BUSINESS VISA TO THE REPUBLIC OF IRELAND - WHAT YOU DIDN'T KNOW ABOUT VISA

Vizam.az 08 December 2020 257 views 5 min. read

Avropada yerləşən İrlandiya adası hər il 10 milyona yaxın turistə ev sahibliyi edir. Turist axının diqqətini çəkən məqamlar sırasında bu adanın coğrafiyası, sakit və gözəl təbiəti, Atlantik okeanı sahilləri, paytaxt Dublin şəhərinin gözəlliyi və bir çox digər səbəbləri görə bilərsiniz. İrlandiyaya tez-tez dünyanın müxtəlif ölkələrindən biznes səfərlərin də təşkil olunduğu müşahidə olunur. Siz də bu məqsədlə İrlandiyaya səyahət edib həm işinizi görmək, həm də gəzib bu füsunkar ölkəni kəşf etmək istəyirsinizsə, İrlandiya biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

İrlandiya Viza Növləri

irish flag

İrlandiyaya planladığınız səyahətinizi İrlandiya turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz İrlandiyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə İrlandiya milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz İrlandiya vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə İrlandiya daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

İrlandiya Turizm Vizası

irish visa

İrlandiya Respublikası Avropa Birliyinə üzv olub, lakin Şengen ərazisinə daxil olmayan ölkələrdən biri kimi tanınır.

İrlandiya adası özü iki yerə bölünmüşdür. Adanın cənubu İrlandiya Respublikasıdır, şimalı isə Birləşmiş Krallığa aiddir. Hər hansı bir şəxs Şimalı İrlandiyaya səyahət etmək istədikdə İrlandiya vizasına yox, Birləşmiş Krallığın vizasına müraciət etməlidir. Şimali İrlandiya Antrim, Armagh, Derry, Down, Fermanagh və Tyrone vilayətlərindən ibarətdir. Əgər bir şəxs İrlandiya Respublikasına səyahət edib, oradan Şimalı İrlandiyaya keçib və yenidən İrlandiya Respublikasına qayıdacaqsa, bu o deməkdir ki, iki viza almalıdır: Birləşmiş Krallıq vizası və çoxgirişli İrlandiya vizası. Birləşmiş Krallıq vizası ilə də İrlandiya Respublikasına daxil olmaq olmaz.

İrlandiya vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, İrlandiya vizası əksər hallarda müraciətçinin viza müraciəti əsnasında ərizə formasında və digər sənədlərində göstərdiyi səyahət müddətinə tam uyğun şəkildə verilir.

İrlandiya Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

İrlandiya biznes vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək və minimum 30.000 EUR dəyəri əhatə edən səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
booking hotel

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni İrlandiyada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

calendar

İrlandiya Respublikası üçün viza müraciəti İrlandiyanın Azərbaycanda yerləşən VFS Global İrlandiya adlı viza mərkəzinə edilir. İrlandiyanın Azərbaycanda heç bir diplomatik nümayəndəliyi yoxdur, buna görə də qərar İrlandiya Respublikasının qonşu ölkə Türkiyədə yerləşən səfirliyinin konsulluq şöbəsində verilir. İrlandiyada immiqrasiya və viza məsələlərini həll etmək üçün məsul orqan “Irish Naturalisation and Immigration Service (INIS)”dir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi iş saatları ərzində İrlandiya VFS Global viza müraciət mərkəzinin + 994 12 310 57 09 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür.

Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir.

Müraciətçi nəzərdə tutulan səyahətdən ən tez 3 ay öncədən müraciət edə bilər. Sənədlərə baxılması müddəti müraciət olunan viza növündən, səfirliyin və Dublində yerləşən viza bölməsinin iş sıxlığından asılıdır. Mümkün qədər əvvəlcədən müraciət etmək lazımdır. Ən geci səyahətə minimum 8 həftə qalmış müraciət etmək məsləhətdir. Viza proseduru, adətən, 4 həftə (bayramla əlaqəli qeyri-iş günləri istisna olmaqla) çəkir.

Viza rüsumu təkgirişli viza üçün 128 AZN, çoxgirişli viza üçün 213 AZN-dir, viza mərkəzinin xidmət haqqı isə 64 AZN-dir. Müraciət qəbul edildikdən sonra sənədlər İrlandiya Respublikasının Ankaradakı səfirliyinə göndərildiyi üçün, viza rüsumu və xidmət haqqından əlavə sənədlərin Ankaraya daşınmasına görə əlavə 139 AZN kuryer rüsumu da ödənilir.

İrlandiya Vizası Alma Ehtimalı

irish embassy

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi İrlandiyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığından yüksək olması (təcrübədə 600-700 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı da dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və yaxşı səyahət tarixçənizin olması sizin İrlandiya vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün İrlandiya vizasına müraciət riskli hesab olunur. Profilinizdəki digər nüanslar (yuxarıda sadalananlar) çox yüksək və yaxşı vəziyyətdə olduğu halda, səyahət tarixçəniz olmasa belə İrlandiya vizasını alma şansınız ola bilər. Hər bir halda səyahət tarixçənizin yaxşı olması sizin İrlandiya vizasını əldə etməyinizə birbaşa təsir göstərən amildir.

Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

İrlandiyaya Viza Dəstəyi

cobh

Biz Vizam.az şirkəti olaraq sizə İrlandiya vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə İrlandiya biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 69 AZN təşkil edir.

You can click here to place your order   , contact 050/55-3000135 for more information.

Xoş səyahətlər!

Business
Do you want to get an Ireland visa easily?
website.article_banner_button
ireland

Related posts:

A TRIP TO EUROPE’S LARGEST STADIUM – BARCELONA

A TRIP TO EUROPE’S LARGEST STADIUM – BARCELONA

Barcelona, ​​the jewel of the Catalan region of Spain, is known as one of the most popular tourist destinations in the world. However, this city is not only famous for its beautiful architecture, cultural heritage and attractive Mediterranean coastline, but also has a great position in the world of sports. In particular, for football fans, […]

Vizam.az 13 March 2025
THE SOURCE OF WESTERN CIVILIZATION – TRAVEL TO GREECE

THE SOURCE OF WESTERN CIVILIZATION – TRAVEL TO GREECE

Greece, with its rich history, cultural heritage, and natural beauty, offers a unique travel experience and is one of the most attractive countries in Europe. This country, boasting millennia of culture and history, combines traces of ancient civilizations, unforgettable monuments, and magnificent natural landscapes. Dynamic capital cities like Athens, as well as the tranquil, romantic […]

Vizam.az 10 March 2025
A JOURNEY TO THE WORLD OF KANGAROOS – AUSTRALIAN VISA

A JOURNEY TO THE WORLD OF KANGAROOS – AUSTRALIAN VISA

Kangaroo Island, considered the gem of South Australia, is an ideal choice for adventure seekers. This island is famous for its unique landscapes, wild nature, and rich flora and fauna. If you have a desire to be immersed in nature and see kangaroos that can only be found in Australia, we highly recommend that you […]

Vizam.az 10 March 2025
THERMAL WATER PARADISE – A TRIP TO HUNGARY

THERMAL WATER PARADISE – A TRIP TO HUNGARY

Hungary, located in the heart of Europe and enchanting everyone with its history, culture, and nature, is one of the European countries. However, one of the country’s greatest features is its thermal water culture. Hungary is one of the countries with the most thermal water sources in the world, and therefore calling it the “Thermal […]

Vizam.az 04 March 2025
MYSTERIOUS, MAGICAL PRAGUE – TRAVEL TO THE CZECH REPUBLIC

MYSTERIOUS, MAGICAL PRAGUE – TRAVEL TO THE CZECH REPUBLIC

The Czech Republic is a country known for its historical monuments, magnificent architecture and colorful cultural festivals. Its location in the center of Europe makes it accessible to both history buffs and modern travelers. Located in the heart of this country, Prague shines as a city where the past and the present, culture and art […]

Vizam.az 27 February 2025
NETHERLANDS SCHENGEN VISA

NETHERLANDS SCHENGEN VISA

The Netherlands, where orange dominates the country, but the harmony of all the colors in its cities creates magnificent landscapes, is known worldwide for its art and culture, especially its museums! More than 20 million tourists travel to the Netherlands every year and experience memorable moments. If you also want to be among these tourists, […]

Vizam.az 27 February 2025
PARADISE ON EARTH – A TRIP TO SWITZERLAND

PARADISE ON EARTH – A TRIP TO SWITZERLAND

Switzerland is a country located in the heart of Europe, distinguished by its historical richness, cultural diversity and magnificent natural landscapes. This country has a special place in the hearts of travel lovers not only with its magnificent views of mountains and lakes, but also with its fine craftsmanship, precise watches, delicious chocolate and harmonious […]

Vizam.az 26 February 2025
THE HEART OF EUROPE – A TRIP TO POLAND

THE HEART OF EUROPE – A TRIP TO POLAND

Europe has always attracted travelers with its rich history, culture and natural beauty. Poland, located in the heart of this continent, holds a special place with its unique atmosphere, centuries-old traditions and fascinating charm. Traveling to Poland means not only visiting historical monuments and sights, but also feeling the soul of this country, touching its […]

Vizam.az 26 February 2025
TRAVEL TO CANADA – THE HOME OF ICE HOCKEY

TRAVEL TO CANADA – THE HOME OF ICE HOCKEY

Canada holds a special and magnificent place among the countries that millions of people dream of. Approximately 50 million tourists visit this country every year. The country’s geography, unique nature, climate and famous cities such as Toronto, Ottawa, Montreal, Vancouver, as well as countless tourist attractions such as Niagara Falls have made Canada an “ideal […]

Vizam.az 26 February 2025
SAY “CIAO” TO ITALY – ITALY TOURIST VISA

SAY “CIAO” TO ITALY – ITALY TOURIST VISA

When you think of Italy, you might only think of pasta, pizza, etc. However, Italy is a country full of rich history, art-filled streets, colorful cultural festivals, and miraculous landscapes of nature, with a fairy tale in every corner and an unforgettable memory at every step. Every stone, every street, contains the secrets of thousands […]

Vizam.az 25 February 2025