KLASSİK MUSİQİNİN BEŞİYİ: VYANAYA SƏFƏR ET

Updated: 02 April 2025 25 views 5 min. read
Musikverein, Vyana, Avstriya - Avstriya Şengen vizası
Musikverein, Vyana, Avstriya - Avstriya Şengen vizası

Dünyada bəzi şəhərlər var ki, onların adı çəkiləndə müəyyən sənət növləri və mədəniyyətlər dərhal ağla gəlir. Paris modanın, Roma incəsənətin, London teatrın mərkəzi olduğu kimi, Vyana da klassik musiqinin beşiyi sayılır. Avstriyanın paytaxtı əsrlərdir ki, dahi bəstəkarların ilham mənbəyi olub. Burada Wolfgang Amadeus Mozart, Ludwig van Beethoven, Johann Strauss kimi incəsənət dahiləri öz əsərlərini yaratmış və dünya musiqi tarixində silinməz iz qoymuşlar.

Vyananın küçələrində addımlayarkən, şəhərin hər qarışında musiqinin izlərini duya bilərsiniz. Şəhər tarixi binaları, möhtəşəm konsert zalları və musiqi ab-havası ilə səyyahları valeh edir. Musikverein və Vyana Dövlət Operası dünyanın ən prestijli konsert və opera salonlarından sayılır. Burada hər il onlarla klassik musiqi tədbiri keçirilir, dünya şöhrətli dirijorlar və musiqiçilər çıxış edirlər.

Şəhər sadəcə klassik musiqi ilə məhdudlaşmır. Burada Sisi Sarayı, Schönbrunn və Belvedere kimi möhtəşəm tarixi yerlər var. Həmçinin, şəhərin mərkəzində yerləşən qədim kafelərdə bir fincan Vyana qəhvəsindən dadmaq və dadlı ştrudel sifariş etməyin verdiyi zövq başqadır.

Əgər siz də klassik musiqinin sehrinə düşmək, tarixin izlərini yaşamaq və Avropanın ən romantik şəhərlərindən birini kəşf etmək istəyirsinizsə, Vyanaya səyahət etməyə 100% dəyər. Şəhərə gediş üçün ən yaxşı vaxt yaz və payız aylarıdır, çünki bu dövrlərdə hava mülayim olur və şəhərin təbiəti göz oxşayır. Vyanaya birbaşa uçuşlar və qatar marşrutları mövcuddur, şəhərdaxili nəqliyyat isə rahat və əlçatandır. Səyahətiniz boyunca musiqinin sehrinə qərq olmağa, mədəniyyətin və tarixinin dərinliklərini kəşf etməyə hazır olun!

Vyananın musiqi ilə dolu küçələrini kəşf etmək, tarixi saraylarını gəzib görmək və şəhərin özünəməxsus mədəniyyətindən zövq almaq üçün ilk addım Avstriya Şengen vizasını əldə etməkdir. Avstriya, Avropa İttifaqının və Şengen zonasının üzvü olduğu üçün bu ölkəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdır. Bu viza sizə təkcə Avstriyanı deyil, həm də digər Şengen ölkələrini sərbəst şəkildə gəzib görmək imkanı yaradır.

Avstriya Viza Növləri

Şengen ölkələri arasında yer alan Avstriyaya səyahət etmək istəyirsinizsə, Avstriya Şengen vizası sizin üçün ideal seçimdir. Bu vizaya müraciət etməyin səbəbləri arasında turizm, ailə və dostlarla görüş, işgüzar səfər, tibbi müayinə və müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və digər daimi olmayan fəaliyyətlər var. Əgər Avstriyada 90 gündən artıq qalmaq üçün uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s.) almaq və ya orada daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları aldıqdan sonra Avstriya milli vizasına müraciət edə bilərsiniz.

