Yunanıstan Vizası Necə Ala Bilərəm?

Yeniləndi: 14 iyul 2026 3697 baxış 6 dəq. oxu

Çoxumuz üçün Yunanıstan dəniz kənarında uzanan mavi-ağ evlər, sərin yay axşamlarında yunan musiqisi, təzə dəniz məhsulları və sonsuz Egey mənzərəsi deməkdir. Bəziləri üçün isə qədim məbədləri gəzmək, qədim yunan miflərini öz gözləri ilə görmək, Akropol kimi simvolik yerləri ziyarət etmək ən böyük arzulardandır.

Amma bu gözəl ölkəyə addım atmaq üçün ilk və ən vacib mərhələ Yunanıstan vizası almaqdır. Azərbaycan vətəndaşları üçün Yunanıstan vizası əsasən Şengen vizası formatında verilir. Bu da o deməkdir ki, Yunanıstana viza aldığınız halda digər Şengen ölkələrinə də sərbəst şəkildə səyahət edə bilərsiniz.

Əgər sənin məqsədin yalnız turist kimi səyahət etməkdirsə, Yunanıstan turist vizası ən ideal seçimdir. Ancaq təhsil, iş, ailə birləşməsi və digər məqsədlərlə getmək istəyənlər üçün ayrıca viza kateqoriyaları mövcuddur. Hər bir viza növünün öz şərtləri və tələb olunan sənədləri var.

Yunanıstan vizası almaq bəzən insanlarda qorxu və çətinlik təəssüratı yaradır, amma düzgün istiqamətləndirmə, dəqiq sənədlər və məqsədin aydın şəkildə göstərilməsi ilə bu proses düşündüyünüzdən çox daha asan və stresssiz ola bilər. Üstəlik, Yunanıstan səfirliyi sənədlərdə şəffaflıq və səmimiyyətə çox önəm verir. Ona görə də planını aydın yazmaq, maddi vəziyyətini sübut edən sənədləri təqdim etmək və düzgün məlumat göstərmək uğurun açarıdır.

Yunanıstan vizası alaraq bu sehrli ölkəyə addım atmaq yalnız bir səyahət deyil, əslində həyatınızın ən unudulmaz macərasına başlamaq deməkdir. Tarixi küçələrdə gəzişərkən qədim yunan ilahələrinin nağılvari dünyasına düşür, Santorini kimi adalarda gün batımını izləyərkən həyatın necə gözəl olduğunu yenidən anlayırsınız.

Bir sözlə, Yunanıstan vizası sənə yalnız giriş icazəsi deyil, həm də özünü yenidən kəşf etmək, ruhunu dincəltmək və ömür boyu unudulmayacaq xatirələr toplamaq fürsətini verir. Əgər sən də qədimdən gələn bu sehrli dünyanı görmək, mavi dənizdə sərinləmək, ağ evli dar küçələrdə itmək istəyirsənsə, indi bu arzunu reallaşdırmağın tam zamanıdır!

Azərbaycanlıların Səyahəti üçün Vizasız Yunan Adası Var mı?

Azərbaycan vətəndaşları Yunanıstana (və ümumiyyətlə Şengen zonasına daxil olan bütün ölkələrə) səyahət etmək üçün mütləq Şengen vizası almalıdırlar. Bu qayda Yunanıstanın materik hissəsinə (məsələn, Afina, Saloniki) də, məşhur adalarına (Santorini, Mykonos, Rodos, Kos, Krit və s.) də eyni dərəcədə tətbiq edilir.

Bəs niyə bəzən “vizasız ada” ifadəsini eşidirik?

Son illərdə bəzi xəbərlərdə “Türkiyədən Yunan adalarına vizasız keçid” haqqında məlumatlar yayılır. Bu proqram yalnız Türkiyə vətəndaşları üçün müəyyən adalara qısa müddətli, sadələşdirilmiş viza prosedurunu nəzərdə tutur. Məsələn, Midilli, Rodos, Kos, Samos və s.
Amma bu imkan Azərbaycan vətəndaşlarına şamil edilmir.

Azərbaycan vətəndaşlarının alternativi nədir?

