PƏRDƏLƏRi AÇ, FUTBOLA BAXIRAM!

Yeniləndi: 11 avqust 2026 3368 baxış 6 dəq. oxu

Düşünün ki, öz mehmanxana otağınızdasınız. Futbola baxmaq istəyirsiniz və televizoru qoşmaq əvəzinə pərdələri açırsınız. Bəli, West Ham United hoteli məhz belə çılğın futbol azarkeşləri üçün əla məkandır.

3 ulduzlu West Ham United hoteli sizə oyandığınızda birbaşa öz otağınızdan Upton Parkı (West Ham United komandasının oyunlarını keçirdiyi stadion) görmək şansı təklif edir. Dünyada pəncərəsindən belə gözəl və yaddaqalan atmosferi görə biləcəyiniz tək hotel buradır. Mehmanxananın yerləşməsi də nəqliyyatın sıx olmadığı, turistlərin gəzib görmək üçün üz tutduqları “London Docklands”ə, “Canary Wharf”a və “Excel Exhibition Center”ə rahat gedə biləcəyiniz bir yerdədir. 3 ulduzlu West Ham United hoteli sizə oyandığınızda birbaşa öz otağınızdan Upton Parkı (West Ham United komandasının oyunlarını keçirdiyi stadion) görmək şansı təklif edir. Dünyada pəncərəsindən belə gözəl və yaddaqalan atmosferi görə biləcəyiniz tək hotel buradır. Mehmanxananın yerləşməsi də nəqliyyatın sıx olmadığı, turistlərin gəzib görmək üçün üz tutduqları “London Docklands”ə, “Canary Wharf”a və “Excel Exhibition Center”ə rahat gedə biləcəyiniz bir yerdədir. 

Futbol həvəskarısınızsa bu hoteldə gecəsi 100-180$ intervalında, meydanı yaxından və möhtəşəm bucaqdan rahat şəkildə izləyə bilərsiniz.

Hotel evlənmək istəyən cütlüklərin “love story”lərini daha da rəngarəng etmək məqsədilə ev sahibi olan komandanın soyunub-geyinmə otağında hər bir şəraiti yaradıb. Cütlər stadionun hər yerində şəkil çəkdirə bilir və evlilik mərasimləri üçün ayrılan zallarda məclislərini keçirə bilirlər. Daha çox West Ham United azerkeşi olan cütlüklərin üz tutduğu məkanın qiymətləri rəhbərliklə danışıqlardan sonra qərarlaşdırılır.

Əgər Londona üz tutacaqsınızsa və hələ də qalmaq üçün yer rezervasiya etməmisinizsə, West Ham United hoteli sizin istirahətiniz üçün fərqli məkan ola bilər. Bu məkana səyahət etmək üçün sizdən Böyük Britaniya vizası əldə etmək tələb olunur. Sənədləşmə prosesi üçün vizam.az hər zaman yanınızdadır.

Böyük Britaniyaya Səyahət

Böyük Britaniya, tarixi, mədəniyyəti və zəngin təbiəti ilə dünyanın ən məşhur turizm mərkəzlərindən biridir. Londonun gözəl küçələrindən tutmuş Şotlandiyanın mistik dağlarına qədər hər kəsin zövqünə uyğun bir şey tapmaq mümkündür. Lakin bu gözəl ölkəyə səyahət etmək üçün ilk addım Böyük Britaniya turizm vizası almaqdır. Bu yazıda sizə Böyük Britaniya vizası ilə bağlı bütün lazımi məlumatları təqdim edəcəyik.

Böyük Britaniya viza növləri: Necə əldə etmək olar?

Böyük Britaniya vizası müxtəlif növlərdə təqdim olunur. Əsas viza növləri aşağıdakılardır:

  1. Turizm vizası: Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. 
  2. Biznes vizası: İşgüzar görüşlər, konfranslar və ya təlimlərdə iştirak üçün bu viza növünə müraciət edə bilərsiniz.

Əgər siz Birləşmiş Krallıqda müddəti 180 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Birləşmiş Krallığın milli vizasına da müraciət edə bilərsiniz.

Böyük Britaniya Turizm vizası

Tam adı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı olan bu ölkə Avropa qitəsində yerləşsə də, hal-hazırda nə Şengen müqaviləsinə, nə də Avropa Birliyinə daxildir. Böyük Britaniya vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Birləşmiş Krallıq vizası müraciətçilərə çoxgirişli və 6 aylıq period üçün verilir. Yəni siz bu vizanı əldə etdikdən sonra Birləşmiş Krallıqda ardıcıl olaraq 6 ay qala bilərsiniz. Bundan əlavə siz həmçinin, ikiillik, beşillik, onillik vizalara da müraciət edə bilərsiniz.

