AVSTRİYA ŞENGEN VİZASI HARADAN VƏ NECƏ ALINIR?

Yeniləndi: 13 fevral 2025 13957 baxış 5 dəq. oxu

Avropa ölkələri arasında qədim tarixi və mədəniyyəti ilə ön plana çıxan, arxaik və rəngarəng üslüba sahib paytaxt Vyana şəhəri ilə dünyada tanınan Avstriya hər il milyonlarla turistin diqqətini özünə çəkərək onlara ev sahibliyi edir. Siz də o milyonlarla turistin arasında özünüzə yer tapmaq istəyirsinizsə, arzunuza yol açacaq ən böyük vasitə - Avstriya Şengen vizası haqda detallı məlumatları bu məqalədən əldə edə bilərsiniz.

Avstriya Viza Növləri

Şengen ölkələri siyahısında yer alan Avstriyaya səyahətinizi Avstriya Şengen vizası vasitəsilə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Avstriyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Avstriyada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə Avstriya milli vizasına da müraciət edə bilərlər.

Avstriya Şengen Vizası

Digər Şengen ölkələrinə oxşar olaraq Avstriya Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Avstriya Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Avstriyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Avstriya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Avstriya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox Avstriyada qalacağınızı göstərməlisiniz. Bir çox turist Avstriya səyahətlərini planlayarkən öz tur planlarına Macarıstan, Çexiya, Almaniya və bir sıra digər Avropa ölkələrini də daxil edirlər. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Avstriya göstərməyiniz viza üçün məhz Avstriya səfirliyinə müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

Avstriya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Avstriya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
  8. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  9. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  10. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  11. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  12. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  13. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  14. İngilis dilində doldurulmuş ərizə forması
  15. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  16. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda Avstriya səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Avstriya Şengen vizasını almaq üçün Avstriyanın Azərbaycandakı Səfirliyinə müraciət olunur. Viza haqda qərar səfirliyin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün görümütləq şəkildə öncədən səfirlikdə görüş təyin edilməlidir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl, ən gec isə 15 gün əvvəl edilə bilər. Müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Bu, hər yaşda olan uşaqlar və səyahət qruplarına da aiddir.

Şengen viza proseduru müraciət tarixindən etibarən 7 iş günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, təcili biznes səfərləri olduqda email vasitəsilə sistemdə göstərilən vaxtdan daha tez vaxta görüş təyini mümkündür. Əlavə olaraq, bu kimi təcili hallarda viza cavabı 7 iş günündən daha tez (hətta 3 iş günü) çıxa bilər. Lakin, bu məsələ üzrə qərar tamamilə konsuldan asılıdır.

Viza rüsumu 35 avro olmaqla milli valyutada, yəni manatla nağd şəkildə ödənilməlidir. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

Avstriya Şengen Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Avstriyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 400-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Avstriya Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə ilk Şengen vizasını Avstriya səfirliyindən almış şəxslər təcrübəmizdə kifayət qədər mövcuddur. Ancaq hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin Avstriya səfirliyindən viza alma ehtimalınızı yüksəldən faktordur.

Avstriyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Avstriya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Avstriya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Vyanada bir gün keçirmək səyahətinizi unudulmaz etməyə yetərlidir! Xoş səyahətlər!

Oxşar yazılar:

2026-cı ildə Kanada Vizası Necə Ala Bilərəm?

2026-cı ildə Kanada Vizası Necə Ala Bilərəm?

2026-cı ildə Kanada vizası almaq Azərbaycan vətəndaşları üçün əvvəlki illərlə müqayisədə daha planlı və diqqətli yanaşma tələb edən bir prosesə çevrilib. Kanada səfirliyi və IRCC (Immigration, Refugees and Citizenship Canada) tərəfindən tətbiq edilən yeni qaydalar, onlayn müraciət sistemi, biometrik tələblər və maliyyə sübutları viza müraciətinin əsas mərhələlərini təşkil edir. Xüsusilə Kanada turist vizası, Kanada tələbə […]

Vizam.az 08 yanvar 2026
Macarıstan Vizası Necə Alınır? 2026 Müraciət Qaydaları

Macarıstan Vizası Necə Alınır? 2026 Müraciət Qaydaları

Macarıstan Avropanın ən çox ziyarət edilən Şengen ölkələrindən biri olmaqla yanaşı, Azərbaycan vətəndaşları üçün Macarıstan Şengen vizası ilə səyahət edilə bilən ölkələr siyahısına daxildir. 2026-cı ildə Macarıstana səyahət planlaşdıran şəxslər üçün viza müraciət qaydaları, sənəd tələbləri və proses mərhələləri əvvəlcədən düzgün öyrənilməlidir. Çünki Macarıstan vizası müraciətində edilən kiçik səhvlər belə müraciətin gecikməsinə və ya rədd […]

Vizam.az 08 yanvar 2026
2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

Amerika Birləşmiş Ştatlarına səyahət etmək bir çox Azərbaycan vətəndaşı üçün həm turistik, həm də biznes və təhsil baxımından böyük maraq doğurur. Xüsusilə 2026-cı ildə Amerika vizası necə alınır, ABŞ vizası üçün hansı sənədlər lazımdır və Amerika vizası almaq çətindirmi kimi suallar Google-da ən çox axtarılan mövzular sırasındadır. ABŞ vizası mürəkkəb və mərhələli prosesə malik olduğu […]

Vizam.az 07 yanvar 2026
2026-cı ildə Şengen Vizası Qiyməti

2026-cı ildə Şengen Vizası Qiyməti

Şengen vizası Avropa ölkələrinə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün ən çox müraciət olunan vizalardan biridir. Hər il olduğu kimi, 2026-cı ildə Şengen vizası qiyməti də səyahət planlaşdıran şəxslərin ən çox maraqlandığı mövzular sırasındadır. Viza rüsumları, xidmət haqları və əlavə xərclər ölkədən-ölkəyə və müraciət növünə görə dəyişə bilər. Bu səbəbdən Şengen vizasına müraciət etməzdən əvvəl […]

Vizam.az 06 yanvar 2026
Monteneqro Azərbaycan Vətəndaşları üçün Vizasız Rejimi Dayandırır?

