FRANSA QONAQ VİZASINI NECƏ ALA BİLƏRİK?

Yeniləndi: 13 fevral 2025 2196 baxış 6 dəq. oxu

Avropanın və dünyanın ən çox sevilən və turistlər tərəfindən ən çox üz tutulan ölkələrin siyahısında Fransa, şübhəsiz, liderlərdən biridir. Xüsusi füsunkarlığı ilə seçilən Paris, Nitsa, Bordo, Marsel, Lion kimi turistik bölgələrə, Eyfel qülləsi, Luvr muzeyi, Versal sarayı, Sena çayı, Aralıq dənizi, Atlantik okeanı sahillərinə və saymaqla bitməyəcək bir çox turistik obyektlərə sahib ölkənin hər il milyonlarla insan tərəfindən səyahət üçün seçilməsi təsadüfi deyil. Əgər sizin Fransada yaşayan ailə üzvünüz və ya dostunuz varsa və siz onu ziyarət etmək istəyirsinizsə, Fransa Şengen vizasına müraciət edə bilərsiniz. Qonaq vizasına müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Fransa Viza Növləri

 french visa

Fransa Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Fransa Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Fransada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Fransada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Fransa milli vizasına da müraciət edə bilərsiniz. Hazırda isə biz sizə Fransa Şengen vizası haqqında ümumi məlumat verəcəyik.

Qısamüddətli ziyarətinizi reallaşdırmaq üçün siz Fransa Şengen vizasının “qonaq vizası” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli qonaq vizası sizə Fransada daimi yaşamaq hüququ vermir, viza sizə qısamüddətli ziyarətinizi reallaşdırmağınız üçün verilir.

Fransa Şengen Vizası

schengen visa

Fransa Şengen vizası təkgirişli və çoxgirişli ola bilər. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Fransa Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Fransadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Fransa vizası ilə Şengen ərazisinə başqa bir giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Fransa Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı olaraq ən çox Fransada qalacağınızı göstərməlisiniz.

Fransa Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

Fransa Şengen qonaq vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Ziyarət edəcəyiniz şəxs tərəfindən sizə göndərilmiş dəvət məktubu (Ətraflı şəkildə aşağıda qeyd olunub)
  15. Sizi dəvət edən şəxsin Fransada yaşama hüququnu bildirən sənəd (oturum izni, milli vizası və s.)
  16. Əgər sizi dəvət edən şəxslə ailəvi bağınız varsa, bunu təsdiq edən sənəd (məsələn, övladınızdırsa, doğum haqqında şəhadətnaməsi, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.)
insurance

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sizə göndərilən dəvət məktubu mütləq rəsmi olmalıdır. Rəsmi dəvət məktubu Fransanın Miqrasiya İdarəsindən əldə edilə bilər. Yalnız birinci dərəcəli qohumunuz sizi dəvət etdiyi halda qeyri-rəsmi dəvət məktubu da təqdim edə bilərsiniz. Rəsmi dəvət məktubunun standart formasında olduğu kimi, qeyri-rəsmi dəvət məktubunda da dəvət edən şəxsin adı, soyadı, yaşadığı ünvan, əlaqə vasitələri, dəvət olunan şəxsin detalları, qalacağı müddət və s. ətraflı şəkildə bildirilməlidir. Əgər siz dəvət edən şəxsin evində qalacağınızı göstərirsinizsə, bu halda səfirlik sizdən evlə bağlı əlavə sənədlər (evin icarə kontraktı, kommunal ödənişlərin sənədləri) də tələb edə bilər.

Qeyd edək ki, təcrübəmizdə görünmüşdür ki, Fransa səfirliyi ilk viza müraciətini edən şəxslərdən əksər hallarda iş yerindən arayışdan əlavə e.gov.az hökumət portalından çıxarış da tələb edib. Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Fransa səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən şəxs tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda həmin şəxsin maddi vəziyyətini təsdiq edən sənədlər (iş yerindən arayış, bank hesabından son 3-6 aylıq çıxarış və s.) təqdim olunmalıdır.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

calendar pages

Fransa Şengen vizası üçün müraciət Fransa Səfirliyinin Capago adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Fransa səfirliyinin konsulluq şöbəsində, konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə əldə edilir. Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 3 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Fransada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Fransada mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Şengen viza proseduru müraciət tarixindən etibarən 3-5 iş günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, Fransa Səfirliyi viza prosedurunun müddətini səyahətin başlama tarixinə uyğun planlaşdırır. Səyahət tarixləri daha yaxın olan müraciətçilərin viza nəticəsi də daha tez bəlli olur. Lakin, viza prosedurunun müddəti yalnız bu faktordan asılı olmur, keysin mürəkkəbliyi də burada rol oynaya bilir.

