İsveçrəyə Necə Getmək Olar ?

Yeniləndi: 14 iyul 2026 5025 baxış 7 dəq. oxu

İsveçrə Avropanın ən inkişaf etmiş və təhlükəsiz ölkələrindən biridir. Təmiz havası, yüksək həyat keyfiyyəti, möhtəşəm təbiəti və tarixi şəhərləri ilə turistlərin diqqətini cəlb edir. Alpların möhtəşəm dağ mənzərələri, göllər, yaşıl vadilər və təmiz şəhər mühiti İsveçrənin əsas üstünlüklərindəndir.

İsveçrə xizək və dağ idmanı həvəskarları üçün dünya miqyasında məşhur bir məkandır. Qış mövsümündə Davos, ZermattSt. Moritz kimi kurortlar həm peşəkar, həm də həvəskar xizəkçiləri cəlb edir.

Yay aylarında isə yürüş marşrutları, dağ yolları və göl kənarında istirahət üçün geniş imkanlar var. İsveçrədə həmçinin tarixi şəhərlər və mədəniyyət mərkəzləri, xüsusilə Zürich, Bern, Lucerne və Geneva şəhərləri çox ziyarət edilir. Bundan əlavə, İsveçrə dünyaca məşhur pendirləri, şokoladı və dəqiq saat istehsalı ilə də tanınır. Sakit və təhlükəsiz atmosfer, zəngin mətbəx, müasir xidmət infrastrukturu və yüksək səviyyəli qonaqpərvərlik səbəbindən İsveçrə səyahət üçün ideal ölkələrdən biridir.

İsveçrəyə getmək həm istirahət, həm sağlamlıq, həm də mədəniyyət baxımından dəyərli bir təcrübə qazandırır.

Azərbaycan vətəndaşlarının İsveçrəyə getmək üçün ən çox istifadə etdiyi yol hava nəqliyyatıdır. Bakıdan İsveçrəyə birbaşa uçuşlar mövcud olmasa da, İstanbul, Frankfurt, Vyana, Varşava və digər Avropa şəhərləri üzərindən rahat tranzit uçuşlar təşkil olunur. İsveçrənin ən böyük hava limanları arasında Zürich Airport, Geneva Airport və Basel Mulhouse Airport xüsusi yer tutur. İsveçrəyə getmək üçün Azərbaycan vətəndaşlarının Şengen vizası alması məcburidir. Viza üçün müraciət zamanı pasport, səyahət sığortası, uçuş bileti, otel rezervasiyası, maliyyə təminatı sübutu və iş yerindən arayış kimi sənədlər təqdim edilməlidir. İsveçrəyə avtomobillə və ya qatarla səyahət də mümkündür, lakin bu, əsasən Avropa ölkələrindən daxil olanlar üçün keçərlidir. Azərbaycandan quru yolu ilə İsveçrəyə getmək həm məsafə, həm də tranzit ölkələrdə əlavə viza tələbləri səbəbindən çətindir.

İsveçrə səyahəti üçün ən uyğun mövsüm şəxsi məqsədlərdən asılı olaraq dəyişir. Yay aylarında təbiət və dağ yürüşləri üçün, qışda isə xizək və qış idmanı üçün ideal şərait mövcuddur.

İsveçrəyə səyahət etməyi planlaşdıran şəxslər səyahət tarixindən əvvəl bütün sənədlərini tam hazırlamalı və viza prosesini vaxtında başa çatdırmalıdırlar.

Isveçrə Vizası

Digər Şengen ölkələrinə oxşar olaraq İsveçrə Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. İsveçrə Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni İsveçrədən edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə İsveçrə vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik. Əgər Şengen Vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək blogumuza daxil ola bilərsiniz.

Əgər siz İsveçrə Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox bu ölkədə qalacağınızı göstərməlisiniz. Əgər siz İsveçrə Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox bu ölkədə qalacağınızı göstərməlisiniz. Əksər viza müraciətçiləri və səyahətçilər İsveçrədən əlavə olaraq öz tur planlarına İtaliya, Fransa, Almaniya, Avstriya və digər Avropa ölkələrini də əlavə edirlər. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni İsveçrə göstərməyiniz viza üçün məhz İsveçrə səfirliyinə müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

İsveçrə Şengen Vizasına Necə Müraciət Etmək Lazımdır?

