Yunanıstan Vizası: Səyahət Hazırlığı

Yeniləndi: 22 iyul 2025 960 baxış 6 dəq. oxu
yunanıstan vizası vizam.az
yunanıstan vizası vizam.az

Yunanıstan Avropanın cənub-şərqində yerləşən, həm təbiəti, həm tarixi, həm də əyləncə həyatı ilə fərqlənən unikal bir ölkədir. Egey və İon dənizinin sahillərində uzanan bu diyar, həm qədim yunan mədəniyyətinin beşiyi, həm də müasir Avropa turizminin incilərindən biridir. Əgər siz də Parthenonun kölgəsində gəzintiyə çıxmaq, Mykonosun bəyaz küçələrində itmək, ya da Santorini adasında gün batımına tamaşa etmək arzusundasınızsa, bu səyahətə Yunanıstan vizası ilə başlamağınız şərtdir.

Yunanıstanın adaları dünya miqyasında tanınır Santorini, Mykonos, Rhodes, Crete (Krit)Zakynthos kimi adalar təkcə gözəllikləri ilə deyil, həm də dinamik əyləncə həyatı ilə turistləri cəlb edir. Santorini öz məşhur mavi günbəzli ağ evləri və gün batımı mənzərələri ilə romantik cütlüklərin seçimi olsa da, Mykonos klub həyatı və lüks sahil əyləncələri ilə daha çox gənc səyahətçilərin diqqətini çəkir. Krit adası həm qədim Mino mədəniyyəti, həm də geniş çimərlikləri ilə tanınır. Zakynthos isə Navagio (Gəmi Qalıqları) çimərliyi ilə sosial mediada viral olan bir destinasiya halına gəlib.

Yunanıstan həm də tarix sevənlər üçün ideal ölkədir. Afinada yerləşən Akropol, Parthenon, Zeus məbədi, Plaka məhəlləsi və Panathenaic stadionu kimi tarixi məkanlar sizə qədim dünyanın nəfəsini hiss etdirir. Saloniki, Delphi və Meteora isə öz mistik atmosferi və mədəni zənginliyi ilə fərqlənir.

Əyləncə baxımından Yunanıstan yay aylarında Avropanın əsas festivallar məkanına çevrilir. Adalarda keçirilən rəqs gecələri, DJ performansları, sahil konsertləri və açıq hava kinoseansları hər zövqə uyğun alternativlər təqdim edir. Xüsusilə Athens Epidaurus Festivalı, Mykonos Pride, Santorini Jazz Festivalı kimi tədbirlər yerli və xarici turistlərin yaddaşında qalır.

Bu qədər gözəlliyi kəşf etmək üçün isə ilk addım vizadır. Yunanıstan, Şengen zonasında olduğuna görə, Azərbaycan vətəndaşlarının bu ölkəyə səfər etməsi üçün qısa müddətli Şengen vizası alması tələb olunur. Lakin yaxşı xəbər budur ki, əgər sənədləriniz tamdırsa və planlamanız düzgünsə, bu prosesi rahatlıqla keçə bilərsiniz.

Bu yazıda sizə Yunanıstan vizası üçün lazım olan sənədlər, müraciət qaydaları, sığorta və otel rezervasiyası nüansları, eləcə də səyahətinizi daha uğurlu etmək üçün vacib tövsiyələr təqdim edəcəyik. Əgər siz də Aralıq dənizinin incisi Yunanıstanı kəşf etmək istəyirsinizsə bu bələdçi sizin üçündür.

Yunanıstan Sərhədində Hansı Sənədlər Tələb Olunur?

Yunanıstana səyahət edən Azərbaycan vətəndaşları üçün, xüsusən də Şengen vizası ilə ölkəyə daxil olan turistlər üçün sərhəd keçid məntəqələrində bəzi sənədləri təqdim etmək məcburidir. Bu sənədlərin düzgün və tam şəkildə təqdim olunması, ölkəyə giriş zamanı hər hansı problem yaşamağınızın qarşısını alacaq.

1. Pasport və Şengen Vizası

Yunanıstana daxil olmaq üçün ən vacib sənəd etibarlı xarici pasportetibarlı Şengen vizasıdır. Pasportun etibarlılıq müddəti viza müddəti bitdikdən sonra ən azı 3 ay əlavə keçərli olmalıdır.

