Tələbə Vizası Almaq İstəyənlər Üçün Ölkələr Siyahısı

Yeniləndi: 22 iyul 2026 2836 baxış 8 dəq. oxu

Xaricdə təhsil almaq indi tələbələr üçün yalnız bir arzudan daha çox, gələcək karyera və fərdi inkişaf üçün vacib bir addımdır. Tələbə vizası, beynəlxalq universitetlərdə təhsil almaq istəyən hər bir gəncin ilk və ən vacib mərhələsidir. Doğru ölkəni və proqramı seçmək isə tələbənin təhsil təcrübəsini həm rahat, həm də uğurlu edə bilər.

Azərbaycan tələbələri üçün son illərdə xaricdə təhsil getdikcə populyarlaşır. Hər il yüzlərlə tələbə müxtəlif ölkələrdə universitet proqramlarına müraciət edir. Vizam.az üzərindən müraciət edilən tələbə vizaları da göstərir ki, bəzi ölkələr digər ölkələrə nisbətən daha çox seçilir. Bu blogda Macarıstan, Çexiya, Belçika, Almaniya və Avstriya kimi tələbələr arasında populyar ölkələrə nəzər salacağıq. Qeyd etmək lazımdır ki, bu ölkələr üçün verilən məlumatlar dəqiq statistika deyil, lakin tələbələr arasında trendi göstərmək üçün faydalı məlumatdır.

Hər bir ölkənin özünəməxsus üstünlükləri var. Məsələn, Macarıstan və Çexiya tarixi universitetləri və münasib təhsil xərcləri ilə seçilir. Belçika müxtəlif beynəlxalq proqramları ilə tələbələr üçün geniş seçim imkanları təqdim edir. Almaniya texnologiya və mühəndislik sahələrində yüksək keyfiyyətli təhsil təklif edir, Avstriya isə mədəniyyət və akademik ənənələrini birləşdirən mühit yaradır.

Bu blogda siz həm tələbə vizası üçün tələb olunan sənədlər və müraciət prosesi haqqında, həm də bu ölkələrdə təhsil imkanları, yaşam xərcləri və tələbə həyatı barədə ətraflı məlumat əldə edəcəksiniz. Eyni zamanda, blog sual-cavab formatında hazırlanacaq ki, oxucular ən çox maraqlandığı suallara aydın cavab tapa bilsin. Məsələn: hansı sənədlər tələb olunur, viza müddəti nə qədərdir, yaşam xərcləri nə qədərdir, ingilis dili səviyyəsi necə olmalıdır və vizanı uğurla almaq üçün nə etməli.

Vizam.az olaraq məqsədimiz, tələbələrin xaricdə təhsil imkanlarını düzgün qiymətləndirməsinə kömək etmək və tələbə vizası müraciətini asan, sürətli və təhlükəsiz şəkildə həyata keçirmələrini təmin etməkdir. İndi isə gəlin, hər ölkənin tələbə vizası və təhsil imkanlarına daha yaxından baxaq.

Macarıstanda Tələbə Vizası

Macarıstan, mərkəzi Avropada yerləşən və zəngin akademik ənənələrə malik ölkə olaraq, Azərbaycan tələbələri arasında populyar seçimlərdəndir. Ölkənin yüksək keyfiyyətli universitetləri və münasib yaşam xərcləri, həmçinin müxtəlif beynəlxalq proqramlar tələbələri cəlb edir.

Macarıstanda təhsil almaq istəyən tələbələrin ilk addımı Macarıstanın Azərbaycandakı səfirliyinə müraciət etməkdir. Təhsil vizası (D tipi viza) uzunmüddətli vizadır və yalnız universitetdən qəbul məktubu olan tələbələr üçün nəzərdə tutulub.

Əvvəlcə tələbə Macarıstan səfirliyinə yaxınlaşır və viza üçün görüş təyin edir. Görüş üçün əsas sənədlər toplanır və hazır şəkildə təqdim edilir. Sənədlər arasında ən önəmli olan qəbul məktubudur. Bu sənəd olmadan viza müraciəti mümkün deyil.

