İspaniyaya Səyahət: İspaniya Turist Vizası

Yeniləndi: 14 may 2025 1728 baxış 8 dəq. oxu
Biz Vizam.az şirkəti olaraq sizə İspaniya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.
Biz Vizam.az şirkəti olaraq sizə İspaniya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.

Əziz səyahətsevərlər, Avropada həm günəşin, həm mədəniyyətin, həm də ləzzətli yeməklərin bir arada olduğu nadir ölkələrdən biri varsa, o da şübhəsiz İspaniyadır. Əgər siz də həm dincəlmək, həm görmək, həm də yaşamaq istəyirsinizsə, İspaniya sizin üçün ideal seçim olacaq. Bu ölkə təkcə səyahət deyil – bir təcrübədir, hissdir, həyat tərzidir.

İspaniya özündə çox şeyləri birləşdirir: Barcelona-nın incəsənət dolu küçələri, Madridin zəngin muzeyləri, Sevilyanın rəqs və musiqi ilə yaşayan ruhu, Malaganın dənizlə iç-içə sakitliyi və Valensiyanın portağal qoxulu havası... Burada hər şəhər fərqli bir duyğudur, hər küçə isə hekayə danışır. Hər addımda tarixə, mədəniyyətə və qonaqpərvər insanlara rast gələcəksiniz.

Bütün bunlarla yanaşı, İspaniya Şengen zonasına daxil olduğu üçün viza ilə getmək lazımdır. Amma narahat olmayın doğru məlumat və düzgün sənədlərlə bu prosesi asanlıqla keçə bilərsiniz. Aşağıda viza haqqında geniş məlumat da sizinlə bölüşəcəyik.

İspaniyaya Səfər Üçün Ən Yaxşı Mövsüm Hansıdır?

İspaniyaya səyahət üçün demək olar ki, ilin istənilən ayı münasibdir. Lakin səfər məqsədinizə görə fəsil seçimi dəyişə bilər:

  • Yay ayları (İyun–Avqust): Günəşli hava, festivallar və çimərlik üçün ideal zamandır. Xüsusilə Barselona, Valensiya və Malagada dəniz tətili üçün əla fürsətlər var.
  • Bahar və Payız (Mart–May və Sentyabr–Oktyabr): Havanın nə isti, nə də soyuq olduğu bu fəsillərdə şəhərləri gəzmək, muzeylərə baş çəkmək və yerli həyatla tanış olmaq çox rahatdır.
  • Qış ayları (Dekabr–Fevral): Əgər turist izdihamından uzaq və daha ucuz bir səyahət istəyirsinizsə, bu dövr mükəmməldir. Üstəlik, qışda İspaniyanın bəzi dağlıq ərazilərində xizək sürmək də mümkündür.

İspaniyada Görmədən Qayıtmayın Deyəcəyimiz Yerlər

İspaniya o qədər zəngin və rəngarəng ölkədir ki, hansını görmək vacibdir demək çətindir. Amma gəlin birlikdə ölkənin ən simvolik, “görmədən qayıtmayın” deyiləcək yerlərinə baxaq:

  • Barselona: Gaudinin əsərləri, Sagrada Familia kilsəsi, Park Güell və La Rambla küçəsi ilə sizi valeh edəcək. Arxitektura və dəniz bir arada!
  • Madrid: İspaniyanın paytaxtı tarixi və müasirliyi bir araya gətirir. Prado Muzeyi, Kral Sarayı və Retiro Parkı buradadır.
  • Sevilya: Flamenko musiqisinin beşiyidir. Tarixi küçələri, Alcazar sarayı və möhtəşəm Sevilya Katedrali ilə sizə başqa bir İspaniyanı göstərəcək.
  • Valensiya: Sakit çimərlikləri, portağal bağları və Gələcəyin Sənətləri Şəhəri (City of Arts and Sciences) ilə diqqət çəkir.
  • Granada: Ərəb təsirini hələ də daşıyan Alhambra Sarayı, dar küçələri və Sierra Nevada dağlarının yaxınlığı ilə unudulmazdır.
  • Toledo və Córdoba: Tarixi şəhərlərdir. Xristian, müsəlman və yəhudi mədəniyyətlərinin bir araya gəldiyi bu şəhərləri gəzmək əsl tarix dərsidir.

İspaniya Vizası Almaq üçün Hardan Başlamaq Lazımdır?

İspaniyaya səyahət etmək istəyirsinizsə, ilk atacağınız addım İspaniya səfirliyi viza görüşü üçün appointment (randevu) almaqdır. Hazırda Azərbaycanda İspaniya vizası Capago Baku vasitəsilə təqdim olunur. Capago İspaniya səfirliyinin rəsmi viza xidmət tərəfdaşıdır və Şengen vizası üçün müraciətlər burada qəbul edilir.

