BRAZİLİYA TURİST VİZASINI ƏLDƏ ETMƏYİN YOLU

Yeniləndi: 13 fevral 2025 8722 baxış 3 dəq. oxu

Cənubi Amerika qitəsinin ən böyük ölkəsi, hər il 10 milyondan çox turistin üz tutduğu Braziliya bütün dünyada coğrafiyası, Atlantik Okeanı sahilləri, xüsusilə Rio da Janeyro şəhərinin unikal gözəlliyi, əyləncəli həyatı və dünyanın yeni yeddi möcüzəsindən biri olaraq hesab olunan İsa Məsih heykəli ilə məşhurdur. Braziliyaya səyahət etmək bir çox turistin böyük arzularından biridir. Siz də belə bir arzuya sahibsinizsə, bunu reallaşdırmağın yolunun Braziliya vizasından keçdiyindən xəbərdarsınız. Bu vizanı necə əldə edə biləcəyinizi isə məqalədə tapa bilərsiniz.

Braziliya Viza Növləri

Braziliyaya planladığınız səyahətinizi Braziliya turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Braziliyada uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Braziliya milli vizasına da müraciət edə bilərsiniz.

Braziliya Turizm Vizası

Braziliya vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Braziliya vizası əksər hallarda müraciətçilərə birillik müddətə və çoxgirişli olaraq verilir.

Braziliya Vizası Müraciəti üçün Sənədlər Toplusu

Braziliya vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. 2 ədəd 3x4 ölçüdə, ağ fonda şəkliniz
  7. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  8. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  9. İngilis dilində doldurulmuş ərizə forması
  10. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Braziliyada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti yetərlidir) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Braziliya vizası üçün müraciət Braziliyanın Bakıdakı səfirliyinə edilir. Qərar səfirliyin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Turistik viza üçün vizanın cavabının çıxması, adətən, 3-5 iş günü çəkir.

Viza rüsumu 152 AZN-dir. Səfirliyə sənədlərini təqdim etdikdən sonra ona viza rüsumunun ödənişi üçün müvafiq çek verilir. Bu çek əsasənda müraciətçi ödənişi Azərbaycan Beynəlxalq Bankının Əsas binasında (Nizami küç. 67) həyata keçirməli və ödənişin həyata keçirildiyinə dair qəbzi konsulluğa həmin gün təqdim etməlidir.

Braziliya Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Braziliyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Braziliya vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Braziliya səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Həmçinin, hər bir halda sizin daha öncə vizalarınızın olması Braziliya vizası alma ehtimalınızı yüksəldən faktorlardan biridir.

Braziliyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Braziliya vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Braziliya səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 125 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Rio sahilləri sizi gözləyir! Xoş səyahətlər!

Yeniləndi: 25.01.2025

Oxşar yazılar:

Mart Tətilini İspaniya Vizası ilə Qarşılamağa Nə Deyirsiniz?

Mart Tətilini İspaniya Vizası ilə Qarşılamağa Nə Deyirsiniz?

Mart ayı yaxınlaşır və tətildə yeni macəralar yaşamaq üçün ən gözəl zamanlardan biridir. İstər günəşli sahillərdə istirahət etmək, istər mədəniyyətlə dolu şəhərləri kəşf etmək istəyin, İspaniya bu tətildə ideal istiqamət ola bilər. Amma bunun üçün İspaniya vizası prosesini öncədən planlamaq lazımdır. İspaniya, tarixi abidələri, zəngin mədəniyyəti, ləzzətli mətbəxi və canlı şəhərləri ilə Avropanın ən populyar […]

Vizam.az 13 yanvar 2026
Tayland Vizası:Səyahət Hansı Mövsüm Uyğundur?

Tayland Vizası:Səyahət Hansı Mövsüm Uyğundur?

Tayland vizası üçün müraciət edənlərin ən çox verdiyi suallardan biri “Taylanda hansı tarixdə səyahət etmək daha uyğundur?” sualıdır. Çünki Tayland ilboyu isti iqlimi, tropik təbiəti və zəngin mədəniyyəti ilə cəlbedici olsa da, səyahət tarixinin düzgün seçilməsi həm hava şəraiti, həm də viza planlaması baxımından böyük rol oynayır. Bir çox hallarda viza müraciəti zamanı təqdim olunan […]

Vizam.az 13 yanvar 2026
Səudiyyə Ərəbistanı Viza Şərtləri Necədir?

Səudiyyə Ərəbistanı Viza Şərtləri Necədir?

Səudiyyə Ərəbistanına səyahət planlayan Azərbaycan vətəndaşları üçün viza qaydaları digər ölkələrdən fərqli və daha spesifik şərtlərlə tənzimlənir. Turizm, ümrə, işgüzar səfər və ya ailə ziyarəti məqsədilə edilən müraciətlərdə viza növünə uyğun tələblərin düzgün bilinməsi və sənədlərin qaydalara uyğun hazırlanması böyük əhəmiyyət daşıyır. Xüsusilə son illərdə tətbiq edilən elektron viza sistemi (e-visa), onlayn müraciət imkanları və […]

Vizam.az 13 yanvar 2026
Azərbaycan Vətəndaşları Üçün Tayland Vizası

Azərbaycan Vətəndaşları Üçün Tayland Vizası

Tayland, ekzotik təbiəti, mədəni zənginliyi və möhtəşəm çimərlikləri ilə hər il minlərlə turistin diqqətini cəlb edən Asiya ölkəsidir. Azərbaycan vətəndaşları üçün Tayland səfəri həm turizm, həm də işgüzar məqsədlər üçün maraqlı seçimdir. Lakin ölkəyə səyahət etmədən əvvəl Tayland vizası almaq məcburidir. Bu blog yazısında sizə Tayland vizası növləri, müraciət prosesi, tələb olunan sənədlər, rüsumlar və […]

Vizam.az 12 yanvar 2026
2026-cı ildə İrlandiya Vizasi Necə Almaq Olar?