Monteneqro Azərbaycan Vətəndaşları üçün Vizasız Rejimi Dayandırır?

Son dövrlərdə Azərbaycan vətəndaşları üçün vizasız səyahət imkanlarında mühüm dəyişikliklər baş verir. Bu dəyişikliklərdən biri də Monteneqro ilə bağlıdır. Hazırda Azərbaycan pasportuna sahib şəxslər Monteneqroya 15 yanvar 2026-cı il tarixinədək vizasız səyahət edə bilirlər. Lakin rəsmi qərara əsasən, 15 yanvar tarixindən etibarən Monteneqro Azərbaycan vətəndaşları üçün viza tətbiq edəcək. Bu blog yazısında Monteneqroya vizasız girişin […]

Vizam.az 06 yanvar 2026
Şengen Vizası Almaq Üçün Güclü Profil Necə Olmalıdır?

Şengen Vizası Almaq Üçün Güclü Profil Necə Olmalıdır?

Şengen vizasına müraciət edənlərin ən çox buraxdığı səhvlərdən biri düşünməkdir ki, yalnız sənədlərin tam olması viza almaq üçün kifayətdir. Halbuki konsulluqlar üçün əsas meyar təkcə təqdim edilən sənədlər deyil, müraciətçinin ümumi profili, yəni onun sosial, maliyyə və səyahət baxımından etibarlılığıdır. Bu səbəbdən Şengen vizası almaq üçün “güclü profil” anlayışı xüsusi əhəmiyyət daşıyır. Güclü profil dedikdə, […]

Vizam.az 24 dekabr 2025
TLS Viza Mərkəzi ilə Şengen Vizası Almaq

TLS Viza Mərkəzi ilə Şengen Vizası Almaq

Avropaya səyahət etməyi planlaşdıran müraciətçilər üçün viza prosesi bəzən mürəkkəb və vaxt aparan görünə bilər. Məhz bu səbəbdən viza mərkəzləri yaradılıb. Viza mərkəzlərinin əsas məqsədi, səfirliklər adından sənəd qəbulu aparmaq, müraciət prosesini daha sistemli və şəffaf şəkildə həyata keçirmək və müraciətçilərə texniki dəstək göstərməkdir. Bu mərkəzlər viza qərarı vermir, lakin Şengen vizası müraciəti prosesinin düzgün […]

Vizam.az 23 dekabr 2025
Şengen Vizası ilə Səyahət Edə Biləcəyiniz Ölkələr

Şengen Vizası ilə Səyahət Edə Biləcəyiniz Ölkələr

Avropaya səyahət etmək istəyən hər bir müraciətçi üçün Şengen vizası əsas giriş qapısıdır. Şengen vizası ilə yalnız bir ölkəyə deyil, eyni zamanda Şengen razılaşmasına daxil olan bütün Avropa ölkələrinə sərbəst səyahət etmək mümkündür. Bu vizaya müraciət edən şəxslər, adətən turistlər, tələbələr və iş məqsədli səyahətçilərdir. Müraciətçilər üçün əsas prioritet, vizanı vaxtında və düzgün sənədlərlə əldə […]

Vizam.az 23 dekabr 2025
İlk Şengen Vizası Müraciəti üçün Polşa Vizası Niyə Uyğundur?

İlk Şengen Vizası Müraciəti üçün Polşa Vizası Niyə Uyğundur?

İlk dəfə viza müraciəti etmək bir çox insan üçün həm həyəcanlı, həm də düşündürücü prosesdir. Xüsusilə ilk Şengen vizası müraciəti zamanı doğru ölkə seçimi müraciətin nəticəsinə birbaşa təsir göstərir. Çünki ilk viza seçimi zamanı səfirliklər müraciətçi haqqında təqdim olunan məlumatları, səfər məqsədini, maliyyə vəziyyətini və ümumi profil uyğunluğunu daha diqqətlə qiymətləndirir. Bu səbəbdən ilk Şengen […]

Vizam.az 23 dekabr 2025
Avropaya Daha Asan Viza Almaq İstəyirsiniz?

Avropaya Daha Asan Viza Almaq İstəyirsiniz?

Avropaya səyahət etmək, yeni ölkələr kəşf etmək və fərqli mədəniyyətləri yaşamaq hər zaman hər birimizin arzusudur. Lakin səyahət planlarının reallaşmasında ən vacib mərhələlərdən biri düzgün və vaxtında viza almaqdır. Polşa, həm tarixi zənginliyi, həm də müasir şəhərləri ilə Avropanın ən cazibədar ölkələrindən biridir və turistlər üçün əlçatan vizası ilə diqqət çəkir. Polşaya səfər etməyi düşünənlər […]

Vizam.az 23 dekabr 2025