Avstriya Şengen Vizası

Avstriya Şengen vizası, digər Şengen ölkələrində olduğu kimi, həm təkgirişli, həm də çoxgirişli variantlarda təqdim olunur. Həmçinin üç ay, altı ay, bir il, iki il və ya beş il müddətini əhatə edən uzunmüddətli vizalara müraciət imkanı da mövcuddur. Vizayı əldə etdikdən sonra istənilən Şengen ölkəsinə sərbəst giriş etmək mümkündür. Lakin, biz məsləhət görürük ki, ilk növbədə vizanı aldığınız Avstriyadan Şengen ərazisinə daxil olasınız. Əgər əvvəlcədən planlaşdırılmamış başqa bir ölkədən giriş edərsinizsə, nadir hallarda belə olsa, sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu kimi hallar yaşamısınızsa, riskə yol verməmək üçün ilk giriş nöqtənizin Avstriya olmasına diqqət edin.

Avstriya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Avstriya Şengen vizasına müraciət edərkən təqdim etməli olduğunuz sənədlər aşağıdakılardır:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və təhsil alanlar üçün müvafiq təhsil müəssisəsindən arayış*
  5. Elektron hökumət portalından işlə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* (məbləğ barədə aşağıda ətraflı məlumat verilib)
  7. Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
  8. Əgər varsa, adınıza olan mülklərin çıxarışları* və maşınınızın texpasport kopyası
  9. Mülki vəziyyətinizin sübutu* (ailəlisinizsə, nikah haqqında şəhadətnamə; 18 yaşdan aşağı uşaqlar varsa, doğum haqqında şəhadətnamələr və ya nikahın pozulması ilə bağlı sənədin surəti)
  10. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  11. Səyahət üçün etdiyiniz aviabilet bronları
  12. Səyahət üçün etdiyiniz otel rezervasiyaları
  13. Səfərinizi tam əhatə edəcək, Şengen qaydalarına uyğun səyahət sığortası
  14. İngilis dilində doldurulmuş ərizə forması
  15. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  16. Əgər turistik deyil, işgüzar səfərlə bağlı vizaya müraciət edirsinizsə, həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd olunan sənədlər ingilis dilində təqdim edilməlidir. Əgər sənədlərin orijinal versiyasını ingilis dilində əldə etməmisinizsə, hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunaraq səfirliyə təqdim edilməlidir.

Sənədləriniz qəbul olunduqdan sonra viza proseduru zamanı səfirlik sizə zəng edərək əlavə sənədlər tələb edə bilər. Bəzi hallarda Avstriya səfirliyi, bron etdiyiniz otellərin alınması və bunu təsdiqləyən sənədlərin təqdim olunmasını tələb edə bilər.

Bank hesabınızdakı məbləğ səyahət tarixlərinizə, yəni Şengendə qalacağınız müddətə, bron etdiyiniz uçuş biletləri və otellərin qiymətinə bağlı olaraq dəyişir. Ümumilikdə, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (və ya eyni qaydada avro / ABŞ dolları ekvivalenti) aralığında məbləğ göstərilməsi məsləhətdir. Bu məbləğ səyahət planınızı tam şəkildə əhatə etməlidir. Hesablayarkən, bilet və otel bronlarınızın qiymətinə əlavə olaraq Şengen ərazisində hər gün üçün ortalama 70-80 avro xərci də nəzərə almaq lazımdır.

Əgər sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz barədə arayış, şirkətinizin reyestrdən çıxarışı) təqdim edə bilərsiniz. İşləmirsinizsə, təhsil alırsınızsa və ya səyahət xərclərini qarşılamaq üçün sponsor göstərirsinizsə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu hesab həm sizin, həm də sponsorun adına ola bilər), ailəvi bağınızı təsdiq edən sənəd (məsələn, valideyn, qardaş, bacı üçün doğum haqqında şəhadətnamələr və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim edilməlidir. Əgər müraciət edən 18 yaşdan aşağıdırsa, tək səyahət edirsə, hər iki valideynindən, ya da bir valideyn ilə səyahət edirsə, digər valideyndən ölkədən çıxış icazəsi sənədinin surəti də təqdim edilməlidir.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyəniz haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda, hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilməlidir.

