ARGENTİNA BİZNES VİZASINI ƏLDƏ ETMƏK - HARAYA VƏ NECƏ MÜRACİƏT ETMƏK LAZIMDIR? 

Yeniləndi: 13 fevral 2025 1635 baxış 4 dəq. oxu

Cənubi Amerikanın okeansahili çimərlikləri, coğrafiyası və təbiəti, mədəniyyəti və incəsənəti, tanqosu, əyləncəli həyatı ilə tanınan ölkəsi – Argentina. Hər il 10 milyona yaxın turistin üz tutduğu bu ölkəyə gedən hər bir səyahətçi hər zaman gözlədiyindən də artığını tapır. Turistlərdən əlavə isə ölkəyə həmçinin, biznes məqsədlərilə tez-tez iş adamları da biznes səfərlər həyata keçirirlər. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Argentina Viza Növləri

argentinian flag

Argentinaya planladığınız səyahətinizi Argentina turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Argentinada uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Argentina milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Argentina vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Argentinada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Argentina Turizm Vizası

argentinian passport stamp

Argentina vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Argentina Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

Argentina vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
  7. 2 ədəd 4x4 ölçüdə, ağ fonda şəkliniz
  8. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. İngilis dilində doldurulmuş ərizə forması
  11. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

browsing hotel online

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Qeyd edək ki, Argentina səfirliyi üçün təqdim olunacaq iş yerindən və bank hesabından arayışlarda mütləq şəkildə müraciətçinin adı, soyadı və pasport nömrəsi qeyd olunmalıdır. Əks halda sənədlər səfirlik tərəfindən qəbul edilməyəcəkdir.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Argentinada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 4.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti yetərlidir) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

calendar

Azərbaycan vətəndaşları viza müraciətini Bakıdakı Argentina səfirliyinə edirlər.

Viza rüsumu 150 USD-dir. Müraciətçi səfirliyə sənədlərini təqdim etdikdən sonra ona viza rüsumunun ödənişi üçün müvafiq çek verilir. Bu çek əsasənda müraciətçi ödənişi Azərbaycan Beynəlxalq Bankının əsas binasında (Nizami küç. 67) həyata keçirməli və ödənişin həyata keçirildiyinə dair qəbzi konsulluğa həmin gün təqdim etməlidir.

Sənədlər təqdim olunduqdan 7-10 gün sonra müraciətçi ilə əlaqə saxlanılır və konsulluq şöbəsində müsahibə üçün görüş təyin edilir. Müsahibədən daha 7-10 gün sonra sənədlər nəzərdən keçirilir, prosedur tamamlandıqda isə müraciətçi ilə əlaqə saxlanılır, viza nəticəsi müsbətdirsə viza ektiketini yapışdırmaq üçün pasport tələb edilir. Viza etiketinin pasporta yapışdırılması da daha 2-3 iş günü çəkir. Buna görə də viza müraciəti səyahət tarixinə ən az 45 gün qalmış edilməlidirƏgər, səyahət tarixini 45 gündən az qalıbsa, Argentina səfirliyi sənədləri qəbul etməyəcək.

Viza proseduru adətən 20-30 iş günü ərzində çəkir.

Argentina Vizası Alma Ehtimalı

argentina's embassy

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Argentinada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Argentina vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Argentina səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Argentinaya Viza Dəstəyi

 buenos aires

Biz Vizam.az şirkəti olaraq sizə Argentina vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Argentina biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 170 AZN təşkil edir.

 Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Argentinanı görmək və yaşamaq lazımdır! Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

Azərbaycan Vətəndaşları üçün Monteneqro Vizası 2026

Azərbaycan Vətəndaşları üçün Monteneqro Vizası 2026

Monteneqro son illərdə Adriatik sahilləri, tarixi şəhərləri, dağ mənzərələri və münasib qiymətləri ilə azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi Avropa istiqamətlərindən birinə çevrilib. Lakin 15 yanvar 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları üçün Monteneqroya vizasız giriş rejimi ləğv edilib və ölkəyə səfər etmək istəyən şəxslər əvvəlcədən viza almalıdırlar. Bu yazıda Azərbaycan vətəndaşları üçün Monteneqro vizası […]

Vizam.az 28 iyul 2026
İtaliya Viza Dəstəyi Xidməti: Müraciət Prosesi, Sənədlər

İtaliya Viza Dəstəyi Xidməti: Müraciət Prosesi, Sənədlər

İtaliyaya səyahət etməyi planlaşdırırsınızsa, səfərinizin ən vacib mərhələlərindən biri viza müraciətidir. İtaliya vizası üçün tələb olunan sənədlərin düzgün hazırlanması, müraciət formasının doğru doldurulması və səfər məqsədinin əsaslandırılması viza müraciətinin uğurlu nəticələnməsi baxımından mühüm əhəmiyyət daşıyır. İtaliya viza dəstəyi xidməti müraciət prosesində sənədlərin hazırlanması və yoxlanılması, viza ərizəsinin doldurulması və digər vacib mərhələlərdə peşəkar dəstək almağa […]

Vizam.az 22 iyul 2026
Danimarka Vizası Haqqında Ən Çox Verilən Suallar

Danimarka Vizası Haqqında Ən Çox Verilən Suallar

Danimarka Avropanın ən çox səyahət edilən ölkələrindən biri olmaqla yanaşı, Şengen zonasına daxil olan ölkələrdəndir. Danimarkaya turizm, dost və qohum ziyarəti və ya işgüzar səfər məqsədilə getmək istəyən Azərbaycan vətəndaşları səfərin məqsədinə uyğun viza üçün müraciət etməlidirlər. Danimarka vizası üçün müraciət zamanı səfərin məqsədi, maliyyə imkanları, yaşayış yeri və səfərdən sonra Azərbaycana qayıtmaq niyyəti əsas […]

Vizam.az 21 iyul 2026
2026-cı ildə Amerikaya Necə Getmək Olar?

