Miles Kartları ilə Səyahətinizi Yüngülləşdirin: Aviaşirkətlər və Bank Xidmətləri

Yeniləndi: 22 aprel 2025 462 baxış 10 dəq. oxu
miles
Mündəricat
miles

Miles kartlar, səyahət edənlər üçün hazırlanmış xüsusi kredit kartlarıdır. Bu kartlar, istifadəçilərinə ödədikləri hər alış-veriş üçün "miles" (miles – uzaqlıq ölçüsü) adı verilən bonus xalları toplama imkanı tanıyır. Bu xallar, müəyyən şərtlər və qaydalarla hava yollarının uçuşlarında, otel rezervasiyalarında, avtomobil kiralamada və digər səyahət xidmətlərində istifadə oluna bilər. Miles kartları, xüsusilə tez-tez səyahət edənlər və tətillərinə dəyərli təcrübələr əlavə etmək istəyənlər üçün çox faydalıdır.

Aviaşirkətlərin və bankların təklif etdiyi miles kartları, səyahət xərclərini azaltmaq və bonuslar toplamaq üçün mükəmməl bir imkandır. Aviaşirkətlərin kartları ilə uçuşlarınızı daha sərfəli hala gətirə bilər və hər səyahətinizdə daha çox millər qazana bilərsiniz. Bankların təqdim etdiyi miles kartları isə gündəlik xərclərinizdən mil toplamağa imkan verir, beləliklə səyahət xərclərinizi daha da endirə bilərsiniz. Həmçinin, bəzi banklar və aviaşirkətlər xüsusi təkliflər və eksklüziv səyahət üstünlükləri təqdim edir, bu da səyahətləri daha komfortlu və əlverişli edir. Bu kartlar həm sadiq müştərilər üçün, həm də yeni istifadəçilər üçün faydalı imtiyazlar təklif edir.

Aviaşirkətlərin Miles Kartları

Azərbaycan Hava Yolları (AZAL) Miles Kartı

Azal Miles, Azərbaycan Hava Yolları (AZAL) tərəfindən təqdim edilən bir sədaqət proqramıdır. İştirakçıların statusu 12 ay ərzində toplanılan status ballarından asılı olaraq "Classic" ilkin statusundan "Silver", "Gold", "Platinum" və ya "Elite" statusunadək yüksəldilə bilər. Proqram iştirakçısı “Silver” statusu üçün 600, “Gold” statusu üçün 1500, “Platinum” statusu üçün 4000 status balı əldə etməlidir. İştirakçı “Elite” statusu üçün 10000 status balı əldə etməklə yanaşı, həm də Biznes sinfində ən azı iki uçuş həyata keçirməlidir.

Uçuş Millərinin Alınması:

  • Uçuş millərinin alınması - Özünüz və ya başqa iştirakçı üçün uçuş milləri ala bilərsiniz
  • Əlavə uçuş milləri - İştirakçılar statuslarını müvafiq olaraq yüksəldərək uçuşlardan aviabilet tarifinə əsasən daha çox uçuş mili qazana bilərlər.
  • Classic – 1 avro müqabilində 2 uçuş mili
  • Silver – 1 avro müqabilində 3 uçuş mili
  • Gold – 1 avro müqabilində 4 uçuş mili
  • Platinum – 1 avro müqabilində 5 uçuş mili
  • Elite – 1 avro müqabilində 6 uçuş mil
  • Status ballarının alınması- azal.az və AZAL mobil tətbiqindən keçərək uçuş milləri və status balları almaq mümkündür! Status ballarının alışı 100 status balı = 50 avro
  • Uçuş millərinin status ballarına çevrilməsi- Uçuş millərinizi status ballarına çevirərək daha çox imtiyaz əldə etmək və daha çox ölkəyə uçuşlar etmək imkanına sahib olacaqsınız! 10 uçuş (co-brand) mili = 1 status balı
  • Uçuş millərinin köçürülməsi - AZAL Miles proqramı vasitəsilə milləri sevdiklərinizə köçürə bilərsiniz, beləcə onlar proqramın imtiyazlarından daha çox yararlanacaqlar! Uçuş millərinin köçürülməsi 2:1 nisbətindədir.
  • Uçuş millərinin bərpa edilməsi - Müddəti bitmiş milləri bərpa edərək daha çox imtiyaz əldə etmək və daha çox ölkəyə uçuşlar etmək imkanına sahib olacaqsınız! 100 uçuş mili = 2,5 avro 500 uçuş mili = 12.5 avro
  • Doğum günü milləri - Doğum gününüzdə hədiyyə 300 doğum günü mili qazanaraq səyahətlərinizdən daha çox zövq alın!
  • Dostunu dəvət - dəvət edən şəxs və dəvət olunan şəxs hər biri 500 uçuş mili qazanacaq.
  • Xoşgəldin milləri- Iştirakçı proqrama qoşulduqdan sonra ilk uçuş günü Xoşgəldin milləri alacaq. Classic, Silver, Gold statusları üçün 300 mil;  Platinum, Elite statusları üçün 500 mil

