Ruminiya Səfirliyi vasitəsilə Şengen Viza Müraciəti Prosesi

Yeniləndi: 28 iyul 2026 1217 baxış 6 dəq. oxu

Ruminiya səfirliyi vasitəsilə Şengen vizasına müraciət etməyi planlayan şəxslər üçün prosedurun düzgün anlaşılması və sənədlərin qaydalara uyğun hazırlanması viza nəticəsinə birbaşa təsir göstərir. Şengen qaydalarına əsasən, səfərin əsas məqsədi və səyahət müddətinin böyük hissəsi Ruminiyada planlaşdırıldığı hallarda viza müraciəti məhz Ruminiya səfirliyi üzərindən edilməlidir. Bu mərhələdə görüş təyini, tələb olunan sənədlərin toplanması, maliyyə vəziyyətinin düzgün göstərilməsi və səfər marşrutunun əsaslandırılması xüsusi diqqət tələb edən məqamlardır.

Bu bloqda Ruminiya səfirliyi ilə Şengen viza müraciəti prosesinin necə aparıldığını, hansı hallarda məhz Ruminiya səfirliyinə müraciət edilməli olduğunu və müraciət zamanı nəzərə alınmalı əsas nüansları praktiki izahlarla təqdim edəcəyik. Məqsəd, viza prosedurunu daha aydın və risksiz şəkildə planlaşdırmağınıza kömək etməkdir.

Ruminiya Şengen Vizası

Rumıniya ilə bağlı viza qaydalarında son illərin ən vacib dəyişikliklərindən biri 2024-cü ildən etibarən ölkənin rəsmi şəkildə Şengen zonasına qoşulmasıdır. Bu dəyişiklik Azərbaycan vətəndaşları üçün Rumıniya vizasının statusunu da tamamilə fərqli mərhələyə daşıyıb. Artıq Rumıniya konsulluğu tərəfindən verilən qısamüddətli C tipli vizalar yalnız milli viza hesab edilmir, eyni zamanda Şengen vizası statusu daşıyır. Bu isə o deməkdir ki, Rumıniya vizası ilə yalnız Buxarest və ya digər Rumıniya şəhərlərinə deyil, eyni zamanda Fransa, Almaniya, İtaliya, İspaniya və bütün digər Şengen ölkələrinə səyahət etmək mümkündür.

Rumıniyanın Şengenə qoşulması mərhələli şəkildə həyata keçirilib. 2024-cü ilin mart ayından etibarən hava və dəniz sərhədlərində Şengen qaydaları tətbiq olunmağa başlanıb, 2025-ci ilin yanvarından isə quru sərhədlərində də sərhəd nəzarətləri tam ləğv edilib. Bu tarixdən sonra Rumıniya artıq tam hüquqlu Şengen üzvü kimi qəbul olunur və verdiyi vizalar da eyni hüquqları təmin edir. Məhz bu səbəbdən Rumıniya vizası hazırda Şengen vizası ilə eyni hüquqi çərçivədə qiymətləndirilir.

Rumıniya konsulluğundan alınan Şengen vizası ilə Avropada sərbəst hərəkət etmək mümkün olsa da, viza qaydalarına əməl etmək vacibdir. Praktikada tövsiyə olunur ki, vizanı Rumıniya səfirliyi və ya konsulluğu vasitəsilə almısınızsa, ilk səyahətinizi məhz Rumıniyadan başlayasınız. İlk girişin Rumıniya üzərindən edilməsi müraciət zamanı təqdim etdiyiniz səyahət planının real olduğunu göstərir və növbəti Şengen viza müraciətlərinizdə əlavə sualların yaranmasının qarşısını alır. Birbaşa başqa Şengen ölkəsindən giriş etmək hüquqi baxımdan qadağan olmasa da, riskli hesab olunur.

