XORVATİYA VİZASINI NECƏ ƏLDƏ EDƏ BİLƏRİK?

Yeniləndi: 13 fevral 2025 14408 baxış 4 dəq. oxu

Avropada yerləşən, Avropa Birliyinə üzv olan, ancaq Şengen ölkəsi olmayan Xorvatiya il ərzində milyonlarla turistin üz tutduğu bir ölkədir. Turistlərin məhz bu ölkəni seçməsi üçün isə yetəri qədər səbəblər mövcuddur. Paytaxt Zaqreb şəhəri, Dubrovnik, Trogir, Rovinc kimi kurort və turistik zonalarına, Aralıq dənizi boyunca uzanan günəşli çimərlik sahillərinə və saymaqla bitməyəcək özəlliklərə sahib olan bu ölkənin bütün dünyanın marağını cəlb etməyi çox normaldır. Əgər siz də səyahət hədəfi olaraq özünüzə Xorvatiyanı seçmisinizsə, Xorvatiya vizası ilə bağlı bütün məlumatları bu məqalədən əldə edə bilərsiniz.

Xorvatiya Viza Növləri

Xorvatiyaya planladığınız səyahətinizi Xorvatiya turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Xorvatiyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Xorvatiya milli vizasına da müraciət edə bilərsiniz. 

Xorvatiya Turizm Vizası

Xorvatiya vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Xorvatiya vizası əksər hallarda müraciətçinin viza müraciəti əsnasında ərizə formasında və digər sənədlərində göstərdiyi səyahət müddətinə tam uyğun şəkildə verilir.

Xorvatiya 1 iyul 2013-cü ildən etibarən Avropa Birliyinin üzvüdür, lakin Şengenə daxil deyildir. Əlbəttə ki, Xorvatiya Avropa Birliyinə daxil olduğu üçün aktiv Şengen vizası olan şəxslərə Xorvatiyaya səyahət edə bilmək üçün asanlaşdırılmış bir rejim hazırlamışdır. Belə ki, 2014-ci ilin yanvar ayının 22-dən etibarən Xorvatiya Respublikası Şengen vizası ilə ölkəsində tranzit və ya qısa-müddətli səfər edən şəxslər üçün azad viza rejiminin tətbiqi haqda qərar qəbul etdi. Bu qərarə əsasən, həmiçin Azərbaycan vətəndaşları aktiv çoxgirişli Şengen vizasına sahib olduqları təqdirdə bu viza ilə Xorvatiya ərazisinə daxil ola və vizanın qüvvədə qaldığı tarix müddətində bu ölkədə maksimum 90 gün qala bilərlər. Ancaq mütləq şəkildə çoxgirişli Şengen vizasına sahib olunmalıdır.

Xorvatiya Vizası Müraciəti üçün Sənədlər Toplusu

Xorvatiya vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  7. 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  8. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. Səfərinizi tam əhatə edəcək və minimum 30.000 EUR dəyəri əhatə edən səyahət sığortası
  11. İngilis dilində doldurulmuş ərizə forması
  12. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Xorvatiyada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.500-4.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Əgər şəxsin aktiv çoxgirişli Şengen vizası yoxdursa, bu halda Xorvatiya vizası almalıdır. Bunun üçün həm Xorvatiyanın Bakıdakı viza mərkəzi olan VFS Globala, həm də Xorvatiyanın Bakıdakı səfirliyinə müraciət etmək olar. Qərar səfirliyin konsulluq şöbəsində konsul tərəfindən verilir. 

Viza müraciətiniz zamanı səfirlikdə şəxsən iştirak etməyiniz tələb olunur.

Qeyd edək ki, Xorvatiya vizası üçün səfirliyə müraciət etmiş şəxslərin viza nəticəsi, adətən, 5-15 iş günü ərzində bəlli olur.