  • Azərbaycan vətəndaşları üçün Yunan adalarına getməyin yeganə yolu Şengen vizası almaqdır.
  • Əgər Yunanıstan üçün Şengen vizan varsa, istənilən adaya sərbəst gedə bilərsən.
  • Həmçinin, Şengen vizası ilə digər Şengen ölkələrinə də səyahət edə bilərsən.

Bir sözlə, Azərbaycan vətəndaşları üçün Yunanıstan adalarında vizasız rejim mövcud deyil, amma Şengen vizası ilə bütün adalara rahatlıqla daxil olmaq mümkündür.

Yunanıstan Şengen Vizası

Digər Şengen ölkələrinə müraciətlərdə olduğu kimi, Yunanıstan Şengen vizası da təkgirişli və çoxgirişli olmaqla müxtəlif kateqoriyalarda verilir. Siz üç ayaltı aybir il, hətta iki il və ya beş il müddətinə qədər olan çoxgirişli Yunanıstan vizasına müraciət edə bilərsiniz. Bu viza ilə Azərbaycan vətəndaşları yalnız Yunanıstana deyil, bütün Şengen bölgəsinə səyahət edə bilirlər.

Lakin Greece visa appointment zamanı və viza müraciətində, ilk giriş ölkəsi kimi Yunanıstanın göstərilməsi tövsiyə olunur. Əgər siz viza aldıqdan sonra ilk olaraq Fransa, Almaniya, Hollandiya kimi digər Qərbi Avropa ölkələrindən Şengen zonasına daxil olmaq istəsəniz, bəzi hallarda sərhəd nəzarətində çətinliklərlə qarşılaşa bilərsiniz. Bu səbəblə viza reddi və ya ölkəyə girişin rədd edilməsi riskindən yayınmaq üçün səyahətə ilk olaraq Yunanıstandan başlamağınız məqsədəuyğundur.

Yunanıstan səfirliyi Bakıda yerləşir və viza üçün randevu (appointment) almaq Yunanıstan viza mərkəzi vasitəsilə mümkündür. Müraciət zamanı viza prosesi çərçivəsində biometrik məlumatlar, səyahət sığortası, otel rezervasiyası, aviabiletlər, həmçinin səfər marşrutu və digər dəstəkləyici sənədlər təqdim olunmalıdır. Əlavə olaraq, Yunanistan Azerbaycan vize, Yunanistan səfirliyi əlaqə, Greece visa appointment in Baku və VFS Global Yunanıstan viza mərkəzi ilə bağlı detalları rəsmi mənbələrdən yoxlamağınız faydalı olar.

Viza müraciət formasında, səyahət planınızda digər ölkələr məsələn, İtaliya, Malta və ya İspaniya da yer alsa belə, ən çox qalacağınız ölkə olaraq Yunanıstanı göstərməyiniz vacibdir. Bu yanaşma, Yunanıstan səfirliyinə müraciət etmək üçün hüquqi əsas yaradır. Əgər siz viza alıb, lakin daha sonra Yunan adalarına səyahət planlayırsınızsa, bunu da əvvəlcədən qeyd etməyiniz məsləhətdir.

Əgər viza müraciətiniz rədd edilibsə (viza reddi)yenidən müraciət edə bilərsiniz. Lakin bu zaman əvvəlki rədd səbəblərini nəzərə alaraq əlavə sənədlərlə müraciətinizi gücləndirməniz vacibdir.

Yunanıstan Şengen Vizası üçün Tələb Olunan Sənədlər

Yunanıstan Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  15. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Yunanıstan vizası üçün birbaşa Yunanıstan Səfirliyinə müraciət edilir. Əgər sənədlər tam və düzgün təqdim olunarsa, cavab müddəti adətən 7–14 gün arasında dəyişir. Ödəniş 35 avrodur. Şengen vizası haqqında ümumi məlumat, şengen vizası rüsumu, hansı ölkə üçün hansı viza mərkəzinə müraciət etmək lazımdır sullarınıza cavab tapmaq istəyirsinizsə, klik edərək Şengen vizası nədir və necə almaq olar? blogumuza keçid edə bilərsiniz.