İspaniyaya getmək üçün turist, təhsil, , və ya ailə birləşməsi kimi müxtəlif məqsədlərlə viza müraciəti edə bilərsiniz. Əgər İspaniya təhsil vizası almaq niyyətindəsinizsə, universitetdən qəbul sənədi ilə yanaşı sponsorluq məktubuiş yerindən arayış da təqdim etməlisiniz. Bu sənədlər Asan Xidmət vasitəsilə notarial qaydada təsdiq oluna bilər.

Şengen viza qiyməti isə müraciət növünə və yaş kateqoriyasına görə dəyişə bilər.Ən çox soruşulan suallardan biri də Şengen viza qiyməti ilə bağlıdır. Hazırda viza rüsumu 35 avrodur. 2025 ən son Şengen viza rüsumları və müraciət prosesi haqqında ətraflı məlumat almaq istəyirsinizsə buraya klik edərək ətraflı məlumat əldə bilərisiniz.Əlavə olaraq Capago xidmət haqqı da nəzərə alınmalıdır ( Capago rüsum, müaricət prosesi üçün buraya klik edib ətraflı məlumat ala bilərsiniz)

Unutmayın ki, Şengen vizası aldığınız ölkədən ilk giriş etməyiniz tövsiyə olunur. Yəni əgər viza İspaniya səfirliyi tərəfindən verilibsə, səyahətiniz İspaniyadan başlamalıdır. Bu, gələcək müraciətlərdə sizin etibarlılığınızı da artıracaq.

İspaniya Viza Növləri

İspaniya Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün İspaniya Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz İspaniyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə İspaniya milli vizasına da müraciət edə bilərsiniz. Hazırda isə biz sizə İspaniya Şengen vizası haqqında ümumi məlumat verəcəyik.

İspaniya Şengen Vizası

İspaniya Şengen vizası təkgirişli və çoxgirişli ola bilər. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. İspaniya Şengen vizasını almaq sizə səyahətiniz boyu bütün Şengen ölkələrinə qapı açır. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni İspaniyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə İspaniya vizası ilə Şengen ərazisinə başqa bir giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz İspaniya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı olaraq ən çox İspaniyada qalacağınızı göstərməlisiniz. İspaniyadan əlavə Fransa, Portuqaliya, İtaliya və digər Avropa ölkələri də bir çox şəxs tərəfindən səyahət tur planlarına əlavə edilir. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni İspaniya göstərməyiniz İspaniya Şengen vizasına müraciətiniz üçün yetərli olacaqdır.

İspaniya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

İspaniya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Qeyd edək ki, təcrübəmizdə görünmüşdür ki, İspaniya vizası üçün müraciət edilən Fransa səfirliyi ilk viza müraciətini edən şəxslərdən əksər hallarda iş yerindən arayışdan əlavə e.gov.az hökumət portalından çıxarış da tələb edib. Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Fransa səfirlyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Nomad vizası ilə yaşamaq və işləmək üçün Avropanın ən çox seçilən ölkəsi

Son illərdə rəqəmsal köçərilər (digital nomad) üçün Avropada yaşamaq və işləmək imkanları getdikcə genişlənir. Bu baxımdan İspaniya Nomad vizası ilə ən çox maraq görən və yaşamaq üçün ideal ölkələrdən biri hesab olunur. İstər freelancer, istər uzaqdan işləyən peşəkar olun, İspaniya sizə həm iş, həm də həyat keyfiyyəti baxımından unikal imkanlar təqdim edir.

İspaniyanın Nomad vizası sizə 1 ildən 5 ilə qədər ölkədə yaşamaq, qanuni şəkildə işləmək və eyni zamanda Şengen zonasındakı digər ölkələri də sərbəst səyahət etmək imkanı verir. Əsas şərtlərdən biri odur ki, siz İspaniya xaricində qeydiyyatda olan bir şirkət və ya müştəri üçün çalışırsınız və gəliriniz sabitdir.

Madrid, Barselona, Valensiya və Malagada artıq rəqəmsal köçərilər üçün çoxlu coworking məkanları, nomad dostu yaşayış yerləri və icmalar mövcuddur. Gözəl iqlimi, zəngin mədəniyyəti, yüksək səviyyəli internet və münasib yaşam xərcləri ilə İspaniya bir çox insan üçün rəqəmsal köçəri həyatı üçün əvəzolunmaz ölkəyə çevrilib.

