AVATAR DİYARINA SƏYAHƏT

Yeniləndi: 11 avqust 2026 2613 baxış 4 dəq. oxu

Hər birimiz baxdığımız filmlərdən hər necəsə təsirlənirik. Hətta bəzilərimiz filmlərdəki yerləri öz “must see” siyahımıza əlavə edirik. Avatar filminə baxandan sonra bir çoxları kimi mən də Pandoranı görməyi arzulayıram. Belə bir yerin həqiqətən mövcudluğundan bəlkə də çoxlarımızın xəbəri yoxdur. Hər tərəfdən qeyri-adi formalı dağlarla əhatə olunmuş bu yer Çinin Hunan əyalətində Zhangjiajie Milli parkında yerləşir. Əvvəllər “Southern Sky Column” (Cənubi Səma Sütunları”) adlandırılan bu dağların indi “Hallelujah” dağları adlandırılması məhz “Avatar” filmi ilə bağlıdır. Burada filmdəki kimi sizi zirvəyə qaldıracaq əfsanəvi quşlar olmasa da, asma şüşə körpülər və liftlər sizə əsl macəra yaşadacaq. 

Səyahət tək bununla bitmir. “Hallelujah” dağlarının mənzərəsindən zövq aldıqdan sonra siz 90-120 yuan (təxminən 14-18 USD) ödəniş etməklə Milli parkin ətrafında olan 15 km uzunluğunda və 150 m hündürlükdəki “Yellow Dragon” mağarasına, Baofeng Lake və Tianamen dağlarına olan turlara da qoşula bilərsiniz. Sentyabr və Oktyabr ayları səyahət üçün ən ideal aylardır. Zhangjiajie şəhərindən təxminən 40 dəqiqəlik məsafədə yerləşən Zhangjiajie Milli parkı hər gün 07:00 – 18:00-a kimi fəaliyyət göstərir. Parka daxil olmaq üçün siz 248 yuan (37 USD) ödəyərək bilet almalısınız və bu biletlə 3 gün ərzində parkı gəzə bilərsiniz. Parkın daxilində 3 kanat, Bailong Elevator, “Ten-Li Gallery” balaca qatar kimi attraksionlar biletə daxil deyil. Bu zaman siz kanatla gəzintiyə 65-118 yuan (10-18 USD), Bailong Elevator dağların zirvəsinə qalxmağa 72-112 yuan (11-17 USD), Ten-Li Gallery” balaca qatar 38-52 yuan (6-8 USD) əlavə ödəniş etməli olacaqsınız. Bu səyahət ərzində siz dağın ətəyində olan balaca restoranlarda yemək yeyə bilər, yaxud özünüzlə yemək götürüb meşədə piknik edə bilərsiniz.

Əgər siz də filmin çəkildiyi yerləri canlı olaraq görmək istəyirsinizsə, Çinə səyahət etməyə hazırlaşın!

Çinə Səyahət

Çin, dünyanın ən qədim mədəniyyətlərindən birinə ev sahibliyi edən və həm tarixi, həm də təbiət gözəllikləri ilə zəngin olan bir ölkədir. Bu ölkəyə səyahət etmək üçün ilk addım, səyahətinizin məqsədini müəyyən etmək və ona uyğun viza növünü seçməkdir. Çinə səyahət edənlər üçün əsas məqsədlər arasında turizm, iş, təhsil və ya ailə ziyarəti kimi səbəblər durur.

Çinə səyahət etmək üçün ən uyğun vaxt yaz və payız aylarıdır. Bu dövrdə hava şəraiti mülayim olur və turistik yerləri gəzmək daha rahat olur. Bundan əlavə, Çinin ən məşhur turistik məkanları, məsələn, Böyük Çin Səddi, Şanxay, Pekin, Quançjou və Çjantszyatsze Milli Parkı kimi yerlərə ziyarət etmək üçün bu aylar ideal seçimdir.

Çin Turizm vizası - Necə əldə etmək olar?

Çinə səyahət etmək üçün fərqli viza növləri mövcuddur. Bu vizalar, səyahətinizin məqsədindən asılı olaraq seçilir. Əgər Çinə turizm, ailə və ya dostlara ziyarət, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və s. məqsədlərlə səyahət planlayırsınızsa, Çin turizm vizasına müraciət etməlisiniz.

Turizm vizası üçün müraciət prosesi 10 iş günü çəkir. Ona görə də səyahət planınızı əvvəlcədən hazırlamaq və viza müraciətini vaxtında etmək vacibdir.

Çinə Viza Müraciəti üçün Sənədlər toplusu

Çin Turizm vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Şəxsiyyət vəsiqənizin surəti
  3. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  4. Adınıza olan karta bağlı bank hesabından arayış* və çıxarış
  5. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  6. Məhkumluq haqqında arayış

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Çində qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3000- 5000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Çin ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 100-175 AZN gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Viza proseduru

Çin turizm vizası üçün müraciət prosesində sizin şəxsi iştirakınız mütləq tələb olunur. Barmaq izləri vermək, ümumiyyətlə, bütün müraciətçilər üçün məcburidir (istisnalar xüsusi hallara tətbiq edilə bilər). Viza müraciəti səfər tarixindən ən tez şəkildə 6 ay öncə edilə bilər.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünə bilər:

  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər

Çin vizası proseduru müraciət tarixindən etibarən, adətən, 10 iş günü (bayram və qeyri-iş günləri istisna olmaqla) davam edir.