Üstünlüklər: 

  • Aviabiletin uçuşdan sonra bərpa edilməsi - Siz öncəki uçuşlarınızdan uçuş milləri və status balları qazanaraq daha çox imtiyazlardan istifadə edə və daha çox ölkəyə uça bilərsiniz!
  • Ailə hesabı- Ailə hesabına qoşulduqda bütün uçuş milləri ailə hesabına köçürülür.
  • Növbəsiz qeydiyyat- Gold, Platinum və Elite iştirakçıları status müddəti ərzində bu imtiyazdan istifadə edə bilərlər.
  • Prioritetli baqaj - Platinum və Elite iştirakçıları status müddəti ərzində imtiyazdan istifadə edə bilərlər. Gold status iştirakçısı növbəti statusa yüksəlmə üçün tələb olunan status balının 70% - nə çatdıqda, imtiyaz istifadə oluna bilər.
  • Əlavə baqaj - Silver, Gold, Platinum və Elite iştirakçıları status müddəti ərzində imtiyazdan istifadə edə bilərlər.
  • Oturacaq seçimi - Silver, Gold, Platinum və Elite iştirakçıları statuslarına uyğun olaraq pulsuz yer seçimi imtiyazından yararlana bilərlər.
  • Növbəsiz qeydiyyat - Gold, Platinum və Elite iştirakçıları status müddəti ərzində bu imtiyazdan istifadə edə bilərlər.
  • Biznes zala giriş -Yalnız Elite iştirakçıları status müddəti ərzində imtiyazdan istifadə edə bilərlər
  • Xidmət sinfinin yüksəldilməsi- Yalnız Elite iştirakçıları status müddəti ərzində imtiyazdan istifadə edə bilərlər
  • Mükafatlandırıcı aviabiletlərinin pulsuz qaytarılması- Mükafatlandırıcı aviabiletlərin uçuşdan öncə pulsuz qaytarılması yalnız Elite statusuna sahib iştirakçılar üçün mümkündür.
  • Mükafatlandırıcı aviabiletlərinin pulsuz dəyişdirilməsi - yalnız Platinum və Elite statusuna sahib iştirakçılar üçün mümkündür.

Turkish Airlines Miles & Smiles Kartı

Uçuş Millərinin Alınması:

  • Mil satış tətbiqi çərçivəsində ən azı 1000 Mil alına bilər.
  • Mil satış dəyəri 1000 Mil üçün ƏDV daxil olmaqla 30 ABŞ dolları kimi tətbiq edilir.
  • Üzvlər hər təqvim ilində maksimum 50.000 Mil əldə edə bilərlər.
  • Miles&Smiles üzvlərinin hesablarından hər 1 Status Mili üçün 5 Mil silinir.
  • Kredit kartınızla qazandığınız hər 5 Mil üçün 1 Status Mil əldə edə bilərsiniz.

1-ci Dövr - statusunuzu ilk dəfə əldə etdiyiniz gündən etibarən başlayan 1 illik müddəti əhatə edir. Əgər bu müddət ərzində müəyyən sayda Status Mil qazanarsınızsa, statusunuzu uzatmaq hüququ əldə edirsiniz. 2-ci Dövr - statusun etibarlı olduğu ümumi 2 illik müddəti əhatə edir. Əgər bu müddət ərzində tələb olunan miqdarda Status Mil toplaya bilsəniz, statusunuzu yenidən 2 il müddətinə qorumaq imkanı əldə edirsiniz.

Classic Plus statusunu qorumaq üçün: 1-ci dövrdə 17.000 mil, 2-ci dövrdə isə 35.000 mil
Elite statusu üçün: 1-ci dövrdə 30.000 mil, 2-ci dövrdə: 45.000 mil
Elite Plus statusunu saxlamaq üçün: 1-ci dövrdə  40.000 mil, 2-ci dövrdə: 60.000 mil

Üstünlüklər:

Classic Statusu

  • Türk Hava Yolları və Star Alliance tərəfdaşları ilə uçarkən Mil qazanmaq imkanı
  • Ödül bilet tənzimləmə və kabin yüksəltmə (upgrade) hüququ
  • Miles&Smiles kredit kartları ilə Mil qazanmaq imkanı
  • İlk uçuşdan sonra qarşılanma hədiyyəsi: 1000 Mil

