Azərbaycan Vətəndaşlarının Ən Çox Viza Müraciəti Etdiyi 5 Ölkə

Yeniləndi: 15 sentyabr 2025 1683 baxış 7 dəq. oxu
Ən Çox Viza Müraciət Edilən 5 Ölkə
Ən Çox Viza Müraciət Edilən 5 Ölkə

Səyahət etmək, fərqli ölkələri görmək və yeni mədəniyyətləri kəşf etmək hər birimizin həyatında xüsusi bir yer tutur. Son illərdə Azərbaycan vətəndaşları da beynəlxalq səfərlərə marağını artırıb və müxtəlif ölkələrə viza müraciətləri gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Amma maraqlıdır ki, bütün ölkələrə eyni səviyyədə müraciət olunmur. Bəzi ölkələr isə xüsusilə daha çox diqqət çəkir və Azərbaycan vətəndaşları tərəfindən tez-tez seçilir.

Bu blogda sizə Azərbaycan vətəndaşlarının ən çox viza müraciət etdiyi 5 ölkəni təqdim edəcəyik: Almaniya, Fransa, İtaliya, Amerika və Böyük Britaniya. Qeyd etmək lazımdır ki, təqdim etdiyimiz məlumatlar rəsmi statistika deyil, lakin bizə edilən viza müraciətlərinin orta göstəricilərinə əsaslanır və real tendensiyaları əks etdirir. Yəni bu məlumatlar, ölkələr üzrə viza müraciətinin populyarlığını göstərmək üçün təxmini bir baxış təqdim edir.

Bloqun davamında siz hər bir ölkəyə müraciət səbəbləri, ən çox tələb olunan viza növləri və müraciət zamanı nəzərə alınmalı vacib məqamlarla tanış olacaqsınız. Həmçinin, ümumi tövsiyələr və praktik məsləhətlərlə səfər planınızı daha rahat və uğurlu edə bilərsiniz. Oxumağa davam edin və Azərbaycan vətəndaşları üçün ən populyar viza istiqamətləri haqqında ətraflı məlumat əldə edin.

Almaniya Vizası

2025-ci ildən etibarən Azərbaycan vətəndaşlarının Almaniya vizası üçün müraciətləri yalnız TLS Contact platforması üzərindən həyata keçirilir. Əgər Almaniya səfirliyi viza görüşü almaq istəyirsinizsə, aşağıdakı addımları diqqətlə izləməlisiniz:

1. TLS Contact rəsmi saytına daxil olun

Viza müraciətləri üçün ilk addım TLS Contact Bakı rəsmi saytına daxil olmaqdır. Saytda “Randevu (Appointment)” bölməsi vasitəsilə qeydiyyata başlaya bilərsiniz.

2. Hesab yaradın və profilinizi təsdiqləyin

Görüş almaq üçün ilk olaraq şəxsi məlumatlarınızı daxil etməklə sistemdə hesab yaratmalısınız. Qeydiyyat zamanı e-mail və şifrə yaradılır və bu məlumatlar vasitəsilə profilinizə daxil ola bilirsiniz. E-poçtunuza göndərilən təsdiq linkinə klikləməklə hesabınızı aktivləşdirin.

Almaniya vizası haqqında ətraflı məlumat almaq üçün klik edib blogumuza keçid edə bilərsiniz.

3. Viza növünü seçin

Profilə daxil olduqdan sonra müraciət edəcəyiniz viza növünü seçin:

  • Almaniya turist vizası
  • Almaniya iş vizası
  • Almaniya təhsil vizası
  • Şengen kateqoriyaları.

Bu mərhələdə düzgün seçim etmək çox vacibdir, çünki təqdim edəcəyiniz viza sənədləri seçdiyiniz kateqoriyaya uyğun olmalıdır.

4. Müraciət forması doldurun

Sistem sizi Almaniya səfirliyi viza müraciəti forması (VIDEX forması) doldurmağa yönləndirəcək. Bu formanı ya TLS-də onlayn, ya da Almaniya səfirliyinin rəsmi saytından PDF olaraq yükləyib doldura bilərsiniz.

5. Görüş tarixini seçin

Formanı doldurduqdan və məlumatlarınızı sistemə əlavə etdikdən sonra mövcud tarixlər arasından viza görüşü üçün uyğun vaxt seçə bilərsiniz. Mövsümi sıxlığa görə vaxtlar məhdud ola bilər. Görüşə dəqiq tarix və saat seçildikdən sonra bu məlumat sizə təsdiqləyici e-poçt vasitəsilə göndəriləcək.

