Vizam.az və AZAL Miles-dan Səyahətçilər üçün Xüsusi Təklif

Yeniləndi: 05 avqust 2026 1830 baxış 4 dəq. oxu

Miles kartlar, səyahət edənlər üçün hazırlanmış xüsusi bank kartlarıdır. Bu kartlar, istifadəçilərinə ödədikləri hər alış-veriş üçün "mil" (miles – uzaqlıq ölçüsü) adı verilən bonus xalları, millər toplama imkanı yaradır. Bu xallar, müəyyən şərtlər və qaydalarla hava yollarının uçuşlarında, otel rezervasiyalarında, avtomobil kiralamada və digər səyahət xidmətlərində istifadə oluna bilər. Miles kartları, xüsusilə tez-tez səyahət edənlər və tətillərinə dəyərli təcrübələr əlavə etmək istəyənlər üçün çox faydalıdır.

AZAL Miles kartları nədir və hansı üstünlüklər təqdim edir?

AZAL Miles proqramı, Azərbaycan Hava Yolları (AZAL) tərəfindən təqdim olunan sadiqlik sistemidir. Bu sistem çərçivəsində istifadəçilər, AZAL Hava Yolları ilə etdikləri uçuşlara, eləcə də digər xidmətlərdən istifadəyə görə mil toplayır və bu milləri müxtəlif üstünlüklər üçün istifadə edə bilirlər. 

Proqram çərçivəsində fərqli statusları olan 5 kart növü mövcuddur: Klassik, Silver, Qold, Platinum və Elit. Hər bir kart növü özünəməxsus üstünlüklər təqdim edir və bu üstünlüklər müştərinin səyahət tezliyindən və topladığı millərin miqdarından asılı olaraq artır.

Klassik kart ilə üzvlüyə başlayan istifadəçilər zamanla millər toplayır və kart statusları yüksəldikcə əlavə baqaj limiti, prioritet check in, qeydiyyat və təhlükəsizlik yoxlamasında üstünlük, yüksək mil toplama faizi, biznes salonlarına giriş və digər eksklüziv imkanlar qazanırlar. AZAL Miles kartları vasitəsilə toplanan millər yalnız uçuş biletlərinin alınması üçün deyil, həm də sinif yüksəlişi (economy-dən business class-a keçid), baqaj əlavə etmə və digər xidmətlər üçün də istifadə edilə bilər. 

İstifadəçi bu kartı qeydiyyatdan keçməklə əldə edə bilər və topladığı milləri şəxsi hesabından onlayn izləyə bilər. Həmçinin Vizam.az kimi AZAL Miles partnyorları ilə əməkdaşlıq sayəsində mil toplama imkanları artıq yalnız uçuşlarla məhdudlaşmır. Viza xidmətlərindən tutmuş turistik xidmətlərə qədər bir çox sahədə alış-veriş etdikcə AZAL Miles balansı artır.

Azal Miles və Vizam.az arasında qurulumuş əməkdaşlığa əsasən səyahətçilər aşağıdakı 3 faydadan yararlana bilərlər:

1. Viza Müraciətlərinizdə AZAL Miles-dan mil Qazanın!

Vizam.az istifadəçilərinə səyahət zamanı daha çox üstünlük təqdim etmək üçün AZAL Miles proqramı ilə yeni əməkdaşlığa imza atdı. Bu əməkdaşlıq çərçivəsində artıq Vizam.az üzərindən aldığınız viza xidmətlərinə görə AZAL Miles hesabınıza millər əlavə olunacaq.

Viza növündən asılı olmayaraq, Vizam.az ilə istər turistik, istər təhsil, istərsə də işgüzar səfərlər üçün viza müraciəti zamanı hər sifarişiniz sizə həm peşəkar viza dəstəyi, həm də əlavə mil qazancı gətirəcək. Topladığınız millərlə gələcək AZAL uçuşlarınızı daha sərfəli həyata keçirə biləcəksiniz.

Qaydalar:

- Vizam.az-da viza müraciəti zamanı AZAL Miles iştirakçı nömrənizi təqdim etməyi unutmayın.

- Millər sifariş tamamlandıqdan sonra 14 gün tamamında balansınıza əlavə olunacaq.

- Vizam.az Viza Dəstəyinə görə (buraya səfirlik və digər Vizam.az xidmət haqqına daxil edilməyən rüsumlar daxil deyil) ödənilən hər 1 AZN qarşılığında 3 Mil qazanacaqsınız.

2. AZAL Milləri ilə Viza Xidməti Əldə Et!

Artıq vizaya müraciət edərkən yalnız pul xərcləmək məcburiyyətində deyilsiniz. Topladığınız Azal millərini vizam.az-ın təqdim etdiyi viza dəstəyi xidmətlərinə yönləndirərək həm rahatlıq, həm də qənaət əldə edə bilərsiniz. Bu imtiyaz sayəsində siz uçuşlardan qazandığınız milləri yalnız bilet üçün deyil, vizaya müraciət zamanı da istifadə edə bilirsiniz.