Classic Plus Statusu

  • Bu statusu əldə etmək üçün:
  • 25.000 Statü Mili və ya 40 uçuş tələb olunur.
  • Classic statusunun bütün imtiyazları
  • Daxili uçuşlarda Business Class qeydiyyat masalarından istifadə imkanı
  • Daxili uçuşlarda xüsusi sərnişin salonlarından yararlanmaq hüququ
  • Star Alliance Silver kart üstünlükləri
  • 10 kq əlavə baqaj haqqı (*Parça baqaj tətbiq olunan uçuşlar istisna olunur)

Elite Statusu

  • Bu statusu əldə etmək üçün:
  • 40.000 Statü Mili toplamaq tələb olunur.
  • Classic Plus statusunun bütün imtiyazları
  • İstanbul Hava Limanında xarici uçuşlar terminalında xüsusi pasport nəzarət xətti
  • AJet uçuşlarında ailə üzvləri (uşaqlar və həyat yoldaşı) və ya bir qonaqla birlikdə xüsusi salonlardan istifadə imkanı
  • İstanbul xarici uçuşlar terminalına xüsusi giriş (5-ci qapı)
  • Türk Hava Yollarının daxili və xarici uçuşlarında ailə üzvləri ilə xüsusi salonlardan istifadə imkanı
  • Xüsusi telefon dəstək xətti: 444 1 849
  • Star Alliance Gold kart imtiyazları
  • Daxili və xarici uçuşlarda əlavə 20 kq baqaj haqqı, parça baqaj tətbiq olunan yerlərdə isə əlavə 1 ədəd baqaj haqqı (Ekonom 23 kq, Business 32 kq)
  • Türk Hava Yolları ilə uçuşlarda pulsuz oturacaq seçimi

Elite Plus – Miles&Smiles Proqramının Ən Yüksək Statusu

  • 80.000 Statü Mili toplamaqla aktivləşir.
  • Elite statusunun bütün imtiyazları
  • Türk Hava Yolları uçuşlarında ildə iki dəfə pulsuz kabin yüksəltmə hüququ (məsələn, Ekonomdan Business sinfinə keçid) 3 nəfərə Elite kart hədiyyə etmək imkanı
  • Bəzi uçuş siniflərində yer zəmanəti
  • Daxili və xarici uçuşlarda əlavə 25 kq baqaj və ya parça baqaj tətbiq olunan nöqtələrdə əlavə 1 ədəd baqaj hüququ (Ekonom: 23 kq, Business: 32 kq)

Qatar Airways Miles Kartı: Privilege Club və Avios Sistemi

Qatar Airways-in mükafat proqramı Privilege Club adlanır və bu proqram çərçivəsində toplanan millər Avios adlanır. Bu sistem sadiq sərnişinləri mükafatlandırmaq üçün nəzərdə tutulub. İstər beynəlxalq, istərsə də regional uçuşlar zamanı topladığınız Avios millər sonradan pulsuz biletlərə, kabin yüksəlişinə (economy-dən business-ə), əlavə baqaj haqqına və digər səyahət üstünlüklərinə dəyişdirilə bilər.

Uçuş Milləri Necə Qazanılır?

Avios milləri uçuş məsafəsi, biletlə bağlı qiymət kateqoriyası və üzvlük səviyyənizə əsasən hesablanır. Yəni bileti nə qədər baha alsanız və nə qədər uzaq məsafə qət etsəniz, bir o qədər çox mil qazanırsınız. Qatar Airways həmçinin OneWorld alyansına daxil olduğu üçün bu alyansa üzv olan digər aviaşirkətlərlə etdiyiniz uçuşlardan da mil toplaya bilərsiniz.

Avios Millərinin Dəyəri və İstifadəsi

Bir Avios milinin dəyəri uçuş istiqamətinə və kampaniyalara əsasən dəyişir.

Orta hesabla 1 Avios-un təxmini dəyəri 0.015–0.02 ABŞ dolları aralığında olur.

Məsələn, Bakı–Doha–Bakı istiqaməti üçün Economy sinifində pulsuz bilet almaq üçün təxminən 30,000–35,000 Avios tələb oluna bilər. Bəzi endirim kampaniyaları zamanı daha az mil ilə də bilet əldə etmək mümkündür.

Privilege Club Üzvlük Səviyyələri

Qatar Airways Privilege Club proqramında dörd əsas üzvlük səviyyəsi mövcuddur:

  • Burgundy (Standart üzvlük) – Qeydiyyatdan keçən hər kəs bu səviyyədən başlayır. Əsas fayda mil toplamaqdır.
  • Silver – Əlavə mil bonusları, prioritet qeydiyyat və baqaj üstünlükləri təqdim edir.
  • Gold – Lounge giriş imkanı, daha çox bonus mil və OneWorld alyansında geniş imtiyazlar.
  • Platinum – Ən yüksək səviyyədir və səyahət zamanı maksimum rahatlıq təmin edir: premium lounge-lar, prioritet xidmət, ödənişsiz oturacaq seçimi və s.

