Maltaya Necə Gedə Bilərəm?

Yeniləndi: 18 sentyabr 2025 982 baxış 5 dəq. oxu
Malta üçün Şengen vizası
Malta üçün Şengen vizası

Aralıq dənizinin incisi sayılan Malta həm turizm, həm də təhsil üçün azərbaycanlıların son illərdə ən çox seçdiyi istiqamətlərdən biridir. Kiçik ada dövləti olmasına baxmayaraq, zəngin tarixi, mavi dənizi, qədim qalaları və Avropanın mərkəzinə açılan rahat coğrafi mövqeyi ilə Maltaya maraq ildən-ilə artır. Üstəlik, burada həm qısamüddətli dil kursları, həm də ali təhsil imkanları geniş olduğuna görə gənclər və tələbələr üçün də cəlbedici bir məkandır.

Maltaya səyahət və ya təhsil üçün getmək istəyən hər bir Azərbaycan vətəndaşı Şengen vizası almalıdır. Bu viza sizə yalnız Maltaya deyil, eyni zamanda digər Şengen ölkələrinə də səyahət imkanı yaradır. Lakin müraciət prosesi, tələb olunan sənədlər və rüsumlar barədə düzgün məlumata sahib olmaq çox vacibdir.

Bu yazıda Malta vizasının bütün detallarını müraciət qaydalarını, lazım olan sənədləri, xərcləri və ən çox rast gəlinən səhvləri sizinlə paylaşacağıq. Məqsədimiz vizaya müraciət etməzdən əvvəl bütün suallarınıza aydınlıq gətirmək və vaxtınıza qənaət etməkdir.

Malta Şengen Vizası

Bütün Şengen vizaları kimi Malta Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Malta Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Maltadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Malta vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Malta Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox Maltada qalacağınızı göstərməlisiniz. Bir çox turist Malta səyahətlərini planlayarkən öz tur planlarına İtaliya, İspaniya və bir sıra digər Avropa ölkələrini də daxil edirlər. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Malta göstərməyiniz məhz Malta vizasına müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

Malta Vizasına Müraciət Qaydası

Maltaya səyahət planlaşdıran Azərbaycan vətəndaşları birbaşa Malta səfirliyinə müraciət edə bilmirlər, çünki ölkəmizdə Malta səfirliyi fəaliyyət göstərmir. Malta vizasına müraciət etmək üçün İtaliya səfirliyi vasitəsilə VFS Global viza mərkəzinə sənədlər təqdim edilməlidir. Bu, Maltanın Azərbaycanda viza müraciətlərini İtaliya diplomatik nümayəndəliyinə həvalə etməsi ilə bağlıdır.

VFS Global viza mərkəzi haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək 2025-ci ildə VFS Global Viza Mərkəzi Necə İşləyir? adlı bloga keçid edə bilərsiniz.

Müraciət addımları:

  • VFS Global üzərindən onlayn görüş təyin edin.
  • Sənədlərinizi toplayın.
  • Viza mərkəzinə gedərək barmaq izi verin (əgər son 5 ildə Şengen vizası üçün verməmisinizsə).
  • Xidmət və viza rüsumlarını ödəyin.
  • Müraciət nəticəsini gözləyin. Adətən Malta vizasının cavabı 10–15 iş günü ərzində hazır olur.

Nəyə diqqət etməli?

  • Sənədlərdə hər hansı yanlışlıq və ya natamamlıq müraciətin gecikməsinə və ya rədd edilməsinə səbəb ola bilər.
  • Səyahət məqsədinizi (turizm, təhsil, iş) düzgün əsaslandırmaq vacibdir.
  • Aviabilet və otel rezervasiyaları təsdiqli olmalıdır.

Aralıq dənizində yerləşən Malta Şengen ölkələri siyahısında yer aldığı üçün bu ölkəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları Malta Şengen vizası almalıdır. Bu vizaya müraciət səbəbləri müxtəlif ola bilər: turizm məqsədli gediş, ailə üzvləri və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və müalicə, qısamüddətli təhsil proqramları, mübadilə layihələri və digər oxşar səbəblər.

Əgər Maltada 90 gündən artıq qalmaq planınız varsa məsələn, bakalavr, magistr və ya doktorantura üzrə uzunmüddətli təhsil almaq, yaxud rəsmi şəkildə işə qəbul olunmaq bu zaman artıq Malta milli vizası üçün müraciət etmək tələb olunur. Bu halda müvafiq təhsil müəssisəsindən qəbul məktubu və ya iş yerindən dəvət sənədi əsas rol oynayır.

