ÇEXİYA QONAQ VİZASI MÜRACİƏTİ

Yeniləndi: 13 fevral 2025 2721 baxış 7 dəq. oxu

Dörd bir yanı dağlarla əhatə olunmuş, dünyanın sayca ən çox və ən böyük qalalarının yerləşdiyi, “nağıllar ölkəsini” xatırladan coğrafiyaya sahib Çexiya Avropaya giriş qapısı olaraq görünə bilər. Əgər sizin Çexiyada yaşayan ailə üzvünüz və ya dostunuz varsa və siz onu ziyarət etmək istəyirsinizsə, Çexiya Şengen vizasına müraciət edə bilərsiniz. Qonaq vizasına müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Çexiya Viza Növləri

Çexiya Respublikası Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Çexiya Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Çexiyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Çexiyada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Çexiya milli vizasına da müraciət edə bilərsiniz. Bu məqalədə isə biz Çexiya Şengen vizası ilə bağlı ətraflı məlumat verəcəyik.

Qısamüddətli ziyarətinizi reallaşdırmaq üçün siz Çexiya Şengen vizasının “qonaq vizası” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli qonaq vizası sizə Çexiyada daimi yaşamaq hüququ vermir, viza sizə qısamüddətli ziyarətinizi reallaşdırmağınız üçün verilir.

Çexiya Şengen Vizası

Çexiya Şengen vizası təkgirişli və çoxgirişli ola bilər. Qeyd etmək lazımdır ki, təcrübəmizdə Şengen ölkələri arasında ən az çoxgirişli vizanın verilmə halı məhz Çexiya səfirliyində yaşanıb. Çexiya səfirliyi əksər hallarda müraciətçilərə məhz ilk göstərdiyi səyahət tarixlərini tam şəkildə və əlavə olaraq sadəcə müəyyən “koridor” müddətini əhatə edən təkgirişli Şengen vizası verir. Ancaq təcrübəmizdə nadir hallarda da olsa, çoxgirişli, altı aylıq, bir illik və ya iki illik Şengen vizalarının verildiyinə də rast gəlinib. Siz Çexiya Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Çexiyadan edəsiniz. Əks halda siz viza müraicətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Çexiya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bir çox hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Çexiya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı olaraq ən çox Çexiya Respublikasında qalacağınızı göstərməlisiniz.

Çexiya Viza Müraciəti üçün Sənədlər Toplusu

Çexiya Şengen qonaq vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan karta bağlı bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Bank kartınızın əsas üzünün surəti
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları barədə həmin otellərdən alınmış imza və möhürlü təsdiq məktubları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində və yalnız böyük hərflərlə doldurulmuş ərizə forması
  14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  15. Ziyarət edəcəyiniz şəxs tərəfindən sizə göndərilmiş dəvət məktubu (Ətraflı şəkildə aşağıda qeyd olunub)
  16. Sizi dəvət edən şəxsin Çexiyada yaşama hüququnu bildirən sənəd (oturum izni, milli vizası və s.)
  17. Əgər sizi dəvət edən şəxslə ailəvi bağınız varsa, bunu təsdiq edən sənəd (məsələn, övladınızdırsa, doğum haqqında şəhadətnaməsi, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.)

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Çexiyadan sizə göndərilən dəvət məktubu mütləq şəkildə rəsmi olmalıdır. Çexiyada rəsmi dəvət məktubunu ala bilmək üçün mütləq Çexiyada yaşayan şəxsin etibarlı yaşayış icazəsi kartı olmalıdır. Təcrübəmizdə yaşayış kartının uzadılmasına müraciət etdiyi və proseduru tamamlanmadığı üçün rəsmi dəvət məktubu göndərə bilməyən şəxslər olub. Bu halda müraciətçi qeyri-rəsmi dəvət məktubunu, onu dəvət edən şəxsin yaşayış icazəsinin uzadılması üçün müraciət etdiyini təsdiq edən sənəd və daha öncəki müraciət istifadə etdiyi dəvət məktubunu, qalacağı yer barədə sənədin təsdiqini sənədlərin arasına əlavə edib. Bu kimi mürəkkəb situasiyalarda birbaşa səfirliyin konsulluq şöbəsi ilə əlaqə saxlamaq məsləhətdir.

