Yunanıstan Şengen Vizası ilə Santorini və Mikonosa Səyahət

Yeniləndi: 02 aprel 2025 1160 baxış 6 dəq. oxu
Santorini, Greece
Santorini, Greece

Yunanıstan dəniz mənzərələri, ağ rəngli evləri və unudulmaz gün batımı ilə məşhur olan adaları ilə turistlərin sevimli məkanlarından biridir. Xüsusilə Santorini və Mykonos, həm tətil etmək, həm də Yunanıstanın unikal atmosferini hiss etmək üçün ən yaxşı seçimlərdəndir. Əgər bu adalara səyahət etməyi planlaşdırırsınızsa, sizi gözləyən maraqlı təcrübələrlə tanış olun!

Santorini – Gün Batımı və Tarixi Gözəlliklər

Santorini vulkanik mənşəli bir ada olub, mavi günbəzli ağ evləri və sıldırım qayalardan görünən möhtəşəm Egey dənizi mənzərəsi ilə məşhurdur. Burada sizi gözləyən əsas görməli yerlər:

1. Oia kəndi – Dünyanın ən gözəl gün batımı

Oia, Santorini adasının ən məşhur bölgəsidir və buradakı gün batımı mənzərəsi dünyada ən gözəl sayılır. Hər axşam yüzlərlə turist burada günəşin dənizə qərq olmasını izləmək üçün toplaşır.

2. Fira – Adanın ürəyi

Fira, Santorininin paytaxtıdır və restoranları, suvenirlər dükanları və təbii mənzərələri ilə diqqət çəkir. Burada köhnə vulkanik kalderanı seyr edə, teleferiklə limana enə və ya eşşəklərlə tarixi yolları gəzə bilərsiniz.

3. Qırmızı və Ağ Qumlu Çimərliklər

Santorini çimərlikləri fərqli rəngləri ilə unikaldır. Qırmızı Çimərlik (Red Beach) vulkanik qayaların verdiyi qırmızı rəngə sahibdir, Ağ Çimərlik (White Beach) isə əhəngdaşından yaranan açıq rəngi ilə tanınır.

4. Akrotiri Arxeoloji Qazıntı Sahəsi

Əgər tarixi yerlərlə maraqlanırsınızsa, Akrotiri qədim şəhərini ziyarət edin. Bu yer "Egey Pompeyi" kimi tanınır və eramızdan əvvəlki minilliklərdə yaşamış Minoan sivilizasiyasına aid qalıqları ehtiva edir.

Mikonos – Əyləncə və Qədim Tarixin Olduğu Ada

Əgər Santorini sakit romantik mühit təklif edirsə, Mikonos isə əyləncə və enerjisi ilə seçilən bir adadır. Burada lüks villalar, məhşur çimərlik klubları və gecə həyatı ilə tanınan məkanlar sizi gözləyir.

1. Mikonos Külək Dəyirmanları

Adanın simvoluna çevrilmiş külək dəyirmanları (Kato Milli) 16-cı əsrdə tikilib və burada gözəl şəkillər çəkdirmək üçün ideal bir yerdir.

2. Little Venice – Rəngarəng Evli Küçələr

Adanın ən cazibədar yerlərindən biri də Little Venice adlı bölgədir. Su üzərində inşa edilmiş rəngarəng evləri və dəniz kənarındakı kafe və restoranları ilə romantik axşam yeməyi üçün mükəmməl məkandır.

3. Paradise və Super Paradise Çimərlikləri

Mykonos dünyanın ən yaxşı çimərlik partiləri ilə tanınır. Paradise və Super Paradise çimərliklərində məşhur DJ-lərin çıxış etdiyi klublar var. Əgər dinamik və əyləncəli bir tətil istəyirsinizsə, buranı qaçırmayın!

4. Delos Adasına Gəzinti

Mykonosdan tarixi Delos adasına kiçik bir gəmi səfəri təşkil edə bilərsiniz. UNESCO Dünya İrsi Siyahısında olan bu ada qədim Yunan tanrısı Apollonun doğum yeri hesab olunur.

Santorini və Mykonos arasında səyahət

Santorini və Mykonos arasında səyahət etmək çox asandır. İki ada arasında gündəlik sürətli bərə (ferry) əlaqələri mövcuddur. Yol təxminən 2-3 saat çəkir və siz həm hər iki adanın fərqli atmosferindən zövq ala, həm də Egey dənizinin mənzərələrini izləyə bilərsiniz.

Yunanıstan Viza Növləri

Şengen ölkələri siyahısında yer alan Yunanıstana səyahətinizi Yunanıstan Şengen vizası vasitəsilə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Son illər ərzində bir çox gəncimizin də üz tutduğu Yunanıstanda müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə Yunanıstan milli vizasına da müraciət edə bilərlər.

