İRLANDİYA RESPUBLİKASINA SƏYAHƏT VİZASI! VİZA HAQQINDA BİLMƏDİKLƏRİNİZ

Yeniləndi: 13 fevral 2025 10918 baxış 4 dəq. oxu

Avropada yerləşən İrlandiya adası hər il 10 milyona yaxın turistə ev sahibliyi edir. Turist axının diqqətini çəkən məqamlar sırasında bu adanın coğrafiyası, sakit və gözəl təbiəti, Atlantik okeanı sahilləri, paytaxt Dublin şəhərinin gözəlliyi və bir çox digər səbəbləri görə bilərsiniz. Əgər sizin də yolunuz İrlandiyadan düşürsə, bu ölkənin vizası haqqında bütün məlumatları məhz bu məqalədən toplaya bilərsiniz.

İrlandiya Viza Növləri

İrlandiyaya planladığınız səyahətinizi İrlandiya turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz İrlandiyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə İrlandiya milli vizasına da müraciət edə bilərsiniz. 

İrlandiya Turizm Vizası

İrlandiya Respublikası Avropa Birliyinə üzv olub, lakin Şengen ərazisinə daxil olmayan ölkələrdən biri kimi tanınır.

İrlandiya adası özü iki yerə bölünmüşdür. Adanın cənubu İrlandiya Respublikasıdır, şimalı isə Birləşmiş Krallığa aiddir. Hər hansı bir şəxs Şimalı İrlandiyaya səyahət etmək istədikdə İrlandiya vizasına yox, Birləşmiş Krallığın vizasına müraciət etməlidir. Şimali İrlandiya Antrim, Armagh, Derry, Down, Fermanagh və Tyrone vilayətlərindən ibarətdir. Əgər bir şəxs İrlandiya Respublikasına səyahət edib, oradan Şimalı İrlandiyaya keçib və yenidən İrlandiya Respublikasına qayıdacaqsa, bu o deməkdir ki, iki viza almalıdır: Birləşmiş Krallıq vizası və çoxgirişli İrlandiya vizası. Birləşmiş Krallıq vizası ilə də İrlandiya Respublikasına daxil olmaq olmaz.

İrlandiya vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, İrlandiya vizası əksər hallarda müraciətçinin viza müraciəti əsnasında ərizə formasında və digər sənədlərində göstərdiyi səyahət müddətinə tam uyğun şəkildə verilir.

İrlandiya Vizası Müraciəti üçün Sənədlər Toplusu

İrlandiya vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək və minimum 30.000 EUR dəyəri əhatə edən səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni İrlandiyada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

İrlandiya Respublikası üçün viza müraciəti İrlandiyanın Azərbaycanda yerləşən VFS Global İrlandiya adlı viza mərkəzinə edilir. İrlandiyanın Azərbaycanda heç bir diplomatik nümayəndəliyi yoxdur, buna görə də qərar İrlandiya Respublikasının qonşu ölkə Türkiyədə yerləşən səfirliyinin konsulluq şöbəsində verilir. İrlandiyada immiqrasiya və viza məsələlərini həll etmək üçün məsul orqan “Irish Naturalisation and Immigration Service (INIS)”dir.  

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi iş saatları ərzində İrlandiya VFS Global viza müraciət mərkəzinin + 994 12 310 57 09 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür. 

Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. 

Müraciətçi nəzərdə tutulan səyahətdən ən tez 3 ay öncədən müraciət edə bilər. Sənədlərə baxılması müddəti müraciət olunan viza növündən, səfirliyin və Dublində yerləşən viza bölməsinin iş sıxlığından asılıdır. Mümkün qədər əvvəlcədən müraciət etmək lazımdır. Ən geci səyahətə minimum 8 həftə qalmış müraciət etmək məsləhətdir. Viza proseduru, adətən, 15-25 gün çəkir. 

Viza rüsumu təkgirişli viza üçün 128 AZN, çoxgirişli viza üçün 213 AZN-dir, viza mərkəzinin xidmət haqqı isə 64 AZN-dir. Müraciət qəbul edildikdən sonra sənədlər İrlandiya Respublikasının Ankaradakı səfirliyinə göndərildiyi üçün, viza rüsumu və xidmət haqqından əlavə sənədlərin Ankaraya daşınmasına görə əlavə 139 AZN kuryer rüsumu da ödənilir. 

