BRAZİLİYA BİZNES VİZASINI ƏLDƏ ETMƏYİN YOLU

Yeniləndi: 13 fevral 2025 2381 baxış 4 dəq. oxu

Cənubi Amerika qitəsinin ən böyük ölkəsi, hər il 10 milyondan çox turistin üz tutduğu Braziliya bütün dünyada coğrafiyası, Atlantik Okeanı sahilləri, xüsusilə Rio da Janeyro şəhərinin unikal gözəlliyi, əyləncəli həyatı və dünyanın yeni yeddi möcüzəsindən biri olaraq hesab olunan İsa Məsih heykəli ilə məşhurdur. Braziliyaya səyahət etmək bir çox turistin böyük arzularından biridir. Bu məşhur turizm ölkəsinə həmçinin, biznes səfərlər də tez-tez reallaşdırılır. Əgər siz də Braziliyaya səyahət edib həm işinizi görmək, həm də gəzib bu füsunkar ölkəni kəşf etmək istəyirsinizsə, Braziliya biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Braziliya Viza Növləri

athlete holding brazilian flag

Braziliyaya planladığınız səyahətinizi Braziliya turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Braziliyada uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Braziliya milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Braziliya vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Braziliyada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Braziliya Turizm Vizası

old passport

Braziliya vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Braziliya vizası əksər hallarda müraciətçilərə birillik müddətə və çoxgirişli olaraq verilir.

Braziliya Vizası Müraciəti üçün Sənədlər Toplusu

filling visa application

Braziliya biznes vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*) 
  5. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. 2 ədəd 3x4 ölçüdə, ağ fonda şəkliniz
  7. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  8. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  9. İngilis dilində doldurulmuş ərizə forması
  10. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Braziliyada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti yetərlidir) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

happy woman traveling rio de janeiro

Braziliya vizası üçün müraciət Braziliyanın Bakıdakı səfirliyinə edilir. Qərar səfirliyin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Turistik viza üçün vizanın cavabının çıxması, adətən, 3-5 iş günü çəkir.

Viza rüsumu 152 AZN-dir. Səfirliyə sənədlərini təqdim etdikdən sonra ona viza rüsumunun ödənişi üçün müvafiq çek verilir. Bu çek əsasənda müraciətçi ödənişi Azərbaycan Beynəlxalq Bankının Əsas binasında (Nizami küç. 67) həyata keçirməli və ödənişin həyata keçirildiyinə dair qəbzi konsulluğa həmin gün təqdim etməlidir.

Braziliya Vizası Alma Ehtimalı

passengers at brasilia airport

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Braziliyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Braziliya vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Braziliya səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Braziliyaya Viza Dəstəyi

young woman holding passport

Biz Vizam.az şirkəti olaraq sizə Braziliya vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Braziliya biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 125 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Rio sahilləri sizi gözləyir! Xoş səyahətlər!

Yeniləndi: 25.01.2025

Oxşar yazılar:

2026-cı ildə Kanada Vizası Necə Ala Bilərəm?

2026-cı ildə Kanada Vizası Necə Ala Bilərəm?

2026-cı ildə Kanada vizası almaq Azərbaycan vətəndaşları üçün əvvəlki illərlə müqayisədə daha planlı və diqqətli yanaşma tələb edən bir prosesə çevrilib. Kanada səfirliyi və IRCC (Immigration, Refugees and Citizenship Canada) tərəfindən tətbiq edilən yeni qaydalar, onlayn müraciət sistemi, biometrik tələblər və maliyyə sübutları viza müraciətinin əsas mərhələlərini təşkil edir. Xüsusilə Kanada turist vizası, Kanada tələbə […]

Vizam.az 08 yanvar 2026
Macarıstan Vizası Necə Alınır? 2026 Müraciət Qaydaları

Macarıstan Vizası Necə Alınır? 2026 Müraciət Qaydaları

Macarıstan Avropanın ən çox ziyarət edilən Şengen ölkələrindən biri olmaqla yanaşı, Azərbaycan vətəndaşları üçün Macarıstan Şengen vizası ilə səyahət edilə bilən ölkələr siyahısına daxildir. 2026-cı ildə Macarıstana səyahət planlaşdıran şəxslər üçün viza müraciət qaydaları, sənəd tələbləri və proses mərhələləri əvvəlcədən düzgün öyrənilməlidir. Çünki Macarıstan vizası müraciətində edilən kiçik səhvlər belə müraciətin gecikməsinə və ya rədd […]

Vizam.az 08 yanvar 2026
2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

Amerika Birləşmiş Ştatlarına səyahət etmək bir çox Azərbaycan vətəndaşı üçün həm turistik, həm də biznes və təhsil baxımından böyük maraq doğurur. Xüsusilə 2026-cı ildə Amerika vizası necə alınır, ABŞ vizası üçün hansı sənədlər lazımdır və Amerika vizası almaq çətindirmi kimi suallar Google-da ən çox axtarılan mövzular sırasındadır. ABŞ vizası mürəkkəb və mərhələli prosesə malik olduğu […]

Vizam.az 07 yanvar 2026
2026-cı ildə Şengen Vizası Qiyməti

2026-cı ildə Şengen Vizası Qiyməti

Şengen vizası Avropa ölkələrinə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün ən çox müraciət olunan vizalardan biridir. Hər il olduğu kimi, 2026-cı ildə Şengen vizası qiyməti də səyahət planlaşdıran şəxslərin ən çox maraqlandığı mövzular sırasındadır. Viza rüsumları, xidmət haqları və əlavə xərclər ölkədən-ölkəyə və müraciət növünə görə dəyişə bilər. Bu səbəbdən Şengen vizasına müraciət etməzdən əvvəl […]

Vizam.az 06 yanvar 2026
Monteneqro Azərbaycan Vətəndaşları üçün Vizasız Rejimi Dayandırır?