Əgər siz dəvət edən şəxsin evində qalacaqsınızsa, bu halda evə dair əlavə sənədləri (icarə kontraktı, kommunal xidmətlərin ödənişi və s. kimi) də səfirliyə təqdim etməlisiniz.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 1.500-3.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən şəxs tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda həmin şəxsin maddi vəziyyətin təsdiq edən sənədlər (iş yerindən arayış, bank hesabından son 3-6 aylıq çıxarış və s.) təqdim olunmalıdır.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Otel və Aviabilet

Çexiya səfirliyinə viza müraciəti zamanı siz uçuş biletlərinizi bron olaraq göstərə bilərsiniz. Yəni uçuş biletlərinizi öncədən almağınıza, ödəniş etməyinizə ehtiyac yoxdur, sadəcə rezervasiya etməyiniz yetərlidir. Əgər siz Çexiyadan əlavə başqa Şengen ölkələrində qalacağınızı göstərirsinizsə, bu halda Çexiyaya giriş və çıxış biletindən əlavə həmin ölkələr arasındakı nəqliyyatı təsdiqləyəcək sənədləri (uçuş bileti, avtobus bileti, qatar bileti və ya bronları və s.) təqdim etməlisiniz.

Otellərlə bağlı məsələyə gəldikdə isə siz Çexiya səfirliyinə viza müraciəti edərkən səyahət ərzində qalacağınızı göstərdiyiniz otellərdən rezervasiyanızı doğrulayan təsdiq məktubu əldə etməlisiniz. Yəni, rəsmi qaydada otelin ödənişini öncədən etməyinizə və ya qalacağınız yeri mütləq şəkildə öncədən almağınıza ehtiyac yoxdur, sadəcə rezervasiyanızı təsdiqləyən, otel tərəfindən üzərində imza və möhür olan təsdiq məktubunu sənədlərinizin arasına qoymağınız yetərlidir. Ancaq əksər hallarda siz otellə əlaqəyə keçib bu təsdiq məktubunu onlardan istəyərkən otel işçisi sizə yalnız ödənişi həyata keçirdikdən sonra bu məktubu göndərə biləcəyini bildirə bilər. Əksər hallarda siz rezervasiyanızı təsdiqləyəcək bu məktubu oteldən rəsmi şəkildə əldə edə bilməyiniz üçün sonda otelin ödənişini öncədən həyata keçirməyə məcbur olursunuz. Əgər siz yalnız Çexiyada deyil, digər Şengen ölkələrində də qalacağınızı göstərirsinizsə, bu halda bütün göstərdiyiniz ölkələrdəki qalacağınız otellərdən rezervasiyanızı təsdiqləyən imza və möhürlü təsdiq məktubları almalı və bu sənədləri səfirliyə təqdim etməlisiniz. Siz qalacağınız yeri Airbnb üzərindən rezervasiya etdiyiniz təqdirdə isə Airbnb tərəfindən sizə göndərilən rezervasiyanızı təsdiq edən sənədi, Airbnb tərəfindən sizə göndərilən ödəniş çeki və Airbnb rezervasiyası üçün ödəniş etdiyiniz bank kartından çıxarışı səfirliyə təqdim etməlisiniz.

Viza Proseduru

Çexiya Şengen vizası üçün müraciət Çexiya səfirliyinin “VFS Global” adlı viza müraciət mərkəzində olunur. Viza haqqında qərar isə Çexiya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir. Sənədləri təqdim etmək üçün siz öncədən onlayn sistemdə “VFS Global” şirkətində görüş götürməlisiniz. Öncədən görüş təyin etmək mütləq olsa da, siz əlavə 144 AZN ödəyərək “Premium Lounge” xidmətindən istifadə edib görüş təyin etmədən, növbədənkənar şəkildə sənədləri təqdim edə bilərsiniz. Viza müraciəti səfər tarixindən ən tez şəkildə 6 ay öncə edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri təqdirdə şəxsən iştirakları mütləq deyil.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

Son 5 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər 

  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Çexiyada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Çexiya mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 5-15 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir. Siz viza cavabınız çıxdıqdan sonra pasportunuzu yenidən “VFS Global” şirkətindən götürə bilərsiniz.

