XƏYALLARINIZI GERÇƏK EDƏCƏK NORVEÇ ŞENGEN VİZASI

Vizam.az 11 may 2020 6552 baxış 5 dəq. oxu

Bütün səyahətçilərin xəyallarını bəzəyən, şəkillərdə qarlı, şaxtalı, sakit təbiətinin və coğrafiyasının gözəlliyi ilə hər kəsi özünə aşiq edən Norveç. Artıq Norveçi şəkillərdən yox, öz gözlərinizlə görməyin vaxtının gəldiyini düşünürsünüzsə, sadəcə bir Norveç Şengen vizası bu arzunuzu reallığa çevirə bilər. Norveç vizası haqda bütün məlumatları bu məqalədə oxuyacaqsınız.

Norveç Viza Növləri

Norveç Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Norveç Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Norveçdə müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Norveç milli vizasına da müraciət edə bilərsiniz.

Norveç Şengen Vizası

Norveç Şengen vizası digər Şengen vizaları kimi təkgirişli və çoxgirişli ola bilir. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Norveç Şengen vizasını əldə etdikdən sonra səyahətiniz ərzində istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Norveçdən edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Norveç vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Norveç Şengen vizasına müraciət etdiyiniz təqdirdə səyahət müddətiniz ərzində ən çox qalacağınız ölkə kimi Norveçi göstərməlisiniz. Əksər hallarda Norveçə səyahət planlayan şəxslər öz tur planlarına digər Avropa ölkələrini, xüsusən də Finlandiya, İsveç kimi Skandinav ölkələrini də əlavə edirlər. Səyahət tur planınızda Norveçdən əlavə bu ölkələrin də yer alması viza müraciətinizdə sizə problem yaratmır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Norveç göstərməyiniz viza üçün məhz Norveç vizasına müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

Norveç Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Norveç Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Onlayn ödəniş çekinizin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Norveç Şengen vizası üçün müraciət Ankarada yerləşən Norveç Səfirliyinin Azərbaycandakı VFS Global adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Ankaradakı Norveç səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi iş saatları ərzində Norveç VFS Global viza müraciət mərkəzinin +994 12 310 57 03 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür. Lakin siz öncədən görüş təyin etmədən VFS Global şirkətinə yaxınlaşaraq sənədlərinizi təqdim edə bilərsiniz.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri halda şəxsən iştirakları mütləq deyil.

Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 4 həftə (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir. Bu müddətə sənədlərin Azərbaycandakı viza mərkəzindən Ankaradakı səfirliyə çatdırılması və geri qaytarılması və eyni zamanda müraciət Ankaradakı səfirlik tərəfindən qəbul edildikdən sonra qərarın verilməsi üçün tələb olunan 20-25 günü əhatə edir.

Viza rüsumu 35 avro ərizə formasını doldurduqdan və təsdiqlədikdən sonra onlayn şəkildə ödənilir. Sənədləri təqdim edərkən isə viza mərkəzinin xidmət haqqı olan 55 AZN, ikitərəfli kuryer xidmət haqqı 74 AZN və viza prosedurunun başa çatdığı və pasportun hazır olduğu barədə məlumat verməsi üçün SMS xidmət haqqı 3 AZN ödənilir. Bu ödənişlər nəğd şəkildə və yalnız manatla qəbul olunur.

Qeyd edək ki, əgər müraciətçi viza nəticəsinin 4 həftədən daha tez bəlli olmasını istəyirsə, sənədlərinin Ankaraya daha tez gedib-qayıtması üçün Premium Təcili çatdırılma xidmətindən istifadə edə bilər. Bu zaman kuryer xidmət haqqını 74 AZN deyil, 208 AZN ödəməlidir. Premium Təcili çatdırılma prosesini tezləşdirmək olar. Bu halda, sənədlərin Ankaraya çatdırılması və geri qaytarılması 2 həftə deyil, 5 iş günü çəkir. Bu xidmətin səfirlikdə olan viza prosedurunun müddətinə heç bir təsiri yoxdur. Lakin, təcrübəmiz göstərir ki, təcili biznes səfərlərində və ya konfrans iştiraklarında dəvət edən qurum Ankaradakı səfirliklə əlaqə saxlayıb, qəararın 15 gündən daha tez, hətta bir iş gününə verilməsini təmin edə bilər.