Azərbaycan vətəndaşlarının İsveçrə qısa müddətli səyahət üçün (90 günədək) Şengen vizasına müraciət etməsi tələb olunur. Bu viza ilə yalnız İsveçrə deyil, digər Şengen ölkələrinə də səyahət etmək mümkündür.

İsveçrə Şengen vizasını almaq üçün İsveçrənin Azərbaycandakı Səfirliyinə müraciət olunur. Viza haqda qərar səfirliyin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə aşağıdakı linkdən götürülür:

Sənədləri təqdim etmək üçün görüş təyin etmədən səfirlik sənədləri qəbul etmir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay, ən gec isə 15 gün əvvəl edilə bilər. Müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. 12 yaşdan aşağı uşaqların şəxsi iştirakına və ya onlar üçün əlavə görüş təyininə ehtiyac yoxdur.

Şengen viza proseduru müraciət tarixindən etibarən 5-15 kalendar günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, təcili biznes səfərləri olduqda email vasitəsilə sistemdə göstərilən vaxtdan daha tez vaxta görüş təyini mümkündür. Əlavə olaraq, bu kimi təcili hallarda viza cavabı 5-15 kalendar günündən daha tez (hətta 3 iş günü) çıxa bilər. Lakin, bu məsələ üzrə qərar tamamilə konsuldan asılıdır.

Viza rüsumu olaraq 70 AZN milli valyutada, yəni manatla nağd şəkildə ödənilməlidir. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

İsveç Vizası Üçün Hansı Sənədlər Lazımdır?

İsveçrə Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu* (ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  • Aviabilet bronları (səyahət üçün)
  • Otel rezervasiyaları (səyahət üçün)
  • Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd olunan sənədlər İsveç səfirliyinə ingilis dilində təqdim olunmalıdır. Əgər sənədin orijinalı yalnız azərbaycanca mövcuddursa, bu halda həmin sənədlərin notarial qaydada ingilis dilinə tərcümə və təsdiqi mütləqdir.

Viza sənədləriniz qəbul edildikdən sonra, viza prosesi əsnasında səfirlik tərəfindən əlavə sənəd tələb oluna və ya sizə zəng edilə bilər. Belə halda, sizdən yeni və dəstəkləyici sənədlər təqdim etməyiniz istənilə bilər.

Bank hesabında göstərilməli məbləğ

Səyahət tarixləriniz, Şengen zonasında qalacağınız müddət, uçuş biletləri və otel rezervasiyalarınızın qiymətinə uyğun olaraq bank hesabınızdakı məbləğ dəyişir. Ümumilikdə, bir həftəlik İsveç səyahəti üçün minimum 3.000–5.000 AZN (və ya avro və ABŞ dolları ekvivalentində) məbləğ göstərmək tövsiyə olunur.

Bu məbləği hesablarkən:

  • Uçuş və otel xərcləri
  • Şengen zonasında gündəlik təxminən 70–80 avro xərclər
  • Əlavə gözlənilməz xərclər nəzərə alınmalıdır

Sahibkarlar üçün tələb olunan sənədlər

Əgər siz sahibkar olaraq fəaliyyət göstərirsinizsə, iş yerindən arayış əvəzinə aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Uçuş və otel xərcləri
  • Şengen zonasında gündəlik təxminən 70–80 avro xərclər
  • Əlavə gözlənilməz xərclər nəzərə alınmalıdır

Sponsorlu səyahət hallarında sənədlər

Əgər işləmirsinizsə, tələbəsinizsə və ya səyahət xərclərinizi sponsor qarşılayırsa, aşağıdakı sənədləri hazırlamalısınız:

  • Sponsorun şəxsiyyət vəsiqəsinin surəti
  • Sponsorun iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sahibkarlara aid sənədlər)
  • Bank hesabından arayış və çıxarış (sizin və ya sponsorun adına)
  • Ailəvi əlaqəni təsdiqləyən sənəd (məsələn, valideynlər üçün doğum haqqında şəhadətnamə)

Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, tək səyahət edirsə, hər iki valideyndən; valideynlərdən biri ilə səyahət edirsə, digər valideyndən ölkədən çıxış icazəsi alınmalı və təqdim edilməlidir.