Böyük Britaniya Vizası Müraciəti üçün Sənədlər Toplusu

Böyük Britaniya vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. İngilis dilində doldurulmuş ərizə forması
  10. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Böyük Britaniyada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 4.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 funt gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza proseduru

Böyük Britaniyaya viza müraciəti prosedurunun axışı belədir:

  1. Viza növünü seçmək

Böyük Britaniyaya gəlmək, təhsil almaq, işləmək, ailə birləşimi etmək üçün Azərbaycan vətəndaşlarından viza tələb olunur. Hardan gəldiyindən, nə üçün gəldiyindən, nə qədər müddət ölkədə qalmağından, şəxsi vəziyyət və qabiliyyətdən asılı olaraq Böyük Britaniyanın bir sıra viza növü vardır. İlk öncə bu viza növlərindən biri seçilir.

  1. Müraciəti hazırlamaq

Böyük Britaniyanın bir çox viza növündə onlayn şəkildə ərizə formasını doldurmaq, təsdiqləmək, viza rüsumunu ödəmək mümkündür. Yaşından asılı olmayaraq, hər bir müraciətçi üçün ayrılıqda ərizə formasını doldurulur, təsdiqlənir və ödəniş edilir. Heç bir halda viza rüsumundan azad olma kimi bir seçim yoxdur. Viza rüsumu isə viza növündən asılı olaraq dəyişir. Müraciətlər adətən, planlaşdırılmış səyahət, təhsil proqramının və ya işin başlama tarixindən 3 ay əvvəl edilə bilər.

  1. Viza görüşündə iştirak

Müraciət zamanı ərizə forması dolurulduqdan, təsdiqləndikdən və viza rüsumu ödənildikdən sonra görüş təyin etmək tələb olunur. Viza görüşü zamanı, adətən, yalnız pasport qarşı tərəfdə qalır. Qalan sənədlər yalnız skan versiyada qəbul olunur.

  1. Viza qərarı

Viza qərarının müddəti viza növündən asılı olaraq dəyişir. Turist vizası üçün bu müddət, adətən, 3-4 həftə çəkir. Viza qərarı müsbətdirsə, pasport ilə birlikdə pasport səhifələrindən birinə yapışdırılmış viza stikeri olacaqdır. Əgər vizaya imtina edilibsə, o zaman pasportla birlikdə imtina səbəbini izah edən bir imtina kağızı da veriləcəkdir.

Böyük Britaniyanın Azərbaycanda səfirliyi var, lakin konsulluğu yoxdur. Buna görə də viza müraciəti “UK TLS Contact” adlı viza müraciət mərkəzində edilir. Viza haqda qərar isə İstanbuldakı İngiltərə Konsulluğu tərəfindən verilir. Konsulluqların viza prosedurları isə Böyük Britaniya Viza və İmmiqrasiyası (eng: UK Visas and Immigration, qısaca UKVI) tərəfindən tənzimlənir.

Böyük Britaniya səyahət vizasının rüsumu 115 funt sterlinq olaraq nəzərdə tutulub. Bu məbləğ ərizə forması təsdiqləndikdən sonra onlayn şəkildə ödənilir.

Böyük Britaniya Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Böyük Britaniyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından yüksək olması (təcrübədə 600-700 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı da dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və yaxşı səyahət tarixçənizin olması sizin Böyük Britaniya vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Böyük Britaniya vizasına müraciət riskli hesab olunur. Profilinizdəki digər nüanslar (yuxarıda sadalananlar) çox yüksək və yaxşı vəziyyətdə olduğu halda, səyahət tarixçəniz olmasa belə Böyük Britaniya vizasını alma şansınız ola bilər. Hər bir halda səyahət tarixçənizin yaxşı olması sizin Böyük Britaniya vizasını əldə etməyinizə birbaşa təsir göstərən amildir.

Böyük Britaniyaya viza dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Böyük Britaniya vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Böyük Britaniya səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 190 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Çılğın futbol azarkeşisinizsə, Böyük Britaniyanı görmədən keçməyin. Xoş səyahətlər!

