YAXIN ŞƏRQİN GÜNƏŞİ - İSRAİLƏ SƏYAHƏT VİZASI

Yeniləndi: 13 fevral 2025 3818 baxış 4 dəq. oxu

Yaxın Şərqin tarixi, dini torpaqları, coğrafiyası, qədim abidələri və tikililəri, Ölü dənizi və mühüm turizm obyektləri ilə tanınan, turistlərin sevimli ölkələrindən birinə çevrilmiş İsrail! İsrailə səyahət edən şəxslərin səfər məqsədi bir-birindən tamamilə fərqli ola bilər, ancaq hər birini birləşdirən nöqtə odur ki, onların hamısı bu ölkəyə ayaq basdığı andan heyran qalırlar. Səyahət tarixçənizin ən önəmli məntəqələrindən biri olacaq İsrailə səfər planlayırsınızsa, sizə lazım olacaq İsrail turizm vizası haqda ətraflı məlumatı bu məqalədə tapa bilərsiniz.

İsrail Viza Növləri

israel flag

İsrailə səyahət planlayırsınızsa, İsrail səyahət vizası əldə edərək bu planınızı reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz İsraildə uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə İsrailin müvafiq uzunmüddətli vizasına da müraciət edə bilərsiniz.

İsrail Turizm Vizası

israel visa entry passport stamp

İsrail vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir. Ancaq İsrail səfirliyi əksər hallarda Azərbaycan vətəndaşlarına vizanı qısamüddətli və təkgirişli olaraq verir.

Qeyd edək ki, İsrail vizası əksər hallarda müraciətçinin viza müraciəti əsnasında ərizə formasında və digər sənədlərində göstərdiyi səyahət müddətinə tam uyğun şəkildə verilir.

İsrail Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

İsrail vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökümət portalından iş arayışı*
  6. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
  8. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  9. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  10. 2 ədəd 5x5 ölçüdə, ağ fonda şəkliniz
  11. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  12. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  13. Səfərinizi tam əhatə edəcək və minimum 30.000 EUR dəyəri əhatə edən səyahət sığortası
  14. İngilis dilində doldurulmuş ərizə forması
  15. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
booking site

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni İsraildə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

calendar

Azərbaycan vətəndaşları viza müraciətini İsrailin Azərbaycandakı səfirliyinə edirlər.

Viza müraciəti etmək üçün əvvəlcədən görüş təyininə ehtiyac yoxdur. Bazar ertəsi – Cümə, saat 10:00 və 13:00 arası canlı növbədə durmaqla sənədləri təhvil vermək mümkündür.

Viza rüsumu 44 AZN-dir. Müraciətçi konsulluğa sənədlərini təqdim etdikdən sonra ona viza rüsumunun ödənişi üçün müvafiq çek verilir. Bu çek əsasında müraciətçi ödənişi bankda həyata keçirməli və ödənişin həyata keçirildiyinə dair qəbzi konsulluğa həmin gün təqdim etməlidir.

Viza proseduru, adətən, 7-10 iş günü davam edir.

 İsrail səfirliyi viza müraciəti zamanı müraciətçi ilə müsahibə aparır. Bundan əlavə, İsrail səfirliyi sənədləri təqdim etdikdən sonra bəzi hallarda otel və biletin alınmasını tələb edə bilər. Viza verilmədiyi təqdirdə isə əksər hallarda birbaşa imtina vermirlər, əvəzində İsraildə yaşayan hər hansı bir şəxsin rəsmi dəvət məktubunu istəyirlər və o dəvət məktubu gəlmədiyi müddətcə viza prosedurunu dayandırırlar.

İsrail Vizası Alma Ehtimalı

embassy of israel

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi İsraildə də sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından yüksək olması (təcrübədə 600-700 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı da dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və yaxşı səyahət tarixçənizin olması sizin İsrail vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün İsrail vizasına müraciət riskli hesab olunur. Profilinizdəki digər nüanslar (yuxarıda sadalananlar) çox yüksək və yaxşı vəziyyətdə olduğu, həmçinin İsraildən rəsmi dəvət məktubunuz olduğu halda səyahət tarixçəniz olmasa belə İsrail vizasını alma şansınız ola bilər. Hər bir halda səyahət tarixçənizin yaxşı olması sizin İsrail vizasını əldə etməyinizə birbaşa təsir göstərən amildir.