Bu əməkdaşlıqla siz:

  • Xərclərinizə qənaət edirsiniz – millərinizi xidmət haqqının ödənilməsinə sərf edə bilərsiniz.
  • Səyahətinizi daha sərfəli planlayırsınız – həm uçuş, həm də viza xərclərinizi millərlə bağlamaq imkanı yaranır.
  • Tam rahatlıq əldə edirsiniz – vizam.az-ın mütəxəssisləri sənədlərinizi hazırlayır, siz isə millərinizi istifadə edərək əlavə pul ödəmədən vizaya müraciət edirsiniz.

Azal Miles və Vizam.az əməkdaşlığı ilə millərinizi daha ağıllı şəkildə xərcləyin və səyahətlərinizi bir addım daha yaxın edin!

3. Platinum və Elite üzvlərinə xüsusi üstünlük!

Vizam.az və AZAl Miles əməkdaşlığı çərçivəsində Platinum və Elite üzvlər üçün xüsusi imkan yaradılıb. Artıq ildə bir dəfə vizam.az vasitəsilə viza xidmətlərini tamamilə ödənişsiz (viza rüsumları xaric olmaqla) əldə edə bilərsiniz.

Bu imtiyazla siz:

  • Heç bir əlavə xərc çəkmədən vizaya müraciət edə bilirsiniz.
  • Səyahətinizi daha rahat və sürətli şəkildə planlaya bilərsiniz.
  • Sadəcə bir neçə addımda vizanızı əldə edərək vaxtınıza qənaət edirsiniz.

Platinium və Elite üzvləri üçün bu üstünlük səyahəti daha əlçatan və stresssiz edir.

Uçuş Milləri Necə  Almaq olar?

Iştirakçı proqrama qoşulduqdan sonra ilk uçuş günü Xoşgəldin milləri alacaq.

  • İştirakçı proqrama qoşulduqdan sonra ilk uçuş günü Xoşgəldin milləri alacaq.
  • Qeydiyyatdan keçdikdən sonra iştirakçıya 300 Xoşgəldin milinin hesablandığı və ilk uçuşda hesablarına köçürüləcəyi barədə məlumat verilir.
  • Bundan əlavə, növbəti statusa yüksəlmə şərtlərinə uyğun olaraq yeni statusa yüksəlmə günü statusa uyğun olaraq Xoşgəldin milləri hədiyyə veriləcək.
  • Classic, Silver, Gold statusları üçün 300 mil;
  • Platinum, Elite statusları üçün 500 mil
  • İştirakçıya Xoşgəldin milləri barədə e-poçt vasitəsilə məlumat veriləcəkdir.

Doğum gününüzdə hədiyyə 300 doğum günü mili. Bütün proqram iştirakçıları doğum günlərində 300 uçuş mili əldə edəcəklər.

  • Doğum günü millərinin verilməsi qeydiyyat zamanı iştirakçı tərəfindən qeyd edilən doğum tarixinə görə hesablanır.
  • Doğum günü milləri qazanmaq üçün iştirakçı son 12 ayda ən azı 1 uçuş həyata keçirməlidir.
  • Doğum günü milləri iştirakçının doğum günü ilə eyni gündə uçuş mil balansına əlavə edilir.
  • İştirakçıya doğum günü münasibətilə millərin verilməsi haqqında e-poçt göndərilir.

Uçuş millərinin alışı

Əgər siz statusunuzu yüksəltmək istəyirsinizsə və ya statusunuzu yeniləmək üçün hələ lazımi sayda status balı qazanmamısınızsa, sizin üçün əla bir fürsətimiz var!

  • 100 status balı = 50 avro
  • Alınan status ballarının etibarlılıq müddəti 1 ildir. Davamlı olaraq, hər bal üçün etibarlılıq müddəti gündəlik olaraq yoxlanılır.
  • Ən azı 100 status balı almaq mümkündür.
  • Status balları 100-lük bloklar (100, 200, 500, 2000...) şəklində alınır.
  • Statuslar üçün status ballarının alış məhdudiyyətləri:
  • Classic - satın alına bilməz.
  • Silver - Gold statusuna yüksəlmək üçün 200 və 200-dan az bal tələb olunursa
  • Gold - Platinum statusuna yüksəlmək üçün 400 və 400-dan az bal tələb olunursa
  • Platinum - Elite statusuna yüksəltmək üçün 500 və 500-dən az bal tələb olunursa
  • Elite - 2-ci il status yenilənməsi şərtini ödəmək üçün 500 və 500-dən az bal tələb olunursa.

Bu məhdudiyyətlər uçuş milləri ilə birlikdə status ballarının alınmasına da şamil edilir. Yəni, siz Silver statusunda olarkən birbaşa nağd pulla 100 status balı almısınızsa, uçuş millərini yalnız 100 status balına çevirə bilərsiniz.

  • Əməliyyat üçün ödənilən vəsait geri qaytarılmır.
  • Sizə əməliyyatla bağlı təsdiq e-poçtu göndəriləcək.