2. Səyahət Sığortası

Sərhəddə sizdən səyahət sığortası tələb oluna bilər. Sığorta Şengen zonasında etibarlı olmalı və minimum 30,000 avro dəyərində tibbi xərcləri əhatə etməlidir.

3. Otel və Yaşayış Yeri Rezervasiyası

Yunanıstanda qalacağınız yerin sübutu da mühüm rol oynayır. Bu, otel rezervasiyası, qohum evində qalacaqsınızsa dəvət məktubu, yaxud Airbnb sifarişi ola bilər. Rezervasiyanın sizin adınıza olması vacibdir.

4. Gediş-dönüş Avia Biletləri

Giriş zamanı sizdən gediş və dönüş biletləri təqdim etməyiniz tələb oluna bilər. Bu, səyahətinizin məqsədli və məhdud olduğunu sübut edir.

5. Maliyyə Vəsaitləri

Sərhəd zabitləri sizdən yeterli maliyyə vəsaitinizin olub olmadığını soruşa bilər. Nəğd pul, bank kartları və ya son bank çıxarışları ilə gündəlik ən az 50 avro maliyyə vəsaiti sübut edilməlidir.

6. Səyahət Məqsədi

Əgər səyahət məqsədiniz turizm deyilsə (məsələn, biznes, ailə ziyarəti və s.), bunu sübut edən əlavə sənədlər (dəvət məktubu, tədbir qeydiyyatı və s.) təqdim etməlisiniz.

Yunanıstan sərhədində sənədlərinizin qaydasında olması səyahətinizin problemsiz keçməsini təmin edəcək. Vizadan başqa, əlavə sənədlərlə də hazır olmaq sərhəd keçidi zamanı sizi suallardan və əlavə yoxlamalardan qoruyacaq. Yaxşı planlaşdırılmış bir səyahət üçün bütün sənədləri əvvəlcədən yoxlamağınız tövsiyə olunur.

Yunanıstan Şengen Vizası üçün Tələb Olunan Sənədlər

Yunanıstan Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  15. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Yunanıstan vizası üçün birbaşa Yunanıstan Səfirliyinə müraciət edilir. Əgər sənədlər tam və düzgün təqdim olunarsa, cavab müddəti adətən 7–14 gün arasında dəyişir. Ödəniş 35 avrodur. Şengen vizası haqqında ümumi məlumat, şengen vizası rüsumu, hansı ölkə üçün hansı viza mərkəzinə müraciət etmək lazımdır sullarınıza cavab tapmaq istəyirsinizsə, klik edərək Şengen vizası nədir və necə almaq olar? blogumuza keçid edə bilərsiniz.

Yunanıstanda Görməli Yerlər

Yunanıstan təkcə tarixi ilə deyil, həm də dəniz, günəş, mətbəx və adaları ilə Avropanın ən cazibədar turizm məkanlarından biridir. Əgər Yunanıstan səyahəti planlayırsınızsa, bu yazıda mütləq görməli olduğunuz yerləri sizin üçün sıraladıq.

1. Afina Akropolu (Acropolis of Athens)

Yunanıstanın paytaxtı Afinada yerləşən Akropol UNESCO Dünya İrsi Siyahısında yer alır. Burada Partenon, Erekhtheion və Nike məbədi kimi qədim yunan memarlığının zirvələri ilə tanış ola bilərsiniz.

2. Santorini Adası

Ağ evləri, mavi qübbəli kilsələri və günbatımı ilə məşhur Santorini romantik və sakit istirahət üçün əla seçimdir. Oia və Fira kimi şəhərciklər sizi heyran edəcək.

3. Meteora Monastırları

Qayaların üzərində tikilmiş bu orta əsr monastırları həm dini, həm də təbiət baxımından valehedicidir. Fotoqraflar və sükunət axtaranlar üçün ideal məkandır.

4. Mykonos Adası

Əyləncəli gecə həyatı, çimərlikləri və bohem atmosferi ilə tanınan Mykonos xüsusilə gənc turistlər arasında populyardır.

5. Delphi Antik Şəhəri

Qədim Yunan dövründə "dünyanın mərkəzi" hesab olunan Delphi, Apollon məbədi və antik teatrı ilə tarixsevərlərin diqqətini çəkir.