Ətraflı məlumat üçün klik edərək bloga keçid edə bilərsiniz. Macarıstan təhsil vizası yerləşdirmək üçün klik etməyiniz kifayətdir.

Sonra anket mərhələsi başlayır. Burada iki əsas anket doldurulur: Annex 9 və Appendix 9.1.3.

Annex 9, təhsil vizası üçün əsas müraciət formasıdır. Burada şəxsi məlumatlar, səyahətin məqsədi, planlaşdırılan təhsil proqramı, Macarıstanda qalma müddəti və maliyyə vəziyyəti barədə suallar yer alır. Bu anket, əsasən tələbənin şəxsiyyətini, planlarını və motivasiyasını göstərmək üçün hazırlanıb. Annex 9 anketi Macarıstan səfirliyinin viza bölməsi tərəfindən təqdim olunur və ya onların rəsmi saytından yüklənə bilər.

Appendix 9.1.3 isə daha detallı əlavələr üçün nəzərdə tutulub. Burada tələbənin təhsil müddətində harada qalacağı, hansı universitetdə oxuyacağı, maddi təminatının mənbəyi (məsələn, şəxsi vəsait, valideyn dəstəyi və ya təqaüd) barədə daha spesifik məlumatlar verilir. Bu sənəd, müraciətin şəffaf və inandırıcı olması üçün çox vacibdir. Appendix 9.1.3 də səfirlik tərəfindən verilir və müraciət zamanı imzalanaraq təqdim olunur.

Bu anketlərdən başqa, tələbədən otel bronu və ya yataqxana sənədi də istənilir. Əgər hələ yataqxana razılaşması yoxdursa, ilkin olaraq otel bronu göstərmək kifayət edir. Bu sənəd tələbənin Macarıstana gedəndə ilk harada qalacağını göstərmək üçündür.

Təyyarə bileti bronu da vacib sənədlərdən biridir. Əgər bilet tam alınmayıbsa, sadəcə rezervasiya sənədi kifayət edir. Bunun məqsədi səfirliyə tələbənin gerçəkdən səyahət etməyə hazır olduğunu göstərməkdir.

Maliyyə təminatı sənədləri də mühüm rol oynayır. Burada əsas məqsəd tələbənin Macarıstanda oxuyarkən özünü maliyyə baxımından necə təmin edəcəyini göstərməkdir. Əgər tələbə şəxsi vəsaitlə gedirsə, bank hesabı çıxarışları təqdim edilir. Əgər valideyn və ya sponsor dəstəyi varsa, sponsorluq məktubu və onun bank çıxarışı əlavə edilir. Əgər tələbə təqaüd qazanıbsa, təqaüdü təsdiq edən rəsmi sənəd yetərlidir.

Bundan əlavə, təhsil müddətini əhatə edən tibbi sığorta təqdim edilməlidir. Bu sənəd tələbənin sağlamlıq xərclərini qarşılaya biləcəyini və hər hansı tibbi vəziyyətdə problem yaşamayacağını göstərir.

Bütün sənədlər toplandıqdan və anketlər doldurulduqdan sonra tələbə səfirliyə görüş günü sənədləri şəxsən təqdim edir və qısa müsahibə verir. Müsahibədə əsasən niyə Macarıstanda təhsil almaq istədiyi, hansı universitet və proqramı seçdiyi, məzun olduqdan sonra planlarının nə olduğu və maliyyə vəziyyəti barədə suallar verilir.

Sənədlər təqdim edildikdən sonra səfirlik müraciəti qiymətləndirir. Yoxlama müddəti adətən 2 həftədən 4 həftəyədək davam edir. Əgər sənədlərdə çatışmazlıq olarsa, tələbəyə əlavə sənəd təqdim etməsi üçün məlumat verilir.