6. Viza sənədlərinizi hazırlayın

Görüş tarixiniz təsdiqləndikdən sonra Almaniya səfirliyi viza sənədləri siyahısına uyğun olaraq bütün sənədlərinizi hazırlamalısınız. Buraya aşağıdakılar daxil ola bilər:

  • Xarici pasportun orijinalı və surəti
  • Səfər planı (otel və uçuş rezervasiyası)
  • Maliyyə sənədləri (bank çıxarışları, əmək haqqı arayışı)
  • Tibbi sığorta
  • Rəsmə uyğun biometrik şəkillər
  • Şengen vizası üçün sənədlər siyahısına daxil olan digər vacib sənədlər

7. Görüş günü TLS Contact mərkəzinə gedin

Görüş zamanı bütün sənədlərinizin orijinal və surətləri ilə birlikdə TLS Contact mərkəzinə şəxsən getməlisiniz. Biometrik məlumatlar (barmaq izi və foto) orada götürülür. Sənədləriniz səfirliyə göndərilir və Şengen vizası neçə günə verilir? sualının cavabı müraciət növünə görə dəyişsə də, ortalama 15–30 iş günü arası nəticə əldə olunur.

Almaniya vizası əldə etmək isəyirsinizə klik edərək sifariş yerləşdirə bilərsiniz.

Fransa Vizası

Fransa səfirliyi viza müraciəti zamanı şəxsi görüş (capago görüş) onlayn şəkildə təyin edilir. Görüş olmadan sənədləri təqdim etmək mümkün deyil. Fransa viza sənədləri ilə birlikdə təqdim edilməli olan digər tələblərdən biri də şəxsi iştirakdır  bu, yalnız müəyyən hallarda istisna olunur.

Barmaq izindən azad olan şəxslər aşağıdakılardır:

  • Son 3 il ərzində Şengen vizası almış və sistemdə barmaq izi olan şəxslər (yalnız Çexiya vizası bu istisnaya daxil deyil);
  • 12 yaşdan aşağı uşaqlar;
  • Barmaq izi verə bilməyəcək fiziki vəziyyətdə olan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibləri – Fransada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər;
  • Fransada yerləşən beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik və konsulluq işçiləri və onların ailə üzvləri (həyat yoldaşı və asılı uşaqlar).

Fransa vizası haqqında ətraflı məlumat almaq üçün klik edib blogumuza keçid edə bilərsiniz. Fransa vizası əldə etmək isəyirsinizə klik edərək sifariş yerləşdirə bilərsiniz.

Fransa səfirliyi tərəfindən şengen vizası üçün müraciət səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Adətən, şengen viza proseduru müraciət günündən sonra 3–5 iş günü ərzində tamamlanır. Lakin Fransa səfirliyi viza müddətini səyahət tarixlərinə uyğun planlaşdırmağa çalışır. Yaxın tarixlərə planlaşdırılan səfərlər üçün viza nəticələri də daha tez məlum ola bilər.

Qeyd edək ki, təcrübəmizdə görünmüşdür ki, Fransa səfirliyi ilk viza müraciətini edən şəxslərdən əksər hallarda iş yerindən arayışdan əlavə e.gov.az hökumət portalından çıxarış da tələb edib. Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Fransa səfirlyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır.

İtaliya Vizası

İtaliya viza almaq istəyirsinizsə, müraciət zamanı üç ay, altı ay, bir il, iki il və hətta beş il müddətinə qədər İtaliya vizası tələb edə bilərsiniz. Müraciət zamanı italiya səfirliyi viza appointment sistemindən istifadə etməklə vaxt təyin edilir və proses italiya viza mərkəzi yəni VFS Global Baku Italy appointment platforması vasitəsilə həyata keçirilir.

İtaliya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Fransa vizası haqqında ətraflı məlumat almaq üçün klik edib blogumuza keçid edə bilərsiniz. Fransa vizası əldə etmək isəyirsinizə klik edərək sifariş yerləşdirə bilərsiniz.

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. 

Amerika Vizası

Təməl olaraq isə bu vizalar iki növə ayrılır: miqrant və qeyri-miqrant vizaları. Miqrant vizaları ABŞ-da daimi yaşamaq hüququ əldə etmək istəyən şəxslərin baş vurduğu viza növləridir. Azərbaycan vətəndaşları üçün bu vizanın müddəti 1 il ərzində 6 ayı əhatə edəcək şəkildə olur. Yəni, siz bu vizanı əldə edərək vizanızın verildiyi gündən hesablanaraq 1 il sonrasına kimi hər bir girişinizdə ABŞ-da maksimum 6 ay qala bilərsiniz.