2026-cı ildə Amerikaya Necə Getmək Olar?

ABŞ hər il milyonlarla insanın səyahət, təhsil, iş və yeni həyat qurmaq məqsədilə üz tutduğu ölkələrdən biridir. Dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan Amerika Birləşmiş Ştatları həm məşhur şəhərləri, həm yüksək təhsil imkanları, həm də geniş karyera perspektivləri ilə fərqlənir. Bəs 2026-cı ildə Amerikaya necə getmək olar? Azərbaycan vətəndaşları üçün hansı yollar mövcuddur? ABŞ […]

Vizam.az 16 iyul 2026
Slovakiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Slovakiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Slovakiya son illərdə həm tarixi şəhərləri, təbii gözəllikləri, həm də digər Şengen ölkələrinə rahat keçid imkanı sayəsində Azərbaycan vətəndaşlarının maraq göstərdiyi Avropa istiqamətlərindən birinə çevrilib. Slovakiyaya səyahət planlaşdıran şəxslərin isə ən çox maraqlandığı mövzular viza prosesi, tələb olunan sənədlər, müraciət müddəti və Şengen vizası ilə bağlı qaydalardır. Bu məqalədə Slovakiya vizası haqqında ən çox verilən […]

Vizam.az 08 iyul 2026
Azərbaycan Vətəndaşları üçün Sinqapur Vizası Necə Alınır?

Azərbaycan Vətəndaşları üçün Sinqapur Vizası Necə Alınır?

Sinqapur Asiyanın ən inkişaf etmiş və təhlükəsiz ölkələrindən biridir. Müasir memarlığı, təmiz şəhər mühiti, zəngin mədəniyyəti və dünya səviyyəli turizm məkanları ilə hər il milyonlarla turist qəbul edir. Əgər siz də Sinqapura səyahət etməyi planlaşdırırsınızsa, ilk olaraq Sinqapur vizası ilə bağlı tələbləri öyrənməyiniz vacibdir. Bu yazıda Azərbaycan vətəndaşları üçün Sinqapur vizası, müraciət prosesi, tələb olunan […]

Vizam.az 08 iyul 2026
İndoneziya Vizası: Şərtlər, Sənədlər və Müraciət Qaydaları

İndoneziya Vizası: Şərtlər, Sənədlər və Müraciət Qaydaları

İndoneziya minlərlə adadan ibarət olan, zəngin mədəniyyəti, möhtəşəm təbiəti və tropik iqlimi ilə dünyanın ən məşhur turizm istiqamətlərindən biridir. Xüsusilə Bali, Cakarta, Yogyakarta, Lombok və Komodo Milli Parkı hər il milyonlarla turist tərəfindən ziyarət edilir. İstər dincəlmək, istər yeni mədəniyyətlərlə tanış olmaq, istərsə də işgüzar səfər məqsədilə İndoneziyaya getməyi planlaşdırırsınızsa, səfərdən əvvəl ölkənin viza qaydaları […]

Vizam.az 02 iyul 2026
Xorvatiya Vizası Almaq Üçün Bilməli Olduqlarınız

Xorvatiya Vizası Almaq Üçün Bilməli Olduqlarınız

Xorvatiya Adriatik dənizi sahilləri, füsunkar adaları, tarixi şəhərləri və zəngin mədəni irsi ilə Avropanın ən çox ziyarət edilən ölkələrindən biridir. Dubrovnik, Split, Zadar, Rovinj və Plitvice Gölləri Milli Parkı kimi məşhur turistik məkanlar hər il milyonlarla turistin səyahət planında yer alır. Bundan əlavə, Xorvatiya həm işgüzar səfərlər, həm beynəlxalq tədbirlər, həm də ailə və dost […]

Vizam.az 01 iyul 2026
Belçika Vizası Almaq Üçün Bilməli Olduqlarınız

Belçika Vizası Almaq Üçün Bilməli Olduqlarınız

Belçika Avropanın ən inkişaf etmiş ölkələrindən biri olmaqla yanaşı, zəngin tarixi, memarlıq abidələri, beynəlxalq təşkilatlara ev sahibliyi etməsi və yüksək həyat keyfiyyəti ilə hər il milyonlarla turistin diqqətini cəlb edir. Paytaxt Brüssel həm Avropa İttifaqının, həm də NATO-nun əsas qərargahlarının yerləşdiyi şəhərdir. Bununla yanaşı, Brügge, Gent və Antverpen kimi şəhərlər tarixi irsi, mədəniyyəti və turistik […]

Vizam.az 30 iyun 2026
Misir Vizası Haqqında Ən Çox Verilən Suallar

Misir Vizası Haqqında Ən Çox Verilən Suallar

Misir qədim tarixi, möhtəşəm piramidaları, Qırmızı dəniz kurortları və ilboyu isti iqlimi ilə azərbaycanlı turistlərin ən çox seçdiyi istiqamətlərdən biridir. Hər il minlərlə Azərbaycan vətəndaşı istirahət, ekskursiya və ya işgüzar səfər məqsədilə Misirə səyahət edir. Səfərdən əvvəl isə ən vacib məsələlərdən biri viza prosedurunu düzgün şəkildə öyrənməkdir. Misir vizası ilə bağlı müraciət qaydaları, tələb olunan […]

Vizam.az 22 iyun 2026