Viza təsdiq edildikdən sonra tələbə səfirliyə gedərək pasportunu geri alır. Viza pasporta yapışdırılır və tələbə artıq Macarıstana səyahət edə bilər.

Macarıstana çatdıqdan sonra isə tələbə yerli miqrasiya idarəsində (National Directorate-General for Aliens Policing) qeydiyyatdan keçməli və təhsil müddəti üçün müvəqqəti oturma icazəsi almalıdır. Bu addım çox vacibdir və universitetlər də tələbəni bu prosesdə istiqamətləndirir.

Beləliklə, Macarıstan təhsil vizasına müraciət prosesi aydın şəkildə planlaşdırıldıqda və sənədlər düzgün toplandıqda, ümumiyyətlə problemsiz şəkildə tamamlanır. Əsas olan qəbul məktubu, düzgün doldurulmuş anketlər və maliyyə təminatı sənədlərinin tam olmasıdır.

Çexiya Tələbə Vizası

Azərbaycan vətəndaşları Təhsil məqsədi ilə Çexiya ölkəsinə səyahət edə bilmək üçün öncədən Təhsil vizası almalıdırlar. Çexiya Təhsil vizasını almaq üçün, Azərbaycan vətəndaşları 60-120 iş günündən öncədən müraciət etməlidirlər.

Çexiyaya viza müraciət etməzdən əvvəl çexiya sefirliyi viza bölməsinin rəsmi saytını yoxlamaq lazımdır. Çexiya səfirliyi viza mərkəzi sənədlərin düzgün hazırlanmasına nəzarət edir və tələbələr üçün rahat xidmətlər göstərir. Çexiya sefirliyi ünvan və iş saatları barədə məlumatı əldə etmək üçün çexiya sefirliyi elaqe vasitəsilə əlaqə saxlamaq mümkündür. Çexiya respublikası təhsil almaq istəyən gənclər üçün çoxsaylı üstünlüklər və perspektivlər təqdim edir. Çexiya universitetləri, çexiyada magistr, çexiyada magistr təhsili proqramları ilə siz də bu üstünlüklərdən faydalana bilərsiniz.

Ətraflı məlumat üçün klik edərək bloga keçid edə bilərsiniz. Çexiya təhsil vizası yerləşdirmək üçün klik etməyiniz kifayətdir.

Çexiyada təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün uzunmüddətli tələbə vizası (Long-Term Visa for the Purpose of Studies) tələb olunur. Bu viza, təhsil müddətiniz boyunca ölkədə qanuni şəkildə yaşamaq və oxumaq hüququ verir. Vizaya müraciət prosesi rəsmi və sənəd yönümlü olduğundan, hər addımı diqqətlə yerinə yetirmək vacibdir.

Tələb olunan sənədlər

  • Şəkil 3.5x4.5
  • diplom/Attestat
  • Universitetə qəbul üçün verilən bütün sənədlər
  • Qəbul məktubu
  • Təhsil ödənişinin sübutuna dair sənəd
  • Mülki vəziyyətin sübutu:evlilik şəhadətnaməsi, uşaqların doğum şəhadətnaməsi, həyat yoldaşının ölüm şəhadətnaməsi (əgər varsa)
  • Əvvəlki vizaların, giriş və çıxış möhürlərin və s. surəti
  • Mülk haqqında sənəd (əgər varsa)
  • Yaşayış yerinin sübutu:kirayə müqaviləsi və s.
  • Məhkumluq haqqında arayış
  • Pasport:minimum 6 aylıq etibarlılıq müddəti ilə
  • Bankdan arayış/Bank kartından çıxarış: son 6 ay üçün
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Pasportun əsas səhifəsinin surəti

Belçika Tələbə Vizası

Belçika Avropanın mərkəzində yerləşən, yüksək keyfiyyətli təhsil sistemi ilə seçilən və tələbələrin ən çox müraciət etdiyi ölkələrdən biridir. Burada həm dövlət, həm də özəl universitetlər müxtəlif ixtisaslarda geniş təhsil imkanları təqdim edir. Ən böyük üstünlüklərdən biri çoxdilli təhsil mühiti hesab olunur. Belçikada fransız, holland və alman dilləri ilə yanaşı, ingilis dilində də çoxlu bakalavr və magistr proqramları mövcuddur. Bu isə ölkəni beynəlxalq tələbələr üçün daha da cəlbedici edir.