Bank arayışı və maliyyə göstəriciləri vizanın qəbul olunmasında mühüm rol oynayır. Sizin bank hesabınızda olan məbləğ, səyahət tarixlərinizə, uçuş biletləri, otel bronları və ümumi Şengen bölgəsində qalacağınız müddətə uyğun hesablanmalıdır. Yunanıstan vizası üçün bank hesabında nə qədər pul olmalıdır? sualına cavab olaraq qeyd etmək olar ki, bir həftəlik səyahət üçün minimum 2.500–3.000 AZN (və ya bunun avro/USD ekvivalenti) məbləğin hesabınızda olması tövsiyə olunur. Bu məbləğ səyahət zamanı gündəlik xərclər, otel və uçuş kimi əsas ehtiyacları əhatə etməlidir. Təxminən gündəlik 70–80 avro xərclə hesablayaraq ümumi rəqəmi müəyyənləşdirə bilərsiniz.

Əgər siz sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayış əvəzinə VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətin reyestr çıxarışı təqdim edə bilərsiniz. Əgər işləmirsinizsə və səfər xərcləriniz üçün sponsor göstərirsinizsə, bu halda sponsorluq məktubu, sponsorun şəxsiyyət vəsiqəsinin surəti, iş yeri arayışı, bank hesabından çıxarış, və əgər ailəvi əlaqə varsa, bunu sübut edən sənədlər (məsələn, doğum haqqında şəhadətnamə) viza müraciəti zamanı təqdim olunmalıdır.

Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda səyahəti tək və ya yalnız bir valideynlə edəcəksə, digər valideynin notarial qaydada imzalanmış icazə sənədi də mütləq şəkildə viza sənədlərinə əlavə olunmalıdır.

Bütün bu sənədlər istər VÖEN, dövriyyə arayışı, reyestr çıxarışı, istərsə də sponsorluq məktubu, valideyn icazəsi notarial təsdiq olunmalı və ingilis dilinə tərcümə edilmiş formada təqdim edilməlidir. Bu, Yunanıstan səfirliyi tərəfindən tələb olunan rəsmi qaydalardan biridir və viza rədd olunmasının qarşısını almaq üçün vacibdir.

Şengen Vizası Proseduru

Yunanıstan vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün Şengen bölgəsi daxilində səyahət imkanı təqdim edir. Yunanıstan Şengen vizasına müraciət etmək üçün siz Yunanıstanın Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlamalı və viza görüşü təyin etməlisiniz. Viza ilə bağlı yekun qərar Yunanıstan səfirliyi Bakıda, konsulluq şöbəsində, konsul tərəfindən verilir.

Yunanıstan səfirliyində sənədləri təqdim etmək üçün əvvəlcədən viza görüşü təyin etmək vacibdir. Görüşü təyin etmək üçün həftə içi saatlarında +99412 492 01 19 telefon nömrəsi ilə əlaqə saxlayaraq müraciət edə bilərsiniz. Greece embassy in Baku appointment prosesi zamanı nəzərə alınır ki, səyahət tarixiniz nə qədər uzaqdırsa, Greece visa appointment tarixi də bir o qədər gec təyin oluna bilər. Görüşsüz müraciət qəbul olunmur.

Sənədləri təqdim etdiyiniz gün Yunanıstan səfirliyində qısa bir intervyu keçirilir. Konsul tərəfindən sizə şəxsi məlumatlarınız, səfər məqsədiniz və planlarınızla bağlı suallar ünvanlana bilər. Müraciətçilərin şəxsi iştirakı mütləqdir bu, viza prosedurunun əsas şərtlərindən biridir.

Şengen viza proseduru adətən 5–15 iş günü ərzində başa çatır. Lakin bəzi hallarda cavab daha tez və ya gec gələ bilər. Səfər tarixini planlaşdırarkən bu müddət nəzərə alınmalıdır. Qeyd edək ki, viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər.

Yunanıstan Şengen vizası üçün rüsum olaraq 35 avro məbləğində vəsait tələb olunur. Ödəniş yalnız manatla və nağd şəkildə həyata keçirilir. Günün məzənnəsinə uyğun olaraq manat qarşılığı Yunanıstan səfirliyi tərəfindən tənzimlənir.

