Azərbaycan Vətəndaşları üçün Xorvatiya Vizası

Yeniləndi: 30 iyul 2026 530 baxış 4 dəq. oxu

Xorvatiya Avropanın ən gözəl və turistik ölkələrindən biri olmaqla yanaşı, son illərdə Azərbaycan vətəndaşlarının da ən çox maraq göstərdiyi səyahət istiqamətlərindən biridir. Xorvatiya Adriatik dənizi sahilində yerləşən şəhərləri, tarixi memarlığı və yay turizmi ilə xüsusilə seçilir. Bu ölkəyə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün əsas suallardan biri isə Xorvatiya vizası ilə bağlıdır.

Azərbaycan vətəndaşları üçün Xorvatiyaya səfər zamanı əksər hallarda viza tələb olunur. Xorvatiya hazırda Şengen zonası sisteminə daxil olduğu üçün, bu ölkəyə səyahət etmək üçün Şengen vizası qaydaları tətbiq edilir. Yəni etibarlı Şengen vizası olan şəxslər əlavə Xorvatiya vizası almadan ölkəyə daxil ola bilərlər. Şengen Vizası üçün ətraflı məlumatlanmaq üçün buraya klikləyə bilərsiniz.

Xorvatiya vizasına müraciət prosesi müəyyən mərhələlərdən ibarətdir və düzgün planlaşdırıldıqda olduqca rahat şəkildə həyata keçirilə bilər. Sənədlərin hazırlanması, səyahət planının düzgün qurulması və maliyyə təminatının göstərilməsi bu prosesdə əsas rol oynayır. Düzgün yanaşma ilə Xorvatiya vizası almaq mümkündür və bu gözəl ölkəyə səyahətinizi reallaşdırmaq üçün ilk addım düzgün məlumatlanmaqdan keçir.

Xorvatiya Vizasına Necə Müraciət Edilir?

Xorvatiya vizasına müraciət prosesi bir neçə mərhələdən ibarətdir və düzgün şəkildə icra olunduqda olduqca rahat həyata keçirilə bilər. Azərbaycanda Xorvatiya vizası üçün müraciətlər əsasən VFS Global vasitəsilə qəbul olunur. Bu mərkəz müraciətçilərlə səfirlik arasında vasitəçi rolunu oynayır və viza prosesinin texniki hissəsini idarə edir.

İlk olaraq müraciətçi VFS Global rəsmi saytında qeydiyyatdan keçərək uyğun tarix üçün randevu (appointment) təyin etməlidir. Daha sonra viza ərizə forması doldurulur və tələb olunan sənədlər hazırlanır. Bu sənədlərə pasport, foto, bank çıxarışı, səyahət planı, otel və aviabilet bronları, həmçinin tibbi sığorta daxildir.

Randevu günü müraciətçi VFS Global mərkəzinə yaxınlaşaraq sənədlərini təqdim edir və biometrik məlumatlarını (barmaq izi və foto) verir. Sənədlər ilkin yoxlanışdan sonra səfirliyə göndərilir və yekun qərar məhz səfirlik tərəfindən verilir.

Düzgün hazırlanmış sənədlər və planlı müraciət Xorvatiya vizasını alma şansınızı əhəmiyyətli dərəcədə artırır. VFS Global Viza Mərkəzi Necə İşləyir? bilmək istəyirsinizsə, buraya klik edərək məlumat əldə edə bilirsiniz.

Xorvatiya Vizası Müraciəti üçün Tələb Olunan Sənədlər

Xorvatiya vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • Səfərinizi tam əhatə edəcək və minimum 30.000 EUR dəyəri əhatə edən səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Xorvatiya Vizası üçün Maliyyə Təminatı və Sponsorluq Şərtləri

Xorvatiya vizası üçün müraciət zamanı bank hesabında göstəriləcək məbləğ sizin planlaşdırdığınız səyahətin müddətindən, uçuş biletlərinin və otel rezervasiyalarının qiymətindən asılı olaraq dəyişir. Ümumilikdə, bir həftəlik Xorvatiya səfəri üçün bank hesabınızda minimum 2.500–4.000 AZN (və ya avro/dollar ekvivalenti) məbləğ göstərmək tövsiyə olunur. Bu vəsait sizin səyahət xərclərinizi tam şəkildə qarşılaya biləcəyinizi sübut etməlidir. Hesablama zamanı aviabilet və otel xərclərinə əlavə olaraq, Xorvatiyada qalacağınız hər gün üçün orta hesabla 60–70 avro gündəlik xərc nəzərə alınmalı və ümumi məbləğ bundan bir qədər yüksək göstərilməlidir.

