AVSTRALİYA VİZASI NECƏ ALINIR?

Yeniləndi: 12 fevral 2025 6852 baxış 4 dəq. oxu

Dünyanın bir ucuna, ayrıca bir qitəyə - Avstraliyaya səyahət edib bu unikal və əsrarəngiz coğrafiyanı kəşf etmək bir çox şəxsin arzusudur. Təbiəti, okean sahilləri, paytaxt Kanberra, Sidney, Melburn kimi şəhərləri, heyvanlar və botanika aləminin unikallığı, abidələri və sadalamaqla bitməyəcək digər özəllikləri ilə səyahətsevər insanların ən böyük turizm hədəflərindən birinə çevrilmiş Avstraliya! Sizin də hədəfiniz bu qitəyə səyahətdirsə, Avstraliya vizası haqqında hər şeyi, bu vizanı necə əldə edə biləcəyinizi bu məqalədə oxuya bilərsiniz.

Avstraliya Viza Növləri

Avstraliyaya planladığınız səyahətinizi Avstraliya turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əslində isə Avstraliya vizasının növləri çoxdur, ancaq Azərbaycan vətəndaşları qısamüddətli turistik viza üçün bir viza növünə müraciət edirlər. Əgər siz Avstraliyada uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Avstraliya milli vizasına da müraciət edə bilərsiniz.

Avstraliya Turizm Vizası

Avstraliya vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Avstraliya turist vizası müraciətçilərə, əsasən, 3 ay və ya bəzi hallarda bir il müddətində 3 ay qala bilmə imkanı yaradacaq şəkildə verilir. Ancaq hər bir halda bu müddət dəyişə bilər.

Avstraliya Vizası Müraciəti üçün Sənədlər Toplusu

Avstraliya vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. İngilis dilində doldurulmuş ərizə forması
  12. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunmalıdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Avstraliyada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 5.000-7.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Avstraliyaya viza müraciəti onlayn şəkildə olur və nəticə müsbət olduğu təqdirdə viza elektron şəkildə verilir, yəni pasporta viza stikeri yapışdırılmır. Viza qərarı isə Avstraliyanın Ankaradakı Səfirliyində verilir. Bir çox hallarda səfirliyə şəxsən getmək tələb olunmur. Lakin çox nadir hallarda da olsa, keysin mürəkkəbliyindən asılı olaraq konsul müraciətçini şəxsən müsahibə edə bilməsi üçün Ankaradakı səfirliyə dəvət edə bilər.

İlk olaraq onlayn viza platformasında hesab yaradılır, hesaba daxil olduqdan sonra müvafiq viza növü seçilir, onlayn şəkildə ərizə forması doldurulur və ərizə formasında verilən cavablara əsasən sonda tələb olunan sənədlərin siyahısı çıxır. Həmin tələb olunan sənədlərin skan versiyası sistemə yüklənməlidir.

Azərbaycan vətəndaşları qısamüddətli turizm, işgüzar səfər, hər hansı tədbirdə iştirak, ailə və ya dost ziyarəti üçün “Subclass 600 Visitor visa”ya müraciət etməlidirlər.

Viza rüsumu 180 AUD-dur (təqribən, 110 USD). Cavab, adətən, 8-24 həftəyə bəlli olur.

Avstraliya Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Avstraliyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından yüksək olması (təcrübədə 700-800 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı da dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və yaxşı səyahət tarixçənizin olması sizin Avstraliya vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen, Birləşmiş Krallıq, ABŞ və ya digər viza sahibi olmayan şəxslər üçün Avstraliya vizasına müraciət, nisbətən riskli hesab olunur. Profilinizdəki digər nüanslar (yuxarıda sadalananlar) çox yüksək və yaxşı vəziyyətdə olduğu halda, səyahət tarixçəniz olmasa belə Avstraliya vizasını alma şansınız ola bilər. Hər bir halda səyahət tarixçənizin yaxşı olması sizin Avstraliya vizasını əldə etməyinizə birbaşa təsir göstərən amildir.

Avstraliyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Avstraliya vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, izahat məktubunun yazılması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Avstraliya səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 250 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Bu qitə həyatınızı dəyişdirə bilər! Xoş səyahətlər!

Yenilənib: 17.01.2025

Oxşar yazılar:

Tomorrowland Festivalı üçün Belçika Vizası

Tomorrowland Festivalı üçün Belçika Vizası

Tomorrowland dünyanın ən məşhur elektron musiqi festivallarından biri kimi hər il minlərlə insanı Belçikaya cəlb edir. Musiqi, səhnə şouları və unikal atmosferi ilə fərqlənən bu festival xüsusilə yay aylarında Avropaya səyahət planlayanlar üçün ən populyar seçimlərdən biridir. Festival Boom, Belgium şəhərində keçirilir və qısa müddətdə biletləri tükəndiyi üçün əvvəlcədən planlama böyük əhəmiyyət daşıyır. Azərbaycan vətəndaşları […]

Vizam.az 05 may 2026
Avstraliya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstraliya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstraliya, yüksək həyat standartları, inkişaf etmiş şəhərləri və unikal təbiəti ilə dünyanın ən çox maraq göstərilən ölkələrindən biridir. Sidney və Melburn kimi məşhur şəhərlər, Böyük Sədd Rifi kimi təbii möcüzələr və geniş səyahət imkanları Avstraliyanı həm turizm, həm də işgüzar səfərlər üçün cəlbedici edir. Avstraliyaya səyahət etmək üçün Azərbaycan vətəndaşları əvvəlcədən viza əldə etməlidirlər. Avstraliya […]

Vizam.az 04 may 2026
Şengen Vizası ilə Monteneqroya Daxil Olmaq Olar?