B1/B2 vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış)
  5. Adınıza olan bank hesabından arayış və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 5x5 ölçüdə və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet və otel bronları
  10. Viza ödənişini etdiyinizə dair sizə sistemdən verilmiş ödəniş qəbzinin və üzərində səfirlikdəki görüş tarixiniz qeyd olunmuş instruksiyanın çap versiyası
  11. Onlayn DS-160 ərizə formanızın təsdiqi

Amerika vizası haqqında ətraflı məlumat almaq üçün klik edib blogumuza keçid edə bilərsiniz. Amerika vizası əldə etmək isəyirsinizə klik edərək sifariş yerləşdirə bilərsiniz.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni ABŞ-da qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3000-4000 ABŞ dolları aralığında məbləğ göstərəsiniz. 

Böyük Britaniya Vizası

Tam adı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı olan bu ölkə Avropa qitəsində yerləşsə də, hal-hazırda nə Şengen müqaviləsinə, nə də Avropa Birliyinə daxildir.  Baxmayaraq ki, Birləşmiş Krallıq Şengen müqaviləsinə heç vaxt daxil olmayıb, onun Avropa Birliyindən çıxışı hələ yeni, 31 yanvar 2020-ci ildə baş vermişdir. Bununla da 1 yanvar 2021-ci ilədək Birləşmiş Krallıq və Avropa Birliyi üçün əlavə tənzimləmələri müzakirə etmək üçün keçid dövrü elan edilmişdir. Birləşmiş Krallıq vizası müraciətçilərə çoxgirişli və 6 aylıq period üçün verilir. Yəni siz bu vizanı əldə etdikdən sonra Birləşmiş Krallıqda ardıcıl olaraq 6 ay qala bilərsiniz. Bundan əlavə siz həmçinin, ikiillik, beşillik, onillik vizalara da müraciət edə bilərsiniz.

Birləşmiş Krallıq vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. İngilis dilində doldurulmuş ərizə forması
  12. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Böyük Britaniya vizası haqqında ətraflı məlumat almaq üçün klik edib blogumuza keçid edə bilərsiniz. Böyük Britaniya vizası əldə etmək isəyirsinizə klik edərək sifariş yerləşdirə bilərsiniz.

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Tez-tez Verilən Suallar (FAQ)

1. Azərbaycan Vətəndaşlarının Ən Çox Viza Müraciət Etdiyi 5 Ölkə hansılardır?
Biz Vizam.az olaraq müşahidə edirik ki, Azərbaycan vətəndaşları ən çox Almaniya, Fransa, İtaliya, və Böyük Britaniya ölkələrinə viza üçün müraciət edirlər. Bu məlumat rəsmi statistika deyil, lakin bizə daxil olan müraciətlərin orta göstəricilərinə əsaslanır. Hər bir ölkənin vizası üçün müraciət səbəbləri fərqli olsa da, ümumilikdə turizm, təhsil və işgüzar səfərlər əsas prioritetlərdir.

2. Viza müraciəti üçün hansı sənədlər əsasən tələb olunur?
Viza müraciətində əsas sənədlər arasında xarici pasport, şəxsiyyət vəsiqəsi, bank çıxarışları, iş və ya təhsil arayışları, səyahət və yaşayış rezervasiyaları, eləcə də ərizə formaları yer alır. Hər ölkənin tələbləri fərqlidir, buna görə müraciət etməzdən əvvəl səfirliyin rəsmi saytını yoxlamaq vacibdir.

3. Viza müraciəti zamanı hansı maliyyə sübutları tələb olunur?
Səyahət müddətində özünüzü maliyyə baxımından təmin edə biləcəyinizi göstərmək üçün bank hesabından çıxarışlar və arayışlar tələb olunur. Bu, həmçinin səyahətinizi rahat və təhlükəsiz etmək üçün mühüm göstəricidir.

4. Viza müraciəti üçün foto tələbləri necədir?
Ən çox tələb olunan şəkil ölçüsü 5x5 sm, ağ fonda, üzün tam görünməsi ilə çəkilmiş olmalıdır. Şəkil rəqəmsal və ya çap formatında təqdim edilə bilər, ölkəyə görə dəyişiklik ola bilər.

5. Viza müraciətinin nəticəsini nə qədər müddətdə öyrənmək olar?
Viza prosesi ölkəyə, viza növünə və mövsümə görə dəyişir. Əksər hallarda müraciətdən sonra 1-4 həftə arasında cavab alınır. Lakin bəzi ölkələrdə bu müddət uzana bilər.

Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə dünyanın istənilən ölkəsinə viza müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, ərizə anket doldurulması, sənədlərin yüklənməsi, otel və bilet bron istədiyiniz halda dəstək göstəririk.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Unutmayın ki, düzgün hazırlıq və vaxtında müraciət viza prosesini asanlaşdırır və səyahətinizi xoş anlarla doldurur.

Səyahətiniz uğurlu, təhlükəsiz və xoş olsun!

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026