Monteneqro Azərbaycan Vətəndaşları üçün Vizasız Rejimi Dayandırır?

Son dövrlərdə Azərbaycan vətəndaşları üçün vizasız səyahət imkanlarında mühüm dəyişikliklər baş verir. Bu dəyişikliklərdən biri də Monteneqro ilə bağlıdır. Hazırda Azərbaycan pasportuna sahib şəxslər Monteneqroya 15 yanvar 2026-cı il tarixinədək vizasız səyahət edə bilirlər. Lakin rəsmi qərara əsasən, 15 yanvar tarixindən etibarən Monteneqro Azərbaycan vətəndaşları üçün viza tətbiq edəcək. Bu blog yazısında Monteneqroya vizasız girişin […]

Vizam.az 06 yanvar 2026
Şengen Vizası Almaq Üçün Güclü Profil Necə Olmalıdır?

Şengen Vizası Almaq Üçün Güclü Profil Necə Olmalıdır?

Şengen vizasına müraciət edənlərin ən çox buraxdığı səhvlərdən biri düşünməkdir ki, yalnız sənədlərin tam olması viza almaq üçün kifayətdir. Halbuki konsulluqlar üçün əsas meyar təkcə təqdim edilən sənədlər deyil, müraciətçinin ümumi profili, yəni onun sosial, maliyyə və səyahət baxımından etibarlılığıdır. Bu səbəbdən Şengen vizası almaq üçün “güclü profil” anlayışı xüsusi əhəmiyyət daşıyır. Güclü profil dedikdə, […]

Vizam.az 24 dekabr 2025
TLS Viza Mərkəzi ilə Şengen Vizası Almaq

TLS Viza Mərkəzi ilə Şengen Vizası Almaq

Avropaya səyahət etməyi planlaşdıran müraciətçilər üçün viza prosesi bəzən mürəkkəb və vaxt aparan görünə bilər. Məhz bu səbəbdən viza mərkəzləri yaradılıb. Viza mərkəzlərinin əsas məqsədi, səfirliklər adından sənəd qəbulu aparmaq, müraciət prosesini daha sistemli və şəffaf şəkildə həyata keçirmək və müraciətçilərə texniki dəstək göstərməkdir. Bu mərkəzlər viza qərarı vermir, lakin Şengen vizası müraciəti prosesinin düzgün […]

Vizam.az 23 dekabr 2025
Şengen Vizası ilə Səyahət Edə Biləcəyiniz Ölkələr

Şengen Vizası ilə Səyahət Edə Biləcəyiniz Ölkələr

Avropaya səyahət etmək istəyən hər bir müraciətçi üçün Şengen vizası əsas giriş qapısıdır. Şengen vizası ilə yalnız bir ölkəyə deyil, eyni zamanda Şengen razılaşmasına daxil olan bütün Avropa ölkələrinə sərbəst səyahət etmək mümkündür. Bu vizaya müraciət edən şəxslər, adətən turistlər, tələbələr və iş məqsədli səyahətçilərdir. Müraciətçilər üçün əsas prioritet, vizanı vaxtında və düzgün sənədlərlə əldə […]

Vizam.az 23 dekabr 2025
İlk Şengen Vizası Müraciəti üçün Polşa Vizası Niyə Uyğundur?

İlk Şengen Vizası Müraciəti üçün Polşa Vizası Niyə Uyğundur?

İlk dəfə viza müraciəti etmək bir çox insan üçün həm həyəcanlı, həm də düşündürücü prosesdir. Xüsusilə ilk Şengen vizası müraciəti zamanı doğru ölkə seçimi müraciətin nəticəsinə birbaşa təsir göstərir. Çünki ilk viza seçimi zamanı səfirliklər müraciətçi haqqında təqdim olunan məlumatları, səfər məqsədini, maliyyə vəziyyətini və ümumi profil uyğunluğunu daha diqqətlə qiymətləndirir. Bu səbəbdən ilk Şengen […]

Vizam.az 23 dekabr 2025
Avropaya Daha Asan Viza Almaq İstəyirsiniz?

Avropaya Daha Asan Viza Almaq İstəyirsiniz?

Avropaya səyahət etmək, yeni ölkələr kəşf etmək və fərqli mədəniyyətləri yaşamaq hər zaman hər birimizin arzusudur. Lakin səyahət planlarının reallaşmasında ən vacib mərhələlərdən biri düzgün və vaxtında viza almaqdır. Polşa, həm tarixi zənginliyi, həm də müasir şəhərləri ilə Avropanın ən cazibədar ölkələrindən biridir və turistlər üçün əlçatan vizası ilə diqqət çəkir. Polşaya səfər etməyi düşünənlər […]

Vizam.az 23 dekabr 2025