Burada mühüm bir məqam da viza verilmə tarixi ilə bağlıdır. Əgər Rumıniya vizası 31 mart 2024-cü il tarixindən əvvəl verilibsə, həmin viza yalnız Rumıniya ərazisində keçərli sayılır və digər Şengen ölkələrinə giriş hüququ vermir. Bu tarixdən sonra verilən C tipli Rumıniya vizaları isə artıq tam Şengen vizası hesab olunur və çoxölkəli səyahətlər üçün istifadə edilə bilər.

2025-ci ildən etibarən Rumıniya vizası artıq klassik milli viza anlayışından çıxaraq, Şengen zonasına sərbəst giriş imkanı yaradan viza növünə çevrilib. Bu, xüsusilə Avropa turu planlayan şəxslər üçün böyük üstünlükdür. Rumıniya səfərini digər Avropa ölkələri ilə birləşdirmək, bir neçə ölkəni əhatə edən səyahət marşrutu qurmaq artıq daha rahat və hüquqi baxımdan problemsiz şəkildə mümkündür. Lakin bütün hallarda viza şərtlərinə riayət etmək, ilk giriş və qalma müddəti qaydalarını pozmamaq vacibdir.

Rumıniya Vizası üçün Müraciət Prosesi Necə Aparılır?

Rumıniya Şengen vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün müraciət prosesi müəyyən mərhələlər üzrə həyata keçirilir və düzgün ardıcıllıqla icra edildikdə çətinlik yaratmır. Prosesin ilk addımı Rumıniya Konsulluğunun rəsmi elektron viza sistemi olan eVisa platformasında onlayn qeydiyyatdan keçməkdir. Bu mərhələdə müraciət edən şəxsin şəxsi məlumatları, planlaşdırılan səyahətin məqsədi, Rumıniyada qalma müddəti və səfər marşrutu barədə məlumatlar sistemə daxil edilir. Ərizə forması tam doldurulduqdan sonra sistem tərəfindən təsdiqlənmiş PDF sənəd yaradılır və həmin sənəd çap edilərək müraciət paketinə əlavə olunur.

Onlayn müraciətdən sonra əsas mərhələlərdən biri viza üçün tələb olunan sənədlərin hazırlanmasıdır. Sənədlər səfərin məqsədini, maliyyə imkanlarını və geri dönüş niyyətini aydın şəkildə əks etdirməlidir. Rumıniya vizası üçün sənədlərin düzgün və ardıcıl hazırlanması müraciətin müsbət nəticələnməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Ərizə sistemi üzərindən müraciət təsdiqləndikdən sonra növbəti mərhələ müsahibə üçün görüş vaxtının təyin edilməsidir. Görüş tarixi adətən onlayn platforma vasitəsilə seçilir və müraciət edən şəxs Rumıniya Konsulluğuna və ya səlahiyyətli viza mərkəzinə dəvət olunur. Təyin olunmuş tarixdə müraciətçi bütün sənədlərlə birlikdə şəxsən iştirak etməlidir. Müsahibə zamanı səyahətin məqsədi, qalma planı, maliyyə vəziyyəti və səfərdən sonra geri qayıdışla bağlı suallar verilə bilər.

Müraciət prosesi zamanı Rumıniya vizası üçün rüsum da ödənilir. Viza haqqı adətən 60–80 avro arasında dəyişir və ödəniş birbaşa müraciət mərhələsində həyata keçirilir. Rüsum məbləği vizanın növündən və müraciətçinin yaş kateqoriyasından asılı olaraq fərqlənə bilər.

Bütün sənədlər təqdim edildikdən və müsahibə başa çatdıqdan sonra müraciətin nəticəsi gözlənilir. Rumıniya Şengen vizası üzrə cavablar adətən 10–15 iş günü ərzində açıqlanır. Bəzi hallarda konsulluq əlavə sənəd və ya izahat tələb edə bilər ki, bu da baxılma müddətini bir qədər uzada bilər. Müraciət prosesinin hər mərhələsinə diqqətlə yanaşmaq Rumıniya vizası alma şansını əhəmiyyətli dərəcədə artırır.