Emirates Miles Kartı: Skywards Proqramı və Səyahət Üstünlükləri

Emirates Skywards — Emirates aviaşirkətinin rəsmi mükafatlandırma proqramıdır. Bu proqram sadiq sərnişinlərin uçuş zamanı millər toplamasına və həmin millərlə müxtəlif üstünlüklər qazanmasına imkan yaradır. Skywards proqramı həm Emirates, həm də flydubai ilə etdiyiniz uçuşlara əsaslanır. Toplanan millər bilet almaq, kabin yüksəlişi, baqaj haqqı və digər premium xidmətlər üçün istifadə olunur.

Emirates Skywards Miles kartları hansılardır?

Emirates Skywards proqramına daxil olmaq tamamilə pulsuzdur. Lakin daha çox mil və üstünlüklər əldə etmək üçün Skywards kartları təklif olunur:

  • Blue Card – Proqrama qoşulduqda avtomatik verilən əsas kart.
  • Silver Card – İl ərzində 25,000 Tier Miles topladıqda əldə edilir.
  • Gold Card – 50,000 Tier Miles ilə əldə olunur. Priority boarding, əlavə baqaj və lounge giriş kimi üstünlüklər verir.
  • Platinum Card – 150,000 Tier Miles ilə təqdim olunur. Ən yüksək statuslu kartdır və çoxsaylı VIP imkanlar təqdim edir

Skywards Miles necə qazanılır ?

  1. Emirates və Flydubai ilə uçuşlar – Sərnişin sinfi və uçuş məsafəsinə əsasən mil verilir.
  2. Tərəfdaş hava yolları – Qlobal aviaşirkətlər şəbəkəsi vasitəsilə uçuşlarda mil qazanmaq mümkündür.
  3. Hotel və avtomobil kirayəsi – Booking.com, Avis, Hertz kimi tərəfdaşlar vasitəsilə xidmətlərdən istifadə etdikdə mil toplanır.
  4. Kredit kartları – Emirates tərəfdaş banklarının kartları ilə edilən xərclərdən mil yığılır (məsələn, Emirates NBD, Citi, HSBC və s.).
  5. Onlayn alış-veriş – Skywards Miles Shopping portalı vasitəsilə alış-veriş etdikdə mil qazanılır.

Miles kalkulyatoru

Emirates-in rəsmi saytında təqdim edilən Miles Calculator (Mil Kalkulyatoru) ilə siz istənilən uçuş üçün nə qədər mil qazanacağınızı və bu millərlə hansı təyyarə biletini əldə edə biləcəyinizi hesablaya bilərsiniz.

Kalkulyatordan istifadə qaydası:

  1. Uçuşunuzun başlanğıc və təyinat nöqtələrini daxil edin.
  2. Uçuş sinfini seçin: Economy, Business və ya First.
  3. Sizin Skywards statusunuzu qeyd edin (Blue, Silver, Gold və s.).
  4. Kalkulyator sizə təxminən neçə mil qazanacağınızı və eyni marşrut üçün neçə mil xərcləyəcəyinizi göstərəcək.

Əlavə Üstünlüklər

Skywards proqramı üzvlərinə beynəlxalq partnyorlarla alış-veriş zamanı da mil toplama imkanı verir. Otellər, avtomobil kirayəsi, restoranlar və hətta duty-free alış-verişlər zamanı millər hesabınıza yığılır. Hazırda Azərbaycanda Emirates ilə birbaşa bank əməkdaşlığı olmasa da, beynəlxalq kartlarla edilən ödənişlər zamanı və ya Emirates-ə məxsus promosyonlarda iştirak etməklə millər toplamaq mümkündür.

ABB Azal Miles Kartı

ABB Azal Miles Kartı, Azərbaycan Beynəlxalq Bankı (ABB)Azərbaycan Hava Yolları (AZAL) arasında əməkdaşlıq nəticəsində təqdim edilən xüsusi bir kobrend kartdır. Bu kart həm gündəlik nağdsız alış-verişlərdə, həm də AZAL ilə etdiyiniz uçuşlarda mil qazandıraraq, sərnişinlərə əlavə dəyər yaradır.

Millər Necə Qazanılır?

  • “Xoşgəldin” milləri: Kart əldə etdikdə, dövriyyə şərti olmadan 2,000 bonus mil hədiyyə olunur.
  • Nağdsız əməliyyatlar: Hər alış-veriş zamanı xərclədiyiniz məbləğə əsasən mil toplanır.
  • Qazandığınız milləri AZAL-ın istənilən istiqamətinə aviabilet almaq üçün istifadə edə bilərsiniz.