Miles kartları haaqında əlavə məlumat almaq istəyirsinizsə, buraya klik edərək blogumuza keçid edə bilərsiniz.

Tez-tez verilən suallar (FAQ)

1. AZAL Miles millərini Vizam.az vasitəsilə necə əldə edə bilərəm?

Vizam.az üzərindən aldığınız viza xidmətlərinə görə AZAL Miles hesabınıza millər əlavə olunacaq. Vizam.az Viza Dəstəyinə görə (buraya səfirlik və digər Vizam.az xidmət haqqına daxil edilməyən rüsumlar daxil deyil) ödənilən hər 1 AZN qarşılığında 3 Mil qazanacaqsınız.

2. AZAL Miles kartına sahib olmanın üstünlükləri nələrdir?

İstifadəçilər zamanla millər toplayır və kart statusları yüksəldikcə əlavə baqaj limiti, prioritet check in, qeydiyyat və təhlükəsizlik yoxlamasında üstünlük, yüksək mil toplama faizi, biznes salonlarına giriş və digər eksklüziv imkanlar qazanırlar.

3. AZAL miles kartlarını necə əldə edə bilərəm?

AZAL Miles kartını əldə etmək üçün azal.az saytında və ya mobil tətbiqdə “Üzv ol” bölməsinə daxil olub qeydiyyatdan keçməyiniz kifayətdir, virtual hesabınız avtomatik yaradılır. İlk uçuşunuzu etdikdən sonra isə AZAL sistem tərəfindən hesabınıza 300 xoş gəlmisiniz miles bonusu əlavə olunur.

4. AZAL miles ilə aldığım milləri necə istifadə edə bilərəm ? 

Topladığınız millərlə aviabilet alışı, vergi və yığımların ödənməsi, uçuşun bərpası, mükafatlandırıcı biletlər, hətta başqa üzvlərə mil köçürmə kimi imkanlardan yararlana bilərsiniz.

5. Millər nə zaman balansıma əlavə olunur?

Millər uçuşdan və ya xidmət istifadə tarixindən sonra 14 iş günü ərzində hesabınıza əlavə olunur. Vizam.az xidmətindən istifadə etdikdə də bu qayda tətbiq olunur.

6. Uçuş Milləri ilə Status Milləri arasında fərq Nədir?

Uçuş milləri sərnişinlərin uçuş etdikcə topladığı millərdir və bunları vizam.az xidmətləri, bilet və digər tərəfdaş imkanlarında xərcləmək mümkündür. Status milləri isə istifadə üçün deyil, üzvlük səviyyəsini yüksəltmək və qorumaq məqsədilə toplanır. Sadəcə bir sözlə desək, uçuş milləri məhsuldar istifadə üçün, status milləri isə üzvlük üstünlüyü üçün nəzərdə tutulub. Bu fərqi bilmək üzvlərin millərdən düzgün faydalanmasına imkan verir.

Oxşar yazılar:

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistan rəngarəng mədəniyyəti, qədim məbədləri, möhtəşəm sarayları və fərqli mətbəxi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tac Mahaldan Mumbayın canlı küçələrinə, Himalay dağlarından Qoa çimərliklərinə qədər ölkə hər səyahətçiyə fərqli təcrübələr təqdim edir. Hindistana səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Hindistanda 22 rəsmi dil tanınır Hindistan dil […]

Vizam.az 06 noyabr 2026
Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konqa səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza almaq tələb olunur. Asiyanın ən məşhur turizm və biznes mərkəzlərindən biri olan Honq Konq müasir memarlığı, möhtəşəm şəhər mənzərələri, alış-veriş imkanları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini cəlb edir. Honq Konq səyahətinizi planlaşdırırsınızsa, viza müraciətinizi son ana saxlamayın. Vizam.az vasitəsilə müraciət prosesində peşəkar dəstək əldə […]

Vizam.az 05 noyabr 2026
Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan qədim tarixi, rəngarəng mədəniyyəti, möhtəşəm məbədləri və fərqli təbiəti ilə turistlərin maraq göstərdiyi ölkələrdən biridir. Hindistana səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları səfərdən əvvəl viza almalıdırlar. Hindistan vizası ilə bağlı ən çox verilən 10 sualın cavabını aşağıda tapa bilərsiniz. Azərbaycan vətəndaşları Hindistan vizasını onlayn ala bilərmi? Bəli. Azərbaycan vətəndaşları Hindistanın elektron viza (e-Visa) müraciəti üçün […]

Vizam.az 05 noyabr 2026
Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşa zəngin tarixi, möhtəşəm memarlığı, qədim şəhərləri və özünəməxsus mədəniyyəti ilə Avropanın maraqlı səyahət istiqamətlərindən biridir. Varşavanın müasir küçələrindən Krakovun tarixi meydanlarına qədər ölkənin hər bölgəsində kəşf etməyə dəyər fərqli məkanlar var. Polşaya səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Polşanın paytaxtı Varşavadır, lakin Krakov da turistlərin sevimli şəhərlərindən […]

Vizam.az 05 noyabr 2026
İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026