İsveç dəvət məktubu və sənədlərlə bağlı vacib məlumat

Əgər İsveç dəvət məktubunuzun orijinalı yoxdursa, bu halda onun skan edilmiş versiyasını çap edib səfirliyə təqdim edə bilərsiniz. Vacib şərt odur ki, dəvət məktubunda sizi dəvət edən qurumun imzası və möhürü mütləq şəkildə olmalıdır.

Dəvət məktubunda aşağıdakı məlumatlar açıq şəkildə göstərilməlidir:

  • Sizin adınız və soyadınız
  • Mümkünsə doğum tarixiniz
  • Pasport nömrəniz
  • Səyahət tarixləriniz
  • Əgər qalacağınız yer təşkil olunursa, dəqiq ünvan

Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təmin olunursa, bu, dəvət məktubunda qeyd edildiyi halda otel bronu təqdim etməyinizə ehtiyac yoxdur.

Sənədlərin yoxlanması və əlavə sənəd tələbi

Sənədləriniz qəbul edildikdən sonra, İsveç Şengen vizası müraciəti prosesində səfirlik tərəfindən sizə zəng edilə və əlavə sənədlər təqdim etməyiniz tələb oluna bilər.

Bank hesabında göstərilməli məbləğ

Sizin bank hesabınızdakı məbləğ planlaşdırdığınız səyahət müddəti, uçuş biletləri, otel rezervasiyalarınız və gündəlik xərclərinizə uyğun hesablanmalıdır. Ümumiyyətlə, bir həftəlik İsveç səyahəti üçün minimum 3.000–5.000 AZN (və ya ekvivalent olaraq avro və ya ABŞ dolları) tövsiyə olunur.

Məbləği hesablamaq üçün:

  • Bilet və otel xərcləri
  • Şengen zonasında hər gün üçün təxminən 70–80 avro gündəlik xərclər
  • Ehtiyat xərclər də nəzərə alınmalıdır.

Xərcləri dəvət edən qurum qarşılayırsa

Əgər səyahət xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu məqam dəvət məktubunda açıq şəkildə göstərilməlidir. Bu halda bank hesabından arayış təqdim etməyə bilərsiniz. Lakin məsuliyyətli və daha etibarlı görünmək üçün öz adınıza müəyyən məbləğdə vəsait göstərməyiniz tövsiyə olunur.

Sahibkarlar üçün sənədlər

Əgər siz sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayış əvəzinə aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • VÖEN-in surəti
  • Vergilər Nazirliyindən dövriyyə haqqında arayış
  • Şirkətinizin reyestr çıxarışı

Sponsorluq hallarında tələb olunan sənədlər

Əgər işləmirsinizsə, tələbəsinizsə və ya səfər xərclərini başqa bir şəxs (sponsor) qarşılayırsa, təqdim olunmalı sənədlər bunlardır:

  • Sponsorun şəxsiyyət vəsiqəsinin surəti
  • Sponsorun iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda qeyd olunan sənədlər)
  • Bank hesabından arayış və çıxarış (sizin və ya sponsorun adına)
  • Ailə bağını təsdiq edən sənəd (məsələn, valideyn üçün doğum haqqında şəhadətnamə)
  • Sponsorluq məktubu

18 yaşdan aşağı səyahətlər

Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, tək səyahət edirsə, hər iki valideynindən; valideynlərdən biri ilə səyahət edirsə, digər valideyndən ölkədən çıxış icazəsi alınmalı və təqdim olunmalıdır.

Tərcümə və təsdiq qaydaları

VÖEN, dövriyyə haqqında arayış, reyestr çıxarışı, sponsorluq məktubu, icazə sənədi və digər sənədlər notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilməlidir.

İsveçrə Şengen Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliklərinə viza müraciət edərkən olduğu kimi, İsveçrə Şengen vizası üçün də viza alma şansınız sizin profilinizin vəziyyətindən asılıdır.

İş yerinizin mövcudluğu və vəzifəniz profilinizdəki ən vacib meyarlardan biridir. İş yerindəki sabit mövqe və müntəzəm gəlir İsveçrə vizası alma şansınızı artırır. Təcrübədə, aylıq 450–600 AZN aralığında gəliri olan şəxslərin də viza aldığı hallar mövcuddur, lakin gəlirin daha yüksək olması həmişə üstünlük verir.

