Dünyanın ən gözəl mənzərələrinə sahib Skandinav ölkələrindən biri, ərazisinin yarsından çoxu meşələrlə örtülmüş, təbiətinin və coğrafiyasının möhtəşəmliyi ilə hər il milyonlarla turisti cəlb edən İsveç. Bir çox səyahətçinin “mütləq görülməli ölkələr” siyahısında yer alan İsveçdə yaşayan ailə üzvünüz və ya dostunuz varsa və siz həm onu ziyarət etmək, həm də bu gözəl ölkəni gəzmək istəyirsinizsə, İsveç Şengen vizasına müraciət edə bilərsiniz. Qonaq vizasına müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.
İsveç Viza Növləri
İsveç Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün İsveç Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz İsveçdə müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə İsveç milli vizasına da müraciət edə bilərsiniz.
Qısamüddətli ziyarətinizi reallaşdırmaq üçün siz İsveç Şengen vizasının “qonaq vizası” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli qonaq vizası sizə İsveçdə daimi yaşamaq hüququ vermir, viza sizə qısamüddətli ziyarətinizi reallaşdırmağınız üçün verilir.
İsveç Şengen Vizası
Bütün Şengen vizaları kimi İsveç Şengen vizası da təkgirişli və çoxgirişli ola bilər. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. İsveç Şengen vizasını almaq sizə səyahətiniz boyu bütün Şengen ölkələrinə gedə bilməyinizə şərait yaradacaq. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni İsveçdən edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə İsveç vizası ilə Şengen ərazisinə başqa bir giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.
Əgər siz İsveç Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı olaraq ən çox İsveç qalacağınızı göstərməlisiniz.
İsveç Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu
İsveç Şengen qonaq vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:
- The original and the duration of the first page of your car
- If applicable, copies of your previous visas and entry-exit permits
- A copy of your identity card
- A call from the workplace* and, if applicable, a removal from the salary card (search from the workplace for those who receive a certificate*)
- Search* and exit from the bank account in your name (Detailed information is listed below in the District bar)
- Texpasport copy of the exactments* of the properties in your name, if any, and your vehicle
- Proof of your civil service* (If you are a family, a copy of your testimony about the marriage, if you have servants under the age of 18, the testimony about the birth or, if your marriage is posed, the proof of the marriage document)
- 2 Dimensions 3.5x4.5, biometric and mesh
- Aviabilet brons for your trip
- Hotel reservations for your trip
- Schengen travel insurance that will fully cover your trip
- A completed uniform in the English language
- Diameter of the sample given from the system at the bar where the opinion is determined
- The package sent to you by the person you will visit (see below with details)
- You are the person who invited you to inform you of the right to live in Sweden (residence permit, national visa, etc.)
- If you have a family connection with the person who brought you back, you should be the one who supports it (for example, if you are a sonor, if you are a brother, if it is your sister or sister, if it is your brother, if you are both a brother or sister, and so on).
Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.
İsveçdən sizə göndərilən dəvət məktubu mütləq şəkildə rəsmi olmalıdır. Rəsmi dəvət məktubunun standart formasında dəvət edən şəxsin adı, soyadı, yaşadığı ünvan, əlaqə vasitələri, dəvət olunan şəxsin detalları, qalacağı müddət və s. ətraflı şəkildə bildirilir. Səfirliyə müraciət zamanı da mütləq şəkildə dəvətin orijinalı təqdim olunmalıdır. Səfirlik skan versiyada olan dəvət məktublarını qəbul etmir. Əgər siz dəvət edən şəxsin evində qalacağınızı göstərirsinizsə, bu halda səfirlik sizdən evlə bağlı əlavə sənədlər (evin icarə kontraktı, kommunal ödənişlərin sənədləri) də tələb edə bilər.
Qeyd edək ki, təcrübəmizdə görünmüşdür ki, İsveç vizası üçün müraciət edilən Fransa səfirliyi ilk viza müraciətini edən şəxslərdən əksər hallarda iş yerindən arayışdan əlavə e.gov.az hökumət portalından çıxarış da tələb edib. Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Fransa səfirlyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.
Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.