Rumıniya Şengen Vizası üçün Tələb Olunan Sənədlər

Rumıniya Şengen vizasına müraciət edərkən, səfirliyə təqdim olunacaq sənədlərin tam və düzgün olması vizanın müsbət alınmasında mühüm rol oynayır. Aşağıda Rumıniya Şengen vizası üçün tələb olunan əsas sənədlər siyahısı verilmişdir:

  1. Xarici pasport – orijinal və birinci səhifəsinin surəti
  2. Əvvəlki vizalar və sərhəd möhürləri – varsa, surətlərini təqdim etmək tövsiyə olunur
  3. Şəxsiyyət vəsiqəsi – surəti
  4. İş yerindən arayış və maaş kartından çıxarış – işləyən şəxslər üçün; təhsil alanlar üçün təhsil müəssisəsindən arayış
  5. Elektron hökumət portalından iş yeri ilə bağlı arayış – iş məlumatlarının təsdiqi üçün
  6. Bank hesabından arayış və çıxarış – səyahət xərclərini göstərmək üçün. Məbləğ səyahət planınız və qalacağınız gün sayına uyğun olmalıdır
  7. Adınıza olan mülklərin çıxarışları və nəqliyyat vasitəsinin texniki pasport surəti – mövcud olduqda
  8. Mülki vəziyyətin sübutu – nikah şəhadətnaməsi, 18 yaşdan kiçik uşaqlar varsa doğum şəhadətnamələri; nikah pozulubsa, müvafiq sənədin surəti
  9. Biometrik şəkillər – 2 ədəd, 3.5x4.5 ölçüdə, ağ fonda
  10. Aviabilet və otel bronları – səyahət planınızı təsdiq etmək üçün
  11. Şengen qaydalarına uyğun səyahət sığortası – səyahətin bütün müddətini əhatə edən
  12. İngilis dilində doldurulmuş ərizə forması – bütün tələb olunan sahələr düzgün doldurulmalıdır
  13. İşgüzar səfərlər üçün dəvət məktubu – əgər müraciət işgüzar məqsəd üçündirsə, rəsmi tədbir və ya görüş barədə məktub

Qeyd: Üzərində “*” işarəsi olan sənədlər İngilis dilində təqdim edilməlidir. Əgər sənədləriniz azərbaycanca və ya başqa dildədirsə, mütləq ingilis dilinə tərcümə olunmalıdır. Tərcümələrin notarial təsdiqinə ehtiyac yoxdur, sadəcə ingilis dilində təqdim olunması Rumıniya səfirliyi üçün kifayətdir.

Rumıniya Şengen Vizası Alma Şansı Hansı Amillərdən Asılıdır?

Rumıniya Şengen vizası üçün müraciət zamanı nəticənin müsbət və ya mənfi olmasını müəyyən edən əsas məqam müraciətçinin ümumi profilidir. Digər Şengen ölkələrində olduğu kimi Rumıniya Konsulluğu da müraciət edən şəxsin sosial və maliyyə vəziyyətini, səyahət məqsədini və geri dönüş niyyətini birgə qiymətləndirir. Sabit iş yerinin olması, tutduğunuz vəzifənin real və davamlı xarakter daşıması və aylıq gəlirinizin standart əməkhaqqı səviyyəsində göstərilməsi bu baxımdan mühüm rol oynayır. Praktikada aylıq gəliri 300–500 AZN aralığında olan şəxslərin Rumıniya Şengen vizası alması halları kifayət qədər müşahidə olunub ki, bu da müraciətin yalnız yüksək maaşla məhdudlaşmadığını göstərir.

Maliyyə vəziyyətinin sübutu da Rumıniya vizası alma ehtimalına birbaşa təsir edir. Bank hesabınızda planlaşdırdığınız səyahət müddətini tam əhatə edəcək məbləğin göstərilməsi konsulluğa səfər xərclərini öz hesabınıza qarşılaya biləcəyinizi nümayiş etdirir. Bununla yanaşı, sizi Azərbaycana bağlayan faktorların mövcudluğu adınıza daşınmaz əmlakın olması, ailə üzvlərinizin, həyat yoldaşınızın və ya övladlarınızın burada yaşaması geri qayıdış niyyətinizi gücləndirən əsas sübutlar kimi qiymətləndirilir.