Viza rüsumu isə bir nəfər üçün 35 avro olaraq nəzərdə tutulub. Əgər siz, uzunmüddətli vizaya müraciət etmək istəyirsinizsə, bu halda səfirliyə ödəyəcəyiniz rüsum 100 avro olaraq təyin edilib. Rüsum sənədləri təqdim edərkən nağd şəkildə, avro ilə ödənilir.

Xorvatiya Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Xorvatiyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Xorvatiya vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Xorvatiya səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Həmçinin, hər bir halda sizin daha öncə vizalarınızın olması Xorvatiya vizası alma ehtimalınızı yüksəldən faktorlardan biridir.

Xorvatiyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Xorvatiya vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə və ya viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Xorvatiya səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

İspaniya Viza Müraciəti Prosesi Necə Gedir?

İspaniya Viza Müraciəti Prosesi Necə Gedir?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün ilk addımlardan biri İspaniya vizası üçün düzgün və tam şəkildə müraciət etməkdir. Turizm, iş və ya təhsil məqsədilə İspaniyaya viza almaq istəyən şəxslər müəyyən sənədləri hazırlamalı və rəsmi İspaniya viza müraciəti proseduruna uyğun şəkildə müraciət etməlidirlər. Azərbaycan vətəndaşları üçün Spain visa Azerbaijan müraciətləri adətən İspaniya viza mərkəzi vasitəsilə […]

Vizam.az 11 mart 2026
TLS Contact Baku Viza Müraciət Prosesi

TLS Contact Baku Viza Müraciət Prosesi

TLScontact viza müraciət prosesində bir çox ölkənin səfirlikləri ilə əməkdaşlıq edən rəsmi viza müraciət mərkəzlərindən biridir. Azərbaycanda da fəaliyyət göstərən TLSContact Baku mərkəzi vasitəsilə xüsusilə Şengen ölkələrinə viza müraciətləri qəbul edilir və müraciət edən şəxslərə görüş təyini, sənədlərin təqdim edilməsi və biometrik məlumatların toplanması kimi xidmətlər göstərilir. Bu səbəbdən internetdə istifadəçilər tez-tez tlscontact baku, tls […]

Vizam.az 10 mart 2026
Yeni Zelandiya Viza Müraciəti Prosesi

Yeni Zelandiya Viza Müraciəti Prosesi

Yeni Zelandiya Viza Müraciəti Prosesi xaricə səyahət planlaşdıran şəxslər üçün vacib mərhələlərdən biridir. Turizm, təhsil və ya iş məqsədilə Yeni Zelandiyaya getmək istəyən şəxslər əvvəlcədən uyğun viza növünü seçərək müraciət etməlidirlər. Viza müraciəti zamanı sənədlərin düzgün hazırlanması, müraciət formunun tam doldurulması və bütün tələblərin yerinə yetirilməsi müsbət nəticə almaq üçün böyük əhəmiyyət daşıyır. Yeni Zelandiya […]

Vizam.az 06 mart 2026
Almaniya Vizası Almaq: Almaniya Şengen Vizası

Almaniya Vizası Almaq: Almaniya Şengen Vizası

Almaniya Avropada ən çox ziyarət edilən və işləmək, təhsil almaq və yaşamaq üçün seçilən ölkələrdən biridir. Hər il minlərlə Azərbaycan vətəndaşı almaniyaya getmək üçün almaniya vizası müraciəti edir. Səyahət, ailə ziyarəti, təhsil və ya karyera məqsədilə plan qurursunuzsa, ilk addım doğru almaniya viza almaq prosesini bilməkdir. Qısamüddətli səfərlər üçün ən çox müraciət edilən növ almaniya […]

Vizam.az 05 mart 2026
Sinqapur Vizası üçün Müraciət Prosesi

Sinqapur Vizası üçün Müraciət Prosesi

Sinqapur vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün müraciət prosesi olduqca sistemli və aydın qaydalarla tənzimlənir. Sinqapur Cənub-Şərqi Asiyada yerləşən, yüksək həyat səviyyəsi, güclü iqtisadiyyatı və müasir infrastrukturu ilə seçilən bir dövlətdir. Sinqapura viza almaq üçün tələb olunan sənədlər, sinqapur viza rüsumu, müraciət forması və baxılma müddəti səfərin məqsədindən (turistik, işgüzar, təhsil və s.) asılı olaraq […]

Vizam.az 02 mart 2026
Hollandiya Viza Almaq Prosesi Necə Gedir?