İsrailə Viza Dəstəyi

tower of david

Biz Vizam.az şirkəti olaraq sizə İsrail vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə İsrail səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 95 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Yeniləndi: 24.01.2025

Oxşar yazılar:

Uşaqlı Ailələr Üçün Ən Rahat Viza Rejiminə Malik Ölkələr

Uşaqlı Ailələr Üçün Ən Rahat Viza Rejiminə Malik Ölkələr

Uşaqlı ailələr üçün səyahət planlaşdırmaq bəzən düşündüyünüzdən daha çətin ola bilər. Xüsusilə də viza prosedurları, sənəd toplamaq və gözləmə müddətləri valideynlər üçün əlavə stress yaradır. Buna görə də, Azərbaycan vətəndaşları üçün uşaqlı ailələrə ən rahat viza rejiminə malik ölkələr barədə düzgün məlumat toplamaq vacibdir. Bu yazıda sizə viza tələb etməyən və ya asan viza ilə […]

Vizam.az 10 oktyabr 2025
Şengen Vizası Üçün Ən Düzgün Müraciət Vaxtı Hansıdır?

Şengen Vizası Üçün Ən Düzgün Müraciət Vaxtı Hansıdır?

Şengen vizası Avropaya səyahət etmək istəyən Azərbaycan vətəndaşlarının ən çox müraciət etdiyi viza növlərindən biridir. Lakin bu viza növünə müraciət zamanı ən vacib məsələlərdən biri doğru vaxtda müraciət etməkdir. Çünki səfirliklər və viza mərkəzləri, xüsusilə də yay mövsümündə və bayram ərəfələrində çox sayda müraciət qəbul edir və nəticədə görüş tapmaq çətinləşir. Doğru müraciət vaxtını seçmək, […]

Vizam.az 09 oktyabr 2025
Macarıstan Vizası Necə Ala Bilərəm?

Macarıstan Vizası Necə Ala Bilərəm?

Macarıstana səfər planlaşdırırsınızsa, ilk addım Macarıstan vizası almaqdır. Azərbaycan vətəndaşları üçün Macarıstan Şengen zonasına daxil olan ölkə olduğundan, səyahət üçün Şengen vizası tələb olunur. Viza müraciəti prosesində diqqət etməli olduğunuz əsas mərhələlərdən biri Macarıstan səfirliyi görüşü (Hungary visa appointment Baku) və BLS Hungary Azerbaijan vasitəsi ilə randevu almaqdır. Macarıstan turist vizası üçün müraciət edənlər əvvəlcə […]

Vizam.az 08 oktyabr 2025
Viza Üçün Dəvət Məktubu Necə Yazılır?

Viza Üçün Dəvət Məktubu Necə Yazılır?

Viza müraciəti zamanı ən çox diqqət edilən sənədlərdən biri də dəvət məktubudur. Bu sənəd həm səfirlik, həm də konsulluq əməkdaşları üçün müraciətçinin səfərinin məqsədini aydın şəkildə göstərən sübut hesab olunur. Dəvət məktubu, sadəcə bir yazı deyil o, sizin kim tərəfindən, nə məqsədlə və hansı şəraitdə dəvət olunduğunuzu təsdiq edən rəsmi sənəddir. Bir çox hallarda düzgün […]

Vizam.az 08 oktyabr 2025
Viza Rədd Cavabı Aldıqdan Sonra Nə Etmək Lazımdır?

Viza Rədd Cavabı Aldıqdan Sonra Nə Etmək Lazımdır?