Bank hesabınızda olan məbləğ, bütün səyahət xərclərinizi qarşılamağa kifayət etməli və bunu sübut edəcək şəkildə təqdim edilməlidir. Bank çıxarışında göstərilən məbləğ sizin İsveçrə səyahət planınızı tam əhatə etməlidir.

Profilinizdə sizi Azərbaycana bağlayan faktlar da mühüm rol oynayır. Məsələn:

  • Adınıza daşınmaz əmlakın olması
  • Ailə vəziyyətiniz (evli olmağınız, uşaqlarınızın olması)
  • Sabit yaşayış yeriniz

Bundan əlavə, səyahət tarixçəniz də vacib faktorlardandır. Əvvəllər Şengen vizanızın olması, digər Avropa ölkələrinə səyahət etmiş olmanız İsveçrə səfirliyi tərəfindən müsbət qarşılanır.

Əgər daha əvvəl Şengen vizanız olmayıbsa, İsveçrə səfirliyi müraciət üçün nisbətən daha riskli səfirlik hesab olunur. Profilinizdəki digər güclü faktorlar (yuxarıda sadalananlar) çox yüksək səviyyədə deyilsə, ilk dəfə Şengen vizasına müraciət üçün İsveçrə səfirliyini seçmək tövsiyə edilmir.

Hər bir halda, daha öncə alınmış Şengen vizalarınız varsa, bu, İsveçrə vizası alma şansınızı xeyli artıran bir üstünlükdür.

İsveçrəyə Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə İsveçrə Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə İsveçrə Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

İsveçrə mənzərənizin dadını çıxardın! Xoş səyahətlər!

Oxşar yazılar:

Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan pasportu ilə səyahət edənlər üçün viza tələb etməyən ölkələrin sayı son illərdə dəyişib. Bəzi istiqamətlərdə vizasız qalma müddəti 90 gün olduğu halda, bəzi ölkələrdə daha qısa müddət tətbiq edilir. Əgər səyahətinizi viza müraciəti olmadan planlaşdırırsınızsa, Azərbaycan pasportu ilə vizasız gedilən ölkələri əvvəlcədən bilmək səfər planınızı daha rahat qurmağa kömək edə bilər. Bu siyahını Azərbaycan […]

Vizam.az 14 avqust 2026
2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün viza müraciətində sənədlərin düzgün hazırlanması ən vacib mərhələlərdən biridir. İspaniya vizası üçün hansı sənədlər lazımdır? sualının cavabı səfərin məqsədindən asılı olaraq dəyişə bilər. Turistik səfər üçün müraciət edən şəxslər əsasən qısamüddətli Şengen vizasına müraciət edirlər. İspaniyanın Şengen vizası turizm, biznes, ailə ziyarəti və digər qısamüddətli səfərlər üçün istifadə […]

Vizam.az 14 avqust 2026
Almaniya Vizası üçün Bank Hesabında Nə qədər Pul Olmalıdır?

Almaniya Vizası üçün Bank Hesabında Nə qədər Pul Olmalıdır?

Almaniya vizasına müraciət edən şəxslər üçün ən çox maraq doğuran məsələlərdən biri maliyyə təminatıdır. Almaniya vizası üçün bank hesabında nə qədər pul olmalıdır? sualının cavabı isə səfərin müddətindən, məqsədindən və müraciət edən şəxsin fərdi maliyyə vəziyyətindən asılıdır. Almaniya vizası üçün müraciət zamanı əsas məqsəd səfər müddətində xərclərinizi qarşılaya biləcəyinizi və Almaniyadan geri qayıtmağınızı maliyyə baxımından […]

Vizam.az 11 avqust 2026
Portuqaliya Vizası Haqqında Ən Çox Verilən Suallar

Portuqaliya Vizası Haqqında Ən Çox Verilən Suallar

Portuqaliyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının ən çox maraqlandığı mövzulardan biri viza müraciəti ilə bağlı suallardır. Müraciət prosesi, tələb olunan sənədlər, vizanın nəticələnmə müddəti, bank hesabında olmalı vəsait və Şengen vizası ilə bağlı digər qaydalar barədə hər gün yüzlərlə axtarış edilir. Bu yazıda Portuqaliya vizası haqqında ən çox verilən sualları bir araya toplamış və hər […]

Vizam.az 04 avqust 2026
Çin Təhsil Vizası Necə Alınır?