İrlandiya Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi İrlandiyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığından yüksək olması (təcrübədə 600-700 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı da dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və yaxşı səyahət tarixçənizin olması sizin İrlandiya vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün İrlandiya vizasına müraciət riskli hesab olunur. Profilinizdəki digər nüanslar (yuxarıda sadalananlar) çox yüksək və yaxşı vəziyyətdə olduğu halda, səyahət tarixçəniz olmasa belə İrlandiya vizasını alma şansınız ola bilər. Hər bir halda səyahət tarixçənizin yaxşı olması sizin İrlandiya vizasını əldə etməyinizə birbaşa təsir göstərən amildir.

İrlandiyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə İrlandiya vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə İrlandiya səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 125 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

Vizam.az ilə Ispaniya Viza Müraciəti Prosesi

Vizam.az ilə Ispaniya Viza Müraciəti Prosesi

İspaniyaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Şengen vizası əldə etmək bu prosesin ən vacib mərhələsidir. “Vizam.az ilə İspaniya Viza Müraciəti” xidməti isə bu prosesi sizin üçün daha sadə, sürətli və risksiz hala gətirir. Sənədlərin düzgün hazırlanması, müraciət formasının peşəkar şəkildə doldurulması və səfirlik tələblərinə uyğun təqdim olunması viza alma ehtimalını birbaşa artıran əsas amillərdəndir. […]

Vizam.az 17 mart 2026
Yunanıstan Vizası ilə Şengen Bölgəsinə Səyahət

Yunanıstan Vizası ilə Şengen Bölgəsinə Səyahət

Yunanıstan vizası alan şəxslər üçün ən böyük üstünlüklərdən biri bu viza ilə digər Şengen ölkələrinə də səyahət edə bilmələridir. Yunanıstan Şengen zonasına daxil olan ölkələrdən biri olduğu üçün bu ölkədən alınan qısamüddətli turist vizası sizə Şengen bölgəsində yerləşən bir çox Avropa ölkəsinə səfər etmək imkanı yaradır. Bu səbəbdən bir çox səyahətçi Avropaya ilk səfəri üçün […]

Vizam.az 16 mart 2026
Şengen Vizası Rədd Edilərsə Nə Etmək Lazımdır?

Şengen Vizası Rədd Edilərsə Nə Etmək Lazımdır?

Şengen vizası üçün müraciət edən bəzi şəxslər müxtəlif səbəblərə görə viza rəddi ilə qarşılaşa bilirlər. Viza rəddi ilk baxışdan səyahət planlarının pozulması kimi görünsə də, bu vəziyyət gələcəkdə viza almağın mümkün olmadığı anlamına gəlmir. Əksər hallarda rədd qərarı müraciət zamanı təqdim olunan sənədlərin kifayət qədər güclü olmaması, səfər məqsədinin aydın göstərilməməsi və ya maliyyə vəziyyəti […]

Vizam.az 16 mart 2026
Slovakiyaya Səyahət: Slovakiya Viza Müraciəti

Slovakiyaya Səyahət: Slovakiya Viza Müraciəti

Slovakiya səyahətçilər üçün Avropanın gözəl və unikal ölkələrindən biridir. Tarixi şəhərləri, dağ mənzərələri, mədəni irsi və müasir turizm imkanları ilə Slovakiya həm istirahət, həm də işgüzar səfərlər üçün cəlbedici seçimdir. Bratislava, Košitse, və Tatralar kimi məşhur yerlər ölkəyə səfəri planlaşdıran hər kəsin diqqətini çəkir. Slovakiyaya səyahət etməzdən əvvəl ən vacib addımlardan biri vizanın düzgün və […]