6. Rodos Adası

UNESCO siyahısında olan Rodos şəhəri, qala divarları, Şövalyələr küçəsi və qədim limanı ilə mədəniyyət və dəniz istirahətini birləşdirir.

7. Korfu Adası

İon dənizinin incisi sayılan Korfu, italyan memarlığına bənzər tarixi küçələri, yaşıl təbiəti və möhtəşəm çimərlikləri ilə tanınır.

8. Thessaloniki

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki həm müasirlik, həm də tarix ilə iç-içədir. Agios Dimitrios Kilsəsi, Ağ Qala və Bizans abidələri ilə tanınır.

9. Nafplio

Peloponnes bölgəsində yerləşən bu şəhər Yunanıstanın ilk paytaxtı olub. Qala, liman və dar küçələr arasında nostaljik bir səyahət sizi gözləyir.

10. Zakintos Adası

"Navagio" gəmi qəzası çimərliyi ilə məşhur Zakintos adası təmiz suyu və dramatik mənzərələri ilə məşhurdur.

11. Delos Adası

Mitologiyaya görə Apollonun doğulduğu bu ada, arxeoloji qazıntılarla zəngindir və tarix sevən turistlər üçün əvəzolunmazdır.

12. Hydra Adası

Afina limanından qısa məsafədə yerləşən Hydra avtomobilsiz olması ilə seçilir. Tarixi binaları, liman mənzərəsi və sakit həyatı ilə fərqlənir.

Yunanıstan Nəqliyyat Sistem

1. Şəhərlərarası Nəqliyyat

Avtobuslar (KTEL)

  • Yunanıstanda ən geniş istifadə olunan şəhərlərarası nəqliyyat növüdür.
  • Hər bölgənin öz KTEL şirkəti var (məsələn, KTEL Attikis, KTEL Thessalonikis).
  • Bilet qiymətləri münasibdir və avtobuslar nisbətən komfortludur.
  • Populyar marşrutlar: Afina–Saloniki, Afina–Patra, Afina–Ioannina.

Dəmir Yolu (TrainOSE – indi Hellenic Train)

  • Afina–Saloniki xətti ölkənin əsas dəmir yolu xəttidir.
  • Sürətli qatarlarla bu məsafə təxminən 4 saat çəkir.
  • Qatarlarla səyahət ucuz və rahatdır, lakin bəzi bölgələrdə dəmir yolu infrastrukturu zəifdir.

2. Şəhəriçi Nəqliyyat

Afina

  • Metro: 3 əsas metro xətti fəaliyyət göstərir (M1 – yaşıl, M2 – qırmızı, M3 – mavi).
    • Afina beynəlxalq hava limanı M3 xətti ilə birləşir.
  • Avtobus və Trolleybuslar: Şəhərin hər yerini əhatə edir.
  • Tramvay: Saronik körfəzinə yaxın sahil bölgələrinə xidmət edir (Sintagma–Glyfada marşrutu məşhurdur).
  • Bilet: Təkcə 90 dəqiqəlik biletlə bütün ictimai nəqliyyatdan istifadə mümkündür.

Saloniki

  • Hazırda metro tikintisi aparılır, ancaq əsas nəqliyyat avtobuslardır.
  • OASTH (yerli nəqliyyat operatoru) şəhərin əsas marşrutlarını təmin edir.

3. Taksi və Rideshare Xidmətləri

  • Taksi qiymətləri Avropanın digər ölkələri ilə müqayisədə münasibdir.
  • Taksi tutmaq asandır, lakin rəsmi taksilərdən istifadə məsləhətdir (sarı rəngli və taksi nişanlı).
  • Bolt, Uber kimi platformalar bəzi bölgələrdə fəaliyyət göstərir, lakin Afina və Salonikidə məhduddur.

4. Dəniz Nəqliyyatı

  • Yunanıstanın adalarla zəngin olması səbəbilə bərə (feribot) nəqliyyatı çox inkişaf edib.
  • Pire limanı (Afina yaxınlığı) ölkənin ən böyük limanıdır və Kiklad adalarına, Kritə, Rodosa və digər adalara daimi reyslər mövcuddur.
  • Feribotlar sürətli və adi növlərdə olur. Sürətli olanlar daha bahalıdır, lakin vaxt qənaətlidir.

