Peru Vizası Necə Ala Bilərəm?

Yeniləndi: 24 sentyabr 2025 1096 baxış 7 dəq. oxu
Azərbaycan vətəndaşları Peru vizası üçün yalnız Perunun Ankaradakı səfirliyi vasitəsilə müraciət edə bilərlər. İlk addım sənədlərin skan surətini email vasitəsilə göndərməkdir, sonra orijinal sənədlər kuryer və ya şəxsən təqdim olunur.
Azərbaycan vətəndaşları Peru vizası üçün yalnız Perunun Ankaradakı səfirliyi vasitəsilə müraciət edə bilərlər. İlk addım sənədlərin skan surətini email vasitəsilə göndərməkdir, sonra orijinal sənədlər kuryer və ya şəxsən təqdim olunur.

Cənubi Amerikanın ən çox səyahət edilən ölkələrindən biri olan Peru, qədim Machu Picchu qalası, rəngarəng Amazon meşələri, unikal And dağları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini çəkir. Bu səbəbdən də son illərdə Azərbaycan vətəndaşlarının Peruya səyahət marağı artmaqdadır. Lakin Peruya getmək üçün Azərbaycan vətəndaşlarının mütləq Peru vizası alması tələb olunur. Ən çox müraciət edilən vizalar arasında Peru turist vizası, işgüzar vizalar və tələbə vizaları yer alır.

Peru vizası üçün müraciət prosesi digər ölkələrə olduğu kimi müəyyən sənədlərin təqdim olunmasını və qaydalara əməl edilməsini tələb edir. Bu sənədlərə pasport, şəxsiyyət vəsiqəsi surəti, şəkil, iş yerindən arayış, bank çıxarışları, aviabilet və hotel rezervasiyası daxildir. Əlavə olaraq, düzgün və tam sənədlərin təqdim olunması viza alma ehtimalını xeyli artırır.

Peru vizası ilə bağlı ən çox axtarılan mövzular arasında “Peru turist vizası üçün tələb olunan sənədlər”, “Peru vizası necə alınır”, “Peru vizası üçün müraciət qaydaları” və “Peru vizası almaq üçün şərtlər” yer alır. Bu bloqda sizə Peru vizası növləri, müraciət prosesi, tələb olunan sənədlər, viza rüsumu və qəbul şansı artıran məqamlar barədə ətraflı məlumat təqdim ediləcək.

Peru Viza Növləri

Peru səfərinin məqsədindən asılı olaraq Azərbaycan vətəndaşları üçün bir neçə fərqli Peru viza növü mövcuddur. Hər bir viza növü özünəməxsus sənədlər və şərtlər tələb edir. Ən çox müraciət edilən viza növləri aşağıdakılardır:

1. Peru Turist Vizası

Peruya qısamüddətli səyahət etmək istəyənlər üçün nəzərdə tutulub. Machu Picchu, Amazon meşələri və ölkənin tarixi abidələrini görmək üçün bu viza alınır. Peru turist vizası üçün tələb olunan sənədlər sırasında pasport, şəkil, iş yerindən arayış, bank çıxarışı və hotel rezervasiyası xüsusi önəm daşıyır. Adətən 30–90 gün etibarlılıq müddəti ilə verilir.

2. Peru İşgüzar Vizası

Əgər səyahətinizin məqsədi işgüzar görüşlərdə iştirak, konfranslara qatılmaq və ya biznes əlaqələri qurmaqdırsa, bu halda Peru işgüzar vizası tələb olunur. Bu vizanı almaq üçün əlavə olaraq dəvət məktubu və ya işgüzar tədbirə qatılma dəvəti təqdim edilməlidir.

3. Peru Tələbə Vizası

Peruda təhsil almaq və ya qısamüddətli tədris proqramlarında iştirak etmək istəyənlər üçün nəzərdə tutulur. Peru tələbə vizası üçün əsas şərt rəsmi olaraq qəbul məktubunun təqdim olunmasıdır. Bu viza uzunmüddətli ola bilər və tələbənin təhsil müddəti boyunca etibarlı olur.

4. Peru İş Vizası

Uzunmüddətli iş müqaviləsi əsasında Peruda işləmək istəyən şəxslər üçün verilir. İş vizası almaq üçün Peruda fəaliyyət göstərən şirkətdən rəsmi iş dəvəti təqdim olunmalıdır. İş vizası daha mürəkkəb sənədləşmə proseduruna malikdir və adətən bir neçə ay müddətində rəsmiləşdirilir.