Kartın Əsas Xüsusiyyətləri

  • Pulsuz kart sifarişi və çatdırılma: Kartı "ABB Mobile" tətbiqi ilə sifariş edib evinizə pulsuz çatdırılmasını təmin edə bilərsiniz.
  • Komissiyasız köçürmələr: Ay ərzində 10,000 AZN-ə qədər məbləği digər kartlara komissiyasız köçürmək mümkündür.
  • Fast Line xidməti: Heydər Əliyev hava limanında sürətli keçid, baqaj xidməti və növbəsiz pasport nəzarəti.
  • Fast Track: Dünyanın bir çox hava limanında növbəsiz keçid imkanı.
  • Lounge girişləri: Bir çox beynəlxalq hava limanında VIP Lounge-lara ödənişsiz giriş.

Səyahət və Həyat Tərzi Üstünlükləri

  • Transfer xidməti: Kart sahiblərinə pulsuz hava limanı transferi.
  • Rouminq: Azercell rouminq xidmətindən istifadə imkanı.
  • Costa Coffee: Pulsuz kofe və 10% endirim.
  • AVIS və SIXT ilə endirim: Dünyanın 100-dən çox ölkəsində avtomobil kirayəsində endirim.
  • Agoda otellərində endirim: 985,000-dən çox hoteldə endirimli bron imkanı.
  • Visa Luxury Hotel Collection: Premium kart sahibləri üçün eksklüziv hotel xidmətləri.

Əlavə Xidmətlər və Təhlükəsizlik

  • Tibbi xidmətlər: Sağlam Ailə və Ultralab klinikalarında pulsuz tibbi xidmətlər.
  • Sığorta və qoruma: Baqaj və reys gecikməsinə görə kompensasiya, alışların qorunması.
  • VIP servis (CIP Terminal): AZAL Miles Infinite kart sahibləri üçün CIP terminal imtiyazları.
  • Konsyerj xidməti: 24/7 çatbot dəstəyi ilə azərbaycan, rus və ingilis dillərində fərdi xidmət.

PAŞA Bank Miles&Smiles Kartı 

Pasha Kartı, Azərbaycanın tanınmış kredit kartlarından biridir və səyahət edənlər üçün xüsusi üstünlüklər təqdim edir. Bu kart yalnız səyahət etmək üçün deyil, gündəlik alış-verişlərdə də istifadə oluna bilər.

PAŞA Bank və Türk Hava Yolları əməkdaşlığı ilə təqdim olunan Miles&Smiles kartları (Platinum, Black, Elite) səyahət edənlər üçün eksklüziv üstünlüklər təqdim edir. Kart sahibləri həm alış-veriş, həm də uçuşlarla millər toplayır və bu milləri aviabiletlərə dəyişmək imkanı qazanır.

Miles&Smiles Kartları Müqayisəsi

 Millər necə qazanılır və istifadə olunur?

  • Alış-veriş zamanı millər toplanır – hər xərclə daha çox mil.
  • Doğum günlərində – 3 gün ərzində bütün alış-verişlərdən 2 qat mil.
  • Partnyor mağazalardan alış – 8 milədək əlavə bonus millər.
  • Millərlə aviabilet almaq mümkündür. 1 milin dəyəri uçuşa, sinfə və tarixə görə dəyişir.
  • Millər 3 il müddətində keçərlidir.
  • 26 aviaşirkətlə – Türk Hava Yolları və Star Alliance üzvləri ilə uçuş imkanı.
  • Biletlə birlikdə 23 kq baqaj + 8 kq əl baqajı daxildir.

Kart növləri və Xüsusi Üstünlüklər

Platinum, Black və Elite olmaqla 3 növ Miles kart təqdim olunur.

 Elite & Black kartlar üçün:

  • Airport Lounge zallarına pulsuz giriş
  • VIP hava limanı xidmətləri – sürətli keçid, transfer
  • Data Rouminq – 208 ölkədə istifadə
  • Acıbadem klinikası üçün pulsuz imtiyaz kartı (ailə üçün də keçərlidir)
  • COVID-19 testi – ildə 2 dəfə pulsuz
  • Səyahət sığortası – ildə bir dəfə təzələnir
  • Pulsuz transfer – Heydər Əliyev hava limanından
  • iTicket.AZ tədbirlərində premium imtiyazlar

 Əlavə xidmətlər və kampaniyalar

  • Çatbot konsyerj xidməti – WhatsApp, Telegram və Viber üzərindən
  • Pulsuz kart çatdırılması – Bakı, Sumqayıt və Abşeron üçün
  • Mastercard Wallet – ən son kampaniyalardan dərhal xəbər
  • Restoran və Duty-Free mağazalarında 20%-dək keşbek

Birbank Miles

Artıq debet və taksit kartlarını ayrılıqda əldə etməyə ehtiyac yoxdur. Çünki Birbank Miles kartı ilə bu imkanları eyni kartda cəmləyib.

