Səyyah. Həvəskar Alpinist. Sahibkar. 2020-ci il etibarı ilə 6 qitədə 57 ölkəni kəşf etmişdir. Avropa, Afrika, Avstraliya və Cənubi Amerika qitə və materiklərinin ən hündür zirvə və vulkanlarında Azərbaycan bayrağını dalğalandırıb. Qlobal “7 Zirvə” və “7 Vulkan” proqramlarını tamamlamağı planlayır. Kilimancaro, Elbrus, Dəmavənd, Kostyuşka, Akonkaqua, La Malinçe, Orisaba, Babadağ zirvələrində olmuşdur. “7 Zirvə” listindən sonuncu zirvəsi 2020-ci ildə ümumi Amerika qitəsinin ən hündür nöqtəsi olan Argentinada yerləşən Akonkaqua (6961 m) olub. “7 Vulkan” listindən isə sonuncu zirvəsi 2020-ci ildə Şimali Amerikanın ən hündür vulkanı, Meksikada yerləşən Orisaba (5636 m) olub. Hobbi olaraq Numizmatik və Bonistikdir.
Səyahət planlarınızda, Gürcüstan üzərindən uçuşlarınızda bu virusun təsirlərini nəzərə almalısınızmı? Şəxsi analizim: Virusun hazırki diapazonu çox genişdir. Virusa tutulanların, ölənlərin, sağalanların sayını online rejimdə bu mənbədən izləyə bilərsiniz: https://gisanddata.maps.arcgis.com/…/opsdashboa…/index.html… Rahat demək olar ki, son dövrlərdə heçbir qlobal hadisə turizmə bu qədər ciddi zərbə vurmayıb. Danılmaz faktdır ki, dünyaya ən çox turist verən 1 nömrəli ölkə məhz […]