5. Peru Tranzit Vizası

Əgər Peru yalnız digər ölkəyə keçid üçün dayanacaq nöqtəsidirsə və ölkədə qısa müddət qalmaq planlaşdırılırsa, bu halda tranzit vizası tələb oluna bilər. Bu viza adətən 1–3 gün müddətinə verilir.

Peru Vizası üçün Müraciət Prosesi

Azərbaycan vətəndaşları üçün hazırda Bakıda Peru səfirliyi fəaliyyət göstərmir. Buna görə də Peru vizası üçün müraciət prosesi Türkiyədə yerləşən Perunun Ankara səfirliyi vasitəsilə həyata keçirilir. Bu səbəbdən Azərbaycandan müraciət edən şəxslər vizalarını əldə etmək üçün Ankaraya üz tutmalı və oradakı konsulluğa müraciət etməlidirlər. Peru vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Müraciət prosesi bir neçə əsas mərhələdən ibarətdir:

  • Onlayn anketin doldurulması – Peru vizası üçün ilkin mərhələdə xüsusi onlayn forma doldurulur. Bu anketdə şəxsi məlumatlar, səyahətin məqsədi, qalma müddəti və digər əsas məlumatlar qeyd edilir.
  • Səfirliklə görüş təyin olunması – Anket doldurulduqdan sonra Perunun Ankara səfirliyi ilə görüş vaxtı təyin edilir. Görüş zamanı bütün məlumatlar yoxlanılır və rəsmi müraciət qəbul olunur.
  • Konsulluq rüsumunun ödənilməsi – Hər bir viza müraciəti rüsumla müşayiət olunur. Rüsum ödənişi olmadan müraciət qeydə alınmır. Ödəniş birbaşa səfirlik tərəfindən qəbul edilir.
  • Müsahibə mərhələsi – Bəzi hallarda səfirlik müraciət edən şəxsdən qısa müsahibə keçirə bilər. Bu müsahibə əsasən səyahətin məqsədini, qalma müddətini və geri dönüş niyyətini aydınlaşdırmaq məqsədi daşıyır.
  • Gözləmə müddəti – Müraciət rəsmən qəbul edildikdən sonra cavab üçün müəyyən vaxt tələb olunur. Adətən bu müddət 7–15 iş günü arasında dəyişir. Lakin bəzi hallarda müraciətlərin çoxluğuna və ya əlavə yoxlamalara görə bu müddət daha uzun ola bilər.

    Vacib qeyd: Peru vizası üçün müraciət etməzdən öncə bütün mərhələlərin düzgün icra olunması son dərəcə vacibdir. Çünki anketdəki kiçik bir səhv və ya görüş vaxtında təqdim edilən məlumatların uyğunsuzluğu viza cavabına birbaşa təsir göstərə bilər.

    Peru Vizası Müraciəti üçün Sənədlər Toplusu

    Peru vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

    • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
    • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
    • Şəxsiyyət vəsiqənizin surəti
    • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
    • Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
    • Məhkumluq haqqında arayış*
    • 2 ədəd 3x4 ölçüdə, ağ fonda şəkliniz
    • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
    • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
    • İngilis dilində doldurulmuş ərizə forması
    • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
    • Viza rüsumunun ödənildiyini təsdiq edən sənəd

      Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

      Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Peruda qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 4.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

      Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

      Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

      Viza Prosesi Necə Gedir?

      Azərbaycan vətəndaşları üçün Peru vizası müraciəti Bakıda qəbul edilmir. Çünki ölkəmizdə Peru səfirliyi və ya konsulluğu fəaliyyət göstərmir. Buna görə də bütün müraciətlər Perunun Ankaradakı səfirliyinə ünvanlanır və qərar da həmin səfirliyin konsulluq şöbəsi tərəfindən verilir.

      Müraciət mərhələləri

      • Sənədlərin skan forması – İlk addımda tələb olunan sənədlərin skanı Perunun Ankara səfirliyinin rəsmi email ünvanına göndərilir.
      • Yoxlama və təsdiq – Səfirlik sənədləri yoxladıqdan sonra müraciətçiyə bildiriş göndərir.
      • Orijinal sənədlərin təqdim edilməsi – Hər şey qaydasındadırsa, sənədlər ya kuryer vasitəsilə, ya da şəxsən səfirliyə gedilərək təqdim olunur.
      • Viza rüsumunun ödənilməsi – Əgər sənədlər kuryer vasitəsilə göndərilirsə, 40 ABŞ dolları viza rüsumu əvvəlcədən bank transferi ilə ödənilməli və ödəniş qəbzi sənədlərə əlavə edilməlidir. Əgər sənədlər şəxsən təhvil verilirsə, ödəniş qaydaları birbaşa səfirlikdə izah olunur.

