NİDERLAND BİZNES VİZASINI NECƏ ƏLDƏ ETMƏK OLAR?

Yeniləndi: 28 iyul 2026 2299 baxış 6 dəq. oxu

Niderland, gözəlliyi və muzeyləri ilə dünya üzrə məşhur olan, ölkəsində bütün rənglərin harmoniya içində canlandığı və şəhərlərində bütün rənglərin uyğunluğunun möhtəşəm məna yaratdığı bir ölkədir! İllik 20 milyondan çox turist Hollandiyaya səyahət edir və unudulmaz anlar yaşayır. Bundan əlavə, hər ölkədə fasiləsiz olaraq biznes tədbirləri keçirilir. Əgər Hollandiyaya səyahət etmək və işlərinizə baş çəkmək, həmçinin bu gözəl ölkəni kəşf etmək istəyirsinizsə, Niderland biznes vizası üçün müraciət edə bilərsiniz. Biznes vizası üçün ehtiyacınız olan xarici vizalar və ümumi viza proseduru haqqında bütün detalları bu bloqda oxuya bilərsiniz.

Niderland Viza Növləri

Şengen ölkələrindən biri olan Niderlanda müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Niderland Şengen vizası üçün müraciət edə bilərsiniz. Bu tip viza üçün müraciət səbəbləri turizm, ailə və ya dost ziyarəti, biznes səfəri, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və digər səbəblər ola bilər. Əgər Niderlandda 90 gündən çox (məsələn, bakalavr, magistr, doktorantura və s.) uzunmüddətli təhsil almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvətnamə və ya qəbul məktubları ilə Niderland milli vizası üçün müraciət edə bilərsiniz.

Qısamüddətli biznes səfərinizi həyata keçirmək üçün Niderland Şengen vizasının "biznes vizası" növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes vizası sizə Niderlandda daimi işləmək hüququ vermir, bu viza yalnız öz biznes səfərinizi həyata keçirmək üçün təqdim olunur.

Niderland Şengen Vizası

Digər Şengen ölkələri kimi, Niderland Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Həmçinin uzunmüddətli vizalar, yəni üç aylıq, altı aylıq, bir illik, iki illik və ya beş illik vizalar üçün müraciət edə bilərsiniz. Niderland Şengen vizasını əldə etdikdən sonra, səyahətiniz zamanı istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Lakin hər halda, ilk girişinizi viza aldığınız ölkədən, yəni Niderlanddan etməyiniz tövsiyə olunur. Əks halda, nadir hallarda olsa da, Niderland vizası ilə Şengen zonasına yenidən daxil olmağa cəhd edərkən, viza müraciəti zamanı bunu qeyd etməmisinizsə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və daxil olmağınıza mane ola bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və buna görə də bu riskdən qaçmağınızı məsləhət görürük.

Əgər Niderland Şengen vizası üçün müraciət edirsinizsə, səyahətiniz zamanı Niderlandda qalacağınız maksimum günlərin sayını qeyd etməlisiniz.

Niderland Şengen Viza Müraciəti üçün Sənədlər Toplusu

Niderland Şengen vizası üçün müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  • Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

"*Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Qeyd edək ki, təcrübələrimizə əsasən, əksər hallarda iş yerindən arayışla yanaşı, Niderland vizası üçün müraciət edən Fransız səfirliyi ilk dəfə viza müraciəti edən şəxslərdən e.gov.az hökumət portalından çıxarış da tələb edir. Sənədləriniz qəbul edildikdən sonra, hər halda, viza proseduru zamanı səfirlikdən sizə zəng edilə və yeni sənədlər təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda olsa da, viza proseduru zamanı Fransız səfirliyi müraciətçilərdən rezervasiya etdikləri otelləri satın almalarını və bunu təsdiq edən sənədləri səfirliyə təqdim etmələrini tələb edir.