Hollandiya Viza Almaq Prosesi Necə Gedir?

Avropada həm təhsil, həm karyera, həm də yüksək həyat standartları ilə seçilən ölkələrdən biri olan Niderland son illər azərbaycanlıların ən çox maraq göstərdiyi istiqamətlər sırasındadır. İstər hollandiyada tehsil, istər hollandiyada islemek, istərsə də hollandiyada yasamaq planınız olsun, ilk addım düzgün və rəsmi şəkildə hollandiya viza almaq prosesini başa düşməkdir. Bir çox insan “hollandiyaya nece getmek […]

Vizam.az 25 fevral 2026
Sponsorluq Haqqında Arayış Nədir və Necə Hazırlanır?

Sponsorluq Haqqında Arayış Nədir və Necə Hazırlanır?

Sponsorluq haqqında arayış bir şəxsin və ya qurumun digər şəxsin xərclərini könüllü şəkildə üzərinə götürdüyünü rəsmi şəkildə təsdiq edən sənəddir. Bu sənəd ən çox viza müraciətlərində, təhsil prosesində, tədbir və layihələrdə, eləcə də müxtəlif rəsmi prosedurlarda tələb olunur. Sadə dildə desək, “sponsor nədir?” sualına cavab olaraq sponsor maliyyə və ya maddi dəstək göstərən tərəfdir, sponsorluq […]

Vizam.az 24 fevral 2026
Yunanıstan Səfirliyi ilə Yunanıstan Vizası

Yunanıstan Səfirliyi ilə Yunanıstan Vizası

Azərbaycan vətəndaşları üçün yunanistan viza müraciəti, yunanıstan səfirliyi Bakı vasitəsilə həyata keçirilir. Yunanıstan viza almaq istəyən şəxslər əsasən turist səfərləri, işgüzar görüşlər və ya qısamüddətli təhsil üçün müraciət edirlər. Yunanıstan vizası Şengen ölkələrinə aid olduğu üçün yunanistan schengen vizesi kateqoriyasına daxildir və bu viza ilə yalnız Yunanıstan deyil, bütün Şengen ölkələrinə səyahət etmək mümkündür. Yunanıstan […]

Vizam.az 24 fevral 2026
İspaniya Viza Müraciəti Necə Edə Bilərik?

İspaniya Viza Müraciəti Necə Edə Bilərik?

İspaniya son illərdə Azərbaycan vətəndaşları üçün ən çox seçilən Avropa istiqamətlərindən biridir. İstər turizm, istər təhsil, istərsə də iş məqsədilə İspaniyaya viza almaq istəyənlərin sayı sürətlə artır. Buna görə də “ispaniya viza müraciəti”, “ispaniya vizası”, “ispaniya şengen vizası”, “ispaniya turist vizası” və “azərbaycan ispaniya viza” kimi axtarışlar Google-da ən çox edilən sorğular sırasındadır. Əgər siz […]

Vizam.az 24 fevral 2026
Fransa Səfirliyi vasitəsilə Fransa vizası müraciəti

Fransa Səfirliyi vasitəsilə Fransa vizası müraciəti

Fransa vizası almaq istəyirsinizsə, düzgün və rəsmi prosedurları bilmək çox vacibdir. İstər Fransa turist vizası, istər Fransa iş vizəsi, istərsə də Fransa Şengen vizası üçün müraciət edərkən sənədlərin düzgün hazırlanması və müraciətin vaxtında edilməsi əsas şərtlərdəndir. Bir çox müraciətçi Fransa səfirliyi viza müraciəti prosesi, tələb olunan sənədlər və müraciət qaydaları barədə ətraflı və dəqiq məlumata […]

Vizam.az 19 fevral 2026