Millər necə qazanılır?

  • Ölkədaxili ödənişlər: Hər 1 AZN = minimum 1 mil
  • Ölkəxarici ödənişlər: Hər 1 AZN = 1.5 mil
  • Partnyor mağazalarda: Hər 1 AZN = 20 milədək
  • 65 mil = 1 AZN dəyərində istifadə edilə bilər (aviabiletlər və digər xidmətlər üçün).
  • Qazandığınız millər 2 il ərzində istifadə edilə bilər.

 Əlavə imtiyazlar

  • MasterCard Airport Experiences
  • Lounge Key – hava limanı zallarına giriş imkanı
  • AZN valyutalı kartlarda – illik 2% gəlir
    USD / EUR valyutalı kartlarda – illik 0.1% gəlir

Bu gəliri də millərə çevirə bilərsiniz:
1 AZN = 65 mil qaydası ilə, hər ayın sonunda mil balansınıza əlavə olunur.

Premium Bank

Premium Bank, müxtəlif səviyyəli Visa və MasterCard Miles kartları təklif edir. Bu kartlar vasitəsilə həm ölkədaxili, həm də ölkəxarici alış-verişlərinizdə millər toplaya bilərsiniz.

Üstünlüklər

  • Ekstra millər qazanmaq imkanı - Partnyor şəbəkəmizdə alış-veriş etdikcə əlavə millər toplaya bilərsiniz.
  • Millərin dəyişdirilməsi - Topladığınız milləri 10-dan çox məşhur aviaşirkətin pulsuz mil aviabiletlərinə dəyişmək mümkündür bir-başa Air Miles mobil tətbiqi vasitəsilə.
  • Mil balansının izlənməsi - Mil balansınızı və əldə etdiyiniz biletləri mobil tətbiqdən rahat şəkildə yoxlaya bilərsiniz.
  • Hal-hazırda Air Miles mobil tətbiqində aşağıdakı kateqoriyalar üzrə 120-dən çox restoran, mağaza və xidmət mərkəzi mövcuddur
  • Partnyorları Miles mobil tətbiqindən, rəsmi saytdan  izləyə bilərsiniz.

Premium Bank Miles Kartları

Millər Necə Qazanılır?

15 avqust 2024-cü ildən etibarən Premium Bank Miles kartları üzrə mil hesablanması aşağıdakı kimidir

 Əlavə Xidmətlər və Üstünlüklər:

  • Nağdlaşdırma Limitləri: Kart növünə görə müəyyən limitlər daxilində komissiyasız nağdlaşdırma imkan.
  • Lounge Girişləri: Yüksək səviyyəli kart sahibləri üçün hava limanlarında VIP zallara giriş imkan.
  • Səyahət Sığortası: Bəzi kart növləri ilə səyahət sığortası xidmətindən yararlanmaq mümkündü.
  • Əlavə Xidmətlər: Konsyerj xidməti, endirimlər və xüsusi təkliflər, mobil əlavə və qlobal dəstək xidməti kimi əlavə üstünlüklər mövcuddu.

UniMiles

Unimiles — istənilən bankın kartı ilə səyahət milləri toplamağa imkan verən universallaşdırılmış millər proqramıdır. Yəni bir neçə hava yolu şirkətinin millərini deyil, bir vahid mil sistemi ilə istənilən istiqamətə bilet alırsınız.

Millər Necə Qazandırılır?

Bütün ödənişlər (ölkədaxili və ölkəxarici) bu sistemə daxildir.

Toplanan Millərlə Nə Etmək Olar?

  • Topladığınız millərlə dünyanın istənilən istiqamətinə aviabilet ala bilərsiniz.
  • Qazandığınız millər 2 il müddətində keçərlidir.
  • Səyahət tarixini, hava yolu şirkətini və istiqaməti siz seçirsiniz – milsiz məhdudiyyət yoxdur!
  • Unimiles.az” platforması üzərindən bilet axtarış və rezervasiyası mümkündür.

