AVSTRALİYA BİZNES VİZASI NECƏ ALINIR ?

Yeniləndi: 12 fevral 2025 1965 baxış 5 dəq. oxu

Dünyanın bir ucuna, ayrıca bir qitəyə - Avstraliyaya səyahət edib bu unikal və əsrarəngiz coğrafiyanı kəşf etmək bir çox şəxsin arzusudur. Təbiəti, okean sahilləri, paytaxt Kanberra, Sidney, Melburn kimi şəhərləri, heyvanlar və botanika aləminin unikallığı, abidələri və sadalamaqla bitməyəcək digər özəllikləri ilə səyahətsevər insanların ən böyük turizm hədəflərindən birinə çevrilmiş Avstraliya! Ölkə həmçinin, biznes məqsədilə bura üz tutan iş adamlarına da tez-tez ev sahibliyi edir. Əgər siz də Avstraliyaya səyahət edib həm işinizi görmək, həm də gəzib bu unikal ölkəni kəşf etmək istəyirsinizsə, Avstraliya biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Avstraliya Viza Növləri

australian flag

Avstraliyaya planladığınız səyahətinizi Avstraliya turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əslində isə Avstraliya vizasının növləri çoxdur, ancaq Azərbaycan vətəndaşları qısamüddətli turistik viza üçün bir viza növünə müraciət edirlər. Əgər siz Avstraliyada uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Avstraliya milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Avstraliya vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Avstraliyada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur. 

Avstraliya Turizm Vizası 

australia visa

Avstraliya vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir. 

Qeyd edək ki, Avstraliya turist və biznes vizası müraciətçilərə, əsasən, 3 ay və ya bəzi hallarda bir il müddətində 3 ay qala bilmə imkanı yaradacaq şəkildə verilir. Ancaq hər bir halda bu müddət dəyişə bilər.

Avstraliya Vizası Müraciəti üçün Sənədlər Toplusu 

australian visa form

Avstraliya biznes vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz: 

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti 
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri 
  3. Şəxsiyyət vəsiqənizin surəti 
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*) 
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub) 
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası 
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti) 
  8. 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz 
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları 
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. İngilis dilində doldurulmuş ərizə forması 
  12. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu 

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunmalıdır. 

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Avstraliyada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 5.000-7.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-8dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz. 

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz. 

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru 

australian dollars

Avstraliyaya viza müraciəti onlayn şəkildə olur və nəticə müsbət olduğu təqdirdə viza elektron şəkildə verilir, yəni pasporta viza stikeri yapışdırılmır. Viza qərarı isə Avstraliyanın Ankaradakı Səfirliyində verilir. Bir çox hallarda səfirliyə şəxsən getmək tələb olunmur. Lakin çox nadir hallarda da olsa, keysin mürəkkəbliyindən asılı olaraq konsul müraciətçini şəxsən müsahibə edə bilməsi üçün Ankaradakı səfirliyə dəvət edə bilər.

İlk olaraq onlayn viza platformasında hesab yaradılır, hesaba daxil olduqdan sonra müvafiq viza növü seçilir, onlayn şəkildə ərizə forması doldurulur və ərizə formasında verilən cavablara əsasən sonda tələb olunan sənədlərin siyahısı çıxır. Həmin tələb olunan sənədlərin skan versiyası sistemə yüklənməlidir.

Azərbaycan vətəndaşları qısamüddətli turizm, işgüzar səfər, hər hansı tədbirdə iştirak, ailə və ya dost ziyarəti üçün “Subclass 600 Visitor visa”ya müraciət etməlidirlər.

Viza rüsumu 190 AZN-dir. Cavab, adətən, 8-24 həftəyə bəlli olur.

Avstraliya Vizası Alma Ehtimalı 

australian embassy

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Avstraliyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından yüksək olması (təcrübədə 700-800 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı da dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və yaxşı səyahət tarixçənizin olması sizin Avstraliya vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen, Birləşmiş Krallıq, ABŞ və ya digər viza sahibi olmayan şəxslər üçün Avstraliya vizasına müraciət, nisbətən riskli hesab olunurProfilinizdəki digər nüanslar (yuxarıda sadalananlar) çox yüksək və yaxşı vəziyyətdə olduğu halda, səyahət tarixçəniz olmasa belə Avstraliya vizasını alma şansınız ola bilər. Hər bir halda səyahət tarixçənizin yaxşı olması sizin Avstraliya vizasını əldə etməyinizə birbaşa təsir göstərən amildir. 

Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək. 

Avstraliyaya Viza Dəstəyi 

queensland

Biz Vizam.az şirkəti olaraq sizə Avstraliya vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, izahat məktubunun yazılması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Avstraliya biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 250 AZN təşkil edir. 

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Bu qitə həyatınızı dəyişdirə bilər! Xoş səyahətlər!

Yenilənib: 17.01.2025

Oxşar yazılar:

2026-cı İldə Yeni Zellandiya Vizası Necə Almaq Olar?

2026-cı İldə Yeni Zellandiya Vizası Necə Almaq Olar?

Yeni Zelandiya təbiəti, təhlükəsizliyi, yüksək həyat səviyyəsi və unikal mədəniyyəti ilə dünyanın ən çox arzulanan ölkələrindən biridir. Yaşıl dağları, sonsuz okean sahilləri, təmiz havası və müasir şəhərləri ilə bu ölkə həm turizm, həm də təhsil və iş məqsədli səyahətlər üçün ideal seçimdir. Azərbaycan vətəndaşları üçün Yeni Zelandiyaya səyahət planlaşdırarkən ilk və ən vacib addım düzgün […]

Vizam.az 29 yanvar 2026
Monteneqro Vizası Necə Əldə Edə Bilərəm?

Monteneqro Vizası Necə Əldə Edə Bilərəm?

Montenegro son illərdə həm turizm, həm də qısa müddətli yaşayış üçün azərbaycanlıların ən çox maraq göstərdiyi Avropa ölkələrindən birinə çevrilib. Adriatik dənizi sahilləri, tarixi şəhərləri, sakit həyat tərzi və Avropa atmosferi bu ölkəni həm istirahət, həm də iş məqsədli səfərlər üçün ideal edir. Lakin Montenegroya səyahət etməzdən əvvəl Azərbaycan vətəndaşları üçün əsas addımlardan biri viza […]

Vizam.az 28 yanvar 2026
Sakura Mövsümü və Yaponiya Vizası Prosesi

Sakura Mövsümü və Yaponiya Vizası Prosesi

Yaponiya hər il bahar aylarında sakura (çəhrayı albalı çiçəkləri) mövsümü ilə turistləri özünə cəlb edir. Bu mövsüm ölkədə çiçəklərin açdığı ən gözəl dövr hesab olunur və səyahət planlayanlar üçün həm estetik, həm də mədəni təcrübə baxımından əvəzolunmazdır. Azərbaycan vətəndaşları üçün Yaponiyaya səyahət vizaya tabedir və planlaşdırma prosesində vaxtlama böyük rol oynayır. Sakura mövsümündə ölkəyə giriş […]

Vizam.az 27 yanvar 2026
Şengen Vizası üçün Tələb Olunan Sənədlər

Şengen Vizası üçün Tələb Olunan Sənədlər

Avropaya səyahət planlayan hər bir Azərbaycan vətəndaşı üçün Şengen vizası əsas tələblərdən biridir. Şengen ölkələrinə daxil olmaq üçün bu viza bütün üzv ölkələrdə etibarlıdır və səfərin məqsədindən – turizm, biznes və ya ailə ziyarəti asılı olaraq müxtəlif növləri mövcuddur. Şengen vizası müraciətində əsas məqsəd səfərin qanuni və problemsiz həyata keçirilməsini təmin etməkdir. Bunun üçün səfirliklər […]

Vizam.az 26 yanvar 2026
Azərbaycan Vətəndaşları üçün Tayland Vizası

Azərbaycan Vətəndaşları üçün Tayland Vizası

Azərbaycan vətəndaşları üçün Tayland vizası son illərdə ən çox maraq göstərilən səyahət mövzularından biridir. Tropik çimərlikləri, zəngin mədəniyyəti və əlverişli səyahət xərcləri ilə Tayland azərbaycanlı turistlər üçün cəlbedici istiqamətə çevrilib. Lakin bu ölkəyə səyahət etməzdən əvvəl viza qaydalarını düzgün bilmək çox vacibdir. Tayland vizası ilə bağlı tələblər, müraciət prosesi, sənədlərin hazırlanması və düzgün viza növünün […]