Malta vizasına necə müraciət edilir?

Hazırda Azərbaycanda Malta səfirliyi fəaliyyət göstərmir. Buna görə də bütün müraciətlər İtaliya səfirliyi vasitəsilə həyata keçirilir. Yəni, Malta vizası üçün sənədlərinizi VFS Global Bakı ofisinə təqdim etməlisiniz. Rəsmi qaydaya görə, Maltanın viza müraciətlərini Azərbaycanda məhz İtaliya səfirliyi qəbul edir.

Müraciət prosesi isə belədir:

  • VFS Global saytından (VFS Global Baku) onlayn görüş təyin edilir;
  • Toplanmış sənədlər təqdim olunur;
  • Barmaq izi və biometrik məlumatlar verilir;
  • Müraciət rüsumları ödənilir.

Əlavə suallar yarandıqda İtaliya səfirliyi əlaqə bölməsindən məlumat almaq mümkündür. Eyni zamanda, müraciət prosesi ilə bağlı operativ cavab almaq üçün İtaliya səfirliyi nömrəsi ilə əlaqə saxlamaq faydalıdır.

Malta Vizası üçün Hansı Sənədlər Lazımdır?

Malta Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Elektron hökumət portalından işlə bağlı arayış*
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi sənəd

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Malta Şengen Vizası Alma Şansınızı Necə Artıra Bilərsiniz?

Malta vizası üçün müraciət edən hər bir namizədin qəbul olunma ehtimalı fərqli olur. Digər ölkələrdə olduğu kimi, Malta Şengen vizası da müraciətçinin şəxsi profili, maliyyə vəziyyəti və səyahət tarixçəsinə əsasən qiymətləndirilir. Buna görə də, müraciət etməzdən əvvəl şərtləri düzgün anlamaq, hansı meyarlara diqqət olunduğunu bilmək çox vacibdir.

Hansı faktorlar şansı artırır?

  • Maliyyə vəziyyəti – Normal iş yerinin və vəzifənin olması, aylıq gəlirin minimum orta göstəricidə olması (təcrübədə 400–600 AZN gəliri olan şəxslərə belə Malta visa təsdiqlənmişdir).
  • Bank hesabı – Səyahətin bütün xərclərini qarşılamağa yetəcək qədər vəsaitin hesabda olması.
  • Ailə və ölkə ilə bağlılıq – Adınıza mülkün olması, evli olmağınız və ya övladlarınızın olması vizanın alınmasını asanlaşdıran nüanslardır.
  • Səyahət tarixçəsi – Daha əvvəl Şengen vizası və ya digər etibarlı vizaların olması İtaliya səfirliyi vasitəsilə Malta vizası alma ehtimalınızı xeyli yüksəldir.

Təcrübədə ilk dəfə müraciət edən şəxslər üçün İtaliya səfirliyi bəzən riskli hesab oluna bilər. Lakin profiliniz güclüdürsə, VFS Global Bakı üzərindən verilən ilk müraciətlə belə təsdiq almaq mümkündür. Bizim təcrübəmizdə, İtaliya səfirliyi əlaqə vasitəsilə yönləndirilən müraciətlərin əksəriyyətində müsbət nəticə əldə olunub.

Əgər daha öncə heç bir Şengen vizası almamısınızsa, bu halda risklərinizi azaltmaq üçün peşəkar məsləhət almağınız tövsiyə olunur.

Tez-tez verilən suallar (FAQ)

1. Malta vizası neçə günə hazır olur?
Malta vizası üçün müraciət etdikdən sonra cavab adətən 10–15 iş günü ərzində gəlir. Lakin mövsümün gərginliyi və müraciət sayına görə bu müddət uzana bilər. Əlavə məlumat üçün VFS Global Bakı ofisinə və ya rəsmi İtaliya səfirliyi əlaqə vasitələrinə müraciət etmək mümkündür.

2. Malta vizası ilə digər Şengen ölkələrinə gedə bilərəmmi?
Bəli, Malta Şengen vizası ilə digər Şengen ölkələrinə də səyahət edə bilərsiniz. Lakin ilk giriş ölkəniz Malta olmalıdır və əsas qalacağınız ölkə də Malta göstərilməlidir. Bu qaydaya əməl etmədikdə gələcək müraciətlərdə çətinlik yarana bilər.