5. Hava Nəqliyyatı

  • Əsas beynəlxalq hava limanı: Afina Eleftherios Venizelos Hava Limanı.
  • Digər vacib hava limanları: Saloniki, Heraklion (Krit), Rodas, Mikonos, Santorini.
  • Daxili uçuşlar Aegean Airlines, Sky Express kimi yerli şirkətlərlə mümkündür.

6. Avtomobil İcarəsi və Yol Şəbəkəsi

  • Yollar geniş və keyfiyyətlidir, lakin dağlıq bölgələrdə dar və dolama yollar çoxdur.
  • Avtomobil icarəsi xüsusilə ada bölgələrində və kiçik şəhərlərdə sərbəst hərəkət üçün çox faydalıdır.
  • Avtobanlar pulludur (məsələn, Afina–Saloniki yolu).
  • Əcnəbi sürücülər üçün beynəlxalq sürücülük vəsiqəsi lazım ola bilər.

Yunanıstana Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Yunanıstan Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Yunanıstan Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

İndoneziya Vizası: Şərtlər, Sənədlər və Müraciət Qaydaları

İndoneziya Vizası: Şərtlər, Sənədlər və Müraciət Qaydaları

İndoneziya minlərlə adadan ibarət olan, zəngin mədəniyyəti, möhtəşəm təbiəti və tropik iqlimi ilə dünyanın ən məşhur turizm istiqamətlərindən biridir. Xüsusilə Bali, Cakarta, Yogyakarta, Lombok və Komodo Milli Parkı hər il milyonlarla turist tərəfindən ziyarət edilir. İstər dincəlmək, istər yeni mədəniyyətlərlə tanış olmaq, istərsə də işgüzar səfər məqsədilə İndoneziyaya getməyi planlaşdırırsınızsa, səfərdən əvvəl ölkənin viza qaydaları […]

Vizam.az 02 iyul 2026
Xorvatiya Vizası Almaq Üçün Bilməli Olduqlarınız

Xorvatiya Vizası Almaq Üçün Bilməli Olduqlarınız

Xorvatiya Adriatik dənizi sahilləri, füsunkar adaları, tarixi şəhərləri və zəngin mədəni irsi ilə Avropanın ən çox ziyarət edilən ölkələrindən biridir. Dubrovnik, Split, Zadar, Rovinj və Plitvice Gölləri Milli Parkı kimi məşhur turistik məkanlar hər il milyonlarla turistin səyahət planında yer alır. Bundan əlavə, Xorvatiya həm işgüzar səfərlər, həm beynəlxalq tədbirlər, həm də ailə və dost […]

Vizam.az 01 iyul 2026
Belçika Vizası Almaq Üçün Bilməli Olduqlarınız

Belçika Vizası Almaq Üçün Bilməli Olduqlarınız

Belçika Avropanın ən inkişaf etmiş ölkələrindən biri olmaqla yanaşı, zəngin tarixi, memarlıq abidələri, beynəlxalq təşkilatlara ev sahibliyi etməsi və yüksək həyat keyfiyyəti ilə hər il milyonlarla turistin diqqətini cəlb edir. Paytaxt Brüssel həm Avropa İttifaqının, həm də NATO-nun əsas qərargahlarının yerləşdiyi şəhərdir. Bununla yanaşı, Brügge, Gent və Antverpen kimi şəhərlər tarixi irsi, mədəniyyəti və turistik […]

Vizam.az 30 iyun 2026
Misir Vizası Haqqında Ən Çox Verilən Suallar

Misir Vizası Haqqında Ən Çox Verilən Suallar

Misir qədim tarixi, möhtəşəm piramidaları, Qırmızı dəniz kurortları və ilboyu isti iqlimi ilə azərbaycanlı turistlərin ən çox seçdiyi istiqamətlərdən biridir. Hər il minlərlə Azərbaycan vətəndaşı istirahət, ekskursiya və ya işgüzar səfər məqsədilə Misirə səyahət edir. Səfərdən əvvəl isə ən vacib məsələlərdən biri viza prosedurunu düzgün şəkildə öyrənməkdir. Misir vizası ilə bağlı müraciət qaydaları, tələb olunan […]

