TAYLANDA VİZANI NECƏ ƏLDƏ EDƏ BİLƏRƏM?

Yeniləndi: 13 iyul 2026 34852 baxış 4 dəq. oxu

Hər il 40 milyondan çox turistin səyahət üçün üz tutduğu unikal ölkə - Tayland! Hind Okeanı sahillərində yerləşən çimərlikləri, bol əyləncəli gündəlik həyatı, partiləri, mədəniyyəti və mətbəxi, paytaxt Banqkok şəhərinin gurultulu və əyləncəli küçələri, həmçinin digər turistik bölgələri ilə məşhurlaşmış bu ölkəyə səyahət vizası almaq sadə bir yoldan keçir. Bu yolu isə biz sizə bu məqalədə göstərəcəyik.

Tayland Viza Növləri

Taylanda planladığınız səyahətinizi Tayland turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Taylandda uzunmüddətli təhsil almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Tayland milli vizasına da müraciət edə bilərsiniz. 

Tayland Turizm Vizası

Tayland vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Tayland vizası əksər hallarda müraciətçilərə 3 aylıq müddət üçün verilir.

Tayland Vizası Müraciəti üçün Sənədlər Toplusu

Tayland vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  7. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  8. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  9. İngilis dilində doldurulmuş ərizə forması
  10. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Taylandda qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.500-3.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Viza müraciəti Taylandın Bakıdakı Səfirliyi tərəfindən qəbul olunur və qərar səfirliyin konsulluq şöbəsində konsul tərəfindən verilir. 

Viza müraciətini etmək və sənədləri təhvil vermək üçün əvvəlcədən görüş təyininə ehtiyac yoxdur. Qəbul günləri hər həftənin Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 14:00 və 16:00 aralığında (bayramla əlaqədar rəsmi qeyri-iş günləri istisna olmaqla) qəbul edilir. Sənədləri təhvil verərkən şəxsi iştirak mütləqdir, lakin pasportu təhvil almağa başqa şəxs gələ bilər. Bunun üçün həmin şəxs müraciətçinin şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidir.  

Viza nəticəsi, adətən, 30 iş gününə bəlli olur və viza nəticəsi müsbət olduğu təqdirdə vizanın etibarlılıq müddəti, adətən, 3 ay olur. Buna görə də, Tayland viza müraciətini ən tez səfər tarixinə 3 ay qalmış etmək məsləhətdir. 

Viza rüsumu 41 USD-dir və nəğd şəkildə dollar şəklində qəbul edilir. 

Tayland Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Taylandda da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Tayland vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Tayland səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Həmçinin, hər bir halda sizin daha öncə vizalarınızın olması Tayland vizası alma ehtimalınızı yüksəldən faktorlardan biridir.

Taylanda Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Tayland vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Tayland səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 149 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Taylandda bol əyləncələr! Xoş səyahətlər!

Yeniləndi: 27.01.2025

Oxşar yazılar:

Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan pasportu ilə səyahət edənlər üçün viza tələb etməyən ölkələrin sayı son illərdə dəyişib. Bəzi istiqamətlərdə vizasız qalma müddəti 90 gün olduğu halda, bəzi ölkələrdə daha qısa müddət tətbiq edilir. Əgər səyahətinizi viza müraciəti olmadan planlaşdırırsınızsa, Azərbaycan pasportu ilə vizasız gedilən ölkələri əvvəlcədən bilmək səfər planınızı daha rahat qurmağa kömək edə bilər. Bu siyahını Azərbaycan […]

Vizam.az 14 avqust 2026
2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün viza müraciətində sənədlərin düzgün hazırlanması ən vacib mərhələlərdən biridir. İspaniya vizası üçün hansı sənədlər lazımdır? sualının cavabı səfərin məqsədindən asılı olaraq dəyişə bilər. Turistik səfər üçün müraciət edən şəxslər əsasən qısamüddətli Şengen vizasına müraciət edirlər. İspaniyanın Şengen vizası turizm, biznes, ailə ziyarəti və digər qısamüddətli səfərlər üçün istifadə […]

Vizam.az 14 avqust 2026
Almaniya Vizası üçün Bank Hesabında Nə qədər Pul Olmalıdır?

Almaniya Vizası üçün Bank Hesabında Nə qədər Pul Olmalıdır?

Almaniya vizasına müraciət edən şəxslər üçün ən çox maraq doğuran məsələlərdən biri maliyyə təminatıdır. Almaniya vizası üçün bank hesabında nə qədər pul olmalıdır? sualının cavabı isə səfərin müddətindən, məqsədindən və müraciət edən şəxsin fərdi maliyyə vəziyyətindən asılıdır. Almaniya vizası üçün müraciət zamanı əsas məqsəd səfər müddətində xərclərinizi qarşılaya biləcəyinizi və Almaniyadan geri qayıtmağınızı maliyyə baxımından […]

Vizam.az 11 avqust 2026
Portuqaliya Vizası Haqqında Ən Çox Verilən Suallar

Portuqaliya Vizası Haqqında Ən Çox Verilən Suallar

Portuqaliyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının ən çox maraqlandığı mövzulardan biri viza müraciəti ilə bağlı suallardır. Müraciət prosesi, tələb olunan sənədlər, vizanın nəticələnmə müddəti, bank hesabında olmalı vəsait və Şengen vizası ilə bağlı digər qaydalar barədə hər gün yüzlərlə axtarış edilir. Bu yazıda Portuqaliya vizası haqqında ən çox verilən sualları bir araya toplamış və hər […]

Vizam.az 04 avqust 2026
Çin Təhsil Vizası Necə Alınır?