Əlavə Xidmətlər və Üstünlüklər

  • Global proqram – istənilən bank kartı ilə millər toplamaq imkanı
  • Millərlə 7/24 bilet bronlama imkanı
  • Bonus millər və aksiyalar – kampaniyalarda iştirakla əlavə millər qazanmaq mümkündür
  • Tərəfdaş şəbəkə – otellər, restoranlar, mağazalarda əlavə millər
  •  Milləri istənilən hava yollarının aviabiletinə dəyişmək imkanı
  • Pulsuz səyahət sığortası (1–11 gün, ildə 1 dəfə; sığortaya 7 gün əvvəl müraciət edilməlidir)
  • Viza üçün səfirliyə pulsuz arayış
  •  Pulsuz çıxarış (aylıq və gündəlik)
  • Komissiyasız nağdlaşdırma (yalnız Unibank UTM-lərində)
  • Lounge Key zalına giriş imkanı (hər giriş 30 USD)
  • Özünə və ya digər şəxsin adına pulsuz aviabilet almaq imkanı
  •  1000 mil xoşgəldin bonusu – ilk mil qazanan əməliyyatdan sonra təqdim olunur
  •  Black Edition statuslu kart – prestij və əlavə imkanlar
  •  Millərin istifadə müddəti 36 ay
  •  “Miles” şəxsi kabineti ilə mil balansına nəzarət
  • Kart sahibləri unimiles.az saytına daxil olaraq profil yaradır və xərclərini izləməklə millərini toplayırlar.
  • Millər avtomatik olaraq hər ay yenilənir və hesabınıza köçürülür.
  • İstənilən banka məxsus Visa/MasterCard kartlarla qeydiyyatdan keçmək mümkündür.

Nəticə

Səyahət etməyi sevənlər və tez-tez uçanlar üçün miles kartları həm qənaət, həm də komfort baxımından əvəzolunmaz bir vasitəyə çevrilib. İstər aviadaşıyıcıların təqdim etdiyi proqramlar, istərsə də yerli bankların partnyor miles kartları sayəsində alış-verişləriniz gündəlik xərclərdən daha artıq dəyər qazandırır.

Əgər konkret bir hava yolu ilə daha sıx uçursunuzsa, AZAL, Turkish Airlines, Qatar Airways və ya Emirates kimi aviaşirkətlərin kartları sizə uyğun ola bilər. Digər tərəfdən, müxtəlif hava yolları ilə uçmaq və alış-verişlərdən mil qazanmaq istəyirsinizsə, PAŞA Bank, ABB, Unibank, Premium Bank və Birbank kimi bankların miles kartları daha çevik və səmərəli seçim ola bilər.

Oxşar yazılar:

Amerikada Dil Kursları üçün F1 Vizası

Amerikada Dil Kursları üçün F1 Vizası

ABŞ-da dil öyrənmək xəyalı quranlar üçün F1 tələbə vizası bu arzuya çatan yolda ilk addımdır. Bu viza sayəsində siz Birləşmiş ŞT-nin tanınmış dil məktəblərində qanuni şəkildə təhsil ala bilər, eyni zamanda mədəniyyətini yaxından tanıya bilərsiniz. Bu bloqda sizə F1 vizası almaq üçün nələr etməliyiniz, hansı sənədlərə ehtiyac olduğu, viza müsahibəsində sizi nələrin gözlədiyi haqqında dolğun […]

Vizam.az 20 may 2025
Londona Səyahət Hazırlığı

Londona Səyahət Hazırlığı

Londona ilk dəfə səyahət edənlər üçün planlaşdırma mərhələsi bir qədər qarışıq görünə bilər. Sənədlərin düzgün hazırlanması, yaşayış və nəqliyyat məsələlərinin əvvəlcədən planlaşdırılması, büdcə təxmini və yerli qaydalara bələd olmaq uğurlu və stresssiz bir səyahətin əsas şərtləridir. Bu blog yazısında, Londona getməzdən əvvəl bilməli olduğunuz bütün vacib detalları bir araya topladıq. Londona Səfər Üçün Hansı Sənədlər […]

Vizam.az 19 may 2025
Şimali Kiprə Vizasız Səyahət

Şimali Kiprə Vizasız Səyahət

Avropa ilə Yaxın Şərq arasında yerləşən Şimali Kipr, həm təbii gözəllikləri, həm də sakit atmosferi ilə azərbaycanlı turistlər üçün getdikcə daha populyar bir istiqamətə çevrilir. Dəniz, günəş və tarixin bir arada olduğu bu bölgə, vizasız səyahət imkanına görə də diqqət çəkir. Bu bloqda Şimali Kiprə səyahət etmək istəyənlər üçün bütün vacib məlumatları topladıq. Vizasız Rejim […]

Vizam.az 19 may 2025
Amerikada Şirkət Açmaq Üçün Hansı Viza Növləri Uyğundur?

Amerikada Şirkət Açmaq Üçün Hansı Viza Növləri Uyğundur?