Yunanıstan Şengen Vizası Alma Ehtimalı

Əvvəlki Şengen vizası təcrübənizdən asılı olmayaraq, Yunanıstan vizası almaq şansınız sizin şəxsi və maliyyə profilinizin vəziyyətindən asılı olaraq dəyişir. Yunanıstanın Azərbaycandakı səfirliyi viza müraciətlərini qiymətləndirərkən əsasən iş yerinizin olub-olmamasına, vəzifənizin rəsmi şəkildə göstərilməsinə, aylıq gəlirinizin kifayət qədər olmasına və bank hesabınızdakı məbləğin planlaşdırılmış səyahəti tam əhatə edib-etmədiyinə xüsusi diqqət yetirir. Təcrübədə 300-500 AZN aylıq gəliri olan şəxslərin də uğurla Yunanıstan Şengen vizası aldığı hallar qeydə alınıb. Bank hesabınızda göstərilən vəsaitin səyahət tarixlərinizə, aviabilet və otel bronlarınızın ümumi qiymətinə və Şengen bölgəsində qalacağınız müddətə uyğun olması vacibdir. Adınıza mülk olması, ailəli olmanız, uşaqlarınızın olması və ya digər sizi Azərbaycana bağlayan faktorlar sizin ölkəyə geri dönəcəyinizə dair əlavə güvən formalaşdırır və bu da viza verilmə ehtimalını artırır. Əgər səyahət tarixçəniz varsa, bu sizin üçün əlavə üstünlükdür, lakin daha əvvəl heç bir Şengen vizası almamısınızsa belə, Yunanıstan səfirliyi bu baxımdan çox da riskli hesab edilmir. Təcrübəmizdə ilk dəfə Şengen vizası almaq istəyən şəxslərin uğurla Yunanıstan vizası əldə etdiyi hallara tez-tez rast gəlinmişdir. Əsas şərt təqdim etdiyiniz bütün sənədlərin tam və düzgün şəkildə olmasıdır.

Yunanıstana Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Yunanıstan Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Yunanıstan Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card lotereyası ABŞ-da daimi yaşamaq imkanı əldə etmək istəyən şəxslərin ən çox maraq göstərdiyi proqramlardan biridir. Qeydiyyat prosesi onlayn həyata keçirilir və müraciət edən şəxslər müəyyən uyğunluq şərtlərinə cavab verməlidirlər. Aşağıda DV-2028 Green Card qeydiyyatı ilə bağlı istifadəçilərin ən çox axtardığı 10 əsas sualın cavabını təqdim edirik. DV-2028 Green Card qeydiyyatı nə vaxt […]

Vizam.az 09 sentyabr 2026
Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti, e-viza üçün bütün məlumatlar düzgün təqdim edildikdə və ödəniş tamamlandıqda, rəsmi olaraq 3 iş günü ərzində emal olunur. Vyetnam İmmiqrasiya Departamentinin məlumatına əsasən, e-viza müraciətinin nəticəsi onlayn sistem üzərindən yoxlanıla bilər. Azərbaycan vətəndaşları da Vyetnam e-vizası üçün müraciət edə bilərlər. Vyetnamın rəsmi e-viza portalında Azərbaycan e-viza almaq hüququ olan ölkələr siyahısında göstərilir. […]

Vizam.az 08 sentyabr 2026
Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro vizası müraciətdən sonra adətən 15 iş günü ərzində hazır olur. Lakin sənədlərin tamlığı, müraciətin düzgün təqdim edilməsi və əlavə yoxlamaların aparılması kimi amillər viza baxılma müddətinə təsir göstərə bilər. Buna görə Monteneqroya səyahət planlaşdıran Azərbaycan vətəndaşlarının viza müraciətini səfər tarixindən əvvəl etməsi tövsiyə olunur. Monteneqro Viza Nə Qədər Müddətə Hazır Olur? Monteneqro viza müraciətlərinə […]

Vizam.az 07 sentyabr 2026
Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Taylanda səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün yeni giriş qaydaları tətbiq olunur. 15 sentyabr 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları Taylanda 15 günədək səfərlər üçün hava limanında Visa on Arrival (gəlişdə viza) imkanından yararlana biləcəklər. Bu dəyişiklik qısa müddətli turistik səfərlər üçün Taylanda getmək istəyən Azərbaycan vətəndaşlarının viza prosesini daha asanlaşdırır. Bəs yeni qayda necə […]

Vizam.az 03 sentyabr 2026
DV-2028 Green Card Qeydiyyatı Necə Edilir?