Təhsil alan tələbələr diplomlarını Bolonya sisteminə uyğun olaraq alırlar və bu diplom Avropanın digər ölkələrində də tanınır. Bundan əlavə, Belçikanın Avropanın mərkəzində yerləşməsi tələbələrə həm səyahət, həm də müxtəlif beynəlxalq təcrübələr qazanmaq imkanı yaradır. Təhsil xərcləri Almaniya və Avstriya ilə müqayisədə bir qədər yüksək olsa da, digər Qərbi Avropa ölkələrinə nisbətən daha münasibdir.

Belçikada təhsil almaq istəyən tələbələr uzunmüddətli D vizasına müraciət etməlidirlər. Bu viza bir ildən artıq təhsil üçün nəzərdə tutulur. Daha qısa müddətli proqramlarda iştirak etmək istəyənlər isə C vizasından istifadə edə bilərlər. Vizaya müraciət zamanı qəbul məktubu, təhsil haqqının ödənilməsini sübut edən sənəd, yaşayış yeri haqqında təsdiq (kirayə müqaviləsi və ya yataqxana sənədi), bank hesabında kifayət qədər maliyyə imkanlarının olması, tibbi arayış, sığorta və cinayət arayışı tələb olunur.

Belçika tələbə vizasının üstünlükləri də tələbələr üçün çox cəlbedicidir. Təhsil müddətində qismən işləmək hüququ əldə etmək, təhsil bitdikdən sonra Belçikada qalaraq iş icazəsi almaq və Erasmus+ kimi Avropa təhsil proqramlarında iştirak etmək mümkündür.

Belçika təhsil vizası üçün sifariş yerləşdirmək istəyirsinizsə, klik edərək əldə edə bilərsiniz.

Qeyd etmək lazımdır ki, bu məlumat dəqiq statistika deyil, ümumi məlumat xarakteri daşıyır. Ən doğru və yenilənmiş məlumatı vizam.az vasitəsilə və rəsmi konsulluqlardan almaq mümkündür.

Tələb Olunan Sənədlər

  • Şəkil 3.5x4.5
  • Diplom/Attestat
  • Universitetə qəbul üçün verilən bütün sənədlər
  • Qəbul məktubu
  • Təhsil ödənişinin sübutuna dair sənəd
  • Əvvəlki vizaların, giriş və çıxış möhürlərin və s. surəti
  • Yaşayış yerinin sübutu (kirayə müqaviləsi və s)
  • Tibbi arayış
  • Məhkumluq haqqında arayış
  • Pasport (6 aylıq etibarlılıq müddəti)
  • Bankdan arayış/Bank kartından çıxarış (son 6 ay üçün)
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Contribution fee ödənişinin təsdiqi
  • Pasportun əsas səhifəsinin surəti

Almaniya Təhsil Vizası

Almaniya dünyanın ən güclü təhsil mərkəzlərindən biridir və tələbələr üçün geniş imkanlar təqdim edir. Alman universitetləri yüksək keyfiyyətli təhsil, beynəlxalq səviyyədə tanınan diplom və çoxsaylı ixtisas seçimləri ilə tanınır. Buna görə də hər il minlərlə tələbə Almaniyaya təhsil vizası üçün müraciət edir.

Almaniyada təhsil vizası tələbələrin burada uzunmüddətli oxuması və rəsmi şəkildə yaşaması üçün əsas sənəddir. Əgər Almaniyada bakalavr, magistr və ya doktorantura üzrə təhsil almaq istəyirsinizsə, mütləq tələbə vizası (Studentenvisum) almanız vacibdir. Bu viza yalnız qəbul məktubu almış şəxslərə verilir.