Əgər siz də həm Avropada yaşamaq, həm işləmək, həm də həyatın dadını çıxarmaq istəyirsinizsə, İspaniya Nomad vizası sizin üçün doğru addım ola bilər.

Viza Proseduru

İspaniya Şengen vizası üçün müraciət Fransa Səfirliyinin Capago adlı viza müraciət mərkəzində olunur. İspaniyanın ölkəmizdə konsulluğu fəaliyət göstərməməsi səbəbilə viza haqda qərar Fransa səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə əldə edilir. Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 3 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və İspaniyada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • İspaniyada mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Şengen viza proseduru müraciət tarixindən etibarən 3-5 iş günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, Fransa Səfirliyi viza prosedurunun müddətini səyahətin başlama tarixinə uyğun planlaşdırır. Səyahət tarixləri daha yaxın olan müraciətçilərin viza nəticəsi də daha tez bəlli olur. Lakin, viza prosedurunun müddəti yalnız bu faktordan asılı olmur, keysin mürəkkəbliyi də burada rol oynaya bilir.

Viza rüsumu 35 avro təşkil edir. Bu məbləğ milli valyutada, yəni manatla nağd şəkildə və ya kartla istənilən valyutada ödənilə bilər. Sənədləri təhvil verərkən viza rüsumundan əlavə 26 avro viza mərkəzinin xidmət haqqı kimi ödənilir. Bu ödənişi də nəğd şəkildə yalnız manatla və ya kartla istənilən valyutada etmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

İspaniya Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi İspaniyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin İspaniya Şengen vizası alma şansınızı artıran faktorlardır. Təcrübəmizdə ilk Şengen vizasını Fransa səfirliyindən əldə etmiş şəxslərin kifayət qədər olmasına baxmayaraq, biz profili yüksək səviyyədə (yuxarıda sadalanan nüansların kifayət qədər yaxşı olduğu halda) olduğu hallar xaricində bir şəxs üçün ilk viza müraciəti zamanı Fransa səfirliyinin bir qədər riskli olduğunu qeyd edirik. Daha öncə bir və ya bir neçə Şengen vizanızın olması sizin Fransa səfirliyindən İspaniya vizası alma ehtimalınızı əhəmiyyətli dərəcədə yüksəldə bilir. Yenə də digər Qərbi Avropa və yüksək inkişaf etmiş Avropa ölkələrinə (Almaniya, İtaliya, Skandinaviya ölkələri və s.) nəzərən Fransa səfirliyi bəzi nüansların mövcudluğu halında ilk viza müraciəti üçün nisbətən daha yaxşı seçim ola bilər.

İspaniyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə İspaniya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə İspaniya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır! 27 oktyabr 2026-cı il tarixindən etibarən Wizz Air ilə Bakıdan Bratislavaya birbaşa uçuşlar 56 dollardan başlayan qiymətlərlə təklif olunur. Bratislavaya səyahət planlayan Azərbaycan vətəndaşlarının isə səfərdən əvvəl Slovakiya vizası üçün müraciət etməsi tələb olunur. Uçuşların qiymətini və mövcud tarixləri Wizz Air-in rəsmi saytından yoxlaya bilərsiniz: Wizz Air – Bratislava–Bakı uçuşları […]

Vizam.az 14 sentyabr 2026
DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card lotereyası ABŞ-da daimi yaşamaq imkanı əldə etmək istəyən şəxslərin ən çox maraq göstərdiyi proqramlardan biridir. Qeydiyyat prosesi onlayn həyata keçirilir və müraciət edən şəxslər müəyyən uyğunluq şərtlərinə cavab verməlidirlər. Aşağıda DV-2028 Green Card qeydiyyatı ilə bağlı istifadəçilərin ən çox axtardığı 10 əsas sualın cavabını təqdim edirik. DV-2028 Green Card qeydiyyatı nə vaxt […]

Vizam.az 09 sentyabr 2026
Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti, e-viza üçün bütün məlumatlar düzgün təqdim edildikdə və ödəniş tamamlandıqda, rəsmi olaraq 3 iş günü ərzində emal olunur. Vyetnam İmmiqrasiya Departamentinin məlumatına əsasən, e-viza müraciətinin nəticəsi onlayn sistem üzərindən yoxlanıla bilər. Azərbaycan vətəndaşları da Vyetnam e-vizası üçün müraciət edə bilərlər. Vyetnamın rəsmi e-viza portalında Azərbaycan e-viza almaq hüququ olan ölkələr siyahısında göstərilir. […]

