MACARISTAN ŞENGEN VİZASINI NECƏ ALA BİLƏRƏM?

Yeniləndi: 13 fevral 2025 37362 baxış 5 dəq. oxu

Hər il ölkəmizdən sayca ən çox turistin üz tutduğu ölkələrdən biri, Avropaya giriş qapısı olaraq görünən, paytaxt Budapeşt şəhərinin qeyri-adi memarlıq abidələri və turistik bölgələri ilə məşhurlaşmış Macarıstan. Sadə bir Macarıstan Şengen vizası ilə bu ölkəni gəzə bilərsiniz. Bu vizanı necə əldə edə biləcəyinizlə bağlı detallı məlumatı isə biz bu məqalədə sizinlə bölüşürük.

Macarıstan Viza Növləri

Şengen ölkələri siyahısında yer alan Macarıstana səyahətinizi Macarıstan Şengen vizası vasitəsilə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Son illər ərzində bir çox gəncimizin də üz tutduğu Macarıstanda müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə Macarıstan milli vizasına da müraciət edə bilərlər.

Macarıstan Şengen Vizası

Digər Şengen ölkələrinə oxşar olaraq Macarıstan Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Macarıstan Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Macarıstandan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Macarıstan vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Macarıstan Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox bu ölkədə qalacağınızı göstərməlisiniz. Əksər viza müraciətçiləri və səyahətçilər Macarıstandan əlavə olaraq öz tur planlarına Çexiya, Avstriya, Polşa və digər Avropa ölkələrini də əlavə edirlər. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Macarıstan göstərməyiniz viza üçün məhz Macarıstan səfirliyinə müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

Macarıstan Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Macarıstan Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  15. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda Macarıstan səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və ya rezervasiyalar haqda təsdiq məktubunun alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 1.500-3.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Macarıstan Şengen vizası üçün müraciət Macarıstan Səfirliyinin konsulluq şöbəsində və ya BLS International adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Bakıdakı Macarıstan səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir. 

Sənədləri konsulluğa təqdim etmək üçün viza görüşü onlayn şəkildə səfirliyin rəsmi saytında təyin edilir.

Sənədləri viza mərkəzinə təqdim etmək üçün isə +994 12 511 12 18 telefon nömrəsinə zəng edərək viza mərkəzində öncədən görüş təyin etmək lazımdır. Viza mərkəzi sənəd qəbulunu bazar ertəsindən cümə gününədək hər gün saat 8.30-dan 14.30-dək həyata keçirir.

Viza müraciəti səfər tarixindən ən tez 3 ay əvvəl edilə bilər və müraciət zamanı şəxsi iştirakı mütləqdir. 12 yaşına çatmamış uşaqların Macarıstan Səfirliyinin Konsulluq Şöbəsinə gətirilməsinə ehtiyac yoxdur, çünki onlardan barmaq izləri götürülmür (lakin onlar üçün ayrı vaxt götürülməlidir, çünki ərizəyə baxılması vaxt tələb edir).

Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 5-15 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.

Viza müraciəti birbaşa konsulluğa müraciət edilərkən, yalnız 35 avro viza rüsumu ödənilir. Müraciətçi konsulluğa sənədlərini təqdim etdikdən sonra ona viza rüsumunun ödənişi üçün müvafiq çek verilir. Bu çek əsasənda müraciətçi ödənişi Azərbaycan Beynəlxalq Bankının Əsas binasında (Nizami küç. 67) həyata keçirməli və ödənişin həyata keçirildiyinə dair qəbzi konsulluğa həmin gün təqdim etməlidir.

Müraciətçi viza mərkəzinə müraciət etdiyi halda isə, 35 avrodan əlavə 29 avro viza mərkəzinin xidmət haqqı üçün də ödəniş edilməlidir və bu ödəniş sənədləri təqdim edərkən yerindəcə edilir.