Tələbə vizası üçün müraciət edənlərdən bir sıra sənədlər tələb olunur. Əsas sənədlərə qəbul məktubu, pasport, diplom və ya attestat, yaşayış yeri barədə sübut (kirayə müqaviləsi və ya tələbə yataqxanasından təsdiq), bank hesabında kifayət qədər maliyyə vəsaitinin mövcudluğunu təsdiqləyən çıxarış (illik minimum tələb olunan məbləğ adətən 11,208 avro təşkil edir), tibbi sığorta və motivasiya məktubu daxildir. Bundan əlavə, bəzi hallarda alman dili biliyini təsdiq edən sertifikat da tələb oluna bilər.

Almaniyada təhsil vizası sizə yalnız oxumaq imkanı deyil, həm də müəyyən şərtlərlə işləmək hüququ verir. Tələbələr il ərzində 120 tam gün və ya 240 yarım gün işləyə bilərlər ki, bu da əlavə təcrübə və maliyyə dəstəyi üçün böyük üstünlükdür.

Qeyd etmək lazımdır ki, viza müraciətləri çox vaxt aparır, bəzən hətta bir neçə ay çəkə bilər. Buna görə də sənədlərinizi vaxtında toplamaq və Almaniya səfirliyi və ya vizam.az kimi ixtisaslaşmış mərkəzlər vasitəsilə düzgün formada müraciət etmək çox önəmlidir.

Tələb olunan sənədlər

  • Şəkil 3.5x4.5
  • Diplom/Attestat
  • Universitetə qəbul üçün verilən bütün sənədlər
  • Qəbul məktubu
  • Təhsil ödənişinin sübutuna dair sənəd
  • Əvvəlki Şengen vizalarının nüsxələri, əgər varsa
  • Mülk haqqında sənəd, əgər varsa
  • Pasport (6 aylıq etibarlılıq müddəti)
  • Bankdan arayış/Bank kartından çıxarış (son 6 ay üçün)
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Pasportun əsas səhifəsinin surəti
  • Tərcümeyi-hal
  • Dil biliklərini təsdiq edən sertifikat
  • Motivasiya məktubu

Avstriya Təhsil Vizası

Avstriya Avropanın ən nüfuzlu təhsil mərkəzlərindən biridir və burada təhsil almaq istəyən beynəlxalq tələbələr üçün xüsusi tələbə vizası mövcuddur. Avstriyada universitetlər yüksək akademik keyfiyyət, çoxdilli proqramlar və beynəlxalq tələbələr üçün geniş seçim imkanları ilə tanınır. Burada həm bakalavr, magistr, həm də doktorantura pilləsində təhsil almaq mümkündür.

Avstriyada uzunmüddətli təhsil almaq istəyən tələbələr D tipli viza və ya təhsil məqsədli yaşayış icazəsi (Aufenthaltsbewilligung – Student) üçün müraciət etməlidirlər. Əvvəlcə tələbə qəbul məktubu aldıqdan sonra viza müraciəti mümkündür. Bu viza sizə təhsil müddətində Avstriyada qalmaq və müəyyən şərtlərlə işləmək hüququ verir.

Müraciət prosesi bir neçə mərhələdən ibarətdir:

  • İlk olaraq, qəbul olduğunuz universitetdən rəsmi qəbul məktubu əldə etməlisiniz.
  • Daha sonra, yaşayış yeriniz barədə sübut (kirayə müqaviləsi və ya yataqxana təsdiqi), maliyyə təminatını göstərən bank çıxarışı (ildə minimum tələb olunan məbləğ yaşdan və statusdan asılı olaraq dəyişir, orta hesabla 11,000 avro ətrafında), tibbi sığorta və pasportunuz müraciət üçün əsas şərtlərdir.
  • Sənədlər toplanaraq Avstriya səfirliyi və ya konsulluğuna təqdim edilir. Bəzi hallarda əlavə sənədlər, məsələn, motivasiya məktubu və ya dil biliklərini təsdiq edən sertifikat tələb oluna bilər.
  • Müraciət emalı bir neçə həftədən bir neçə aya qədər vaxt apara bilər, buna görə də ən azı semestr başlamazdan 2-3 ay əvvəl müraciət etmək tövsiyə olunur.