Vizam.az 26 yanvar 2026
Fransa Səfirliyi Vasitəsilə Şengen Vizası

Fransa Səfirliyi Vasitəsilə Şengen Vizası

Şengen vizası almaq istəyirsinizsə və səyahət planınızın əsas hissəsi Fransada keçəcəksə, müraciət prosesi Fransa səfirliyi vasitəsilə aparılmalıdır. Fransa səfirliyi, Şengen vizası üçün ən çox müraciət olunan səfirliklərdən biridir və ilk dəfə viza alanlar üçün sənəd yoxlamasını diqqətlə aparır. Müraciət zamanı təqdim etdiyiniz sənədlərin tamlığı, səyahət məqsədinizin aydınlığı və maliyyə vəziyyətiniz səfirliyin qərarında böyük rol oynayır. […]

Vizam.az 23 yanvar 2026
Hansı Şengen Ölkəsi İlk Viza Üçün Daha Uyğundur?

Hansı Şengen Ölkəsi İlk Viza Üçün Daha Uyğundur?

Əgər ilk dəfə Şengen vizasına müraciət edirsinizsə, ən çox verilən suallardan biri məhz budur: hansı Şengen ölkəsi ilk viza üçün daha uyğundur? Çünki ilk viza müraciəti sonrakı səyahətlər üçün əsas rol oynayır və düzgün ölkə seçimi imtina riskini əhəmiyyətli dərəcədə azalda bilər. Bir çox müraciət edənlər eyni səhvi edir. Səyahət planına uyğun olmayan ölkəyə müraciət […]

Vizam.az 22 yanvar 2026
Mart Tətili üçün Viza Müraciətini Nə Vaxt Etməliyik?

Mart Tətili üçün Viza Müraciətini Nə Vaxt Etməliyik?

Mart tətili səyahət planı quranların ən çox verdiyi suallardan biri budur: “Vizaya nə vaxt müraciət etməliyik ki, gecikmə olmasın?” Bu sualın tək bir cavabı yoxdur, çünki viza müraciətinin vaxtı seçdiyiniz ölkəyə, viza növünə və səfirliklərin iş yükünə görə dəyişir. Mart ayı Avropa, Böyük Britaniya və Amerika istiqamətləri üçün ən sıx mövsümlərdən biri hesab olunduğuna görə, […]

Vizam.az 21 yanvar 2026
2026-cı İldə  Azərbaycan Vətəndaşları üçün  Vizasız Gedilən Ölkələr

2026-cı İldə Azərbaycan Vətəndaşları üçün Vizasız Gedilən Ölkələr

2026-cı ildə səyahət planı quran Azərbaycan vətəndaşları üçün vizasız ölkələrin siyahısı daha da genişdir. Xarici səfər üçün uzun viza prosedurları ilə vaxt itirmədən, birbaşa bilet alıb yola düşə biləcəyiniz bir çox ölkə mövcuddur. Hazırda Albaniya, Belarus, Bosniya və Herseqovina, Çin, Kolumbiya, Ekvador, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Malayziya, Mikroneziya, Moldova, Mərakeş, Rusiya Federasiyası, Serbiya, Tacikistan, Türkiyə, Ukrayna, […]

Vizam.az 20 yanvar 2026
Ruminiya Səfirliyi vasitəsilə Şengen Viza Müraciəti Prosesi

Ruminiya Səfirliyi vasitəsilə Şengen Viza Müraciəti Prosesi

Ruminiya səfirliyi vasitəsilə Şengen vizasına müraciət etməyi planlayan şəxslər üçün prosedurun düzgün anlaşılması və sənədlərin qaydalara uyğun hazırlanması viza nəticəsinə birbaşa təsir göstərir. Şengen qaydalarına əsasən, səfərin əsas məqsədi və səyahət müddətinin böyük hissəsi Ruminiyada planlaşdırıldığı hallarda viza müraciəti məhz Ruminiya səfirliyi üzərindən edilməlidir. Bu mərhələdə görüş təyini, tələb olunan sənədlərin toplanması, maliyyə vəziyyətinin düzgün […]

Vizam.az 15 yanvar 2026