2026-cı ildə İrlandiya Vizasi Necə Almaq Olar?

2026-cı ildə İrlandiyaya səyahət etməyi planlayırsınızsa, vizanızı əvvəlcədən təmin etmək vacibdir. Azərbaycan vətəndaşları İrlandiyaya daxil olmaq üçün ölkənin səfirliyindən və ya viza mərkəzlərindən viza almalıdırlar. İrlandiya vizası yalnız səyahət məqsədinizə uyğun olaraq verilir və müraciətinizin düzgün və tam sənədlərlə təqdim olunması vizanın alınma ehtimalını artırır. İrlandiya vizası turizm, ailə və dost ziyarətləri, işgüzar səfərlər, qısa […]

Vizam.az 12 yanvar 2026
2026-cı ildə İsveçrə Vizası Necə Almaq Olar?

2026-cı ildə İsveçrə Vizası Necə Almaq Olar?

2026-cı ildə İsveçrəyə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün viza prosesi əvvəlcədən düzgün planlama və dəqiq məlumat tələb edir. İsveçrə Şengen zonasında yer aldığı üçün bu ölkəyə səfər etmək istəyən şəxslər İsveçrə Şengen vizası üçün müraciət etməlidirlər. İstər turizm, istər işgüzar səfər, istərsə də ailə və ya dost ziyarəti məqsədilə müraciət edin, viza alma ehtimalınız […]

Vizam.az 12 yanvar 2026
Azərbaycan Vətəndaşları üçün Portuqaliya Vizası Necə Alınır?

Azərbaycan Vətəndaşları üçün Portuqaliya Vizası Necə Alınır?

Portuqaliyaya səyahət planlayırsınızsa, ilk addım vizanı düzgün və vaxtında əldə etməkdir. Azərbaycan vətəndaşları üçün Portuqaliya Şengen vizası, ölkəyə giriş üçün vacib sənəddir və həm turizm, həm işgüzar, həm də qısamüddətli təhsil məqsədləri üçün müraciət edilə bilər. 2026-cı ildə Portuqaliya vizası üçün müraciət prosesində tələb olunan sənədlər, rüsumlar və müraciət qaydaları əvvəlki illərə nisbətən müəyyən qədər […]

Vizam.az 09 yanvar 2026
Cənubi Koreya Vizası Necə Alınır?

Cənubi Koreya Vizası Necə Alınır?

Cənubi Koreya son illərdə həm turizm, həm təhsil, həm də iş imkanları baxımından azərbaycanlılar üçün ən çox maraq doğuran Asiya ölkələrindən birinə çevrilib. Seulun müasir şəhər həyatı, texnologiya mərkəzləri, zəngin mədəniyyəti və təhlükəsiz səyahət mühiti bu ölkəyə marağı daha da artırır. Lakin Cənubi Koreyaya səyahət etməzdən əvvəl ən vacib mərhələlərdən biri viza müraciət prosesini düzgün […]

Vizam.az 09 yanvar 2026
2026-cı ildə Kanada Vizası Necə Ala Bilərəm?

2026-cı ildə Kanada Vizası Necə Ala Bilərəm?

2026-cı ildə Kanada vizası almaq Azərbaycan vətəndaşları üçün əvvəlki illərlə müqayisədə daha planlı və diqqətli yanaşma tələb edən bir prosesə çevrilib. Kanada səfirliyi və IRCC (Immigration, Refugees and Citizenship Canada) tərəfindən tətbiq edilən yeni qaydalar, onlayn müraciət sistemi, biometrik tələblər və maliyyə sübutları viza müraciətinin əsas mərhələlərini təşkil edir. Xüsusilə Kanada turist vizası, Kanada tələbə […]

Vizam.az 08 yanvar 2026
Macarıstan Vizası Necə Alınır? 2026 Müraciət Qaydaları

Macarıstan Vizası Necə Alınır? 2026 Müraciət Qaydaları

Macarıstan Avropanın ən çox ziyarət edilən Şengen ölkələrindən biri olmaqla yanaşı, Azərbaycan vətəndaşları üçün Macarıstan Şengen vizası ilə səyahət edilə bilən ölkələr siyahısına daxildir. 2026-cı ildə Macarıstana səyahət planlaşdıran şəxslər üçün viza müraciət qaydaları, sənəd tələbləri və proses mərhələləri əvvəlcədən düzgün öyrənilməlidir. Çünki Macarıstan vizası müraciətində edilən kiçik səhvlər belə müraciətin gecikməsinə və ya rədd […]

Vizam.az 08 yanvar 2026