Sənədləri təqdim edərkən viza rüsumu ödənilməlidir. Bu ödənişi həm nəğd, həm də kartla ödəmək mümkündür. Viza rüsumunun manat ekvivalenti günün məzənnəsinə görə tənzimlənir.

  1. Viza Rüsumu: Çinə turizm vizası üçün viza rüsumu 300 USD təşkil edir. Bu məbləğ Çin səfirliyi və ya viza mərkəzi tərəfindən qəbul edilir. Ödəniş həm nəğd, həm də kartla (avro və ya manatla) edilə bilər. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən müəyyən edilən günlük məzənnəyə əsasən hesablanır.
  2. SMS Xidmət Haqqı: Viza prosesinin tamamlandığı və pasportun hazır olduğu barədə məlumatlandırma üçün SMS xidmət haqqı 3 AZN təşkil edir. Bu xidmət istəyə bağlıdır və tələb olunarsa ödənilir.
  3. Ödəniş Üsulları: Viza rüsumu və digər ödənişlər nəğd və ya kartla (avro və ya manatla) edilə bilər. Viza mərkəzi və ya səfirlik tərəfindən qəbul edilən ödəniş üsulları haqqında əlavə məlumatı rəsmi vebsaytlarından yoxlamaq tövsiyə olunur.

Çin Turizm Vizası alma ehtimalı

Çin turizm vizası alma ehtimalınız təqdim etdiyiniz profilə və sənədlərin düzgünlüyünə əsaslanır. Vizaya müraciət edərkən aşağıdakı məqamlar nəzərə alınmalıdır:

  • Maliyyə vəziyyəti: Aylıq gəlirinizin stabil olması və bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz vacibdir. Bu məbləğ adətən gündəlik xərcləri, otel rezervasiyasını və təyyarə biletlərini əhatə etməlidir. Bank çıxarışında balansınızın bir neçə ay ərzində sabit olduğu göstərilməlidir.
  • Ölkəyə bağlılıq: Sizi Azərbaycana bağlayan nüanslar (iş yeri və mövqeyiniz, adınıza olan əmlak, ailə üzvlərinizin mövcudluğu) viza alma ehtimalınızı artırır.
  • Sənədlərin tamlığı: Vizaya müraciət üçün tələb olunan bütün sənədləri düzgün qaydada təqdim etməyiniz şansınızı artırır. Bu sənədlərə pasportunuzun surəti, maliyyə vəziyyətinizi təsdiqləyən sənədlər, viza anketi və lazım gəldikdə dəvət məktubu daxildir.
  • Səyahət tarixçəsi: Çinə vizaya müraciət üçün Şengen və ya digər vizalarınızın olması mütləq şərt deyil. Lakin əvvəlki səyahət tarixçəniz (digər ölkələrə səfər etməyiniz) vizanın təsdiq olunmasına müsbət təsir göstərə bilər.

Çinə Viza dəstəyi

Biz Çin vizası almaq üçün vizam.az kimi etibarlı viza agentliyindən dəstək ala bilərsiniz. Vizam.az xidmətlərinə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin bronu, otellərdən isə təsdiq məktublarının alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxildir.

Ümumi olaraq, Çin Turizm vizası üçün dəstək xidmət haqqısı bir nəfər üçün 510 AZN-dir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə və ya əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələrilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Müəllif: Alekber Kerbalayev

Yeniləndi: 04.02.2025

Oxşar yazılar:

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistan rəngarəng mədəniyyəti, qədim məbədləri, möhtəşəm sarayları və fərqli mətbəxi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tac Mahaldan Mumbayın canlı küçələrinə, Himalay dağlarından Qoa çimərliklərinə qədər ölkə hər səyahətçiyə fərqli təcrübələr təqdim edir. Hindistana səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Hindistanda 22 rəsmi dil tanınır Hindistan dil […]

Vizam.az 06 noyabr 2026
Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konqa səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza almaq tələb olunur. Asiyanın ən məşhur turizm və biznes mərkəzlərindən biri olan Honq Konq müasir memarlığı, möhtəşəm şəhər mənzərələri, alış-veriş imkanları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini cəlb edir. Honq Konq səyahətinizi planlaşdırırsınızsa, viza müraciətinizi son ana saxlamayın. Vizam.az vasitəsilə müraciət prosesində peşəkar dəstək əldə […]

Vizam.az 05 noyabr 2026
Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan qədim tarixi, rəngarəng mədəniyyəti, möhtəşəm məbədləri və fərqli təbiəti ilə turistlərin maraq göstərdiyi ölkələrdən biridir. Hindistana səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları səfərdən əvvəl viza almalıdırlar. Hindistan vizası ilə bağlı ən çox verilən 10 sualın cavabını aşağıda tapa bilərsiniz. Azərbaycan vətəndaşları Hindistan vizasını onlayn ala bilərmi? Bəli. Azərbaycan vətəndaşları Hindistanın elektron viza (e-Visa) müraciəti üçün […]

Vizam.az 05 noyabr 2026
Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşa zəngin tarixi, möhtəşəm memarlığı, qədim şəhərləri və özünəməxsus mədəniyyəti ilə Avropanın maraqlı səyahət istiqamətlərindən biridir. Varşavanın müasir küçələrindən Krakovun tarixi meydanlarına qədər ölkənin hər bölgəsində kəşf etməyə dəyər fərqli məkanlar var. Polşaya səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Polşanın paytaxtı Varşavadır, lakin Krakov da turistlərin sevimli şəhərlərindən […]

Vizam.az 05 noyabr 2026
İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026