Çin Təhsil Vizası Necə Alınır?

Çində təhsil almaq son illərdə Azərbaycanlı tələbələr arasında ən çox seçilən istiqamətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu universitetləri, münasib təhsil haqları və beynəlxalq diplom imkanları Çini xaricdə təhsil almaq istəyən tələbələr üçün cəlbedici edir. Lakin Çində təhsil almaq üçün universitetdən qəbul məktubu əldə etmək kifayət deyil. Ölkəyə qanuni şəkildə daxil olmaq və təhsil almaq üçün Çin […]

Vizam.az 03 avqust 2026
Azərbaycan Vətəndaşları üçün Monteneqro Vizası 2026

Azərbaycan Vətəndaşları üçün Monteneqro Vizası 2026

Monteneqro son illərdə Adriatik sahilləri, tarixi şəhərləri, dağ mənzərələri və münasib qiymətləri ilə azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi Avropa istiqamətlərindən birinə çevrilib. Lakin 15 yanvar 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları üçün Monteneqroya vizasız giriş rejimi ləğv edilib və ölkəyə səfər etmək istəyən şəxslər əvvəlcədən viza almalıdırlar. Bu yazıda Azərbaycan vətəndaşları üçün Monteneqro vizası […]

Vizam.az 28 iyul 2026
İtaliya Viza Dəstəyi Xidməti: Müraciət Prosesi, Sənədlər

İtaliya Viza Dəstəyi Xidməti: Müraciət Prosesi, Sənədlər

İtaliyaya səyahət etməyi planlaşdırırsınızsa, səfərinizin ən vacib mərhələlərindən biri viza müraciətidir. İtaliya vizası üçün tələb olunan sənədlərin düzgün hazırlanması, müraciət formasının doğru doldurulması və səfər məqsədinin əsaslandırılması viza müraciətinin uğurlu nəticələnməsi baxımından mühüm əhəmiyyət daşıyır. İtaliya viza dəstəyi xidməti müraciət prosesində sənədlərin hazırlanması və yoxlanılması, viza ərizəsinin doldurulması və digər vacib mərhələlərdə peşəkar dəstək almağa […]

Vizam.az 22 iyul 2026
Danimarka Vizası Haqqında Ən Çox Verilən Suallar

Danimarka Vizası Haqqında Ən Çox Verilən Suallar

Danimarka Avropanın ən çox səyahət edilən ölkələrindən biri olmaqla yanaşı, Şengen zonasına daxil olan ölkələrdəndir. Danimarkaya turizm, dost və qohum ziyarəti və ya işgüzar səfər məqsədilə getmək istəyən Azərbaycan vətəndaşları səfərin məqsədinə uyğun viza üçün müraciət etməlidirlər. Danimarka vizası üçün müraciət zamanı səfərin məqsədi, maliyyə imkanları, yaşayış yeri və səfərdən sonra Azərbaycana qayıtmaq niyyəti əsas […]

Vizam.az 21 iyul 2026
2026-cı ildə Amerikaya Necə Getmək Olar?

2026-cı ildə Amerikaya Necə Getmək Olar?

ABŞ hər il milyonlarla insanın səyahət, təhsil, iş və yeni həyat qurmaq məqsədilə üz tutduğu ölkələrdən biridir. Dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan Amerika Birləşmiş Ştatları həm məşhur şəhərləri, həm yüksək təhsil imkanları, həm də geniş karyera perspektivləri ilə fərqlənir. Bəs 2026-cı ildə Amerikaya necə getmək olar? Azərbaycan vətəndaşları üçün hansı yollar mövcuddur? ABŞ […]

Vizam.az 16 iyul 2026
Slovakiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Slovakiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Slovakiya son illərdə həm tarixi şəhərləri, təbii gözəllikləri, həm də digər Şengen ölkələrinə rahat keçid imkanı sayəsində Azərbaycan vətəndaşlarının maraq göstərdiyi Avropa istiqamətlərindən birinə çevrilib. Slovakiyaya səyahət planlaşdıran şəxslərin isə ən çox maraqlandığı mövzular viza prosesi, tələb olunan sənədlər, müraciət müddəti və Şengen vizası ilə bağlı qaydalardır. Bu məqalədə Slovakiya vizası haqqında ən çox verilən […]

Vizam.az 08 iyul 2026