Tələb Olunan Sənədlər

  • İş yerindən/Təhsil müəssisəsindən arayış
  • Şəkil 3.5x4.5
  • Diplom/Attestat
  • Universitetə qəbul üçün verilən bütün sənədlər
  • Qəbul məktubu
  • Təhsil ödənişinin sübutuna dair sənəd
  • Mülki vəziyyətin sübutu (evlilik şəhadətnaməsi, uşaqların doğum şəhadətnaməsi, həyat yoldaşının ölüm şəhadətnaməsi), əgər varsa
  • Əvvəlki Şengen vizalarının nüsxələri, əgər varsa
  • Mülk haqqında sənəd, əgər varsa
  • Doğum haqqında şəhadətnamə
  • Yaşayış yerinin sübutu (kirayə müqaviləsi və s)
  • Məhkumluq haqqında arayış
  • Pasport (6 aylıq etibarlılıq müddəti)
  • Bankdan arayış/Bank kartından çıxarış (son 6 ay üçün)
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Pasportun əsas səhifəsinin surəti

Tez-tez Verilən Suallar (FAQ)

1. Tələbə vizası üçün hansı sənədlər əsasdır?
– Əsasən universitetdən qəbul məktubu, pasport, maliyyə təminat sənədləri, tibbi sığorta və yaşayış yeri ilə bağlı sübut tələb olunur.

2. Tələbə vizası almaq üçün maliyyə təminatı necə sübut olunur?
– Bank hesabı çıxarışı, sponsorluq məktubu və ya təqaüd sertifikatı vasitəsilə maliyyə təminatı göstərilə bilər.

3. Vizaya müraciət prosesi nə qədər vaxt aparır?
– Ölkədən asılı olaraq 4 həftədən 3-4 aya qədər davam edə bilər. Buna görə də ən azı semestr başlamazdan 2-3 ay əvvəl müraciət etmək tövsiyə olunur.

4. Tələbə vizası ilə işləmək mümkündürmü?
– Əksər Avropa ölkələrində tələbələr həftədə 10-20 saat arası yarımştat işləyə bilərlər. Amma qaydalar ölkəyə görə dəyişir.

5. Vizaya imtina olunsa, nə etmək olar?
– Əgər vizaya imtina edilərsə, imtina səbəbləri yazılı şəkildə təqdim olunur. Bu səbəblərə əsasən sənədləri təkmilləşdirərək yenidən müraciət etmək olar.

6. Hər ölkə üçün eyni sənədlər lazımdırmı?
– Əsas sənədlər oxşardır, lakin ölkələr arasında fərqli tələblər ola bilər. Məsələn, bəzi ölkələr dil sertifikatı və ya motivasiya məktubu tələb edir.

7. Təhsil vizası ilə ailə üzvlərini aparmaq mümkündürmü?
– Bəzi ölkələr tələbənin həyat yoldaşı və övladlarına ailə birləşməsi vizası ilə qoşulmağa icazə verir.

8. Azərbaycanlı tələbələr ən çox hansı ölkələrə tələbə vizası üçün müraciət edirlər?
– Ən çox müraciət olunan ölkələr Macarıstan, Çexiya, Belçika, Almaniya və Avstriyadır.

9. Hansı ölkələr tələbələr üçün təhsil haqqı və yaşayış xərcləri baxımından daha əlverişlidir?
– Macarıstan və Çexiya tələbələr üçün nisbətən daha əlverişli təhsil haqqı və yaşayış xərcləri təklif edir.