Macarıstan Şengen Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Macarıstanda da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Macarıstan Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə Şengen vizası olmayan şəxslər üçün Macarıstan səfirliyi digər səfirliklərə nisbətən, daha rahat şəkildə müraciət ediləcək, daha az riskli səfirlikdir. Macarıstan səfirliyi təcrübəmizdə daha öncə səyahət tarixçəsi olmayan şəxslərin ən çox Şengen vizası aldığı səfirliklərdən biridir. Ancaq hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin Macarıstan səfirliyindən viza alma ehtimalınızı yüksəldən faktordur.

Macarıstana Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Macarıstan Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Macarıstan Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Budapeşt sizə düşündüyünüzdən də yaxındır! Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

Slovakiyaya Səyahət: Slovakiya Viza Müraciəti

Slovakiyaya Səyahət: Slovakiya Viza Müraciəti

Slovakiya səyahətçilər üçün Avropanın gözəl və unikal ölkələrindən biridir. Tarixi şəhərləri, dağ mənzərələri, mədəni irsi və müasir turizm imkanları ilə Slovakiya həm istirahət, həm də işgüzar səfərlər üçün cəlbedici seçimdir. Bratislava, Košitse, və Tatralar kimi məşhur yerlər ölkəyə səfəri planlaşdıran hər kəsin diqqətini çəkir. Slovakiyaya səyahət etməzdən əvvəl ən vacib addımlardan biri vizanın düzgün və […]

Vizam.az 13 mart 2026
Səyahətdə Airbnb və Otel Qalmasının Fərqləri

Səyahətdə Airbnb və Otel Qalmasının Fərqləri

Səyahət planlaşdırarkən ən vacib qərarlardan biri qalacaq yerin seçilməsidir. Bu seçim həm səyahətin rahatlığına, həm də büdcəyə birbaşa təsir edir. Son illərdə səyahətçilər arasında iki əsas qalma seçimi daha çox istifadə olunur: Airbnb və otellər. Hər iki variant fərqli üstünlüklər təqdim edir və səyahətin məqsədinə görə daha uyğun ola bilər. Airbnb platforması daha çox ev […]

Vizam.az 13 mart 2026
Polşa Səfirliyi Viza Üçün Lazım Olan Sənədlər

Polşa Səfirliyi Viza Üçün Lazım Olan Sənədlər

Polşaya səyahət etmək, işləmək və ya təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün Polşa səfirliyi viza müraciət prosesi müəyyən sənədlərin hazırlanmasını tələb edir. Polşa səfirliyi viza üçün sənədlər düzgün və tam təqdim olunmadıqda müraciət gecikə və ya imtina ilə nəticələnə bilər. Buna görə də Polşa səfirliyi viza müraciəti zamanı tələb olunan sənədləri əvvəlcədən bilmək və hazırlamaq […]

Vizam.az 12 mart 2026
İspaniya Viza Müraciəti Prosesi Necə Gedir?

İspaniya Viza Müraciəti Prosesi Necə Gedir?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün ilk addımlardan biri İspaniya vizası üçün düzgün və tam şəkildə müraciət etməkdir. Turizm, iş və ya təhsil məqsədilə İspaniyaya viza almaq istəyən şəxslər müəyyən sənədləri hazırlamalı və rəsmi İspaniya viza müraciəti proseduruna uyğun şəkildə müraciət etməlidirlər. Azərbaycan vətəndaşları üçün Spain visa Azerbaijan müraciətləri adətən İspaniya viza mərkəzi vasitəsilə […]

Vizam.az 11 mart 2026
TLS Contact Baku Viza Müraciət Prosesi

TLS Contact Baku Viza Müraciət Prosesi

TLScontact viza müraciət prosesində bir çox ölkənin səfirlikləri ilə əməkdaşlıq edən rəsmi viza müraciət mərkəzlərindən biridir. Azərbaycanda da fəaliyyət göstərən TLSContact Baku mərkəzi vasitəsilə xüsusilə Şengen ölkələrinə viza müraciətləri qəbul edilir və müraciət edən şəxslərə görüş təyini, sənədlərin təqdim edilməsi və biometrik məlumatların toplanması kimi xidmətlər göstərilir. Bu səbəbdən internetdə istifadəçilər tez-tez tlscontact baku, tls […]