Sənədləri təqdim edərkən viza rüsumu olan 35 avro, viza mərkəzinin xidmət haqqı olan 40 AZN və viza prosedurunun başa çatdığı və pasportun hazır olduğu barədə məlumat verməsi üçün SMS xidmət haqqı 3 AZN ödənilir. Bu ödənişi həm nəğd, həm kartla avro və ya manat şəklində ödəmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

Çexiya Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Çexiyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 200-400 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu sizin Çexiya Şengen vizası alma şansınızı artıran faktorlardır. Qeyd edək ki, Çexiya vizası üçün səyahət tarixçənizin yaxşı olmasına, yəni daha öncə Şengen vizalarınızın olmasına bir o qədər də ehtiyac duyulmur. Təcrübədə görsənir ki, daha öncə vizası olmayan, Avropada olmamış şəxslərin ilk Şengen vizası müraciətlərində ən rahat şəkildə viza əldə etdiyi səfirliklərdən biri məhz Çexiya səfirliyidir. Bu hal əlbəttə ki, sizin digər sənədlərinizin tam qaydasında olduğu vəziyyətdə keçərlidir. Əgər sənədləriniz qaydasındadırsa və yuxarıda sadaladığımız nüanslara diqqət yetirmisinizsə, Çexiya Şengen vizası alma şansınız yetəri qədər yüksəkdir.

Qonaq vizası zamanı sizi dəvət edən şəxslə yaxın qohumluğunuzun olması və bunu təsdiq edən sənədləri səfirliyə təqdim etməyiniz, həmçinin özünüz və sizi dəvət edən şəxslə bağlı verdiyiniz sənədlərin düzgünlüyü və dolğunluğu sizin viza alma şansınıza müsbət təsir göstərir.

Çexiyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Çexiya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin bronu, otellərdən isə təsdiq məktublarının alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Çexiya Şengen qonaq vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Yeniləndi: 21.01.2025

Oxşar yazılar:

Hollandiya Viza Almaq Prosesi Necə Gedir?

Hollandiya Viza Almaq Prosesi Necə Gedir?

Avropada həm təhsil, həm karyera, həm də yüksək həyat standartları ilə seçilən ölkələrdən biri olan Niderland son illər azərbaycanlıların ən çox maraq göstərdiyi istiqamətlər sırasındadır. İstər hollandiyada tehsil, istər hollandiyada islemek, istərsə də hollandiyada yasamaq planınız olsun, ilk addım düzgün və rəsmi şəkildə hollandiya viza almaq prosesini başa düşməkdir. Bir çox insan “hollandiyaya nece getmek […]

Vizam.az 25 fevral 2026
Sponsorluq Haqqında Arayış Nədir və Necə Hazırlanır?

Sponsorluq Haqqında Arayış Nədir və Necə Hazırlanır?

Sponsorluq haqqında arayış bir şəxsin və ya qurumun digər şəxsin xərclərini könüllü şəkildə üzərinə götürdüyünü rəsmi şəkildə təsdiq edən sənəddir. Bu sənəd ən çox viza müraciətlərində, təhsil prosesində, tədbir və layihələrdə, eləcə də müxtəlif rəsmi prosedurlarda tələb olunur. Sadə dildə desək, “sponsor nədir?” sualına cavab olaraq sponsor maliyyə və ya maddi dəstək göstərən tərəfdir, sponsorluq […]

Vizam.az 24 fevral 2026
Yunanıstan Səfirliyi ilə Yunanıstan Vizası

Yunanıstan Səfirliyi ilə Yunanıstan Vizası

Azərbaycan vətəndaşları üçün yunanistan viza müraciəti, yunanıstan səfirliyi Bakı vasitəsilə həyata keçirilir. Yunanıstan viza almaq istəyən şəxslər əsasən turist səfərləri, işgüzar görüşlər və ya qısamüddətli təhsil üçün müraciət edirlər. Yunanıstan vizası Şengen ölkələrinə aid olduğu üçün yunanistan schengen vizesi kateqoriyasına daxildir və bu viza ilə yalnız Yunanıstan deyil, bütün Şengen ölkələrinə səyahət etmək mümkündür. Yunanıstan […]

Vizam.az 24 fevral 2026
İspaniya Viza Müraciəti Necə Edə Bilərik?

İspaniya Viza Müraciəti Necə Edə Bilərik?