Amerika Birləşmiş Ştatları — dünyanın ən güclü iqtisadiyyatına malik ölkələrdən biri olmaqla yanaşı, həm də biznes imkanları, yüksək həyat səviyyəsi və müasir hüquq sistemi ilə minlərlə insanın arzusu olan bir məkandır. Həm fərdi məqsədlərlə səyahət etmək istəyənlər, həm də xaricdə biznes qurmaq, ABŞ-da şirkət açmaq niyyətində olanlar üçün Amerikaya viza almaq vacib və bəzən mürəkkəb […]

Vizam.az 16 may 2025
2025-ci ildə Çexiya Təhsil Vizası Necə Alınır?

2025-ci ildə Çexiya Təhsil Vizası Necə Alınır?

Son illərdə Azərbaycanlı tələbələr arasında Avropada təhsil almaq istəyi artmaqdadır. Bu istiqamətdə Çexiya həm münasib xərcləri, həm də keyfiyyətli təhsil imkanları ilə fərqlənir. Avropanın mərkəzində yerləşən bu ölkə tələbələrə həm akademik bilik, həm də beynəlxalq təcrübə qazandırmaq baxımından əlverişli seçimdir. Çexiyada ali təhsil almaq istəyənlər üçün bu bloqda əsas suallara cavab verəcəyik: niyə məhz Çexiya, […]

Vizam.az 16 may 2025
2025-ci ildə Macarıstan Şengen Vizası Necə Müraicət Edim?

2025-ci ildə Macarıstan Şengen Vizası Necə Müraicət Edim?

Macarıstan Avropanın mərkəzində yerləşən, zəngin tarixi, gözəl təbiəti və əlverişli turizm imkanları ilə seçilən bir ölkədir. Budapeştin termal hamamlarından tutmuş Balaton gölünün sahillərinə qədər hər kəs üçün maraqlı məkanlar təqdim edən Macarıstan, 2025-ci ildə səyahət planlayan azərbaycanlı turistlərin də diqqət mərkəzindədir. Avropa Birliyinə üzv olan bu ölkəyə səfər etmək üçün isə Şengen vizası tələb olunur. […]

Vizam.az 16 may 2025
2025-ci ildə Capago Viza Mərkəzi Necə İşləyir?

2025-ci ildə Capago Viza Mərkəzi Necə İşləyir?

Əziz səyahətsevərlər, əgər avropaya viza almağı düşünürsünüzsə, Capago Viza Mərkəzi adını mütləq eşitmisiniz. Bilməyənlər üçün isə izah edək – Capago, bəzi ölkələrin Azərbaycandakı rəsmi viza partnyorudur və müraciət prosesinizi daha sadə və rahat şəkildə idarə etməyə kömək edir. Biz sizə sadə dillə, real təcrübələrə əsaslanaraq Capago-nun necə işlədiyini, nələri bilməli olduğunuzu və bu prosesdə diqqətli […]

Vizam.az 14 may 2025
İspaniyaya Səyahət: İspaniya Turist Vizası

İspaniyaya Səyahət: İspaniya Turist Vizası

Əziz səyahətsevərlər, Avropada həm günəşin, həm mədəniyyətin, həm də ləzzətli yeməklərin bir arada olduğu nadir ölkələrdən biri varsa, o da şübhəsiz İspaniyadır. Əgər siz də həm dincəlmək, həm görmək, həm də yaşamaq istəyirsinizsə, İspaniya sizin üçün ideal seçim olacaq. Bu ölkə təkcə səyahət deyil – bir təcrübədir, hissdir, həyat tərzidir. İspaniya özündə çox şeyləri birləşdirir: […]

Vizam.az 14 may 2025
Şengen Vizası ilə Avstriyaya Səyahət: Avstriya Vizası

Şengen Vizası ilə Avstriyaya Səyahət: Avstriya Vizası

Əgər yaxın zamanda Avropaya səyahət planlayırsınızsa və hara gedəcəyinizə qərar verə bilmirsinizsə, sizə bir sirr verək – Avstriya tam da axtardığınız ölkə ola bilər. Təmiz və səliqəli küçələri, nağılvari şəhərləri, tarixi abidələri, dağ havası ilə dolu alp mənzərələri və zəngin musiqi irsi ilə Avstriya sizi ilk gündən valeh edəcək. Bura həm mədəniyyət sevərlərin, həm təbiət […]

Vizam.az 14 may 2025
Green Card Nədir? Necə müraciət edim?

Green Card Nədir? Necə müraciət edim?

ABŞ-a köçmək, orada işləmək və yaşamaq istəyi, dünyanın bir çox ölkəsində yaşayan insanlar üçün böyük bir arzuya çevrilir. Green Card (Permanent Resident Card) əldə etmək, ABŞ-da uzunmüddətli yaşamaq və işləmək üçün ən təsirli yollardan biridir. Green Card əldə etmək, ABŞ-da yeni bir həyat qurmaq və orada yaşamaq istəyənlər üçün çox önəmli bir addımdır. Bu prosesi […]

Vizam.az 13 may 2025