Yunanıstan Şengen Vizası

Digər Şengen ölkələrinə oxşar olaraq Yunanıstan Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Yunanıstan Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Yunanıstandan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Yunanıstan vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Yunanıstan Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox bu ölkədə qalacağınızı göstərməlisiniz. Əksər viza müraciətçiləri və səyahətçilər Yunanıstandan əlavə olaraq öz tur planlarına İtaliya, Malta və digər Avropa ölkələrini də əlavə edirlər. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Yunanıstan göstərməyiniz viza üçün məhz Yunanıstan səfirliyinə müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

Yunanıstan Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Yunanıstan Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  15. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda Yunanıstan səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və ya rezervasiyalar haqda təsdiq məktubunun alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.500-3.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Yunanıstan Şengen vizasını almaq üçün Yunanıstanın Azərbaycandakı Səfirliyinə müraciət olunur. Viza haqda qərar səfirliyin konsulluq şöbəsində, konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi səfirliyin +99412 492 01 19 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür. Görüş təyini zamanı səyahət tarixlərə nəzərə alınır. Səyahət tarixi nə qədər gecdirsə, görüş vaxtı da nisbətən gec tarixə təyin olunur.

Qeyd edək ki, sənədləri təqdim etdiyiniz zaman səfirlikdə konsulla qısa bir intervyu həyata keçirilir. Bu intervyuda sizdən özünüzlə, şəxsi həyatınızla, səfər planlarınız və məqsədlərinizlə bağlı qısa suallar verilə bilər.

Sənədləri təqdim etmək üçün görüş təyin etmədən səfirlik sənədləri qəbul etmir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. 

Şengen viza proseduru, adətən, 5-15 iş günüdür. Lakin cavab daha tez və ya daha gec də bəlli ola bilər. Müraciət zamanı bu faktı nəzərə almaq lazımdır.

Viza rüsumu olaraq 35 avro milli valyutada, yəni manatla nağd şəkildə ödənilməlidir. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

Yunanıstan Şengen Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Yunanıstanda da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Yunanıstan Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə Şengen vizası olmayan şəxslər üçün Yunanıstan səfirliyi riskli səfirlik hesab olunmur. Səyahət tarixçəsi olmayan şəxslərin təcrübəmizdə ilk Şengen vizalarını Yunanıstan səfirliyindən aldığı hallar dəfələrlə təkrarlanıb. Əlbəttə, bunun üçün digər bütün sənədləriniz qaydasında olmalıdır. Ancaq hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin Yunanıstan səfirliyindən viza alma ehtimalınızı yüksəldən faktordur.

Yunanıstana Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Yunanıstan Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Yunanıstan Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tarixin, mədəniyyətin və turizmin ən görkəmli qalalarından biri Yunanıstan!

Xoş səyahətlər!

Oxşar yazılar:

Niderland üçün vizanız hazırdır?

Niderland üçün vizanız hazırdır?

Niderland Avropanın ən çox ziyarət edilən Şengen ölkələrindən biridir və həm turizm, həm də işgüzar səfərlər üçün böyük maraq doğurur. Amsterdamın kanalları, tarixi şəhərləri və inkişaf etmiş infrastrukturu bu ölkəni səyahət planlarında xüsusi yerə çevirir. Lakin Niderlanda səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əsas şərt Şengen vizasının alınmasıdır. Viza prosesi bəzən mürəkkəb və suallar yaradan […]

Vizam.az 18 may 2026
Litva Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Litva Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Litva Şengen zonasında yerləşən Avropa İttifaqı ölkələrindən biridir və bu ölkəyə səyahət etmək üçün əsasən qısa müddətli C tipi Şengen vizası tələb olunur. Litva vizası turizm, işgüzar səfər, ailə ziyarəti və ya tranzit məqsədləri üçün istifadə edilir və sahibinə təkcə Litvaya deyil, bütün Şengen ölkələrinə sərbəst səyahət imkanı verir. Son illərdə Litva həm biznes imkanları, […]

Vizam.az 18 may 2026
Litvaya Necə Getmək Olar?

Litvaya Necə Getmək Olar?