Səyahət tarixçəsi də Rumıniya Şengen vizası üçün mühüm göstəricilərdən biridir. Daha əvvəl Şengen və ya digər ölkə vizalarına sahib olmaq müraciətin etibarlılığını artırsa da, bu, mütləq şərt hesab olunmur. Təcrübədə ilk dəfə Şengen vizasına müraciət edən şəxslərin Rumıniya Şengen vizasını birbaşa əldə etdiyi hallar az deyil. Yəni əvvəlki Şengen vizasının olmaması təkbaşına mənfi faktor kimi dəyərləndirilmir və bu səbəbdən müraciətin rədd ediləcəyi anlamına gəlmir.

Bununla belə, əvvəlki vizaların və uğurlu səyahət tarixçəsinin olması Rumıniya Şengen vizası alma ehtimalını əhəmiyyətli dərəcədə yüksəldir. Konsulluq üçün əsas məqsəd müraciətçinin səfərdən sonra ölkəni tərk edəcəyinə əmin olmaqdır. Sənədlərinizin düzgün hazırlanması, təqdim edilən məlumatların bir-biri ilə uyğunluğu və real profili əks etdirməsi Rumıniya vizası alma şansınızı artıran əsas amillər sırasında yer alır.

Tez-tez Verilən Suallar (FAQ)

Rumıniya Şengen vizası nədir?
Rumıniya Şengen vizası Rumıniya Konsulluğu tərəfindən verilən C tipli qısamüddətli vizadır və bu viza ilə Rumıniya daxil olmaqla bütün Şengen ölkələrinə səyahət etmək mümkündür.

Rumıniya Səfirliyi vasitəsilə Şengen viza müraciəti prosesi necə aparılır?
Rumıniya Şengen vizası üçün müraciət Rumıniya Konsulluğunun rəsmi eVisa sistemi üzərindən onlayn ərizə ilə başlayır, daha sonra sənədlər təqdim edilir və müsahibə mərhələsi həyata keçirilir.

Rumıniya vizası ilə digər Şengen ölkələrinə getmək olar?
Bəli, Rumıniya Konsulluğundan alınan C tipli viza Şengen vizası statusu daşıyır və Fransa, Almaniya, İtaliya, İspaniya daxil olmaqla digər Şengen ölkələrinə giriş imkanı verir.

Rumıniya Şengen vizası almaq çətindirmi?
Xeyr, düzgün hazırlanmış sənədlər, real səyahət məqsədi və yetərli maliyyə təminatı olduğu halda Rumıniya Şengen vizası almaq digər Şengen ölkələri ilə müqayisədə daha əlverişli hesab olunur.

İlk dəfə Şengen vizasına müraciət edənlər Rumıniya vizası ala bilərmi?
Bəli, əvvəlki Şengen vizası olmayan şəxslərin Rumıniya Şengen vizasını ilk müraciətdən əldə etdiyi hallar geniş yayılıb və bu, müraciət üçün maneə sayılmır.

Rumıniya Şengen vizası üçün bank hesabında nə qədər məbləğ göstərilməlidir?
Bank hesabında göstərilən məbləğ səyahət müddətini, uçuş və otel xərclərini tam əhatə etməli, gündəlik xərclər üçün isə orta hesabla 60–70 avro nəzərdə tutulmalıdır.

Rumıniya vizası ilə ilk giriş hansı ölkədən olmalıdır?
Vizanın Rumıniya Konsulluğundan alınması halında ilk girişin Rumıniya üzərindən edilməsi tövsiyə olunur, bu viza şərtlərinə uyğunluğun sübutu hesab edilir.

Rumıniyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Rumıniya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Rumıniya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55 3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026