Müəllif: Alekber Kerbalayev

Yeniləndi: 06.02.2025

Oxşar yazılar:

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026
Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır! 27 oktyabr 2026-cı il tarixindən etibarən Wizz Air ilə Bakıdan Bratislavaya birbaşa uçuşlar 56 dollardan başlayan qiymətlərlə təklif olunur. Bratislavaya səyahət planlayan Azərbaycan vətəndaşlarının isə səfərdən əvvəl Slovakiya vizası üçün müraciət etməsi tələb olunur. Uçuşların qiymətini və mövcud tarixləri Wizz Air-in rəsmi saytından yoxlaya bilərsiniz: Wizz Air – Bratislava–Bakı uçuşları […]

Vizam.az 14 sentyabr 2026
DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card lotereyası ABŞ-da daimi yaşamaq imkanı əldə etmək istəyən şəxslərin ən çox maraq göstərdiyi proqramlardan biridir. Qeydiyyat prosesi onlayn həyata keçirilir və müraciət edən şəxslər müəyyən uyğunluq şərtlərinə cavab verməlidirlər. Aşağıda DV-2028 Green Card qeydiyyatı ilə bağlı istifadəçilərin ən çox axtardığı 10 əsas sualın cavabını təqdim edirik. DV-2028 Green Card qeydiyyatı nə vaxt […]

Vizam.az 09 sentyabr 2026
Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti, e-viza üçün bütün məlumatlar düzgün təqdim edildikdə və ödəniş tamamlandıqda, rəsmi olaraq 3 iş günü ərzində emal olunur. Vyetnam İmmiqrasiya Departamentinin məlumatına əsasən, e-viza müraciətinin nəticəsi onlayn sistem üzərindən yoxlanıla bilər. Azərbaycan vətəndaşları da Vyetnam e-vizası üçün müraciət edə bilərlər. Vyetnamın rəsmi e-viza portalında Azərbaycan e-viza almaq hüququ olan ölkələr siyahısında göstərilir. […]

Vizam.az 08 sentyabr 2026
Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro vizası müraciətdən sonra adətən 15 iş günü ərzində hazır olur. Lakin sənədlərin tamlığı, müraciətin düzgün təqdim edilməsi və əlavə yoxlamaların aparılması kimi amillər viza baxılma müddətinə təsir göstərə bilər. Buna görə Monteneqroya səyahət planlaşdıran Azərbaycan vətəndaşlarının viza müraciətini səfər tarixindən əvvəl etməsi tövsiyə olunur. Monteneqro Viza Nə Qədər Müddətə Hazır Olur? Monteneqro viza müraciətlərinə […]

Vizam.az 07 sentyabr 2026
Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Taylanda səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün yeni giriş qaydaları tətbiq olunur. 15 sentyabr 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları Taylanda 15 günədək səfərlər üçün hava limanında Visa on Arrival (gəlişdə viza) imkanından yararlana biləcəklər. Bu dəyişiklik qısa müddətli turistik səfərlər üçün Taylanda getmək istəyən Azərbaycan vətəndaşlarının viza prosesini daha asanlaşdırır. Bəs yeni qayda necə […]

Vizam.az 03 sentyabr 2026
DV-2028 Green Card Qeydiyyatı Necə Edilir?

DV-2028 Green Card Qeydiyyatı Necə Edilir?

Bəli, bu mövzuda SEO-friendly bloq hazırlamaq olar. Amma əvvəlcə vacib bir düzəliş edim: 2025-ci ildə Green Card lotereyası ümumiyyətlə keçirilmədi demək düzgün deyil. DV-2025 proqramı keçirilib və 30 sentyabr 2025-də başa çatıb. Həmçinin hazırda rəsmi ABŞ Dövlət Departamentinin səhifəsində DV-2028 qeydiyyatının 15 noyabr 2026-dək davam etdiyini təsdiqləyən elan görsənmir. Rəsmi məlumatda DV-2027 qeydiyyat tarixlərinin ayrıca […]

Vizam.az 02 sentyabr 2026
Slovakiyaya Viza Almaq Prosesi Necə Gedir?

Slovakiyaya Viza Almaq Prosesi Necə Gedir?

Avropanın mərkəzində yerləşən Slovakiya təbiəti, tarixi şəhərləri, qalaları və özünəməxsus memarlığı ilə səyahət üçün maraqlı ölkələrdən biridir. Slovakiyaya turistik, işgüzar və ya digər qısamüddətli məqsədlərlə səfər etməyi planlaşdırırsınızsa, bunun üçün Slovakiya Şengen vizası əldə etməlisiniz. Bəs Slovakiyaya viza almaq üçün hansı sənədlər tələb olunur, müraciət prosesi necə həyata keçirilir və viza almaq üçün nələrə diqqət […]

Vizam.az 31 avqust 2026