Norveç Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Norveçdə də sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından biraz yüksək olması (təcrübədə 450-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Norveç Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə heç bir Şengen vizası olmayan şəxslər üçün Norveç səfirliyi ilk viza müraciəti seçimi olaraq nisbətən riskli görülə bilər. Təcrübəmizdə ilk Şengen vizasını Norveç səfirliyindən almış bir çox müraciətçi olmasına baxmayaraq, profilinizdəki digər nüansların (yuxarıda sadalanan) yüksək vəziyyətdə olduğu hallar istisna olmaqla, Norveç səfirliyi ilk Şengen vizanızı almaq üçün riskli səfirlikdir. Hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin Norveç səfirliyindən viza alma ehtimalınızı yüksəldən faktordur.

Norveçə Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Norveç Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Norveç Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Nağıllar aləmi Norveçə xoş gəlmisiniz! Xoş səyahətlər!

Yenilənib: 17.01.2025

Oxşar yazılar:

SİRLİ, SEHRLİ PRAQA – ÇEXİYAYA SƏYAHƏT

SİRLİ, SEHRLİ PRAQA – ÇEXİYAYA SƏYAHƏT

Çexiya, tarixi abidələri, möhtəşəm memarlığı və rəngarəng mədəniyyət festivalları ilə tanınan bir ölkədir. Avropanın mərkəzində yerləşməsi, onu həm tarixsevərlər, həm də müasir səyahətçilər üçün əlçatan edir. Bu ölkənin ürəyində yerləşən Praqa, keçmişin və indinin, mədəniyyətin və incəsənətin birləşdiyi bir şəhər kimi parlayır. Lakin Brno, Ostrava, Plzen, Karlovı Varı kimi digər şəhərlər və kəndlər də özünəməxsus […]

Vizam.az 25 fevral 2025
HOLLANDİYA ŞENGEN VİZASI

HOLLANDİYA ŞENGEN VİZASI

Ölkəsində narıncının hökm sürdüyü, lakin şəhərlərindəki bütün rənglərin harmoniyasının möhtəşəm mənzərələr yaratdığı, incəsənət və mədəniyyəti, xüsusilə muzeyləri ilə dünya miqyasında tanınan Hollandiya! Hər il 20 milyondan çox turist Hollandiya’ya səyahət edərək yadda qalan anlar yaşayır. Əgər siz də bu turist cərgəsində yer almaq istəyirsinizsə, Hollandiya Şengen vizasını əldə etmək planlarınızın başlanğıcı olacaq. Hollandiya vizası haqqında […]

Vizam.az 25 fevral 2025
YER KÜRƏSİNİN CƏNNƏTİ – İSVEÇRƏYƏ SƏYAHƏT

YER KÜRƏSİNİN CƏNNƏTİ – İSVEÇRƏYƏ SƏYAHƏT

İsveçrə, Avropanın mərkəzində yerləşən kiçik, lakin fövqəladə müxtəlifliyi ilə seçilən bir ölkədir. Ərazisinin 60%-dən çoxunu Alp dağları təşkil edir ki, bu da onu dünyanın ən gözəl təbiət mənzərələrindən birinə çevirir. Paytaxtı Bern olan İsveçrə, Cenevrə, Sürix və Bazel kimi kosmopolit şəhərləri ilə tanınır. Ölkə 26 kantondan ibarətdir və dörd rəsmi dilə sahibdir: Alman, Fransız, İtalyan […]

Vizam.az 25 fevral 2025
AVROPANIN ÜRƏYİ – POLŞAYA SƏYAHƏT

AVROPANIN ÜRƏYİ – POLŞAYA SƏYAHƏT

Polşa, Avropanın mərkəzində yerləşən, zəngin tarixi, heyrətamiz memarlığı və təbii gözəllikləri ilə hər kəsi özünə cəlb edən bir ölkədir. Orta əsrlərdən qalma şəhərləri, milli parkları və yerli mətbəxi ilə Polşa, səyahətçilərə həm mədəni, həm də təbiət baxımından dolğun bir təcrübə təqdim edir. Gəlin, bu möhtəşəm ölkəni daha yaxından tanıyaq və Polşaya səyahət üçün faydalı tövsiyələri […]

Vizam.az 24 fevral 2025
ŞEKSPİRİN VƏTƏNİNİ ZİYARƏT ET – BİRLƏŞMİŞ KRALLIQ VİZASI

ŞEKSPİRİN VƏTƏNİNİ ZİYARƏT ET – BİRLƏŞMİŞ KRALLIQ VİZASI

Birləşmiş Krallıq, tarixi və mədəni zənginliyi ilə dünyada özünəməxsus yer tutur. Bu möhtəşəm ölkə həm Şekspirin vətəni, həm də çoxsaylı turistik yerləri ilə tanınır. Əgər siz də İngiltərənin incə mədəniyyətini, tarixi abidələrini və möhtəşəm şəhərlərini kəşf etmək istəyirsinizsə, ilk addımınız Birləşmiş Krallıq vizasını əldə etmək olmalıdır. Gəlin, həm Şekspirin mədəniyyət dünyasına səyahət edək, həm də […]