      Peru vizası üçün ödənişlər

      • Viza rüsumu: 40 USD
      • Administrativ xərc (viza mərkəzi rüsumu): 35 USD
      • Kuryer xidməti haqqı: 195 AZN
      • Xidmət haqqı (Vizam.az dəstəyi): 200 AZN

      Peru vizası üçün müraciət etmiş şəxslərin nəticəsi, adətən, 30–40 iş günü ərzində açıqlanır. Buraya yalnız konsulluq prosesi daxildir; sənədlərin kuryer vasitəsilə daşınması və əlavə logistik müddətlər hesaba qatılmır.

      Peru Vizası Alma Ehtimalı

      Peru vizası alma şansı hər bir müraciətçinin şəxsi profilindən və təqdim etdiyi sənədlərin düzgünlüyündən asılıdır. Digər ölkələrin səfirliklərində olduğu kimi, Peru səfirliyində də əsas qiymətləndirmə meyarları müraciətçinin maliyyə vəziyyəti, iş yeri, səyahət tarixçəsi və ölkəyə bağlılığını göstərən faktorlarla bağlıdır.

      Peru vizası alma ehtimalını artıran amillər:

      • Stabil iş və gəlir – İş yerinizin rəsmi olması və aylıq gəlirinizin standart səviyyədə (təcrübədə 400–500 AZN gəliri olan şəxslərin vizası uğurla təsdiqlənmişdir) göstərilməsi.
      • Bank hesabı – Hesabınızda bütün səyahətinizi əhatə edəcək qədər vəsaitin olması.
      • Ölkəyə bağlılıq – Adınıza daşınmaz əmlakın olması, ailə və uşaqlarınızın mövcudluğu kimi nüanslar.
      • Səyahət tarixçəsi – Daha öncə Şengen, ABŞ və ya digər vizaların olması müsbət faktor sayılır. Lakin Peru səfirliyi ilk viza müraciətlərində də adətən sərt yanaşmır və təcrübəmizdə ilk vizasını məhz Peru səfirliyindən almış çox sayda müraciətçi olub.

      Əgər sənədləriniz tam və qaydasındadırsa, Peru vizası alma ehtimalınız kifayət qədər yüksəkdir. Bununla belə, əvvəlki vizalarınızın olması (Şengen, ABŞ və s.) ümumi qəbul şansınızı artıran əsas faktorlardan biridir.

      Peru Vizası Tez-tez Verilən Suallar

      1. Peru vizası Azərbaycan vətəndaşları üçün necə alınır?
      Azərbaycan vətəndaşları Peru vizası üçün yalnız Perunun Ankaradakı səfirliyi vasitəsilə müraciət edə bilərlər. İlk addım sənədlərin skan surətini email vasitəsilə göndərməkdir, sonra orijinal sənədlər kuryer və ya şəxsən təqdim olunur.

      2. Peru vizası üçün müraciət nəticəsi nə qədər müddətdə açıqlanır?
      Adətən müraciətlərin nəticəsi 30–40 iş günü ərzində verilir. Bu müddət yalnız konsulluq emalını əhatə edir; kuryer vasitəsilə göndərilən sənədlər əlavə vaxt tələb edə bilər.

      3. Peru vizası alma ehtimalını artıran əsas amillər hansılardır?
      Stabil iş və gəlir, bank hesabında kifayət qədər vəsaitin olması, ölkəyə bağlılıq (mülk, ailə), səyahət tarixçəsi və əvvəlki vizalarınızın mövcudluğu Peru vizası şansını artırır.

      4. İlk dəfə viza alacam, şansım varmı?
      Bəli. Təcrübəmizdə bir çox müraciətçi ilk vizasını məhz Peru səfirliyindən alıb. Lakin bütün sənədlərin düzgün və tam təqdim olunması vacibdir.

      5. Peru vizası üçün ödənişlər nə qədərdir?

      • Viza rüsumu: 40 USD
      • Administrativ xərc: 35 USD
      • Kuryer xidməti: 195 AZN
      • Vizam.az xidmət haqqı: 200 AZN

      6. Peruya vizasız səyahət mümkündürmü?
      Xeyr. Azərbaycan vətəndaşları Peruya səyahət etmək üçün mütləq Peru vizası almalıdır.