Çin Təhsil Vizası Necə Alınır?

Çində təhsil almaq son illərdə Azərbaycanlı tələbələr arasında ən çox seçilən istiqamətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu universitetləri, münasib təhsil haqları və beynəlxalq diplom imkanları Çini xaricdə təhsil almaq istəyən tələbələr üçün cəlbedici edir. Lakin Çində təhsil almaq üçün universitetdən qəbul məktubu əldə etmək kifayət deyil. Ölkəyə qanuni şəkildə daxil olmaq və təhsil almaq üçün Çin […]

Vizam.az 03 avqust 2026
Azərbaycan Vətəndaşları üçün Monteneqro Vizası 2026

Azərbaycan Vətəndaşları üçün Monteneqro Vizası 2026

Monteneqro son illərdə Adriatik sahilləri, tarixi şəhərləri, dağ mənzərələri və münasib qiymətləri ilə azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi Avropa istiqamətlərindən birinə çevrilib. Lakin 15 yanvar 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları üçün Monteneqroya vizasız giriş rejimi ləğv edilib və ölkəyə səfər etmək istəyən şəxslər əvvəlcədən viza almalıdırlar. Bu yazıda Azərbaycan vətəndaşları üçün Monteneqro vizası […]

Vizam.az 28 iyul 2026
İtaliya Viza Dəstəyi Xidməti: Müraciət Prosesi, Sənədlər

İtaliya Viza Dəstəyi Xidməti: Müraciət Prosesi, Sənədlər

İtaliyaya səyahət etməyi planlaşdırırsınızsa, səfərinizin ən vacib mərhələlərindən biri viza müraciətidir. İtaliya vizası üçün tələb olunan sənədlərin düzgün hazırlanması, müraciət formasının doğru doldurulması və səfər məqsədinin əsaslandırılması viza müraciətinin uğurlu nəticələnməsi baxımından mühüm əhəmiyyət daşıyır. İtaliya viza dəstəyi xidməti müraciət prosesində sənədlərin hazırlanması və yoxlanılması, viza ərizəsinin doldurulması və digər vacib mərhələlərdə peşəkar dəstək almağa […]

Vizam.az 22 iyul 2026
Danimarka Vizası Haqqında Ən Çox Verilən Suallar

Danimarka Vizası Haqqında Ən Çox Verilən Suallar

Danimarka Avropanın ən çox səyahət edilən ölkələrindən biri olmaqla yanaşı, Şengen zonasına daxil olan ölkələrdəndir. Danimarkaya turizm, dost və qohum ziyarəti və ya işgüzar səfər məqsədilə getmək istəyən Azərbaycan vətəndaşları səfərin məqsədinə uyğun viza üçün müraciət etməlidirlər. Danimarka vizası üçün müraciət zamanı səfərin məqsədi, maliyyə imkanları, yaşayış yeri və səfərdən sonra Azərbaycana qayıtmaq niyyəti əsas […]

Vizam.az 21 iyul 2026
2026-cı ildə Amerikaya Necə Getmək Olar?

2026-cı ildə Amerikaya Necə Getmək Olar?

ABŞ hər il milyonlarla insanın səyahət, təhsil, iş və yeni həyat qurmaq məqsədilə üz tutduğu ölkələrdən biridir. Dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan Amerika Birləşmiş Ştatları həm məşhur şəhərləri, həm yüksək təhsil imkanları, həm də geniş karyera perspektivləri ilə fərqlənir. Bəs 2026-cı ildə Amerikaya necə getmək olar? Azərbaycan vətəndaşları üçün hansı yollar mövcuddur? ABŞ […]

Vizam.az 16 iyul 2026
Slovakiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Slovakiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Slovakiya son illərdə həm tarixi şəhərləri, təbii gözəllikləri, həm də digər Şengen ölkələrinə rahat keçid imkanı sayəsində Azərbaycan vətəndaşlarının maraq göstərdiyi Avropa istiqamətlərindən birinə çevrilib. Slovakiyaya səyahət planlaşdıran şəxslərin isə ən çox maraqlandığı mövzular viza prosesi, tələb olunan sənədlər, müraciət müddəti və Şengen vizası ilə bağlı qaydalardır. Bu məqalədə Slovakiya vizası haqqında ən çox verilən […]

Vizam.az 08 iyul 2026