Vizam.az 10 mart 2026
Yeni Zelandiya Viza Müraciəti Prosesi

Yeni Zelandiya Viza Müraciəti Prosesi

Yeni Zelandiya Viza Müraciəti Prosesi xaricə səyahət planlaşdıran şəxslər üçün vacib mərhələlərdən biridir. Turizm, təhsil və ya iş məqsədilə Yeni Zelandiyaya getmək istəyən şəxslər əvvəlcədən uyğun viza növünü seçərək müraciət etməlidirlər. Viza müraciəti zamanı sənədlərin düzgün hazırlanması, müraciət formunun tam doldurulması və bütün tələblərin yerinə yetirilməsi müsbət nəticə almaq üçün böyük əhəmiyyət daşıyır. Yeni Zelandiya […]

Vizam.az 06 mart 2026
Almaniya Vizası Almaq: Almaniya Şengen Vizası

Almaniya Vizası Almaq: Almaniya Şengen Vizası

Almaniya Avropada ən çox ziyarət edilən və işləmək, təhsil almaq və yaşamaq üçün seçilən ölkələrdən biridir. Hər il minlərlə Azərbaycan vətəndaşı almaniyaya getmək üçün almaniya vizası müraciəti edir. Səyahət, ailə ziyarəti, təhsil və ya karyera məqsədilə plan qurursunuzsa, ilk addım doğru almaniya viza almaq prosesini bilməkdir. Qısamüddətli səfərlər üçün ən çox müraciət edilən növ almaniya […]

Vizam.az 05 mart 2026
Sinqapur Vizası üçün Müraciət Prosesi

Sinqapur Vizası üçün Müraciət Prosesi

Sinqapur vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün müraciət prosesi olduqca sistemli və aydın qaydalarla tənzimlənir. Sinqapur Cənub-Şərqi Asiyada yerləşən, yüksək həyat səviyyəsi, güclü iqtisadiyyatı və müasir infrastrukturu ilə seçilən bir dövlətdir. Sinqapura viza almaq üçün tələb olunan sənədlər, sinqapur viza rüsumu, müraciət forması və baxılma müddəti səfərin məqsədindən (turistik, işgüzar, təhsil və s.) asılı olaraq […]

Vizam.az 02 mart 2026
Hollandiya Viza Almaq Prosesi Necə Gedir?

Hollandiya Viza Almaq Prosesi Necə Gedir?

Avropada həm təhsil, həm karyera, həm də yüksək həyat standartları ilə seçilən ölkələrdən biri olan Niderland son illər azərbaycanlıların ən çox maraq göstərdiyi istiqamətlər sırasındadır. İstər hollandiyada tehsil, istər hollandiyada islemek, istərsə də hollandiyada yasamaq planınız olsun, ilk addım düzgün və rəsmi şəkildə hollandiya viza almaq prosesini başa düşməkdir. Bir çox insan “hollandiyaya nece getmek […]

Vizam.az 25 fevral 2026
Sponsorluq Haqqında Arayış Nədir və Necə Hazırlanır?

Sponsorluq Haqqında Arayış Nədir və Necə Hazırlanır?

Sponsorluq haqqında arayış bir şəxsin və ya qurumun digər şəxsin xərclərini könüllü şəkildə üzərinə götürdüyünü rəsmi şəkildə təsdiq edən sənəddir. Bu sənəd ən çox viza müraciətlərində, təhsil prosesində, tədbir və layihələrdə, eləcə də müxtəlif rəsmi prosedurlarda tələb olunur. Sadə dildə desək, “sponsor nədir?” sualına cavab olaraq sponsor maliyyə və ya maddi dəstək göstərən tərəfdir, sponsorluq […]

Vizam.az 24 fevral 2026