Şengen Vizası ilə Monteneqroya Daxil Olmaq Olar?

Şengen vizası ilə Monteneqroya səyahət etmək məsələsi ən çox qarışdırılan mövzulardan biridir. Bir çox səyahətçi Monteneqronun Şengen zonasına daxil olduğunu düşünür və bu səbəbdən vizanın avtomatik keçərli olub- araşdırır. Əslində isə Monteneqro Avropa ölkəsi olsa da, Şengen sazişinə daxil deyil və öz sərhəd giriş qaydalarına malikdir. Bu səbəbdən Şengen vizası ilə Monteneqroya giriş məsələsi konkret […]

Vizam.az 01 may 2026
Avstraliya Vizası ilə Şengen Vizası Arasındakı Fərqlər Nələrdir?

Avstraliya Vizası ilə Şengen Vizası Arasındakı Fərqlər Nələrdir?

Səyahət planlayan insanların ən çox qarşılaşdığı suallardan biri Avstraliya vizası ilə Şengen vizası arasındakı fərqlərdir. Hər iki viza fərqli coğrafiyaları, fərqli qaydaları və müraciət proseslərini əhatə edir, buna görə də seçim etmək bəzən çətin ola bilir. Şengen vizası Avropanın bir çox ölkəsinə sərbəst səyahət imkanı yaratdığı halda, Avstraliya vizası daha uzaq regiona Avstraliya qitəsinə giriş […]

Vizam.az 01 may 2026
Polşa Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Polşa Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Polşa vizası Avropaya səyahət etmək və ya qısa müddətli işgüzar səfərlər planlayanlar üçün ən çox müraciət edilən vizalardan biridir. Polşa həm iqtisadi imkanları, həm də Şengen zonası daxilində yerləşməsi səbəbilə turistlər və iş məqsədli səfər edənlər üçün cəlbedici istiqamətlərdən hesab olunur. Bu viza vasitəsilə siz yalnız Polşaya deyil, digər Şengen ölkələrinə də sərbəst şəkildə səyahət […]

Vizam.az 29 aprel 2026
Kanada Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Kanada Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Kanada vizası almaq bir çox səyahətçi üçün həm yeni imkanlar, həm də ciddi planlaşdırma tələb edən bir prosesdir. Kanada yüksək həyat standartları, təhsil imkanları, iş perspektivləri və təbiəti ilə dünyanın ən çox maraq doğuran ölkələrindən biridir. Buna görə də ölkəyə səyahət etmək istəyən şəxslər ilk mərhələdə viza prosedurları ilə yaxından tanış olmalıdırlar. Kanada vizası üçün […]

Vizam.az 28 aprel 2026
İspaniya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

İspaniya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

İspaniya Şengen vizası Avropaya səyahət etmək istəyənlər üçün ən çox seçilən vizalardan biridir. İspaniya həm turizm baxımından populyar ölkə olduğu, həm də Şengen zonası daxilində yerləşdiyi üçün bu viza ilə təkcə İspaniyaya deyil, digər Avropa ölkələrinə də sərbəst səyahət imkanı əldə edilir. Bu viza xüsusilə səyahət, işgüzar görüşlər və ya qısa müddətli Avropa səfərləri planlayan […]

Vizam.az 28 aprel 2026
Fransa Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Fransa Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Fransa Şengen vizası Avropaya səyahət etmək istəyənlər üçün ən çox müraciət edilən vizalardan biridir. Bu viza vasitəsilə siz yalnız Fransaya deyil, həm də Şengen zonası daxilində yerləşən bir çox Avropa ölkəsinə sərbəst şəkildə səyahət edə bilərsiniz. Turizm, işgüzar səfər və ya ailə ziyarəti məqsədilə edilən müraciətlər zamanı düzgün sənədlərin hazırlanması və profilin uyğun təqdim olunması […]

Vizam.az 28 aprel 2026
Amerika Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Amerika Vizası Haqqında Ən Çox Verilən 10 Sual

ABŞ-da təhsil almaq, işləmək və ya səyahət etmək planınız varsa, ilk və ən vacib addım düzgün viza müraciətidir. United States vizası üçün proses detallı və diqqət tələb edən mərhələlərdən ibarətdir. Sənədlərin düzgün hazırlanması, maliyyə vəziyyətinin əsaslandırılması və müsahibəyə hazırlıq viza alma şansını birbaşa təsir edir. Bu yazıda ABŞ vizası müraciət prosesi, tələb olunan sənədlər və […]

Vizam.az 27 aprel 2026
Şengen Viza Qaydalarında Ən Son Dəyişikliklər

Şengen Viza Qaydalarında Ən Son Dəyişikliklər

Schengen Area vizası Avropanın bir çox ölkəsinə vahid viza ilə səyahət imkanı yaradan ən çox tələb olunan vizalardan biridir. Bu viza ilə turistlər, işgüzar səfər edənlər və ailə ziyarəti məqsədi ilə səyahət edən şəxslər Şengen zonasına daxil olan ölkələr arasında sərbəst hərəkət edə bilirlər. Şengen vizası əsasən qısa müddətli səfərlər üçün verilir və adətən 180 […]

Vizam.az 21 aprel 2026