İSVEÇRƏ ŞENGEN VİZASI ÜÇÜN NƏLƏR LAZIMDIR?

Yeniləndi: 03 iyun 2025 21930 baxış 5 dəq. oxu

Avropanın bir başqa gözəl diyarı İsveçrə. Təbiəti və coğrafiyasının, dağlarının, göllərinin və bir çox sahib olduğu nadir inciləri ilə bütün dünyanı özünə heyran qoyan turizm ölkəsi. Hər il milyonlarla insan bu ölkəyə səyahət edib unudulmaz xatirələr əldə edir. Bu xatirələrə sizin də sahib ola bilməyiniz üçün ilk şərt İsveçrə Şengen vizanızın olmasıdır. Bu yolda isə sizə lazım olacaq bütün məlumatları biz bu məqalədə bölüşəcəyik.

İsveçrə Viza Növləri

Şengen ölkələri siyahısında yer alan İsveçrəyə səyahətinizi İsveçrə Şengen vizası vasitəsilə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Son illər ərzində bir çox gəncimizin də üz tutduğu İsveçrədə müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə İsveçrə milli vizasına da müraciət edə bilərlər.

İsveçrə Şengen Vizası

Digər Şengen ölkələrinə oxşar olaraq İsveçrə Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. İsveçrə Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni İsveçrədən edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə İsveçrə vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz İsveçrə Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox bu ölkədə qalacağınızı göstərməlisiniz. Əksər viza müraciətçiləri və səyahətçilər İsveçrədən əlavə olaraq öz tur planlarına İtaliya, Fransa, Almaniya, Avstriya və digər Avropa ölkələrini də əlavə edirlər. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni İsveçrə göstərməyiniz viza üçün məhz İsveçrə səfirliyinə müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

İsveçrə Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

İsveçrə Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

İsveçrə Şengen vizasını almaq üçün İsveçrənin Azərbaycandakı Səfirliyinə müraciət olunur. Viza haqda qərar səfirliyin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə aşağıdakı linkdən götürülür:

Sənədləri təqdim etmək üçün görüş təyin etmədən səfirlik sənədləri qəbul etmir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay, ən gec isə 15 gün əvvəl edilə bilər. Müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. 12 yaşdan aşağı uşaqların şəxsi iştirakına və ya onlar üçün əlavə görüş təyininə ehtiyac yoxdur.

Şengen viza proseduru müraciət tarixindən etibarən 5-15 kalendar günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, təcili biznes səfərləri olduqda email vasitəsilə sistemdə göstərilən vaxtdan daha tez vaxta görüş təyini mümkündür. Əlavə olaraq, bu kimi təcili hallarda viza cavabı 5-15 kalendar günündən daha tez (hətta 3 iş günü) çıxa bilər. Lakin, bu məsələ üzrə qərar tamamilə konsuldan asılıdır.

Viza rüsumu olaraq 70 AZN milli valyutada, yəni manatla nağd şəkildə ödənilməlidir. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

İsveçrə Şengen Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi İsveçrədə də sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və daha yüksək olması (təcrübədə 450-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin İsveçrə Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə Şengen vizası olmayan şəxslər üçün İsveçrə səfirliyi, nisbətən riskli səfirlik hesab oluna bilər. Profilinizdəki digər nüansların (yuxarıda sadalananlar) yüksək səviyyədə olduğu hallar istisna olmaqla, səyahət tarixçəniz yoxdursa, ilk Şengen viza müraciətinizi məhz İsveçrə səfirliyinə etməyiniz risklidir. Hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin İsveçrə səfirliyindən viza alma ehtimalınızı yüksəldən faktordur.

İsveçrəyə Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə İsveçrə Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə İsveçrə Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

İsveçrə mənzərənizin dadını çıxardın! Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

Mart Tətilini İspaniya Vizası ilə Qarşılamağa Nə Deyirsiniz?

Mart Tətilini İspaniya Vizası ilə Qarşılamağa Nə Deyirsiniz?

Mart ayı yaxınlaşır və tətildə yeni macəralar yaşamaq üçün ən gözəl zamanlardan biridir. İstər günəşli sahillərdə istirahət etmək, istər mədəniyyətlə dolu şəhərləri kəşf etmək istəyin, İspaniya bu tətildə ideal istiqamət ola bilər. Amma bunun üçün İspaniya vizası prosesini öncədən planlamaq lazımdır. İspaniya, tarixi abidələri, zəngin mədəniyyəti, ləzzətli mətbəxi və canlı şəhərləri ilə Avropanın ən populyar […]

Vizam.az 13 yanvar 2026
Tayland Vizası:Səyahət Hansı Mövsüm Uyğundur?

Tayland Vizası:Səyahət Hansı Mövsüm Uyğundur?

Tayland vizası üçün müraciət edənlərin ən çox verdiyi suallardan biri “Taylanda hansı tarixdə səyahət etmək daha uyğundur?” sualıdır. Çünki Tayland ilboyu isti iqlimi, tropik təbiəti və zəngin mədəniyyəti ilə cəlbedici olsa da, səyahət tarixinin düzgün seçilməsi həm hava şəraiti, həm də viza planlaması baxımından böyük rol oynayır. Bir çox hallarda viza müraciəti zamanı təqdim olunan […]

Vizam.az 13 yanvar 2026
Səudiyyə Ərəbistanı Viza Şərtləri Necədir?

Səudiyyə Ərəbistanı Viza Şərtləri Necədir?