İspaniya son illərdə Azərbaycan vətəndaşları üçün ən çox seçilən Avropa istiqamətlərindən biridir. İstər turizm, istər təhsil, istərsə də iş məqsədilə İspaniyaya viza almaq istəyənlərin sayı sürətlə artır. Buna görə də “ispaniya viza müraciəti”, “ispaniya vizası”, “ispaniya şengen vizası”, “ispaniya turist vizası” və “azərbaycan ispaniya viza” kimi axtarışlar Google-da ən çox edilən sorğular sırasındadır. Əgər siz […]

Vizam.az 24 fevral 2026
Fransa Səfirliyi vasitəsilə Fransa vizası müraciəti

Fransa Səfirliyi vasitəsilə Fransa vizası müraciəti

Fransa vizası almaq istəyirsinizsə, düzgün və rəsmi prosedurları bilmək çox vacibdir. İstər Fransa turist vizası, istər Fransa iş vizəsi, istərsə də Fransa Şengen vizası üçün müraciət edərkən sənədlərin düzgün hazırlanması və müraciətin vaxtında edilməsi əsas şərtlərdəndir. Bir çox müraciətçi Fransa səfirliyi viza müraciəti prosesi, tələb olunan sənədlər və müraciət qaydaları barədə ətraflı və dəqiq məlumata […]

Vizam.az 19 fevral 2026
Kanada Turist Vizası üçün Tələb Olunan Sənədlər

Kanada Turist Vizası üçün Tələb Olunan Sənədlər

Kanada Turist Vizası üçün tələb olunan sənədlər mövzusu, xüsusilə kanada vizasi ilə bağlı müraciət etməyi planlaşdıran şəxslərin ən çox axtardığı suallardandır. Hər il minlərlə vətəndaşımız kanada vizasi azerbaycan üzrə müraciət edir və ən çox verilən sual budur: Kanada turist vizası almaq üçün hansı sənədlər lazımdır və proses necə işləyir? Bu bloqda siz kanada turist vizasi […]

Vizam.az 17 fevral 2026
Macarıstan Səfirliyi Viza Xidməti

Macarıstan Səfirliyi Viza Xidməti

Avropaya səyahət planlaşdıran Azərbaycan vətəndaşları üçün Macarıstan Səfirliyi viza xidməti ən çox araşdırılan mövzulardan biridir. Xüsusilə Şengen zonasına daxil olan Macarıstana turizm, biznes, təhsil və ya ailə ziyarəti məqsədilə getmək istəyən şəxslər üçün düzgün və rəsmi proseduru bilmək vacibdir. Çünki Macarıstan vizası müraciəti zamanı sənədlərin tam və düzgün hazırlanması nəticəyə birbaşa təsir göstərir. Macarıstan Şengen […]

Vizam.az 16 fevral 2026
Amerikaya Viza Almaq İstəyirsiniz?

Amerikaya Viza Almaq İstəyirsiniz?

ABŞ dünyanın ən çox səyahət edilən, təhsil alınan və işləmək üçün seçilən ölkələrindən biridir. Hər il minlərlə insan amerika vizası almaq üçün müraciət edir və “amerika vizasi nece almaq olar?”, “amerikaya viza almaq çətindir?”, “amerika viza qiymeti nə qədərdir?” kimi suallara cavab axtarır. Əslində isə amerika vizası almaq prosesi düzgün məlumat və planlama ilə düşündüyünüzdən […]

Vizam.az 16 fevral 2026
Serbiyaya Viza Lazimdir?

Serbiyaya Viza Lazimdir?

Serbiya, zəngin tarixi, gözəl təbiəti və mədəni irsi ilə turistlərin diqqətini çəkən ölkələrdən biridir. Əgər siz də Serbiyaya səfər etməyi planlaşdırırsınızsa, ilk bilməli olduğunuz məsələ Serbiyaya viza tələb olunub-olunmamasıdır. Azərbaycan vətəndaşları üçün Serbiya viza qaydaları, müraciət proseduru və lazımi sənədlər haqqında məlumat önəmlidir. Serbiya vizası ilə bağlı əsas mövzulara baxdıqda, insanlar tez-tez soruşur: “Serbiyaya vizasız […]

Vizam.az 13 fevral 2026
Misir vizası ilə Misirə səyahət

Misir vizası ilə Misirə səyahət

Misir vizası ilə Misirə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün 2026-cı ildə tətbiq olunan qaydaları əvvəlcədən bilmək vacibdir. “Misirə viza lazımdırmı?”, “Azərbaycandan Misirə viza necə alınır?”, “Misir vizası almaq prosesi necədir?” kimi suallar ən çox axtarılan mövzular arasındadır. Bu yazıda Misir vizası haqqında bütün əsas məlumatları müraciət üsulları, tələb olunan sənədlər, qiymətlər və səyahət zamanı […]

Vizam.az 13 fevral 2026