Əgər xərcləriniz sizi dəvət edən şəxs tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda həmin şəxsin maddi vəziyyətini təsdiq edən sənədlər (iş yerindən arayış, bank hesabından son 3-6 aylıq çıxarış və s.) təqdim olunmalıdır.
Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.
Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.
Visa procedure
İsveç Şengen vizası üçün müraciət Fransa Səfirliyinin Capago adlı viza müraciət mərkəzində olunur. İsveçin ölkəmizdə konsulluğu fəaliyət göstərməməsi səbəbilə viza haqda qərar Fransa səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.
Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə əldə edilir. Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.
Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:
- Son 3 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
- 12 yaşdan aşağı uşaqlar
- Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
- Diplomatik və ya xüsusi pasport sahibi olan və İsveçdə diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
- İsveçdə mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)
Şengen viza proseduru müraciət tarixindən etibarən 3-10 iş günü çəkə bilər.
Qeyd edək ki, təcrübəmiz göstərir ki, Fransa Səfirliyi viza prosedurunun müddətini səyahətin başlama tarixinə uyğun planlaşdırır. Səyahət tarixləri daha yaxın olan müraciətçilərin viza nəticəsi də daha tez bəlli olur. Lakin, viza prosedurunun müddəti yalnız bu faktordan asılı olmur, keysin mürəkkəbliyi də burada rol oynaya bilir.
Viza rüsumu 35 avro təşkil edir. Bu məbləğ milli valyutada, yəni manatla nağd şəkildə və ya kartla istənilən valyutada ödənilə bilər. Sənədləri təhvil verərkən viza rüsumundan əlavə 26 avro viza mərkəzinin xidmət haqqı kimi ödənilir. Bu ödənişi də nəğd şəkildə yalnız manatla və ya kartla istənilən valyutada etmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.
İsveç Şengen Vizası Alma Ehtimalı
Hər bir ölkənin viza müraciətində olduğu kimi İsveçdə də sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin İsveç Şengen vizası alma şansınızı artıran faktorlardır. Təcrübəmizdə ilk Şengen vizasını Fransa səfirliyindən əldə etmiş şəxslərin kifayət qədər olmasına baxmayaraq, biz profili yüksək səviyyədə (yuxarıda sadalanan nüansların kifayət qədər yaxşı olduğu halda) olduğu hallar xaricində bir şəxs üçün ilk viza müraciəti zamanı Fransa səfirliyinin bir qədər riskli olduğunu qeyd edirik. Daha öncə bir və ya bir neçə Şengen vizanızın olması sizin Fransa səfirliyindən İsveç vizası alma ehtimalınızı əhəmiyyətli dərəcədə yüksəldə bilir. Yenə də digər Qərbi Avropa və yüksək inkişaf etmiş Avropa ölkələrinə (Almaniya, İtaliya, Skandinaviya ölkələri və s.) nəzərən Fransa səfirliyi bəzi nüansların mövcudluğu halında ilk viza müraciəti üçün nisbətən daha yaxşı seçim ola bilər.
Qonaq vizası zamanı sizi dəvət edən şəxslə yaxın qohumluğunuzun olması və bunu təsdiq edən sənədləri səfirliyə təqdim etməyiniz, həmçinin özünüz və sizi dəvət edən şəxslə bağlı verdiyiniz sənədlərin düzgünlüyü və dolğunluğu sizin viza alma şansınıza müsbət təsir göstərir.
Visa support to Sweden
We, as Vizam.az company, can help you when you apply for a Schengen visa in Sweden. If you resign from our visa support, we will provide you with an opinion on your behalf at the visa center, fill out your registration form, prepare your tickets in succession, book your flight tickets that will make your trip live, take the hotels by your wishes or wish, provide travel shelter to make your reservation, The consultation will include monitoring your visa procedure. It is important to note that the cost of the health shelter will be calculated in addition to our service. The flow of the shrooming is in the range of 16-18 AZN for 1 hour. You know this to be your essence. We can help you in the notarial language of your students to be taught and admitted to the English language. For each year, the additional fee will be 16 AZN. In general, in our company, 69 AZN is established for the Swedish Schengen visa in support of the Swedish Schengen Visa.
Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 050/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Əgər sizin də “mütləq görməli olduğum ölkələr” siyahınız varsa, o siyahıda İsveçə mütləq yer olmalıdır! Xoş səyahətlər!