Viza rüsumu 35 avro təşkil edir. Bu məbləğ milli valyutada, yəni manatla nağd şəkildə və ya kartla istənilən valyutada ödənilə bilər. Sənədləri təhvil verərkən viza rüsumundan əlavə 26 avro viza mərkəzinin xidmət haqqı kimi ödənilir. Bu ödənişi də nəğd şəkildə yalnız manatla və ya kartla istənilən valyutada etmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

Fransa Şengen Vizası Alma Ehtimalı

french embassy

Hər bir ölkənin viza müraciətində olduğu kimi Fransada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin Fransa Şengen vizası alma şansınızı artıran faktorlardır. Təcrübəmizdə ilk Şengen vizasını Fransa səfirliyindən əldə etmiş şəxslərin kifayət qədər olmasına baxmayaraq, biz profili yüksək səviyyədə (yuxarıda sadalanan nüansların kifayət qədər yaxşı olduğu halda) olduğu hallar xaricində bir şəxs üçün ilk viza müraciəti zamanı Fransa səfirliyinin bir qədər riskli olduğunu qeyd edirik. Daha öncə bir və ya bir neçə Şengen vizanızın olması sizin Fransa səfirliyindən viza alma ehtimalınızı əhəmiyyətli dərəcədə yüksəldə bilir. Yenə də digər Qərbi Avropa və yüksək inkişaf etmiş Avropa ölkələrinə (Almaniya, İtaliya, Skandinaviya ölkələri və s.) nəzərən Fransa səfirliyi bəzi nüansların mövcudluğu halında ilk viza müraciəti üçün nisbətən daha yaxşı seçim ola bilər.

Qonaq vizası zamanı sizi dəvət edən şəxslə yaxın qohumluğunuzun olması və bunu təsdiq edən sənədləri səfirliyə təqdim etməyiniz, həmçinin özünüz və sizi dəvət edən şəxslə bağlı verdiyiniz sənədlərin düzgünlüyü və dolğunluğu sizin viza alma şansınıza müsbət təsir göstərir.

Fransaya Viza Dəstəyi

chateau de chenonceau

Biz Vizam.az şirkəti olaraq sizə Fransa Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Fransa Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Fransada xəyal kimi günlər sizi gözləyir! Xoş səyahətlər!

Yeniləndi: 24.01.2025

Oxşar yazılar:

Birləşmiş Ərəb Əmirliklərinə Vizasız Səyahət

Birləşmiş Ərəb Əmirliklərinə Vizasız Səyahət

Azərbaycan vətəndaşlarının vizasız səyahət edə bildiyi ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Bu ölkə yalnız Yaxın Şərq regionunda deyil, bütün dünyada özünün müasir şəhərsalma nümunələri, lüks yaşam tərzi, nəhəng ticarət mərkəzləri və heyrətamiz memarlıq abidələri ilə tanınır. Xüsusilə Dubay və Abu Dabi kimi əmirliklər həm turistik baxımdan, həm də müxtəlif tədbir və sərgilərlə dünyanın […]

Vizam.az 01 avqust 2025
Vizasız Gedə Biləcəyimiz 10 Ölkə

Vizasız Gedə Biləcəyimiz 10 Ölkə

Səyahət etmək çoxlarının arzusu olsa da, bəzən viza müraciət prosesləri bu arzunu bir qədər çətinləşdirə bilir. Gərək sənədlər toplansın, müraciət formaları doldurulsun, görüş günləri təyin edilsin, və bunların hamısı vaxt və əlavə xərc tələb edir. Xoşbəxtlikdən, Azərbaycan vətəndaşları üçün vizasız və ya sadələşdirilmiş rejimlə səyahət edilə bilən bir çox gözəl ölkə mövcuddur. Bu ölkələr həm […]

Vizam.az 01 avqust 2025
Airbnb və Booking: Hansını Seçmək Daha Məsləhətlidir?

Airbnb və Booking: Hansını Seçmək Daha Məsləhətlidir?

Əgər siz də səyahət etməyi sevirsinizsə və rahat, münasib qiymətə qalacaq yer axtarırsınızsa, çox güman ki, Airbnb və Booking.com platformaları ilə artıq tanışsınız. Bu iki nəhəng online booking xidməti dünyanın hər yerində o cümlədən Bakı, İstanbul, Türkiyə və başqa məşhur şəhərlərdə minlərlə seçim təqdim edir. Xüsusilə Airbnb Baku yazaraq, paytaxtın istənilən bölgəsində yerləşən evlərə baxa […]