Səudiyyə Ərəbistanına səyahət planlayan Azərbaycan vətəndaşları üçün viza qaydaları digər ölkələrdən fərqli və daha spesifik şərtlərlə tənzimlənir. Turizm, ümrə, işgüzar səfər və ya ailə ziyarəti məqsədilə edilən müraciətlərdə viza növünə uyğun tələblərin düzgün bilinməsi və sənədlərin qaydalara uyğun hazırlanması böyük əhəmiyyət daşıyır. Xüsusilə son illərdə tətbiq edilən elektron viza sistemi (e-visa), onlayn müraciət imkanları və […]

Vizam.az 13 yanvar 2026
Azərbaycan Vətəndaşları Üçün Tayland Vizası

Azərbaycan Vətəndaşları Üçün Tayland Vizası

Tayland, ekzotik təbiəti, mədəni zənginliyi və möhtəşəm çimərlikləri ilə hər il minlərlə turistin diqqətini cəlb edən Asiya ölkəsidir. Azərbaycan vətəndaşları üçün Tayland səfəri həm turizm, həm də işgüzar məqsədlər üçün maraqlı seçimdir. Lakin ölkəyə səyahət etmədən əvvəl Tayland vizası almaq məcburidir. Bu blog yazısında sizə Tayland vizası növləri, müraciət prosesi, tələb olunan sənədlər, rüsumlar və […]

Vizam.az 12 yanvar 2026
2026-cı ildə İrlandiya Vizasi Necə Almaq Olar?

2026-cı ildə İrlandiya Vizasi Necə Almaq Olar?

2026-cı ildə İrlandiyaya səyahət etməyi planlayırsınızsa, vizanızı əvvəlcədən təmin etmək vacibdir. Azərbaycan vətəndaşları İrlandiyaya daxil olmaq üçün ölkənin səfirliyindən və ya viza mərkəzlərindən viza almalıdırlar. İrlandiya vizası yalnız səyahət məqsədinizə uyğun olaraq verilir və müraciətinizin düzgün və tam sənədlərlə təqdim olunması vizanın alınma ehtimalını artırır. İrlandiya vizası turizm, ailə və dost ziyarətləri, işgüzar səfərlər, qısa […]

Vizam.az 12 yanvar 2026
2026-cı ildə İsveçrə Vizası Necə Almaq Olar?

2026-cı ildə İsveçrə Vizası Necə Almaq Olar?

2026-cı ildə İsveçrəyə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün viza prosesi əvvəlcədən düzgün planlama və dəqiq məlumat tələb edir. İsveçrə Şengen zonasında yer aldığı üçün bu ölkəyə səfər etmək istəyən şəxslər İsveçrə Şengen vizası üçün müraciət etməlidirlər. İstər turizm, istər işgüzar səfər, istərsə də ailə və ya dost ziyarəti məqsədilə müraciət edin, viza alma ehtimalınız […]

Vizam.az 12 yanvar 2026
Azərbaycan Vətəndaşları üçün Portuqaliya Vizası Necə Alınır?

Azərbaycan Vətəndaşları üçün Portuqaliya Vizası Necə Alınır?

Portuqaliyaya səyahət planlayırsınızsa, ilk addım vizanı düzgün və vaxtında əldə etməkdir. Azərbaycan vətəndaşları üçün Portuqaliya Şengen vizası, ölkəyə giriş üçün vacib sənəddir və həm turizm, həm işgüzar, həm də qısamüddətli təhsil məqsədləri üçün müraciət edilə bilər. 2026-cı ildə Portuqaliya vizası üçün müraciət prosesində tələb olunan sənədlər, rüsumlar və müraciət qaydaları əvvəlki illərə nisbətən müəyyən qədər […]

Vizam.az 09 yanvar 2026
Cənubi Koreya Vizası Necə Alınır?

Cənubi Koreya Vizası Necə Alınır?

Cənubi Koreya son illərdə həm turizm, həm təhsil, həm də iş imkanları baxımından azərbaycanlılar üçün ən çox maraq doğuran Asiya ölkələrindən birinə çevrilib. Seulun müasir şəhər həyatı, texnologiya mərkəzləri, zəngin mədəniyyəti və təhlükəsiz səyahət mühiti bu ölkəyə marağı daha da artırır. Lakin Cənubi Koreyaya səyahət etməzdən əvvəl ən vacib mərhələlərdən biri viza müraciət prosesini düzgün […]

Vizam.az 09 yanvar 2026
2026-cı ildə Kanada Vizası Necə Ala Bilərəm?

2026-cı ildə Kanada Vizası Necə Ala Bilərəm?

2026-cı ildə Kanada vizası almaq Azərbaycan vətəndaşları üçün əvvəlki illərlə müqayisədə daha planlı və diqqətli yanaşma tələb edən bir prosesə çevrilib. Kanada səfirliyi və IRCC (Immigration, Refugees and Citizenship Canada) tərəfindən tətbiq edilən yeni qaydalar, onlayn müraciət sistemi, biometrik tələblər və maliyyə sübutları viza müraciətinin əsas mərhələlərini təşkil edir. Xüsusilə Kanada turist vizası, Kanada tələbə […]

Vizam.az 08 yanvar 2026
Macarıstan Vizası Necə Alınır? 2026 Müraciət Qaydaları

Macarıstan Vizası Necə Alınır? 2026 Müraciət Qaydaları

Macarıstan Avropanın ən çox ziyarət edilən Şengen ölkələrindən biri olmaqla yanaşı, Azərbaycan vətəndaşları üçün Macarıstan Şengen vizası ilə səyahət edilə bilən ölkələr siyahısına daxildir. 2026-cı ildə Macarıstana səyahət planlaşdıran şəxslər üçün viza müraciət qaydaları, sənəd tələbləri və proses mərhələləri əvvəlcədən düzgün öyrənilməlidir. Çünki Macarıstan vizası müraciətində edilən kiçik səhvlər belə müraciətin gecikməsinə və ya rədd […]

Vizam.az 08 yanvar 2026