Əgər siz sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayış əvəzinə VÖEN surəti, Vergilər orqanlarından dövriyyə haqqında arayış və şirkətin reyestr çıxarışını təqdim edə bilərsiniz. Rəsmi iş yeri olmayan, tələbə olan və ya səfər xərclərini sponsor vasitəsilə qarşılayan şəxslər isə sponsorun maliyyə sənədlərini təqdim etməlidirlər. Bu sənədlərə sponsorun şəxsiyyət vəsiqəsi, iş yerindən arayış (və ya sahibkardırsa müvafiq vergi sənədləri), bank çıxarışı və sponsorluq məktubu daxildir.

Əgər sponsorla ailəvi əlaqə mövcuddursa, bunu təsdiqləyən sənədlər (məsələn, doğum haqqında şəhadətnamə) də əlavə olunmalıdır. 18 yaşdan aşağı şəxslər üçün isə əlavə olaraq valideynlərin razılıq sənədi tələb olunur. Əgər uşaq tək səyahət edirsə, hər iki valideyndən, valideynlərdən biri ilə gedirsə digər valideyndən icazə sənədi təqdim edilməlidir.

Qeyd etmək vacibdir ki, təqdim olunan bütün rəsmi sənədlər – VÖEN, vergi arayışı, reyestr çıxarışı, sponsorluq məktubu və icazə sənədləri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilməlidir. Düzgün hazırlanmış maliyyə və sponsorluq sənədləri Xorvatiya vizası alma şansınızı əhəmiyyətli dərəcədə artırır.

Xorvatiya vizası necə alınır və müraciət prosesi necədir?

Əgər şəxsin aktiv çoxgirişli Şengen zonası vizası yoxdursa, bu halda Xorvatiya vizasına müraciət etməsi mütləqdir. Müraciət prosesi Azərbaycanda əsasən VFS Global vasitəsilə və ya birbaşa Xorvatiya səfirliyi üzərindən həyata keçirilə bilər. Lakin yekun viza qərarı səfirliyin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Viza müraciəti zamanı müraciətçinin şəxsən iştirak etməsi tələb olunur və biometrik məlumatların təqdim edilməsi vacibdir. Sənədlər təqdim edildikdən sonra Xorvatiya vizasının nəticəsi adətən 5–15 iş günü ərzində açıqlanır. Bu müddət müraciət sıxlığından və sənədlərin yoxlanma prosesindən asılı olaraq dəyişə bilər.

Viza rüsumu qısamüddətli (turist) vizalar üçün adətən 35 avro təşkil edir. Əgər siz uzunmüddətli (milli) viza üçün müraciət edirsinizsə, bu halda rüsum 100 avro olaraq müəyyən edilir. Ödənişlər sənədlər təqdim edilərkən nağd şəkildə və avro ilə həyata keçirilir.

Xorvatiya vizası alma ehtimalı nə ilə bağlıdır və necə artırmaq olar?

Xorvatiya vizası alma ehtimalı digər ölkələrdə olduğu kimi müraciətçinin ümumi profilindən birbaşa asılıdır. Xorvatiya səfirliyi müraciət zamanı sizin maliyyə vəziyyətinizi, iş statusunuzu və ölkəyə geri dönüş niyyətinizi qiymətləndirir. Rəsmi iş yerinin olması, stabil vəzifə və aylıq gəlirin (təcrübədə 300–500 AZN aralığında gəliri olan şəxslər də viza ala bilmişdir) mövcudluğu müsbət faktor hesab olunur.

Eyni zamanda bank hesabınızda səyahətinizi tam qarşılayacaq qədər məbləğin göstərilməsi vacibdir. Sizi Azərbaycana bağlayan faktorlar adınıza mülkün olması, ailə üzvlərinizin burada yaşaması və digər sosial bağlar viza şansınızı artırır. Bundan əlavə, əvvəlki səyahət tarixçənizin, xüsusilə Şengen zonası vizalarının olması da üstünlük yaradır.

Lakin maraqlı məqam ondan ibarətdir ki, Xorvatiya səfirliyi ilk dəfə viza alanlar üçün riskli hesab olunmur. Praktikada daha əvvəl heç bir vizası olmayan şəxslərin də ilk vizalarını məhz bu səfirlikdən aldığı hallar kifayət qədərdir. Əsas şərt bütün sənədlərin düzgün və tam hazırlanmasıdır. Ümumilikdə, güclü profil və düzgün təqdim edilmiş sənədlər Xorvatiya vizası alma ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Xorvatiyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Xorvatiya vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə və ya viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Xorvatiya səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviya Baltikyanı ölkələr arasında yerləşən, tarixi şəhərləri, sakit təbiəti, geniş meşələri və Baltik dənizinin gözəl sahilləri ilə seçilən Avropa ölkəsidir. Xüsusilə paytaxt Riqa özünəməxsus memarlığı, rəngarəng küçələri və tarixi İçərişəhəri ilə turistlərin diqqətini çəkir. Latviyaya səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəniyyəti, gündəlik həyat tərzi və turistlər üçün maraqlı xüsusiyyətləri haqqında əvvəlcədən məlumat əldə etmək faydalıdır. Səfərdən […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026