Vizam.az 31 iyul 2025
Çinə Vizasız Səyahət

Çinə Vizasız Səyahət

Pekində aprelin 23-də imzalanmış “Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” 2025-ci il iyulun 16-da qüvvəyə mindi. Son dövrlərdə beynəlxalq diplomatik münasibətlərin genişlənməsi fonunda Azərbaycan vətəndaşları üçün səyahət imkanları da artmaqdadır. Xüsusilə, Çin Xalq Respublikasının müəyyən kateqoriyalı pasport sahibləri üçün vizasız rejim tətbiq etməsi bu istiqamətdə atılmış mühüm […]

Vizam.az 31 iyul 2025
Almaniya Vizası: Səyahət Hazırlığı

Almaniya Vizası: Səyahət Hazırlığı

Avropanın mərkəzində yerləşən və zəngin tarixi, texnologiyada lider mövqeyi, nizam-intizamı ilə tanınan Almaniya, səyahət etmək istəyən turistlər üçün ideal istiqamətlərdən biridir. Əgər Almaniya vizası almaq istəyirsinizsə, ilk addım olaraq Almaniya səfirliyi viza görüşü üçün müraciət etməlisiniz. Ən çox verilən suallardan biri də budur: Almaniya səfirliyi əlaqə nömrəsi və mail ünvanı haradan tapıla bilər? Bu məlumatlar […]

Vizam.az 29 iyul 2025
İtaliya Turist Vizası Necə Ala Bilərəm?

İtaliya Turist Vizası Necə Ala Bilərəm?

İtaliya təkcə Avropanın deyil, bütün dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Roma imperiyasının irsi, Venesiya kanalları, Milanın moda mərkəzləri, Florensiyanın sənət xəzinələri və Neapol yaxınlığındakı Amalfi sahilləri hər il milyonlarla turisti cəlb edir. Bu gözəllikləri öz gözlərinizlə görmək və Şengen vizası ilə İtaliyaya rahat səyahət etmək istəyirsinizsə, ilk addım İtaliya turist vizası almaqdır. Azərbaycandan […]

Vizam.az 29 iyul 2025
Polşa Təhsil Vizası Necə Ala Bilərəm?

Polşa Təhsil Vizası Necə Ala Bilərəm?

Əgər təhsil məqsədilə Avropaya üz tutmaq niyyətindəsinizsə, Polşaya viza almaq sizin üçün əla fürsətdir. Hazırda Polşa səfirliyi viza üçün sənədlər baxımından həm tələbələrə, həm də turistlərə əlverişli imkanlar təqdim edir. Polşa turist vizası ilə qısa müddətli kurslara qatılmaq mümkün olsa da, uzunmüddətli təhsil üçün polşaya viza müraciət prosedurunu əvvəlcədən başa düşmək vacibdir. Bütün bu proseslərdə […]

Vizam.az 28 iyul 2025
Kanada Turist Vizası Necə Ala Bilərəm?

Kanada Turist Vizası Necə Ala Bilərəm?

Əgər siz də dünyanın ən yaşamaq üçün əlverişli ölkələrindən biri olan Kanadaya səyahət etmək, orada işləmək və ya qohumlarınızı ziyarət etmək istəyirsinizsə, ilk addım olaraq Kanada vizası almaq prosesinə başlamağınız vacibdir. Son illərdə Azərbaycandan Kanadaya olan maraq nəzərəçarpacaq dərəcədə artıb istər təhsil, istər iş vizası, istərsə də turizm məqsədli səfərlər üçün. Kanada hökuməti vizaların verilməsində […]

Vizam.az 28 iyul 2025
Almaniya Viza Almaq Üçün Nə Etməli?

Almaniya Viza Almaq Üçün Nə Etməli?

Almaniyaya səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alma prosesi bir qədər mürəkkəb görünsə də, düzgün addımlarla bu prosesi asanlıqla başa vurmaq mümkündür. Almaniya viza müraciəti hazırda TLS Contact vasitəsilə həyata keçirilir. Müraciətçilər rəsmi şəkildə yalnız TLS üzərindən Almaniya səfirliyi viza görüşü üçün qeydiyyatdan keçməlidir. Səfər məqsədinizdən asılı olaraq istər Almaniya turist vizası, istər Almaniya […]

Vizam.az 25 iyul 2025
Səyahətdə Pasportunuzu İtirsəniz Nə Etməlisiniz?

Səyahətdə Pasportunuzu İtirsəniz Nə Etməlisiniz?

Səyahətdə pasportunuzu itirdiyiniz zaman bu, çox stressli və çətin bir vəziyyət ola bilər. Ancaq düzgün addımlar atmaqla problemi daha az narahatlıqla həll etmək mümkündür. Əvvəlcə dərhal ətrafınızı axtarın. Oteldə, hava limanında, nəqliyyat vasitəsində və ya son olduğunuz yerlərdə pasportunuzu unutmuş və ya düşürmüş ola bilərsiniz. Tapılma ehtimalı varsa, bu ilk addım sizə çox vaxt və […]

Vizam.az 24 iyul 2025