Bank hesabınızdakı məbləğ göstərdiyiniz səyahət tarixlərinə, yəni Şengendə qalacağınız müddətə, rezervasiya etdiyiniz təyyarə biletlərinin və otellərin qiymətinə və s. əsasən dəyişir. Ümumilikdə, bir həftəlik səyahət üçün bank hesabınızda ən azı 3,000-5,000 AZN (Avro və ya ABŞ dolları ekvivalentində) olması tövsiyə olunur. Bu məbləğ səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən, Şengen zonasında qalacağınız hər gün üçün orta hesabla 70-80 Avro xərcləri ilə bilet və otel rezervasiyalarınızın qiymətini toplayaraq, əldə etdiyiniz rəqəmdən bir qədər yüksək məbləğ göstərməyiniz tövsiyə olunur.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Əgər sahibkarsınızsa, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər işləmirsinizsə, təhsil alırsınız və ya hSiz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.i, VÖEN, Vergilər Nazirliyindən dövriyyə arayışı, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etsəniz belə, hər bir sənədi ingilis dilinə tərcümə etdirməli və notarial təsdiq etdirməlisiniz.

Viza Proseduru

Niderland Şengen vizası üçün müraciət Fransız səfirliyinin Capago viza müraciət mərkəzində edilir. Ölkəmizdə Niderland konsulluğu fəaliyyət göstərmədiyi üçün viza qərarı Fransız səfirliyinin konsulluq şöbəsi tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza randevusu onlayn olaraq mövcuddur. Sənədləri təqdim etmək üçün randevu almaq tələb olunur. Viza müraciəti səyahət tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Bütün müraciətçilər sənədləri təqdim edərkən şəxsən iştirak etməlidir, barmaq izi verməkdən azad olan müraciətçilər istisna olmaqla.

Barmaq izi verməkdən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 3 il ərzində Şengen vizası almış və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan kiçik uşaqlar
  • Barmaq izi verməyə fiziki cəhətdən qabiliyyəti olmayan şəxslər
  • Diplomatik və ya xüsusi pasport sahibləri və Niderlandda diplomatik və ya konsulluq missiyasına akkreditasiya olunmuş şəxslər
  • Niderlandda qərargahı və ya nümayəndəliyi olan beynəlxalq təşkilata təyin olunmuş diplomatik və ya konsulluq işçiləri və onların ailə üzvləri (həyat yoldaşı və asılı uşaqlar)

Şengen viza proseduru müraciət tarixindən 3-5 iş günü çəkə bilər.

Qeyd etmək lazımdır ki, təcrübəmiz göstərir ki, Fransa səfirliyi viza prosedurunun müddətini səyahətin başlanma tarixinə uyğun olaraq planlaşdırır. Səyahət tarixi daha yaxın olan müraciətçilər vizalarının nəticələrini daha tez əldə edirlər. Lakin viza prosedurunun müddəti yalnız bu faktordan asılı deyil, işin mürəkkəbliyi də burada rol oynaya bilər.

Viza rüsumu 35 avrodur. Bu məbləğ milli valyuta ilə, yəni nağd və ya kart vasitəsilə manatla və ya istənilən valyutada ödənilə bilər. Sənədlər təqdim olunarkən viza rüsumuna əlavə olaraq, viza mərkəzinin xidmət haqqı olaraq 26 avro ödənilir. Bu ödəniş yalnız manatla nağd və ya istənilən valyutada kartla edilə bilər. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə uyğun tənzimlənir.

Niderlan Şengen Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Niderlandda da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və daha yüksək olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Niderland Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə Şengen vizası olmayan şəxslər üçün Fransa səfirliyi, nisbətən riskli səfirlik hesab oluna bilər. Profilinizdəki digər nüansların (yuxarıda sadalananlar) yüksək səviyyədə olduğu hallar istisna olmaqla, səyahət tarixçəniz yoxdursa, ilk Şengen viza müraciətinizi məhz Fransa səfirliyinə etməyiniz risklidir. Hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin Fransa səfirliyindən Niderland vizası alma ehtimalınızı yüksəldən faktordur. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Niderlanda Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Niderland Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Niderland Şengen biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-300-0135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoşbəxtliyin ölkəsi olan Niderlanda ən xoşbəxt günlərinizi yaşayın! Xoş səyahətlər!

Yeniləndi: 05.02.2025

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026