Son illərdə azərbaycanlı turistlər, tələbələr və iş axtaran şəxslər üçün maraq göstərilən Avropa ölkələrindən birinə çevrilib. Baltik regionunda yerləşən Litva həm münasib yaşayış xərcləri, həm təhlükəsiz şəhər həyatı, həm də Şengen zonasına daxil olması ilə diqqət çəkir. Xüsusilə paytaxt Vilnius tarixi memarlığı, sakit atmosferi və Avropa şəhər həyatını daha rahat büdcə ilə yaşamaq imkanı təqdim […]

Vizam.az 14 may 2026
Avstriya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstriya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstriya vizası üçün viza müraciəti edən şəxslər ən çox sənədlər, prosedur və qəbul şərtləri ilə bağlı suallar verir. Avstriya Şengen zonasında yerləşdiyi üçün bu ölkəyə səyahət üçün əsasən qısa müddətli C tipi Şengen vizası tələb olunur. Turizm, işgüzar səfər və ya ailə ziyarəti kimi məqsədlərlə müraciət etmək mümkündür. Viza prosesi düzgün sənəd hazırlığı və real […]

Vizam.az 14 may 2026
Oktoberfest Festivalı üçün Almaniya Vizası

Oktoberfest Festivalı üçün Almaniya Vizası

Dünyanın ən məşhur festivallarından biri hesab olunur və hər il milyonlarla turist bu tədbirdə iştirak etmək üçün Almaniyanın Munich şəhərinə səyahət edir. Bavariya mədəniyyəti, ənənəvi musiqilər, məşhur pivə çadırları və festival atmosferi Oktoberfesti Avropanın ən böyük tədbirlərindən birinə çevirib. Xüsusilə sentyabr ayının sonu və oktyabr ayının əvvəlində keçirilən festival dövründə Almaniyaya turist axını ciddi şəkildə […]

Vizam.az 14 may 2026
Tomorrowland Festivalı üçün Belçika Vizası

Tomorrowland Festivalı üçün Belçika Vizası

Tomorrowland dünyanın ən məşhur elektron musiqi festivallarından biri kimi hər il minlərlə insanı Belçikaya cəlb edir. Musiqi, səhnə şouları və unikal atmosferi ilə fərqlənən bu festival xüsusilə yay aylarında Avropaya səyahət planlayanlar üçün ən populyar seçimlərdən biridir. Festival Boom, Belgium şəhərində keçirilir və qısa müddətdə biletləri tükəndiyi üçün əvvəlcədən planlama böyük əhəmiyyət daşıyır. Azərbaycan vətəndaşları […]

Vizam.az 05 may 2026
Avstraliya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstraliya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstraliya, yüksək həyat standartları, inkişaf etmiş şəhərləri və unikal təbiəti ilə dünyanın ən çox maraq göstərilən ölkələrindən biridir. Sidney və Melburn kimi məşhur şəhərlər, Böyük Sədd Rifi kimi təbii möcüzələr və geniş səyahət imkanları Avstraliyanı həm turizm, həm də işgüzar səfərlər üçün cəlbedici edir. Avstraliyaya səyahət etmək üçün Azərbaycan vətəndaşları əvvəlcədən viza əldə etməlidirlər. Avstraliya […]

Vizam.az 04 may 2026
Şengen Vizası ilə Monteneqroya Daxil Olmaq Olar?

Şengen Vizası ilə Monteneqroya Daxil Olmaq Olar?

Şengen vizası ilə Monteneqroya səyahət etmək məsələsi ən çox qarışdırılan mövzulardan biridir. Bir çox səyahətçi Monteneqronun Şengen zonasına daxil olduğunu düşünür və bu səbəbdən vizanın avtomatik keçərli olub- araşdırır. Əslində isə Monteneqro Avropa ölkəsi olsa da, Şengen sazişinə daxil deyil və öz sərhəd giriş qaydalarına malikdir. Bu səbəbdən Şengen vizası ilə Monteneqroya giriş məsələsi konkret […]

Vizam.az 01 may 2026
Avstraliya Vizası ilə Şengen Vizası Arasındakı Fərqlər Nələrdir?

Avstraliya Vizası ilə Şengen Vizası Arasındakı Fərqlər Nələrdir?

Səyahət planlayan insanların ən çox qarşılaşdığı suallardan biri Avstraliya vizası ilə Şengen vizası arasındakı fərqlərdir. Hər iki viza fərqli coğrafiyaları, fərqli qaydaları və müraciət proseslərini əhatə edir, buna görə də seçim etmək bəzən çətin ola bilir. Şengen vizası Avropanın bir çox ölkəsinə sərbəst səyahət imkanı yaratdığı halda, Avstraliya vizası daha uzaq regiona Avstraliya qitəsinə giriş […]

Vizam.az 01 may 2026
Polşa Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Polşa Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Polşa vizası Avropaya səyahət etmək və ya qısa müddətli işgüzar səfərlər planlayanlar üçün ən çox müraciət edilən vizalardan biridir. Polşa həm iqtisadi imkanları, həm də Şengen zonası daxilində yerləşməsi səbəbilə turistlər və iş məqsədli səfər edənlər üçün cəlbedici istiqamətlərdən hesab olunur. Bu viza vasitəsilə siz yalnız Polşaya deyil, digər Şengen ölkələrinə də sərbəst şəkildə səyahət […]

Vizam.az 29 aprel 2026