Vizam.az 22 iyun 2026
Azərbaycan Vətəndaşları üçün Yunanıstan Səfirliyi Viza Müraciəti

Azərbaycan Vətəndaşları üçün Yunanıstan Səfirliyi Viza Müraciəti

Yunanıstan Avropanın ən çox ziyarət edilən ölkələrindən biri olaraq zəngin tarixi, qədim abidələri, Aralıq dənizi sahilləri və yüzlərlə adası ilə hər il milyonlarla turistin diqqətini cəlb edir. Afina, Santorini və Mikonos kimi məşhur istiqamətlər həm istirahət, həm də mədəni səyahət sevənlər üçün unikal təcrübə təqdim edir. Bundan əlavə, Yunanıstanın Şengen zonasına daxil olması bu ölkəni […]

Vizam.az 16 iyun 2026
Azərbaycan Vətəndaşları üçün Yaponiya Vizası

Azərbaycan Vətəndaşları üçün Yaponiya Vizası

Yaponiya dünyanın ən inkişaf etmiş və texnoloji cəhətdən qabaqcıl ölkələrindən biri hesab olunur. Zəngin tarixi, unikal mədəniyyəti, müasir şəhərləri və təbiət gözəllikləri ilə hər il milyonlarla turistin diqqətini cəlb edir. Tokio, Kyoto və Osaka kimi şəhərlər qədim ənənələri müasir həyat tərzi ilə birləşdirərək ziyarətçilərə fərqli təcrübə təqdim edir. Sakura mövsümü, Yapon mətbəxi, sürətli qatarları və […]

Vizam.az 16 iyun 2026
Niderland Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Niderland Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Niderland Avropanın ən çox ziyarət edilən ölkələrindən biridir. Amsterdamın tarixi kanalları, rəngarəng lalə bağları, müasir şəhərləri və yüksək həyat standartları hər il milyonlarla turistin diqqətini cəlb edir. Azərbaycan vətəndaşları da turizm, biznes, təhsil və ailə ziyarəti məqsədilə Niderlanda səyahət etməyi planlaşdırarkən ilk növbədə viza prosedurları ilə maraqlanırlar. Niderland Şengen zonasına daxil olduğu üçün bu ölkəyə […]

Vizam.az 12 iyun 2026
Estoniya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Estoniya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Son illərdə Estoniya həm turizm, həm biznes, həm də təhsil məqsədli səfərlər üçün azərbaycanlıların maraq göstərdiyi Avropa ölkələrindən birinə çevrilib. Baltik regionunun ən inkişaf etmiş ölkələrindən biri hesab olunan Estoniya müasir texnologiyaları, rəqəmsal dövlət xidmətləri, tarixi şəhərləri və yüksək həyat keyfiyyəti ilə tanınır. Xüsusilə paytaxt Tallinn öz orta əsr memarlığı, rahat şəhər atmosferi və müasir […]

Vizam.az 05 iyun 2026
Xorvatiya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Xorvatiya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Son illərdə Aralıq dənizi sahillərində istirahət etmək istəyən azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi istiqamətlərdən biri Xorvatiyadır. Təmiz çimərlikləri, tarixi şəhərləri, füsunkar adaları və Avropa standartlarına uyğun turizm infrastrukturu ilə tanınan bu ölkə hər il milyonlarla ziyarətçi qəbul edir. Xüsusilə Dubrovnik, Split və Zaqreb kimi şəhərlər həm yay tətili, həm də mədəni səyahətlər üçün ideal […]

Vizam.az 04 iyun 2026
Krit Adasına Səyahət Üçün Yunanıstan Vizası Necə Alınır?

Krit Adasına Səyahət Üçün Yunanıstan Vizası Necə Alınır?

Yunanıstanın ən böyük və ən məşhur adası olan Krit, hər il milyonlarla turistin istirahət üçün seçdiyi Aralıq dənizi istiqamətlərindən biridir. Mavi bayraqlı çimərlikləri, qədim tarixə malik şəhərləri, zəngin mətbəxi və isti iqlimi ilə Krit adası həm ailəvi istirahət, həm də romantik və ya macəra dolu səyahətlər üçün ideal seçim hesab olunur. Son illərdə Azərbaycandan bu […]

Vizam.az 03 iyun 2026