Viza Proseduru

Avstriya Şengen vizasını əldə etmək üçün Azərbaycandakı Avstriya Səfirliyinə müraciət olunur. Vizaya dair qərar konsulluq şöbəsindəki konsul tərəfindən verilir. Sənədlərin təqdim edilməsi üçün mütləq şəkildə öncədən səfirlikdə görüş təyin edilməlidir. Müraciət ən tez səyahət tarixindən 6 ay əvvəl, ən gec isə 15 gün əvvəl aparıla bilər. Müraciət zamanı sənədlərin şəxsən təqdim edilməsi zəruridir – bu, hər yaşda olan uşaqlar və səyahət qrupları üçün də keçərlidir.

Şengen vizası proseduru müraciət tarixindən etibarən təxminən 7 iş günü çəkə bilər. Təcrübələr göstərir ki, təcili biznes səfərləri hallarında, email vasitəsilə sistemdə göstərilən vaxtdan daha tez görüş təyini mümkün ola bilər və viza cavabı 7 iş günündən, bəzən 3 iş günündən də sürətli alına bilər – lakin bu, tamamilə konsulun qərarına bağlıdır. Viza rüsumu isə 35 avro olub, milli valyutada, yəni manatla nağd şəkildə ödənilməlidir. Bu məbləğ səfirlik tərəfindən günün məzənnəsinə uyğun tənzimlənir.

Avstriya Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin səfirliyinə viza müraciəti edərkən olduğu kimi, Avstriyada da vizanı alma ehtimalınız sizin şəxsi profilinizdən asılıdır. İş yerinizin və vəzifənizin sabit olması, aylıq gəlirinizin standart səviyyədə olması (təcrübədə 400-600 AZN arası gəliri olan şəxslərin vizası dəfələrlə verilib), bank hesabınızda səyahətinizi tam əhatə edəcək məbləğin mövcudluğu, ölkəyə bağlılığınızı göstərən amillərin (adınıza mülk, ailə və uşaqların olması) və səyahət tarixçənizin olması vizanı əldə etmək şansınızı artırır. Əvvəlki Şengen vizalarının olub-olmaması da Avstriya səfirliyindən viza alma ehtimalını yüksəldən faktorlardandır.

Avstriyaya Viza Dəstəyi

Vizam.az şirkəti olaraq, Avstriya Şengen vizası müraciətiniz zamanı sizə yardımçı ola bilərik. Xidmətimizə daxil olanlar üçün səfirlikdə görüş təyini, ərizə formasının doldurulması, sənədlərin peşəkar şəkildə hazırlanması, uçuş biletlərinin rezervasiyası, otellərin bronu və ya alınması, səyahət tur planının hazırlanması, səyahət sığortasının təşkili, konsultasiya və viza prosedurunun izlənilməsi kimi dəstək xidmətləri göstəririk. Qeyd edək ki, səyahət sığortasının rüsumu xidmət haqqımızdan ayrıca hesablanır və adətən 1 həftə üçün 16-18 AZN aralığında olur; bu sığortanı siz özünüz də təşkil edə bilərsiniz. Həmçinin, sənədlərin notarial qaydada ingilis dilinə tərcümə və təsdiqi ilə bağlı da dəstək veririk – hər sənəd üçün əlavə rüsum 16 AZN təşkil edir. Ümumilikdə isə, Avstriya Şengen vizasına dəstək xidmət haqqımız bir nəfər üçün 79 AZN-dir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün isə 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Vyanada bir gün keçirmək səyahətinizi unudulmaz edəcək! Xoş səyahətlər!

Related posts:

Visa-Free Travel to Montenegro

Visa-Free Travel to Montenegro

Montenegro, located in Southeast Europe and famous for its natural beauty, is a small but magnificent country that attracts thousands of tourists every year. The visa-free travel option for Azerbaijani citizens makes this country even more accessible. In this blog, we provide detailed information on the requirements for visa-free travel, preparation tips, and essential details […]

Vizam.az 09 April 2025
Visa-Free Travel to Dubai: A Guide for Azerbaijani Tourists

Visa-Free Travel to Dubai: A Guide for Azerbaijani Tourists

The opportunity for Azerbaijani citizens to travel to Dubai without a visa has become increasingly significant in terms of tourism and business relations in recent times. Traveling to the United Arab Emirates (UAE) has now become much easier. Dubai is known as a global center of trade, tourism, and culture, and it has become a […]