Vizam.az 13 mart 2026
Səyahətdə Airbnb və Otel Qalmasının Fərqləri

Səyahətdə Airbnb və Otel Qalmasının Fərqləri

Səyahət planlaşdırarkən ən vacib qərarlardan biri qalacaq yerin seçilməsidir. Bu seçim həm səyahətin rahatlığına, həm də büdcəyə birbaşa təsir edir. Son illərdə səyahətçilər arasında iki əsas qalma seçimi daha çox istifadə olunur: Airbnb və otellər. Hər iki variant fərqli üstünlüklər təqdim edir və səyahətin məqsədinə görə daha uyğun ola bilər. Airbnb platforması daha çox ev […]

Vizam.az 13 mart 2026
Polşa Səfirliyi Viza Üçün Lazım Olan Sənədlər

Polşa Səfirliyi Viza Üçün Lazım Olan Sənədlər

Polşaya səyahət etmək, işləmək və ya təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün Polşa səfirliyi viza müraciət prosesi müəyyən sənədlərin hazırlanmasını tələb edir. Polşa səfirliyi viza üçün sənədlər düzgün və tam təqdim olunmadıqda müraciət gecikə və ya imtina ilə nəticələnə bilər. Buna görə də Polşa səfirliyi viza müraciəti zamanı tələb olunan sənədləri əvvəlcədən bilmək və hazırlamaq […]

Vizam.az 12 mart 2026
İspaniya Viza Müraciəti Prosesi Necə Gedir?

İspaniya Viza Müraciəti Prosesi Necə Gedir?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün ilk addımlardan biri İspaniya vizası üçün düzgün və tam şəkildə müraciət etməkdir. Turizm, iş və ya təhsil məqsədilə İspaniyaya viza almaq istəyən şəxslər müəyyən sənədləri hazırlamalı və rəsmi İspaniya viza müraciəti proseduruna uyğun şəkildə müraciət etməlidirlər. Azərbaycan vətəndaşları üçün Spain visa Azerbaijan müraciətləri adətən İspaniya viza mərkəzi vasitəsilə […]

Vizam.az 11 mart 2026
TLS Contact Baku Viza Müraciət Prosesi

TLS Contact Baku Viza Müraciət Prosesi

TLScontact viza müraciət prosesində bir çox ölkənin səfirlikləri ilə əməkdaşlıq edən rəsmi viza müraciət mərkəzlərindən biridir. Azərbaycanda da fəaliyyət göstərən TLSContact Baku mərkəzi vasitəsilə xüsusilə Şengen ölkələrinə viza müraciətləri qəbul edilir və müraciət edən şəxslərə görüş təyini, sənədlərin təqdim edilməsi və biometrik məlumatların toplanması kimi xidmətlər göstərilir. Bu səbəbdən internetdə istifadəçilər tez-tez tlscontact baku, tls […]

Vizam.az 10 mart 2026
Yeni Zelandiya Viza Müraciəti Prosesi

Yeni Zelandiya Viza Müraciəti Prosesi

Yeni Zelandiya Viza Müraciəti Prosesi xaricə səyahət planlaşdıran şəxslər üçün vacib mərhələlərdən biridir. Turizm, təhsil və ya iş məqsədilə Yeni Zelandiyaya getmək istəyən şəxslər əvvəlcədən uyğun viza növünü seçərək müraciət etməlidirlər. Viza müraciəti zamanı sənədlərin düzgün hazırlanması, müraciət formunun tam doldurulması və bütün tələblərin yerinə yetirilməsi müsbət nəticə almaq üçün böyük əhəmiyyət daşıyır. Yeni Zelandiya […]

Vizam.az 06 mart 2026
Almaniya Vizası Almaq: Almaniya Şengen Vizası

Almaniya Vizası Almaq: Almaniya Şengen Vizası

Almaniya Avropada ən çox ziyarət edilən və işləmək, təhsil almaq və yaşamaq üçün seçilən ölkələrdən biridir. Hər il minlərlə Azərbaycan vətəndaşı almaniyaya getmək üçün almaniya vizası müraciəti edir. Səyahət, ailə ziyarəti, təhsil və ya karyera məqsədilə plan qurursunuzsa, ilk addım doğru almaniya viza almaq prosesini bilməkdir. Qısamüddətli səfərlər üçün ən çox müraciət edilən növ almaniya […]

Vizam.az 05 mart 2026