Vizam.az 08 sentyabr 2026
Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro vizası müraciətdən sonra adətən 15 iş günü ərzində hazır olur. Lakin sənədlərin tamlığı, müraciətin düzgün təqdim edilməsi və əlavə yoxlamaların aparılması kimi amillər viza baxılma müddətinə təsir göstərə bilər. Buna görə Monteneqroya səyahət planlaşdıran Azərbaycan vətəndaşlarının viza müraciətini səfər tarixindən əvvəl etməsi tövsiyə olunur. Monteneqro Viza Nə Qədər Müddətə Hazır Olur? Monteneqro viza müraciətlərinə […]

Vizam.az 07 sentyabr 2026
Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Taylanda səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün yeni giriş qaydaları tətbiq olunur. 15 sentyabr 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları Taylanda 15 günədək səfərlər üçün hava limanında Visa on Arrival (gəlişdə viza) imkanından yararlana biləcəklər. Bu dəyişiklik qısa müddətli turistik səfərlər üçün Taylanda getmək istəyən Azərbaycan vətəndaşlarının viza prosesini daha asanlaşdırır. Bəs yeni qayda necə […]

Vizam.az 03 sentyabr 2026
DV-2028 Green Card Qeydiyyatı Necə Edilir?

DV-2028 Green Card Qeydiyyatı Necə Edilir?

Bəli, bu mövzuda SEO-friendly bloq hazırlamaq olar. Amma əvvəlcə vacib bir düzəliş edim: 2025-ci ildə Green Card lotereyası ümumiyyətlə keçirilmədi demək düzgün deyil. DV-2025 proqramı keçirilib və 30 sentyabr 2025-də başa çatıb. Həmçinin hazırda rəsmi ABŞ Dövlət Departamentinin səhifəsində DV-2028 qeydiyyatının 15 noyabr 2026-dək davam etdiyini təsdiqləyən elan görsənmir. Rəsmi məlumatda DV-2027 qeydiyyat tarixlərinin ayrıca […]

Vizam.az 02 sentyabr 2026
Slovakiyaya Viza Almaq Prosesi Necə Gedir?

Slovakiyaya Viza Almaq Prosesi Necə Gedir?

Avropanın mərkəzində yerləşən Slovakiya təbiəti, tarixi şəhərləri, qalaları və özünəməxsus memarlığı ilə səyahət üçün maraqlı ölkələrdən biridir. Slovakiyaya turistik, işgüzar və ya digər qısamüddətli məqsədlərlə səfər etməyi planlaşdırırsınızsa, bunun üçün Slovakiya Şengen vizası əldə etməlisiniz. Bəs Slovakiyaya viza almaq üçün hansı sənədlər tələb olunur, müraciət prosesi necə həyata keçirilir və viza almaq üçün nələrə diqqət […]

Vizam.az 31 avqust 2026
Kanada vizası üçün bank hesabında nə qədər pul olmalıdır?

Kanada vizası üçün bank hesabında nə qədər pul olmalıdır?

Kanada vizasına müraciət edən Azərbaycan vətəndaşlarının ən çox maraqlandığı məsələlərdən biri bank hesabında nə qədər vəsaitin olmasıdır. Xüsusilə turist vizası üçün müraciət edən şəxslər tez-tez “Kanada vizası üçün minimum nə qədər pul lazımdır?” sualını verirlər. Əslində, Kanada vizası üçün bank hesabında olması tələb olunan konkret minimum məbləğ yoxdur. Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi (IRCC) […]

Vizam.az 27 avqust 2026
Monteneqro vizası üçün hansı sənədlər lazımdır?

Monteneqro vizası üçün hansı sənədlər lazımdır?

Monteneqroya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının turist səfəri üçün viza müraciəti zamanı müəyyən sənədləri təqdim etməsi tələb olunur. Sənədlərin düzgün və tam hazırlanması müraciət prosesinin daha rahat həyata keçirilməsinə kömək edir. Bu yazıda Monteneqro turist vizası üçün tələb olunan əsas sənədləri, maliyyə təminatı ilə bağlı tələbləri və müraciət zamanı diqqət edilməli məqamları izah edirik. Monteneqro […]

Vizam.az 19 avqust 2026
Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan pasportu ilə səyahət edənlər üçün viza tələb etməyən ölkələrin sayı son illərdə dəyişib. Bəzi istiqamətlərdə vizasız qalma müddəti 90 gün olduğu halda, bəzi ölkələrdə daha qısa müddət tətbiq edilir. Əgər səyahətinizi viza müraciəti olmadan planlaşdırırsınızsa, Azərbaycan pasportu ilə vizasız gedilən ölkələri əvvəlcədən bilmək səfər planınızı daha rahat qurmağa kömək edə bilər. Bu siyahını Azərbaycan […]

Vizam.az 14 avqust 2026