Vizam.az 09 April 2025
Discover the Secrets of the Pyramids with an Egypt Visa

Discover the Secrets of the Pyramids with an Egypt Visa

Egypt is a country with thousands of years of history, famous for its cultural heritage and unique monuments. As the cradle of ancient Egyptian civilization, this land is an attractive destination for both tourists and history buffs. Among the most popular places for travelers to Egypt are historical monuments such as the Pyramids of Giza, […]

Vizam.az 08 April 2025
Get Ready for a Universal Studios Adventure with a Singapore Visa

Get Ready for a Universal Studios Adventure with a Singapore Visa

If you’re planning a trip to Singapore, Universal Studios should definitely be on your list of must-see attractions in this unique city. Ideal for families, friends, and solo travelers alike, this park is packed with unforgettable adventures. What awaits you at Universal Studios? Universal Studios Singapore is located on Sentosa Island and consists of 7 […]

Vizam.az 04 April 2025
Liverpool to Edinburgh: Visa to the United Kingdom

Liverpool to Edinburgh: Visa to the United Kingdom

When you travel to the United Kingdom, you will encounter many different cultural and historical experiences. From the music and art city of Liverpool to the legendary mystery of Loch Ness, each place has its own unique characteristics. By the end of your trip, the historic streets and ancient castles of Edinburgh will have you […]

Vizam.az 04 April 2025
Traveling to China: How to Get a Chinese Tourist Visa?

Traveling to China: How to Get a Chinese Tourist Visa?

If you want to travel to China, first get ready to get acquainted with the rich history and culture of the country. China is a place where you will gain unforgettable experiences from every trip. Before traveling to China, it is very important to choose the type of visa that suits your purpose. China’s visa […]

Vizam.az 03 April 2025
Travel to Santorini and Mykonos with a Greece Schengen Visa

Travel to Santorini and Mykonos with a Greece Schengen Visa

Greece is one of the most beloved tourist destinations, famous for its sea views, white-painted houses, and unforgettable sunsets. Especially Santorini and Mykonos are among the best choices to relax and experience Greece’s unique atmosphere. If you plan to visit these islands, let’s take a look at the exciting experiences awaiting you! Santorini – Sunset […]

Vizam.az 02 April 2025
Visa Free Travel to Albania

Visa Free Travel to Albania

Albania, one of the most beautiful countries on the Balkan Peninsula, offers visa-free travel for Azerbaijani citizens. Known for its rugged cliffs, the crystal-clear waters of the Adriatic Sea, and ancient cities, Albania promises an unforgettable experience for nature lovers and history enthusiasts alike. In this blog, we will provide detailed insights into the essential […]

Vizam.az 02 April 2025
KLASSİK MUSİQİNİN BEŞİYİ: VYANAYA SƏFƏR ET

KLASSİK MUSİQİNİN BEŞİYİ: VYANAYA SƏFƏR ET

Dünyada bəzi şəhərlər var ki, onların adı çəkiləndə müəyyən sənət növləri və mədəniyyətlər dərhal ağla gəlir. Paris modanın, Roma incəsənətin, London teatrın mərkəzi olduğu kimi, Vyana da klassik musiqinin beşiyi sayılır. Avstriyanın paytaxtı əsrlərdir ki, dahi bəstəkarların ilham mənbəyi olub. Burada Wolfgang Amadeus Mozart, Ludwig van Beethoven, Johann Strauss kimi incəsənət dahiləri öz əsərlərini yaratmış […]

Vizam.az 02 April 2025
Travel to Macedonia

Travel to Macedonia

Macedonia is one of the most beautiful and historically rich countries in Southeastern Europe. Bordering Greece, Albania, Kosovo, and Serbia, Macedonia attracts tourists with its stunning natural beauty and rich history. As a crossroads of various cultures and nations, the country offers both ancient historical landmarks and modern lifestyles. Macedonia is particularly famous for its […]

Vizam.az 02 April 2025