3. İlk dəfə Şengen vizası alıram, Malta vizasına müraciət edə bilərəmmi?
Əlbəttə, mümkündür. Amma nəzərə alın ki, İtaliya səfirliyi vasitəsilə verilən ilk müraciətlərdə profilinizin güclü olması vacibdir (stabil iş, gəlir, bank hesabı, ailə və mülk kimi nüanslar). Əks halda, ilk şengen vizası müraciətində risk ola bilər.

4. Malta vizası üçün hansı sənədlər lazımdır?
Ümumi sənədlər: pasport, 2 ədəd biometrik foto, ərizə forması, tibbi sığorta, aviabilet və otel rezervasiyası, maliyyə sənədləri. İşləyənlər, sahibkarlar və tələbələr üçün isə əlavə sənədlər tələb olunur. Dəqiq siyahını VFS Global Bakı saytından və ya İtaliya səfirliyi əlaqə vasitəsilə öyrənmək olar.

5. Malta vizası üçün müraciəti hara etməliyəm?
Azərbaycanda Malta səfirliyi yoxdur. Buna görə də müraciətlər yalnız İtaliya səfirliyi vasitəsilə qəbul olunur və sənədlər VFS Global Bakı ofisinə təqdim edilir. Əlavə məlumat üçün İtaliya səfirliyi nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

6. Malta vizası rədd olunarsa, yenidən müraciət edə bilərəmmi?
Bəli, rədd cavabı aldıqdan sonra yenidən müraciət etmək mümkündür. Lakin əvvəlki rədd səbəblərini nəzərə almaq və sənədləri düzgün şəkildə hazırlamaq vacibdir. Əks halda, eyni nəticə ilə qarşılaşa bilərsiniz.

Maltaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Malta Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Malta Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Kiçik bir adada böyük əyləncələr! Xoş səyahətlər!

Oxşar yazılar:

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026
Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni ili Avropada keçirmək istəyirsinizsə, Şengen vizası üçün müraciətə səyahət tarixindən ən azı 1–2 ay əvvəl başlamaq məqsədəuyğundur. Yeni il dövründə viza mərkəzlərində sıxlıq yarana bildiyi üçün sənədlərin hazırlanması və görüş tarixinin alınmasını son həftələrə saxlamaq məsləhət görülmür. Yeni il üçün Vyana, Paris, Roma, Amsterdam və ya digər Şengen ölkələrinə səyahət planlaşdırırsınızsa, viza müraciətinin vaxtını […]

Vizam.az 28 sentyabr 2026
Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Bəli, Sinqapur vizası üçün bank çıxarışı maliyyə vəziyyətinizi göstərən dəstəkləyici sənəd kimi tələb oluna bilər. Lakin bank çıxarışı bütün müraciətlər üçün rəsmi şəkildə məcburi əsas sənəd kimi göstərilmir. Sinqapurun İmmiqrasiya və Nəzarət Məntəqələri İdarəsi (ICA) müraciət zamanı əlavə sənədlər tələb edə bilər və Sinqapura səfər edən şəxsin qalma müddəti ərzində özünü təmin etmək üçün kifayət […]

Vizam.az 24 sentyabr 2026
Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

İlk dəfə Şengen sərhədindən keçirsinizsə, pasportunuz, Şengen vizanız, uçuş və yaşayış məlumatlarınız, səfər planınız və lazım olduqda maliyyə imkanınızı göstərən sənədlər hazır olmalıdır. Sərhəd nəzarətində əməkdaş səfərin məqsədi, qalacağınız yer və geri dönüş planınız barədə qısa suallar verə bilər. Etibarlı Şengen vizasının olması girişə avtomatik zəmanət vermir. Xarici sərhəddə səyahətçinin giriş şərtlərinə uyğunluğu ayrıca yoxlanılır. […]

Vizam.az 24 sentyabr 2026
Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcunun olması təkbaşına viza almağa avtomatik maneə deyil. Viza müraciətində əsas məsələ kredit borcunun mövcudluğu deyil, müraciət edən şəxsin ümumi maliyyə vəziyyəti, sabit gəliri, bank hesabındakı vəsaitin mənbəyi və səfərin xərclərini qarşılamaq imkanının inandırıcı şəkildə göstərilməsidir. Məsələn, şəxsin aktiv istehlak krediti və ya ipoteka ödənişi ola bilər. Əgər onun sabit gəliri, normal bank hesabı […]

Vizam.az 23 sentyabr 2026
Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026