Viza müraciəti zamanı hər kəsin ümidi eynidir cavabın “müsbət” olması. Lakin bəzən bütün sənədlər qaydasında olsa belə, səfirlik “viza rədd cavabı” göndərə bilər. Bu, dünyanın istənilən ölkəsində və istənilən müraciətçi üçün baş verə bilən normal haldır. Əsas məsələ bu cavabı düzgün analiz etmək və növbəti addımı planlaşdırmaqdır.Bu yazıda viza rəddindən sonra nə etməli, təkrar müraciət […]

Vizam.az 07 oktyabr 2025
Rumıniya Vizası Necə Ala Bilərəm?

Rumıniya Vizası Necə Ala Bilərəm?

Avropanın mərkəzində yerləşən və zəngin mədəniyyəti ilə seçilən Rumıniya son illərdə Azərbaycan vətəndaşları üçün ən çox maraq doğuran turizm istiqamətlərindən birinə çevrilib. Orta əsr qalaları, Drakula əfsanəsi ilə məşhur olan Bran qəsri, Karpati dağlarının möhtəşəm mənzərələri, eləcə də paytaxt Buxarestin tarixi və müasirliyi birləşdirən atmosferi turistlərin diqqətini cəlb edir. Bundan əlavə, Rumıniyanın münasib qiymətləri və […]

Vizam.az 02 oktyabr 2025
Avropada Ən Ucuz Səyahət Ediləcək Şəhərlər

Avropada Ən Ucuz Səyahət Ediləcək Şəhərlər

Avropaya səyahət etmək bir çox insanın arzusudur. Lakin bəzən yüksək qiymətlər bu arzunun reallaşmasına mane olur. Əslində isə Avropada elə şəhərlər var ki, həm ucuz, həm də zəngin mədəniyyət və tarixi irsi ilə turistlər üçün ideal seçimdir. 2025-ci ildə səyahət trendlərinə əsasən büdcə dostu istiqamətlərə maraq daha da artıb. Çünki səyahətçilər həm yeni ölkələr kəşf […]

Vizam.az 02 oktyabr 2025
Kripto ilə Hansı Ölkələrə Səyahət Etmək Olur?

Kripto ilə Hansı Ölkələrə Səyahət Etmək Olur?

Son illərdə kripto valyutalar təkcə investisiya aləti deyil, həm də səyahətçilər üçün rahat ödəniş vasitəsinə çevrilib. Bitcoin, Ethereum və digər rəqəmsal valyutalar sayəsində turistlər artıq valyuta dəyişmə, bank komissiyaları və nağd pul daşıma problemlərini minimuma endirə bilirlər. Dünyanın bir çox ölkəsi indi kripto ödənişlərini qəbul edir, hotellər, restoranlar, kafe və hətta turistik xidmətlərdə rəqəmsal valyutalarla […]

Vizam.az 29 sentyabr 2025
Tayland Vizası Haqqında Bilmədikləriniz

Tayland Vizası Haqqında Bilmədikləriniz

Tayland son illərdə azərbaycanlı səyahətçilərin ən çox seçdiyi istiqamətlərdən birinə çevrilib. İstər ekzotik adaları, istərsə də zəngin mədəniyyəti ilə bu ölkə dünyanın hər yerindən turistləri cəlb edir. Bangkokun rəngarəng küçələri, Pattayanın əyləncə dolu gecə həyatı, Phuket və Koh Samui kimi adaların təmiz çimərlikləri Taylandı “cənnət məkanı” kimi göstərir. Lakin Taylanda səyahət planlayan hər kəsin qarşılaşdığı […]

Vizam.az 29 sentyabr 2025
Booking Promokodu Necə Əldə Etmək Olar?

Booking Promokodu Necə Əldə Etmək Olar?

Səyahət etmək hər birimizin həyatına unudulmaz anlar qatır, lakin otel rezervasiyaları və digər xərclər bəzən büdcəyə ciddi təsir edə bilər. Xoşbəxtlikdən, Booking.com promokodları səyahətsevərlərə bu məsrəfləri azaltmaq və daha sərfəli qalmaq imkanı verir. Promokodlar, müəyyən tarixlərdə və ya seçilmiş otellərdə istifadə edildikdə, əlavə endirimlər və güzəştlər təqdim edir. Bu, xüsusilə səyahət planlaması zamanı büdcəsini düzgün […]

Vizam.az 26 sentyabr 2025