DV-2028 Green Card Qeydiyyatı Necə Edilir?

Bəli, bu mövzuda SEO-friendly bloq hazırlamaq olar. Amma əvvəlcə vacib bir düzəliş edim: 2025-ci ildə Green Card lotereyası ümumiyyətlə keçirilmədi demək düzgün deyil. DV-2025 proqramı keçirilib və 30 sentyabr 2025-də başa çatıb. Həmçinin hazırda rəsmi ABŞ Dövlət Departamentinin səhifəsində DV-2028 qeydiyyatının 15 noyabr 2026-dək davam etdiyini təsdiqləyən elan görsənmir. Rəsmi məlumatda DV-2027 qeydiyyat tarixlərinin ayrıca […]

Vizam.az 02 sentyabr 2026
Slovakiyaya Viza Almaq Prosesi Necə Gedir?

Slovakiyaya Viza Almaq Prosesi Necə Gedir?

Avropanın mərkəzində yerləşən Slovakiya təbiəti, tarixi şəhərləri, qalaları və özünəməxsus memarlığı ilə səyahət üçün maraqlı ölkələrdən biridir. Slovakiyaya turistik, işgüzar və ya digər qısamüddətli məqsədlərlə səfər etməyi planlaşdırırsınızsa, bunun üçün Slovakiya Şengen vizası əldə etməlisiniz. Bəs Slovakiyaya viza almaq üçün hansı sənədlər tələb olunur, müraciət prosesi necə həyata keçirilir və viza almaq üçün nələrə diqqət […]

Vizam.az 31 avqust 2026
Kanada vizası üçün bank hesabında nə qədər pul olmalıdır?

Kanada vizası üçün bank hesabında nə qədər pul olmalıdır?

Kanada vizasına müraciət edən Azərbaycan vətəndaşlarının ən çox maraqlandığı məsələlərdən biri bank hesabında nə qədər vəsaitin olmasıdır. Xüsusilə turist vizası üçün müraciət edən şəxslər tez-tez “Kanada vizası üçün minimum nə qədər pul lazımdır?” sualını verirlər. Əslində, Kanada vizası üçün bank hesabında olması tələb olunan konkret minimum məbləğ yoxdur. Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi (IRCC) […]

Vizam.az 27 avqust 2026
Monteneqro vizası üçün hansı sənədlər lazımdır?

Monteneqro vizası üçün hansı sənədlər lazımdır?

Monteneqroya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının turist səfəri üçün viza müraciəti zamanı müəyyən sənədləri təqdim etməsi tələb olunur. Sənədlərin düzgün və tam hazırlanması müraciət prosesinin daha rahat həyata keçirilməsinə kömək edir. Bu yazıda Monteneqro turist vizası üçün tələb olunan əsas sənədləri, maliyyə təminatı ilə bağlı tələbləri və müraciət zamanı diqqət edilməli məqamları izah edirik. Monteneqro […]

Vizam.az 19 avqust 2026
Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan pasportu ilə səyahət edənlər üçün viza tələb etməyən ölkələrin sayı son illərdə dəyişib. Bəzi istiqamətlərdə vizasız qalma müddəti 90 gün olduğu halda, bəzi ölkələrdə daha qısa müddət tətbiq edilir. Əgər səyahətinizi viza müraciəti olmadan planlaşdırırsınızsa, Azərbaycan pasportu ilə vizasız gedilən ölkələri əvvəlcədən bilmək səfər planınızı daha rahat qurmağa kömək edə bilər. Bu siyahını Azərbaycan […]

Vizam.az 14 avqust 2026
2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün viza müraciətində sənədlərin düzgün hazırlanması ən vacib mərhələlərdən biridir. İspaniya vizası üçün hansı sənədlər lazımdır? sualının cavabı səfərin məqsədindən asılı olaraq dəyişə bilər. Turistik səfər üçün müraciət edən şəxslər əsasən qısamüddətli Şengen vizasına müraciət edirlər. İspaniyanın Şengen vizası turizm, biznes, ailə ziyarəti və digər qısamüddətli səfərlər üçün istifadə […]

Vizam.az 14 avqust 2026