10. Hansı ölkələrdə tələbə vizası daha tez alınır?
– Almaniya və Avstriyada müraciət prosesi bir qədər uzun çəkə bilər, lakin Macarıstan və Çexiyada vizanın emalı daha sürətli

Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə dünyanın istənilən ölkəsinə viza müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, ərizə anket doldurulması, sənədlərin yüklənməsi, otel və bilet bron istədiyiniz halda dəstək göstəririk.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Unutmayın ki, düzgün hazırlıq və vaxtında müraciət viza prosesini asanlaşdırır və səyahətinizi xoş anlarla doldurur.

Səyahətiniz uğurlu, təhlükəsiz və xoş olsun!

Oxşar yazılar:

Monteneqro vizası üçün hansı sənədlər lazımdır?

Monteneqro vizası üçün hansı sənədlər lazımdır?

Monteneqroya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının turist səfəri üçün viza müraciəti zamanı müəyyən sənədləri təqdim etməsi tələb olunur. Sənədlərin düzgün və tam hazırlanması müraciət prosesinin daha rahat həyata keçirilməsinə kömək edir. Bu yazıda Monteneqro turist vizası üçün tələb olunan əsas sənədləri, maliyyə təminatı ilə bağlı tələbləri və müraciət zamanı diqqət edilməli məqamları izah edirik. Monteneqro […]

Vizam.az 19 avqust 2026
Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan pasportu ilə səyahət edənlər üçün viza tələb etməyən ölkələrin sayı son illərdə dəyişib. Bəzi istiqamətlərdə vizasız qalma müddəti 90 gün olduğu halda, bəzi ölkələrdə daha qısa müddət tətbiq edilir. Əgər səyahətinizi viza müraciəti olmadan planlaşdırırsınızsa, Azərbaycan pasportu ilə vizasız gedilən ölkələri əvvəlcədən bilmək səfər planınızı daha rahat qurmağa kömək edə bilər. Bu siyahını Azərbaycan […]

Vizam.az 14 avqust 2026
2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün viza müraciətində sənədlərin düzgün hazırlanması ən vacib mərhələlərdən biridir. İspaniya vizası üçün hansı sənədlər lazımdır? sualının cavabı səfərin məqsədindən asılı olaraq dəyişə bilər. Turistik səfər üçün müraciət edən şəxslər əsasən qısamüddətli Şengen vizasına müraciət edirlər. İspaniyanın Şengen vizası turizm, biznes, ailə ziyarəti və digər qısamüddətli səfərlər üçün istifadə […]

Vizam.az 14 avqust 2026
Almaniya Vizası üçün Bank Hesabında Nə qədər Pul Olmalıdır?

Almaniya Vizası üçün Bank Hesabında Nə qədər Pul Olmalıdır?

Almaniya vizasına müraciət edən şəxslər üçün ən çox maraq doğuran məsələlərdən biri maliyyə təminatıdır. Almaniya vizası üçün bank hesabında nə qədər pul olmalıdır? sualının cavabı isə səfərin müddətindən, məqsədindən və müraciət edən şəxsin fərdi maliyyə vəziyyətindən asılıdır. Almaniya vizası üçün müraciət zamanı əsas məqsəd səfər müddətində xərclərinizi qarşılaya biləcəyinizi və Almaniyadan geri qayıtmağınızı maliyyə baxımından […]

Vizam.az 11 avqust 2026
Portuqaliya Vizası Haqqında Ən Çox Verilən Suallar

Portuqaliya Vizası Haqqında Ən Çox Verilən Suallar

Portuqaliyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının ən çox maraqlandığı mövzulardan biri viza müraciəti ilə bağlı suallardır. Müraciət prosesi, tələb olunan sənədlər, vizanın nəticələnmə müddəti, bank hesabında olmalı vəsait və Şengen vizası ilə bağlı digər qaydalar barədə hər gün yüzlərlə axtarış edilir. Bu yazıda Portuqaliya vizası haqqında ən çox verilən sualları bir araya toplamış və hər […]

Vizam.az 04 avqust 2026
Çin Təhsil Vizası Necə Alınır?

