyə Ərəbistanı Vizası Lazımdır?

Səudiyyə Ərəbistanı Vizası Lazımdır?

Səudiyyə Ərəbistanı zəngin tarixə, dərin dini ənənələrə və sürətlə inkişaf edən müasir şəhərlərə malik bir ölkədir. Həcc və Ümrə ziyarətləri üçün ən önəmli istiqamətlərdən biri olmaqla yanaşı, işgüzar səfərlər və turizm məqsədilə də getmək istəyənlərin sayı günü-gündən artır. Buna görə də, Azərbaycandan səfər etmək istəyənlər üçün ən çox soruşulan suallardan biri “Səudiyyə Ərəbistanı vizası lazımdırmı?” […]

Vizam.az 12 avqust 2025
Vizası Ən Sürətli Çıxan 10 Ölkə

Vizası Ən Sürətli Çıxan 10 Ölkə

Səyahət etmək istəyən Azərbaycan vətəndaşlarının qarşısında ən çox dayanan suallardan biri vizanın nə qədər müddətə hazır olmasıdır. Xüsusilə iş, təhsil, ziyarət və ya istirahət məqsədilə səfərə çıxmaq planlaşdıranlar üçün viza təsdiqinin gözləmə müddəti çox önəmlidir. Bəzi ölkələrin viza prosedurları aylarla çəkə bilsə də, elə istiqamətlər var ki, müraciətdən cəmi bir neçə gün, hətta bəzən saatlar […]

Vizam.az 12 avqust 2025
İspaniya Vizası: Barselonaya Səyahət

İspaniya Vizası: Barselonaya Səyahət

Barselona rəngləri, enerjisi və mədəniyyəti ilə hər səyahətçinin xəyal şəhəridir. Antoni Gaudinin möhtəşəm memarlıq inciləri, La Rambla küçəsinin canlı həyatı, Aralıq dənizi sahillərindəki qumlu çimərliklər və zəngin kulinariya mədəniyyəti ilə Barselona Avropaya viza almaq istəyənlərin siyahısında ilk sıralarda yer alır. Azərbaycan vətəndaşları üçün İspaniyaya səfər etmək üçün Şengen viza tələb olunur və bu proses rəsmi […]

Vizam.az 11 avqust 2025
Malayziya Getmək üçün Viza Lazımdır?

Malayziya Getmək üçün Viza Lazımdır?

Əgər səyahət planınıza ekzotik, rəngarəng və mədəniyyətlə zəngin bir ölkə əlavə etmək istəyirsinizsə, Malayziya mükəmməl seçimdir. Üstəlik, daha da yaxşısı odur ki, Azərbaycan vətəndaşları Malayziyaya vizasız səyahət edə bilər. Bəli, düz oxudunuz viza tələb olunmur və bu ölkəyə 90 günədək sərbəst giriş mümkündür. 2025-ci ildə “Vizasız ölkələr”, xüsusilə də Azerbaycan vizasiz olkeler 2025 siyahısında Malayziya […]

Vizam.az 06 avqust 2025
Ən Asan Viza Verən 10 Ölkə

Ən Asan Viza Verən 10 Ölkə

Səyahət etmək istəyirsiniz, amma viza prosesi sizi qorxudur? Narahat olmayın! Dünyada bəzi ölkələr var ki, turist vizası almaq həm çox sadə, həm də sərfəli başa gəlir. Bu blog yazısında sizə ən asan viza verən 10 ölkəni təqdim edəcəyik. Səfərinizi planlaşdırmazdan əvvəl bu ölkələrə baxmağınız, həm vaxtınıza, həm də cibinizə qənaət edəcək. İndoneziyadan tutmuş Taylanda, Yaponiyadan […]

Vizam.az 06 avqust 2025
Yaponiya Vizası: Yaponiyaya Səyahət

Yaponiya Vizası: Yaponiyaya Səyahət

Azərbaycan ümumi pasportuna sahib insanlar üçün Yaponiya, viza alınması baxımından nisbətən ən rahat viza verən ölkələrdən biri sayılır. Son illərdə Yaponiya azərbaycan əlaqələri daha da inkişaf edib və bu, viza prosedurlarında da özünü göstərir. Yaponiya səfiri və Yaponiya səfirliyi tərəfindən təşkil olunan mədəni tədbirlər və qarşılıqlı əməkdaşlıq bu prosesin daha şəffaf və sürətli olmasına şərait […]

Vizam.az 04 avqust 2025
Birləşmiş Ərəb Əmirliklərinə Vizasız Səyahət

Birləşmiş Ərəb Əmirliklərinə Vizasız Səyahət

Azərbaycan vətəndaşlarının vizasız səyahət edə bildiyi ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Bu ölkə yalnız Yaxın Şərq regionunda deyil, bütün dünyada özünün müasir şəhərsalma nümunələri, lüks yaşam tərzi, nəhəng ticarət mərkəzləri və heyrətamiz memarlıq abidələri ilə tanınır. Xüsusilə Dubay və Abu Dabi kimi əmirliklər həm turistik baxımdan, həm də müxtəlif tədbir və sərgilərlə dünyanın […]

Vizam.az 01 avqust 2025
Vizasız Gedə Biləcəyimiz 10 Ölkə

Vizasız Gedə Biləcəyimiz 10 Ölkə

Səyahət etmək çoxlarının arzusu olsa da, bəzən viza müraciət prosesləri bu arzunu bir qədər çətinləşdirə bilir. Gərək sənədlər toplansın, müraciət formaları doldurulsun, görüş günləri təyin edilsin, və bunların hamısı vaxt və əlavə xərc tələb edir. Xoşbəxtlikdən, Azərbaycan vətəndaşları üçün vizasız və ya sadələşdirilmiş rejimlə səyahət edilə bilən bir çox gözəl ölkə mövcuddur. Bu ölkələr həm […]

Vizam.az 01 avqust 2025
Airbnb və Booking: Hansını Seçmək Daha Məsləhətlidir?

Airbnb və Booking: Hansını Seçmək Daha Məsləhətlidir?

Əgər siz də səyahət etməyi sevirsinizsə və rahat, münasib qiymətə qalacaq yer axtarırsınızsa, çox güman ki, Airbnb və Booking.com platformaları ilə artıq tanışsınız. Bu iki nəhəng online booking xidməti dünyanın hər yerində o cümlədən Bakı, İstanbul, Türkiyə və başqa məşhur şəhərlərdə minlərlə seçim təqdim edir. Xüsusilə Airbnb Baku yazaraq, paytaxtın istənilən bölgəsində yerləşən evlərə baxa […]

Vizam.az 31 iyul 2025