Vizam.az 20 fevral 2025
BUZÜSTÜ XOKKEYİN VƏTƏNİ – KANADAYA SƏYAHƏT ET

BUZÜSTÜ XOKKEYİN VƏTƏNİ – KANADAYA SƏYAHƏT ET

Kanada, milyonlarla insanın arzuladığı ölkələr arasında xüsusi və möhtəşəm bir yer tutur. Hər il təxminən 50 milyon turist bu ölkəni ziyarət edir. Ölkənin coğrafiyası, unikal təbiəti, iqlimi və Toronto, Ottava, Monreal, Vankuver kimi tanınmış şəhərləri ilə yanaşı, Niaqara şəlaləsi kimi saysız-hesabsız turizm məkanları Kanadanı hər kəs üçün “ideal səyahət nöqtəsinə” çevirib. Məsələn, Toronto ölkənin iqtisadi […]

Vizam.az 19 fevral 2025
İTALİYAYA “CİAO” DEYİN – İTALİYA TURİZM VİZASI

İTALİYAYA “CİAO” DEYİN – İTALİYA TURİZM VİZASI

İtaliya deyəndə ağlınıza yalnız makaron, pizza və s. gələ bilər. Lakin, İtaliya zəngin tarixi, sənət dolu küçələri, rəngarəng mədəniyyət festivalları və təbiətin möcüzəvi mənzərələri ilə dolu, hər küncündə bir nağıl, hər addımında isə unudulmaz bir xatirə daşıyan bir ölkədir. Hər bir daş parçası, hər bir küçə, min illərin sirlərini özündə cəmləşdirir; qədim Roma imperiyasının şanlı […]

Vizam.az 18 fevral 2025
SOYUQ MÜHARİBƏNİ İLİKLƏRİNDƏ HİSS ET – BERLİNƏ SƏYAHƏT ÜÇÜN NƏ ETMƏLİ?

SOYUQ MÜHARİBƏNİ İLİKLƏRİNDƏ HİSS ET – BERLİNƏ SƏYAHƏT ÜÇÜN NƏ ETMƏLİ?

Berlin, Almaniyanın paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, Avropanın ən dinamik və maraqlı metropolllarından biridir. Bu şəhər, həm zəngin tarixi irsi, həm də müasir mədəniyyəti ilə ziyarətçilərə unikal bir təcrübə təqdim edir. Berlin, İkinci Dünya Müharibəsi və Soyuq Müharibə dövrlərində dünya tarixində mühüm rol oynamış, Berlin divarının süqutu ilə isə birləşmənin və azadlığın simvoluna […]

Vizam.az 18 fevral 2025
XƏYALLARIN ŞƏHƏRİ – NYU-YORKA SƏYAHƏT

XƏYALLARIN ŞƏHƏRİ – NYU-YORKA SƏYAHƏT

Nyu-Yorkun insanlar üçün nə qədər cazibədar və unudulmaz bir şəhər olduğu hamıya məlumdur. Nyu-York, yalnız bir şəhər deyil, bir xəyaldır. Mərkəzi Parkda gəzintilər, Times Square-in parlaq işıqları, Empire State Building-dən şəhər mənzərəsi, Broadway şouları və Azadlıq heykəlinin nəfəs kəsən görüntüsü… Bu şəhər, hər kəsin ömründə bir dəfə də olsa görmək istədiyi yerlərdən biridir. Lakin, Nyu-Yorkun […]

Vizam.az 18 fevral 2025
BRAZİLİYA TURİST VİZASI

BRAZİLİYA TURİST VİZASI

Cənubi Amerikanın ən böyük ölkəsi olan Braziliya, hər il 10 milyondan çox turisti özünə cəlb edir. Öz coğrafiyası, Atlantik Okeanı sahilləri, xüsusilə Rio de Janeyro şəhərinin unikal gözəlliyi, canlı həyat tərzi və dünyanın yeni yeddi möcüzəsindən biri sayılan İsa Məsih heykəli ilə tanınır. Braziliyaya səyahət bir çox turistin arzusudur. Əgər siz də bu arzunu həyata […]

Vizam.az 10 fevral 2025