Çin Təhsil Vizası Necə Alınır?

Çində təhsil almaq son illərdə Azərbaycanlı tələbələr arasında ən çox seçilən istiqamətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu universitetləri, münasib təhsil haqları və beynəlxalq diplom imkanları Çini xaricdə təhsil almaq istəyən tələbələr üçün cəlbedici edir. Lakin Çində təhsil almaq üçün universitetdən qəbul məktubu əldə etmək kifayət deyil. Ölkəyə qanuni şəkildə daxil olmaq və təhsil almaq üçün Çin […]

Vizam.az 03 avqust 2026
Azərbaycan Vətəndaşları üçün Monteneqro Vizası 2026

Azərbaycan Vətəndaşları üçün Monteneqro Vizası 2026

Monteneqro son illərdə Adriatik sahilləri, tarixi şəhərləri, dağ mənzərələri və münasib qiymətləri ilə azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi Avropa istiqamətlərindən birinə çevrilib. Lakin 15 yanvar 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları üçün Monteneqroya vizasız giriş rejimi ləğv edilib və ölkəyə səfər etmək istəyən şəxslər əvvəlcədən viza almalıdırlar. Bu yazıda Azərbaycan vətəndaşları üçün Monteneqro vizası […]

Vizam.az 28 iyul 2026
İtaliya Viza Dəstəyi Xidməti: Müraciət Prosesi, Sənədlər

İtaliya Viza Dəstəyi Xidməti: Müraciət Prosesi, Sənədlər

İtaliyaya səyahət etməyi planlaşdırırsınızsa, səfərinizin ən vacib mərhələlərindən biri viza müraciətidir. İtaliya vizası üçün tələb olunan sənədlərin düzgün hazırlanması, müraciət formasının doğru doldurulması və səfər məqsədinin əsaslandırılması viza müraciətinin uğurlu nəticələnməsi baxımından mühüm əhəmiyyət daşıyır. İtaliya viza dəstəyi xidməti müraciət prosesində sənədlərin hazırlanması və yoxlanılması, viza ərizəsinin doldurulması və digər vacib mərhələlərdə peşəkar dəstək almağa […]

Vizam.az 22 iyul 2026
Danimarka Vizası Haqqında Ən Çox Verilən Suallar

Danimarka Vizası Haqqında Ən Çox Verilən Suallar

Danimarka Avropanın ən çox səyahət edilən ölkələrindən biri olmaqla yanaşı, Şengen zonasına daxil olan ölkələrdəndir. Danimarkaya turizm, dost və qohum ziyarəti və ya işgüzar səfər məqsədilə getmək istəyən Azərbaycan vətəndaşları səfərin məqsədinə uyğun viza üçün müraciət etməlidirlər. Danimarka vizası üçün müraciət zamanı səfərin məqsədi, maliyyə imkanları, yaşayış yeri və səfərdən sonra Azərbaycana qayıtmaq niyyəti əsas […]

Vizam.az 21 iyul 2026
2026-cı ildə Amerikaya Necə Getmək Olar?

2026-cı ildə Amerikaya Necə Getmək Olar?

ABŞ hər il milyonlarla insanın səyahət, təhsil, iş və yeni həyat qurmaq məqsədilə üz tutduğu ölkələrdən biridir. Dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan Amerika Birləşmiş Ştatları həm məşhur şəhərləri, həm yüksək təhsil imkanları, həm də geniş karyera perspektivləri ilə fərqlənir. Bəs 2026-cı ildə Amerikaya necə getmək olar? Azərbaycan vətəndaşları üçün hansı yollar mövcuddur? ABŞ […]

Vizam.az 16 iyul 2026