      7. Sənədləri kuryer vasitəsilə göndərsəm, rüsum necə ödənilir?
      Kuryer vasitəsilə göndərilən sənədlərdə 40 USD viza rüsumu əvvəlcədən bank transferi ilə ödənilməli və ödəniş qəbzi sənədlərin arasına əlavə olunmalıdır.

      8. Viza müraciətini özümdə şəxsən təqdim etsəm nə dəyişir?
      Şəxsən təqdim etdikdə ödəniş və digər təlimatlar birbaşa səfirlikdə verilir və bank transferi öncədən tələb olunmur.

      Peruya Viza Dəstəyi

      Biz Vizam.az şirkəti olaraq sizə Peru vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Bunlardan əlavə, biz sizə sənədlərinizin Ankaradakı səfirliyə kuryerlə çatdırılması və pasportunuzun geri qaytarılması, həmçinin viza ödənişinin edilməsi ilə bağlı da yardımçı ola bilərik. Bu əlavə xidmətin dəyəri 195 AZN təşkil edir. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Peru vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 200 AZN təşkil edir.

      Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

      Oxşar yazılar:

      Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

      Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

      Hindistan rəngarəng mədəniyyəti, qədim məbədləri, möhtəşəm sarayları və fərqli mətbəxi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tac Mahaldan Mumbayın canlı küçələrinə, Himalay dağlarından Qoa çimərliklərinə qədər ölkə hər səyahətçiyə fərqli təcrübələr təqdim edir. Hindistana səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Hindistanda 22 rəsmi dil tanınır Hindistan dil […]

      Vizam.az 06 noyabr 2026
      Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

      Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

      Honq Konqa səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza almaq tələb olunur. Asiyanın ən məşhur turizm və biznes mərkəzlərindən biri olan Honq Konq müasir memarlığı, möhtəşəm şəhər mənzərələri, alış-veriş imkanları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini cəlb edir. Honq Konq səyahətinizi planlaşdırırsınızsa, viza müraciətinizi son ana saxlamayın. Vizam.az vasitəsilə müraciət prosesində peşəkar dəstək əldə […]

      Vizam.az 05 noyabr 2026
      Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

      Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

      Hindistan qədim tarixi, rəngarəng mədəniyyəti, möhtəşəm məbədləri və fərqli təbiəti ilə turistlərin maraq göstərdiyi ölkələrdən biridir. Hindistana səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları səfərdən əvvəl viza almalıdırlar. Hindistan vizası ilə bağlı ən çox verilən 10 sualın cavabını aşağıda tapa bilərsiniz. Azərbaycan vətəndaşları Hindistan vizasını onlayn ala bilərmi? Bəli. Azərbaycan vətəndaşları Hindistanın elektron viza (e-Visa) müraciəti üçün […]

      Vizam.az 05 noyabr 2026
      Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

      Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

      Polşa zəngin tarixi, möhtəşəm memarlığı, qədim şəhərləri və özünəməxsus mədəniyyəti ilə Avropanın maraqlı səyahət istiqamətlərindən biridir. Varşavanın müasir küçələrindən Krakovun tarixi meydanlarına qədər ölkənin hər bölgəsində kəşf etməyə dəyər fərqli məkanlar var. Polşaya səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Polşanın paytaxtı Varşavadır, lakin Krakov da turistlərin sevimli şəhərlərindən […]

      Vizam.az 05 noyabr 2026
      İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

      İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

      İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

      Vizam.az 04 noyabr 2026
      Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

      Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

      Latviya Baltikyanı ölkələr arasında yerləşən, tarixi şəhərləri, sakit təbiəti, geniş meşələri və Baltik dənizinin gözəl sahilləri ilə seçilən Avropa ölkəsidir. Xüsusilə paytaxt Riqa özünəməxsus memarlığı, rəngarəng küçələri və tarixi İçərişəhəri ilə turistlərin diqqətini çəkir. Latviyaya səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəniyyəti, gündəlik həyat tərzi və turistlər üçün maraqlı xüsusiyyətləri haqqında əvvəlcədən məlumat əldə etmək faydalıdır. Səfərdən […]

      Vizam.az 04 noyabr 2026
      Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

      Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

      Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

      Vizam.az 30 oktyabr 2026
      Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

      Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

      Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

      Vizam.az 30 oktyabr 2026
      Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

      Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

      Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

      Vizam.az 29 oktyabr 2026
      Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

      Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

      Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

      Vizam.az 28 oktyabr 2026